Məhkəmə qərarları › İş №2(102)-4176/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4176/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4176/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)1067/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən, həmin MMC tərəfindən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini payçı İddiaçı verməyi, payçı isə sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin maliyyə arayışına əsasən pay dəyəri olan ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. 2. “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqa vilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən həmin MMC tərəfindən tikilməkdə olan binanın 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh1 verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən pay dəyəri olan 300000 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş, borcu yoxdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh2 MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəl lədə yerləşən binada ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 MMC arasında müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq, 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında MMC tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdehlər arasında bağlanmış həmin müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)3162/2022 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi t əmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh2 MMC-nin mülkiyyətində olmayan əşya (qeyri-yaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Cavabdeh1 ilə 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Buna baxmayaraq, iddiaçı müvafiq qeyriyaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respu blikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 324.1, 337.1, 337.2, 337.5, 425, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsidir. Baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alınaraq, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 MMC ilə və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri Cavabdeh2 MMC-nin direktoru R.S.Qazaxlı və “Payçı” Cavabdeh1 arasında bağlanmış 18 sent yabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqın da” müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)1067/2023 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər P.A.Hüseynovdan və C.A.Yusifovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin obyektiv həlli ilə bağlı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspe rtizası Mərkəzinin 24 may 2023-cü il tarixli rəyi verilmişdir.

14. Məhkəmə, ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqq ında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi 500,0 kv.m sahə üçün plan-sxem olmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 500,0 kv.m qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikinti si haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin 119 kv.metr surətini təqdim etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 500,0 kv.m təşkil edir. Bu səbəbdən, yəni, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad olunan ekspert rəyinə əsasən İ ddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

16. Beləliklə, apellyasiya məhkəməsi işin faktiki hallarından və tətbiq edilən hüquq normalarından çıxış edərək hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması, ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğu nəzərə a lınaraq, İddiaçı verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması, lakin Cavabdeh2 MMC ilə və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyriyaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri Cavabdeh2 MMCnin direktoru R.S.Qazaxlı və “Payçı” Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil etməsinin müəyyən olunması nəticəyə gəlməyə əsas verir ki, iddiaçının Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləsini və müqaviləyə əsasən Cavabdeh1 qeyri-yaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 337.1, 337.2, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qəra r qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci, Mülki Məcəllənin 152.1, 337.1ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrini pozmuşdur.

20. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə uyğun olaraq, etibarsız əqd qanunazidd xarakter daşımaqla neqativ nəticələrə səbəb olur. Əqd etibarsız olduğu təqdirdə, bir qayda olaraq, tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalıdır. İddiaçı məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Lakin, MMC ilə iddiaçı arasında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, 17 may 2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlərlə bağlanmış müqavilən in etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq iddiaçıya qaytarılması zəruridir. İddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən ******* ABŞ dolları məbləğində pul vəsaiti cəmiyyətə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya instansiya məhkəməsi işin hallarını və müvafiq araşdırmanı tam aparmamış və ya aparmaq istəməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə ekspertiza keçirsə də, qətnamə qəbul edərk ən ekspert rəyinin məhkəmə üçün məcburi olmadığı qənaətinə gəlmişdir. Ekspertiza təyin edilərkən iddiaçı ilə cavabdeh MMC arasında bağanılmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən 500 kv.m qeyri yaşayış sahəsinin yerinin müəyyən edilməsi sualı qoyulsa da, ekspert tərəfindən icra edilməmişdir. Məntiqlə yanaşıldıqda 500 kv.m qeyri-yaşayış sahəsinin 119 kv.m hissəsinin faktiki mövcudluğu ekspert tərəfindən müəyyən edilirsə, demək ki, digər hissəsi də mübahisəli qeyri-yaşayış sahəsinin ətrafındakı yerlərdir. İddiaçının iddia üçün subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş və sübutun işə hansı aidiyyə tinin olmasını müəyyən etməmiş, iddiaçının göstərdiyi sübutlara isə heç bir qiymət verməmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhk əmədə müdafiəsinə təminat verilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlan dığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 452.1-ci ma ddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən e dilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

30. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsi iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmiş və bu mövqeyini iş üzrə keçirilmiş ekspertiza rəyi ilə 17 may 2006-cı il tarixli müqavilə üzrə iddiaçının mülkiyyətinə verilən 500 kv.m qeyriyaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. Buna görə də, məhkəmə iddiaya tətbiq edilməli olan maddi hüquq normasını müəyyən etməmiş və tələbi onun qanuni əsası üzrə qiymətləndirməmişdir.

31. Kassasiya kollegiyası belə əsaslandırma ilə razıl aşmır.

32. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında izah olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamə tində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yara nmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. İddiaçı hazırki tələbini onunla cavabdeh MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilə ilə əsaslandırmış və hesab etmişdir ki, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etdiyindən (müqavilə üzrə ödəməli olan vəsaiti vaxtında və tam ödədiyindən) onun müqavilənin predmeti üzərində mülkiyyət hüququ yaranmış, cavabdehlər arasında isə 18 sentyabr 2011-ci il tarixdə qeyd olunan sahənin 119 kv.m. hissəsi barəsində yeni müqavilə bağlanılmaqla, onun bu hüququna müdaxilə olunmuşdur.

34. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırarkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yan aşı hüquqi qiymət verməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələrinin tələblərini pozmuşdur.

35. Belə ki, iş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat yalnız 119 kv.m. qeyri-yaşayış sahəsi üzrə keçirilmişdir. Halbuki, iddiaçı müqavilə üzrə onun sahibliyinə 500 kv.m qeyri-yaşayış sahəsinin verilməsini və həmin sahənin 119 kv.m. hissəsinin cavabdehlər arasında bağlanmış müqavilənin predmetinin olmasını iddia etmişdir. Apellyasiya məhkəməsi iddiaçının müqaviləsi üzrə plan-sxemin təqdim edilməməsini qeyd etməkdə, Cavabdeh1 sahəsinin iddiaçının sahəsi ilə üst-üstə düşməsinə dair ekspert rəyi ilə razılaşmamışdır.

36. Məhkəmə kollegiyasının hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət natamam araşdırmanın nəticəsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə sonuncunun sahibliyinə verilən sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyi imkan verən digər məlumatlar öz əksini tapmamışdır. Əksinə, cavabdehlər arasında bağlanılan 18 sentyabr 2011-ci il tarixli müqavilədə mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın 2-ci giriş, 1-ci mərtəbəsində, girişdə solda 7-ci və 8-ci sütunların arasında yerləşməsi göstərilmişdir.

37. Qeyd olunmalıdır ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdeh MMC-nin tikdiyi binanın qeyri-yaşayış sahəsinin ümumi ölçülərini müəyyən etmək üçün hər hansı araşdırma aparılmamışdır. Halbuki, binanın qeyri-yaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq onların hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir.

38. Binanın qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.-dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır.

39. Göründüyü kimi, iddiaçı etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına istinad etdiyi halda, apellyasiya məhkəməsi həmin müqavilə üzrə nəzərdə tutulan sahənin naturada yerləşmə vəziyyətinin müəyyən etmək mümkün olmamasını əsas götürüb, iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli q ərarındakı hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq tərəflər arasında mübahisəli hüquq münasibətlərinin qanuni əsasını müəyyən etməmiş və maddi hüquq normalarına əsasən iddiaya hüquqi qiymət verməmişdir.

40. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyriyaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsində olsa da, ona nə vaxt təhvil verilməsi iş üzrə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

41. Məhkəmə kollegiyası i zah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

43. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmalı, zəruri olduğu halda bu sənələrin məhkəmə qaydasında alınması ilə bağlı müvafiq sorğuların verilməsi və əlavə məhkəmə tikinti ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müza kirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar