Məhkəmə qərarları › İş №2(102)-4177/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4177/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4177/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 vəkili X2 iştirakı ilə, İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-16043/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 2(008)-2205/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borca verilmiş pulun qaytarılması barədə” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 335000 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar, tanışı olan cavabdehə birlikdə iş görmək, yəni “Super Market № 1” adı altında marketlər şəbəkəsi açmaq və birgə qazanc əldə etmək üçün 335000 ABŞ dolları məbləğində borca pul vermişlər. Həmin məbləğin 40000 ABŞ dolları İddiaçı2, 295000 ABŞ dolları isə İddiaçı1 məxsus olmuşdur. Cavabdeh bu təklifi edərkən iddiaçıların sadəcə maddi vəsait verməklə dəstək olmayacağını, qalan bütün işləri özünün görəcəyini, lakin əldə olunacaq gəlirin bir hissəsinin iddiaçılara çatacağına söz vermişdir. Hətta aparıb mağazaların olduğu yerlərlə iddiaçıları tanış etmiş və 2 müxtəlif ünvanda yerləşən böyük marketin iddiaçıların verdiyi vəsaitlə işləyəcəyini bildirmişdir. İddiaçılar həmin məbləği cavabdehə verərkən hər hansı yazılı qəbz və ya müqavilə bağlamamışlar. Çünki aralarında olan tanışlıq və dostluq münasibətlərini nəzərə alıb bu rəsmiyyəti özlərinə rəva bilməmişlər. Lakin cavabdeh pulu iddiaçılardan almasına baxmayaraq vədinə əməl etməmiş, pulun müqabilində heç bir iş görməmiş və təbii ki, verdikləri pulun qarşılığında onlar heç bir gəlir əldə etməmişlər. Dəfələrlə Cavabdeh borclarını qaytarmasını tələb etmələrinə baxmayaraq o, borcunu etiraf etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əs aslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili olmuş məhkəmə iclasında izahat verərək, iddiaçılar tərəfindən cavabdehə pulun verilməsini təsdiq etmiş, sadəcə olaraq həmin pulun borc kimi deyil, birlikdə ortaqlı iş üçün verildiyini göstərmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxıldığı zaman, cavabdehin digər etibarnamə üzrə nümayəndəsi və vəkili olan ilkin nümayəndədən fərqli izahat verərək, cavabdeh tərəfindən heç bir vəsaitin götürülmədiyini, yəni nə borc kimi, nə də ki birgə iş görülməsi üçün pul vəsaitinin götürülmədiyini bildirmişdir. Sonradan vəkil birinci instansiya məhkəməsinin məhkəmə iclasının protok oluna qeydlər verərək yalnışlıqların aradan qaldırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hakimi protokola dair verilmiş qeydlərə baxaraq, vəkilin qeydlərinin əsassız olduğunu və onun rədd edilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin cavabdehin iki fərqli nümayəndəsi və vəkilinin fərqli izahatların verilməsindən də görünür ki, cavabdeh iddiaçılardan götürdüyü pul vəsaitini qaytarmamaqdan ötrü müxtəlif fikirlər irəli sürməklə məhkəməni işin əsl həqiqi tərəfindən yayındırmaq istəmiş və nəticədə iddiaçıların iddia tələblərinin rədd edilməsinə nail ola bilmişdir. İşə baxan apellyasiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, tərəfər arasında borc münasibətlərinin olmamasını, tərəflərin münasibətlərinin birgə biznesin qurulması ilə əlaqədar olmasını və qaldırılmış iddia borcla əlaqəli olduğundan, yaranmış mübahisənin həlli qaydasında müvafiq iddianın qaldırılmamasma istinad edərək İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini qət etmişdir. Tərəflərin izahatları: İddiaçı1 vəkili X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı və cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kolegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü k imi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, məhkəmənin qətnanəsində yalnız İddiaçı1 apellyasiya şikayəti vermiş, qətnamə onun apellyasiya şikayətinə əsasən yoxlanılmışdır. Ona görə də, hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 kasasiya şikayətinə əsasən kasasiya qaydasında yoxlanılır. Əsaslandırıcı hissə: İşdən göründüyü kimi iddiaçılar cavabdehə borc pul verdiyini iddia edirlər. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmamış, həmin münasibətlər birgə biznesin qurulması ilə bağlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərə flər arasında borc münasibətləri mövcud olmadığından, olan münasibət ilə bağlı yaranmış mübahisənin həlli qaydasında isə müvafiq iddia qaldırılmadığından birinci instansiya məhkəməsi “borca verilmiş pulun qaytarılması tələbi barədə” iddianı apellyasiya baxışının predmeti olan hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı1 vəkili X2 izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hal larına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu tarixdə keçirilmiş məhkəmə iclasına dair protokoldan görünür ki, cavabdehin vəkili (nümayəndəsi) X1 Rayon Məhkəməsində işin baxılaması zamanı verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi şəxsə iddiaçılar tərəfindən borc verilməmiş, onlar cavabdehə pul vermişlər ki, cavabdeh ilə birlikdə ortaqlı iş görsünlər. Borc verilmədiyi üçün “borca verilmiş pulun qaytarılması təl əbi barədə” iddianın hüquqi əsası yoxdur. Belə olan halda iddia rədd edilməlidir. Apellyasiya icraatında cavabdehi vəkil (nümayəndə) deyil, digər vəkil (nümayəndə) təmsil etmişdir. O, yuxarıda qeyd edilən izahatdan fərqli olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən cavabdehə nə borca, nə də ki, birgə iş görülməsi üçün pul verilməmişdir. Bundan sonra cavabdehin vəkili (nümayəndəsi) “xx.xx.2019-cu tarixli protokola qeyd” ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bunu nəzərə alan Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2019-cu tarixli qərardad ilə mülki işi apellyasiya baxışından çıxararaq Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə “xx.xx.2019-cu il tarixli protokola qeyd” rədd edilmiş və mülki iş apellyasiya baxışına qaytarılmışdır. Ape llyasiya baxışı zamanı da “xx.xx.2019-cu il tarixli tarixli protokola qeyd”in əsaslı hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin nümayəndəsinin iddiaçıların cavadehlə birgə ortaq iş görmələri və bu əsasla iddiaçıların cavabdehə pul verməsini yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələnd irmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instans iya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatını nəzərə alaraq tərəflər arasında borc münasibətlərinin yaranmadığını qeyd etmiş, iddiaçıların digər əsasla, yəni borc tələbi ilə deyil, birgə faəliyyətlə bağlı verilmiş pulun tələb edilməsi əsası ilə iddiaçılar tərəfindən müstəqil iddia tələbinin irəli sürülmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, məhkəmə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən tərəflərin mövqeyindən asılı deyildir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü kimi, məhkəmə hüququn tədbiqində cavabdehlik daşımaqla tərəflərin hüquqi mövqeyindən asılı deyildir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətin borc deyil, birgə fəaliyyətlə bağlı yaranmasını, iddiaçıların bu əsasla iddia qaldırmamasını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən iddia tələbinin hüqiqi əsasları ilə bağlı iddiaçıların isitnad etdiyi maddi hüquq normasında n (Mülki Məcəllə 739 maddə) asılı olmamasına diqqət yetirməmiş, tərəflərin qarşılıqlı münasibəti üzrə uyğun maddi hüquq normalarını tədbiq etməklə məsələyə hüquqi qiymət verməmişdir. İddiaçılar iddia tələblərində 335000 ABŞ dollar pulun marketlər şəbəkəsi açmaq üçün cavabdehə verdiklərini, cavabdehin isə həmin pulu və əlavə olaraq əldə olunacaq gəlirin bir hissəsini qaytaracağı haqqında öhdəlik götürdüyünü göstərmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-16043/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gön dərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar