Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4179/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X2 oğlunun, Cavabdeh MMC-nin vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) xx.xx.2019-cu il tarixli, xxx nömrəl i qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, E.Şamayev, E.Həsənov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 1361 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə (xx.xx.2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər) Cavabdeh MMC-nin 6 saylı Poçt filialının rəisi vəzifəsinə bərpa edilmə si qət edilmişdir. Cavabdeh MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa olunması, məcburi iş buraxma üçün itirilmiş əmək haqqının ödənilməsi, maddi ziyan olaraq hüquqi yardım üçün ödənilmiş 400 manat və mənəvi ziyan olaraq 10000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 1361 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma üçün itirilmiş əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi ziyan olaraq 10000 manatın, eləcə də hüquqi yardım üçün ödənilmiş 400 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən m əhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MMC-nin vəkili V kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə göstərrmişdir ki, guya cavabdeh MMC əmrdə iddiaçının əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət və konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edilməsini əsaslandırmamışdır. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2018-cu il tarixli, 104 saylı əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının və filialın şöbələrinin fəaliyyətinin yoxlanılması həyata keçirilmişdir. Qeyd olunan yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlar kasasiya şikayətində göstər ilmişdir. Tərtib edilmiş arayışda göstərilmişdir ki, 6 PF-nin bir sıra şöbələrinin fəaliyyətində ciddi nöqsanlar aşkar edilmiş və poçt şöbələrinin işi qeyriqənaətbəxş hesab edilmişdir. Həmçinin Komissiya Cavabdeh MMC-nin 6 saylı Poçt Filialında aparılan yoxlamaların nəticələrinə dair müvafiq təkliflərini Cavabdeh MMC-yə təqdim etmişdir. Həmin təkliflərdə aparılan yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması və Cavabdeh MMC tərəfindən qısa müddətdə tədbirlərin görülməsi qeyd edilmişdir. Əmək qanunvericiliyinin tələblərin uyğun Cavabdeh MMC-nin Baş direktorunun 26 avqust İRŞ-15-225/4360 saylı məktubu ilə X1 Həmkarlar İttifaqının Bakı-2 şöbəsinin sədrinə müraciət olunmuşdur. Həmin müraciət məktubunda Həmkarlar İttifaqının Cavabdeh MMC-nin 6 saylı PF-nin rəisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirməsi xahiş edilmiş, X1 Həmkarlar İttifaqının Bakı-2 şöbəsinin xx.xx.2019-cu il tarixində keçirilən iclasında 6 PF-nin rəisi İddiaçı işdən azad edilməsi məsələsi müzakirə olunmuş və Həmkarlar İttifaqının İddiaçı işdən azad edilməsinə etiraz etmədiyi qərara alınmışdır. Müvafiq olaraq NRYTN-nin xx.xx.2019-cu il tarixli, 1-11/4421-19 saylı məktubu, RİMHİ Bakı-2 şöbəsinin xx.xx.2019-cu il tarixli protokolu əsas götürülərək və Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi rəhbər tutularaq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının rəhbərlik etdiyi 6 saylı Poçt Filialında və onun tabeliyindəki poçt şöbələrində aparılan yoxlama zamanı İddiaçı Filiala rəhbərliyi laziminca yerinə yetirmədiyi, bir sıra ciddi qanun pozuntularına yol verdiyi, işinə səhlənkar və etinasız yanaşaraq Cavabdeh MMC-nin işgüzar nüfuzuna ciddi xələl gətirməsi açıq sürətdə öz təsdiqini tapmışdır.Qeyd olunan hallar bir daha onu deməyə əsas verir ki, İddiaçı 6 saylı Poçt filalının idarə olunması zamanı bir sıra nöqsanlara yol vermiş və bununla da özünün əmək müqaviləsi ilə nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla da 6 saylı Poçt Filialının işinin normal ahəngi pozulmuş və nəticə etibarı ilə Cavabdeh MMC-nin ümumi fəaliyyətinə və işgüzar nüfuzuna ziyan dəymişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam olaraq riayət edilmişdir.Bundan başqa apelyasiya instansiyası məhkəməsi iddia çı tərəfindən apelyasiya instansiyası məhkəməsində təqdim etdiyi Cavabdeh MMC-nin 327 nömrəli xx.xx.2018-ci il tarixli əmrini əsas götürərək 1,2,3,4,5, və 6 saylı poçt filiallarının ləğv olunmasını, bu səbəbdən də iddiaçının bu pozuntularla bağlı məsuliyyət daşımamasını əsas götürmüşdür, Məhkəmə araşdırılması zamanı xx.xx.2019-cu il tarixli 872 saylı əmrə dəyişiklik məhkəməyə təqdim edilmiş, əmrdə qeyd edilən xx.xx.2019-cu il sözlərinin xx.xx.2019-cu il sözləri ilə əvəz edilməsi göstərilmişdir. Bu isə həmin dövrdə iddiaçının həmin filialın rəhbəri kimi fəaliyyət göstərməsinin və pozuntuların onun tərəfindən törədilməsinin göstəricisi və sübutudur. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş əmri sübut kimi qəbul etmiş, onlar tərəfindən təqdim edilmiş əmri isə sübut kimi qiymətləndirməm işdir. Məhkəmə kollegiyası işə birtərəfli yanaşmış, maddə və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili V kasasiya şikay ətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Belə ki, Azərb aycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiy inə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin yuxarıda qeyd olunan mənasina görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən əmək funksiyasını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsasları əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işçinin əmək müqaviləsinə bu əsasla xitam verilə bilməz. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandı rmalıdır. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin 327 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Cavabdeh MMC-nin 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı və 6 saylı Poçt filiallarının Poçt əməliyyatları və Xəzinə şöbələri xx.xx.2018-ci il tarixdən ləğv edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 872 saylı əmri ilə Cavabdeh MMC-nin 1,2,3,4,5,6 saylı Poçt Filiallarının maddi texniki bazası əsasında Bakı Poçt Filialının yaradılmaqla, Bakı Poçt filialının xx.xx.2019-cu ildən fəaliyyətə başlaması, qeyd olunan Poçt filiallarının əsas vəsaitlərinin inventarizasiyası və təhvil-təslim işlərinin aparılması, poçt daşıma Mərkəzinin Əsasnaməsinə dəyişiklik edilməsi, əmrin surətinin Poçt Filiallarına göndərilməsinin təmin edilməsi göstərilmişdir. 6 saylı PF-də habelə filialın 110, 108, 107, 75, 72, 69, 59, 54, 53, 52, 38, 37 saylı poçt şöbələrində yoxlamalar xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə aparılmış və qeyd edilən aktlar tərtib olunmuşdur. Halbuki, yoxlama aparıldığı dövrdə həmin şöbələr 6 saylı Filialın tabeçiliyində olmamışdır. Bu səbəbdən iddiaçının yoxlama aparıldığı dövrdə tabeçiliyində olmayan şöbələrin fəaliyyətinə görə hər hansı məsuliyyəti istisna edildiyindən, iddiaçının həmin poçt şöbələrində yol verilmiş nöqsanlara görə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad edilməsi qanunsuz olmuşdur. Digər tərəfdən apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xitam ve rilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi qeyd olunduğu halda, onun hansı əmək funksiyasını pozduğu göstərilməmişdir. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hiss əsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2007-ci ildən müəssisədə işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əm ək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, izahat verməkdən imtina etdiyi halda imtina aktlaşdırılmamış, beləliklə də Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, qanunun tələbinə əsasən işçinin izahat verməkdən imtina etməsi ona tənbeh verilməsini istisna etməsə də, işəgötürənin üzərinə belə imtinanın səbəblərini aktlaşdırmaq vəzifəsi qoyur. Başqa sözlə işçinin izahatını almadan onun barəsində tənbeh tədbiri tətbiq etmiş işəgötürən işçinin izahatının alınması üçün zəruri tədbirlər gördüyünü, lakin məhz işçinin üzrsüz imtinası səbəbindən belə bir izahatın alınmadığını sübuta yetirməlidir. Lakin baxılan iş üzrə cavabdeh tərəfindən işçinin işdən azad edilməsinə səbəb olmuş hərəkətlə bağlı izahat alındığı, yaxud işçinin belə izahat verməkdən üzrsüz s əbəbdən imtina etdiyi barədə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmrə əsas kimi göstərilən sənədlər arasında da iddiaçının izahatının olduğu göstərilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müv afiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından görünür ki, Həmkarlar İttifaqının protokolu xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, lakin protokolda iclasda iştirak edən üzvlərin adları, müzakirəyə çıxarılan məsələ, səsvermənin nəticələri müzakirə olunmamışdır. Protokoldan görünür ki, iclasda Həmkarlar İttifaqının sədri E.Qasımov çıxış etmiş, gündəlikdə duran məsələni müzakirə edərək yekunda iddiaçının işdən çıxarılmasına etiraz edilməməsinə dair qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçının Həmkarlar İttifaqının iclasında iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi bildirişlərdən görünür ki, həmkarlar ittifaqının xx.xx.2019-cu il tarixə, saat 17:00-a təyin edilmiş iclasının keçirilməsi barədə eyni tarixli bildiriş, habelə həmkarlar ittifaqının növbəti iclasının xx.xx.2019-cu il tarixə, saat 10:00-a təxirə salınması barədə xx.xx.2019-cu il tarixli bildiriş tərtib olunmuşdur. Kollegiya bildirişlərin iclasla eyni gündə tərtib edilməsi, habelə iddiaçıya çatdırılmaması, eləcə də iddiaçıya hər hansı şifahi xəbərdarlığın edilməməsi, həmkarlar ittifaqının protokolunun düzgün tərtib olunmamasını protokolun və bildirişlərin işdən azad olunma barədə əmrin verilməsindən sonra tərtib edilmiş sənəd kimi qiymətləndirir. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı ona müvafiq təqdimat göndərilsə də, əmək qanunvericiliyinin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən həmin təqdimata baxılmasının nəticəsinə dair yazılı formada tərtib olunmuş və əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Habelə, məhkəmədə iş materialları əsasında müəyyən olunmuşdur ki, həmin məsələ ilə bağlı ümumiyyətlə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmiş, sadəcə formal olaraq iclas protokolu tərtib olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmkarlar ittifaqının razılığının alınması ilə bağlı tələbi də pozulmuşdur. Bununla yanaşı işin apelyasiya baxışı zamanı cavabdeh tərəf yoxlamaların iddiaçının filiala rəhbərlik etdiyi dövrdə aparıldığını, həmin vaxt yoxlama aparılmış poçt şöbələrinin iddiaçının rəhb ərlik etdiyi filiala tabe olduğunu təsdiq edən sübut qismində yeni – xx.xx.2019-cu il tarixli, 1078 saylı əmr təqdim etmişdir. Həmin əmrdən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 872 saylı əmrinə əlavə və dəyişiklik edilmiş, əmrin ikinci bəndində qeyd edilən “xx.xx.2019-cu il” sözləri “xx.xx.2019-cu il” sözləri ilə əvəz edilmişdir. Sonuncu təqdim edilmiş əmrə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, MPM-in 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində səlahiyyətli nümayəndə ilə təmsil olunmuş, lakin belə bir əmrin mövcudlu ğunu nə məhkəmə iclasında verdiyi izahatlarında bildirməmiş, nə də təqdim etdiyi etiraza əlavə etməmişdir. Hazırkı mərhələdə bu sənədin məhkəməyə təqdim edilməsini Kollegiya gecikmiş sübut kimi qiymətləndirir. Digər tərəfdən, iddiaçı da belə bir əmrdən məlumatının olmadığını bildirir. Cavabdeh isə əmr barədə iddiaçıya və digər filial rəhbərlərinə məlumat verildiyini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya kollegiyası həmçinin nəzərə almışdıır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət o lunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Qeyd olunanlar kontekstində Kollegiyanın gəldiyi qənaətə görə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” yazılmaqla kifayətlənilərək işçi tərəfindən hansı öhdəliklərin yerinə yetirilmədiyi ümumiyyətlə göstərilməmiş, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbləri pozularaq iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi t ələb edilməmiş, ümumiyyətlə barəsində xidməti yoxlama aparılaraq yol verdiyi ehtimal edilən nöqsanlar barədə fikri dinlənilməmiş, onun cavabdeh təşkilatda uzun müddət işləməsi, işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, şəxsiyyəti və peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 80, 187-ci maddələrinin tələbləri pozulmuşdur. Bu halda iddiaçının işdən azad olunması qanunsuz və əsasız olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair hissədə əsaslı olmaqla, tə min olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq yə ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Həmin Məcəlləyə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə ba xılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır (maddə 297); Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir (maddə 301); Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar (maddə 290). Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsasında apel lyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası haqlı olaraq iddiaçının işdən azad edilməsi barədə əmri qanunsuz hesab etməklə ləğv etmiş, iddiaçının işə bərpa olunmasını qət etmişdir. Kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4179/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4179/2020
04.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver