Məhkəmə qərarları › İş №2(102)-4179/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4179/2023

06.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4179/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)769/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və onun ailə üzvlərinə Beyləqan rayon X7 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarına əsasən 7,61 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,61 hektarından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayonunu Şərq qəsəbəsində doğulmuş və indiyə kimi də orada yaşayır. “Torpaq İsalahatı haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq islahata gedərkən yaşadığı kənddə yerləşən top raqlar da bölünərək kənd sakinlərinə pay torpaq sahəsi kimi verilmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 7,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-203 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh X4 da onunla qonşuluqda pay torpaq sahəsi verilmişdir. Onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 4,61 hektarından torpaq sahəsi paylanan gündən cavabdeh X10 istifadə edir. Torpaq sahəsi verildiyi vaxtdan indiyə kimi o, öz torpağından istifadə edə bilməmişdir. Halhazırda cavbdeh tərəfindən torpaq üzərində qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulur. Dəfələrlə tələb etsə də, cavabdeh onun torpaq sahəsini boşaltmır.

4. Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddianın qismən təmin edilməsi və İddiaçı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 0,88 ha hissəsindən cavabdeh X3 çıxarılması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və onun ailə üzvlərinə Beləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarına əsasən Beyləqan rayonunun Şərq qəsəbəsində 7,61 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə alınmış rəydən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,88 ha hissəsini cavabdeh X10 zəbt edərək istifadə edir.

6. Məhkəmə gəldiyi nəticəni «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh X1 Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və digər ailə üzvləri hal-hazırda Şirvan İnzibati Məhkəməsinə 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı İddiaçı və onun ailə üzvlərinin ad ına verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəməyə müraciət etməyinə səbəb isə 04 fevral 2022-ci il tarixli 10/5270 saylı ekspert rəyində qeyd edilmişdir ki, 26 sentyabr 1997-ci il tarixli E-O-73 qeydiyyat nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktında “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda faktiki olaraq “Sadiq” kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsindədir. B.Hüseynov adına İstehsal Kooperativində yerli aqrar islahat komissiyasının 12 avqust 1998-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsində olmuş torpaq sahəsinin təsərrüfatın üzvləri arasında bölünməsi və yeni dövlət aktları nın verilməsi qeyd edilmişdir. “Sadiq” kəndli fermer təsərrüfatının üzvləri o və ailə üzvləri, yəni bacı və qardaşıdır. Yuxarıda adı çəkilən ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 4,59 ha torpaq sahəsinin koordinatları “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən də, o və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmə iclasından əvvəl vəsatətlə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun qərar qəbul edilənə qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etsələr də, məhkəmə iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə g əlsə də, məhkəmə qətnamə qəbul edərkən məhkəməyə ünvanladığı vəsatətdə qeyd etdiyi hallara hüquqi qiymət verməmişdir. Əgər iddiaçının və onun ailə üzvlərinin adına verilmiş Çıxarış (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş) ləğv edilərsə o zaman hazırkı iddia tələbinin heç bir hüquqi əsası olmayacaqdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-769/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – P.Əhmədov (sədrlik edən və məruzəçi), S.Həsənov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya in stansiyası məhkəməsi gəldiyi nəticə üzrə qeyd etmişdir ki, iş materiallarında olan JN 203 Kod 60714018 saylı Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Beyləqan rayon X7 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarına əsasən 7,61 ha pay torpaq sahəsi verilmişdir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK DƏK və ÜRX "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat idarəsinin 30 yanvar 2020-ci il tarixli 16 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X7 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,59 ha hissəsində mübahisə olduğu üçün həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçmə işləri aparılmışdır. İddiaçı və onun ailə üzvlərinə məxsus 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi cavabdeh X10 tərəfindən istifadə olunur.

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X7 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,59 ha hissəsində mübahisə olduğu üçün həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçmə işləri aparılmışdır. İddiaçı və onun ailə üzvlərinə məxsus 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi cavabdeh X10 tərəfindən istifadə olunur.

13. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, cavabdeh X3 apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 7,61 ha pay torpaq sahəsinin 0.88 ha hissəsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli rəyindən də aşkar görünür ki, cavabdeh X10 tərəfindən qanunsuz olaraq isti fadə edilir.

14. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin hal-hazırda faktiki olaraq “Sadiq” kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsində olması heç torpağın onların mülkiyyətində olması deyildir. Bu qanunsuz zəbtdir və ekspert rəyi ilə təsdiq olunur. Eyni zamanda, qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin mülkiyyətindəki torpaq sahəsinə dair verilmiş çıxarışın mübahisələndirilməsi iş üzrə icraatın dayandırılmasına heç də əsas vermir və işin hallarından adıçəkilən çıxarışın ləğvi və ya etibarsızlığı perspektivi aşkar edilmir.

15. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qü vvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də cavabdeh X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157, Torpaq Məcəlləsinin 48, 65.1, 67, 68, 84, 111, 139.1, MPM-nin 81, 76.1, 76.2, 385.2, 217.1, 107, 119, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən 4,59 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında hazırki İddiaçı yoxdur. Belə olan halda İddiaçı hansı hüquqları pozulub? Bundan əlavə, onun və digər ailə üzvlərinin hal-hazırda Şirvan İnzibati Məhkəməsinə DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X5 və onun ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi i lə müraciət etmişdirlər. Məhkəməyə müracət etmələrinə səbəb isə 04 fevral 2022-ci il tarixli 10/5270 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.1997ci il tarixli Б-Ф-73 qeydiyyat nömrəli “Torpaqdan istifadə hüququna aid” Dövlət Aktında “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda faktiki olaraq “Sadiq” kəndli fermer təsərrüfatının üzvlərinin istifadəsindədir. B.Hüseynov adına İstehsal Kooperativində yerli aqrar islahat komissiyasının 12 avqust 1998-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsində olmuş torpaq sahəsinin təsərrüfatın üzvləri arasında bölünməsi və yeni dövlət aktlarının verilməsi qeyd edilmişdir. Əlavə olaraq, “Sadiq” kəndli fermer təsərrüfatının üzvləri o, və ailə üzvləri, yəni bacı və qardaşıdır. Yuxarıda adıçəkilən ekspert rəyində qeyd edilmişdir ki, X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4,59 ha torpaq sahəsinin koordinatları “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd edilən yalnışlığın aradan qaldırılması üçün o, və ailə üzvləri Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər. O, Beyləqan Rayon Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində hazırki mülki iş üzrə icraatın dayandırıması barədə vəsatət versə də məhkəmə kobud prosessual pozuntuya yol verərək icraatı dayandırmamışdır.

20. Təqdim etdiyi Çıxarışdan görünür ki, 4,59 hatorpaq sahəsinin hazırki iddiaçıya heç bir aidiyyəti olmadığı halda hazırki iddia tələbi ilə İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə kob ud prosessual pozuntuya yol verərək iddianı baxılmamış saxlamalı olduğu haldaişə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

21. Cavabdeh kassasiya instansiyası məhkəməsinə bir neçə torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçüsünü də göndərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət dir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

28. Maddə 48.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

29. Maddə 65. 30.

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

31. Maddə 67

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların d övlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

32. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

33. Maddə 84

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

34. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidi yyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yeri ndə müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 43. 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7 -ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmən in qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin İddiaçı hüququnun pzulmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, məhkəmələr iş materiallarında olan İddiaçı və onun ailə üzvlərinə Beyləqan rayon X7 01 noyabr 1997-ci il tarixli, 32 nömr əli qərarına əsasən 7,61 ha pay torpaq sahəsi verilməsi barədə JN 203 Kod 60714018 saylı Dövlət aktına istinad etmişlər. Həmin sənəddə də mülkiyyətçilərdən birinin İddiaçı olduğu qeyd edilib.Eləcə də, cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsində sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla yeni sübut təqdim etmələri də iş materialları ilə təsdiqlənmir. Hətta cavabdeh apelyasiya şikayətində də İddiaçı hüququnun pozulmadığına dair dəlil irəli sürməmişdir.

48. Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmi ş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

50. Kollegiya bildirir ki, kassasiya instansiyası məhkəməsi sübutlara hüquqi qiymət vermir, kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətində iddianın baxılmamış saxlanması xahiş olunsa da məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilib, iddianın tamamilə, yaxud qismən baxılmamış saxlanılması üçün Azərbaycan Respublikasının MPM-in 417.1.5-ci madəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli 2(106)-769/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar