Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4181/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8, X13 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmənin əqdi etibarlı sayması, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxslər X5, Cavabdeh, X10 və X3 qarşı torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 06)-1335/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə Salyan rayonu, Arbatan kənd sakinləri X5, Cavabdeh, X11 və X3 0,96 hektar torpaq sahəsi verilmişdir.
3. Cavabdeh və üçüncü şəxslər X8, X13, X2 imzaladıqları xx.xx.2003-cü il tarixli yazılı iltizamda mübahisəli torpaq sahəsini iddiaçıya 1.000000 (bir milyon) manata satdıqları qeyd olunmuşdur.
4. X8 xx.xx.2003-cü il tarixli etibarnamə ilə 3 il müddətinə, xx.xx.2007-ci il tarixli etiba rnamə ilə 15 il müddətinə iddiaçıya mübahisələndirilən torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, həmin tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh və üçüncü şəxslər X5, Cavabdeh, X11 və X3 qarşı Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən və onların birgə mülkiyyətində olan 0,96 hektar torpaq sahəsinə dair aralarında bağlanmış xx.xx.2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 27 may 2003-cü il tarixdə cavabdeh və üçüncü şəxslər kön üllü olaraq mülkiyyətlərində olan mübahisəli torpaq sahəsini ona o vaxtki pulla ******* (bir milyon) manata faktiki olaraq “Rəsmi iltizam” adlanan əlyazmanı da imzalayaraq satmışlar. Həmin iltizamda onların satdıqları torpaq sahəsinə dair iddialarının olmadığını və gələcəkdə də olmayacağını qeyd etmişlər. Həmin iltizamdakı imzalar notarius tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirilməsini cavabdeh və üçüncü şəxslər öz üzərlərinə götürərək, istənilən vaxt alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərinə vəd vermişlər. Lakin buna üçüncü şəxslər buna razı olsalar da, cavabdeh vədinə əməl etməmişdir, alqı-satqını rəsmiləşdirməkdən yayınmışdır. Alıcı olaraq üzərinə düşən bütün öhdəllikləri yerinə yetirmiş, mülkiyyətçilərin tələb etdikləri pulu onlara vermiş, l akin cavabdeh öhdəliyinə əməl etməmiş, onun hərəkəti ucbatından alğısatqının rəsmiləşdirilməsi baş tutmamışdır. Hazırda mübahusəli torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur.
7. Məhkəmə iclasında cavabdeh izahatında, iddiaçının istinad etdiyi “Rəsmi İltizam”dakı imzanın onun tərəfindən icra edilmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında üçüncü şəxslər ayrı-ayrılıqda izahatlarında mübahisələdirilən torpaq sahəsini uzun müddətə iddiaçıya icarəyə verdiklərini, onu iddiaçıya satmadıqlarını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişlər.
9. İş ürzə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2022-ci il tarixli rəyinə əsasən, 27 may 2003-cü il tarixli “Rəsmi İltizam” da “2” rəqəminin önündəki imza Cavabdeh tərəfindən icra edilmişdir.
10. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 31 may 2022-ci il tarixli, 2(057)-148/2022 nömrəli qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxslər mübahisələndirilən torpaq sahəsini uzun müddətə icarəyə verdiklərini təsdiqləyən hər hansı bir sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Mülki işdə olan iddiaçıya verilmiş etibarnamələrin heç birində torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi göstərilməmiş, əksinə iddiaçıya həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı və s. səlahiyyətləri vermişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini 2003-cü ildə qüvvədə qüvvədə olan və 2005-ci ildə Azərbaycan Respublikası Mülki Məcəlləsindən xaric edilmiş 335.2-ci, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, 27 may 2003-cü il tarixdə hərbi xidmətd ə olduğu vaxt atası X8 əkib becərməyə imkanı olmadığı üçün torpaq sahəsini iddiaçı ilə öz aralarında icarəyə verməyə razılaşmışlar. İddiaçı atasının savadsız olmasından sui istifadə edərək icarəyə deyil, şəxsən özünün tərtib etdiyi alğı-satqı əqdinə qol çəkdirib, atasını aldatmışdır. Aldadılmış əqd qanunsuzdur. İş üzrə cavabdeh olsa da, həmin əqdi atası bağlamışdır. O, həmin vaxt hərbi xidmətdə olmuşdur.
15. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun torpaqlarına yaxın olmuş, X15 Abbasov adlı bələdiyyə üzvünə torpağını satdığını demişdir. O da heyvanlarını satıb pulunu Səhrəddinə vermişdir. Sübut kimi məhkəməyə təqdim olunan iltizam notariusda yazılmış, iltizamın məzmununu notarius tərəfindən deyilmiş, o da yazmışdır. Notariusa Yaşar, Səhrəddin və o, birlikdə getmişər. Səhrəddinin ailə üzvləri notariata gəlmədiyindən, notariusun əməkdaşı avtomobillə gedərək Səhrəddinin evində ailə üzvlərinə iltizamı imzalatdırmışdır. Həmin zaman alqısatqı müqaviləsini rəsmiləşdirməkdən ötrü pulu yetmədiyindən, bu cür iltizam almışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
17. Apelyasiya instansiya Məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, biri nci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan hallar kifayət qədər araşdırılmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
18. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Lakin idiaçının sübut kimi məhkəməyə təqdim etdiyi yazılı iltizam müqavilə formada iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmir, bir tərəfli əqd olaraq, tərəflərdən birinin mübahisəli torpaq sahəsini satmasını bəyan edir.
19. Bunlardan əlavə yazılı ilt izamı vermiş tərəf olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X8 yazıb-oxuya bilmədiyini, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olduğunu, iltizamın məzmunun iddiaçı tərəfindən tərtib olunaraq ona oxumadan imzalatdırdığını bildirmişdir. Qeyd olunan arqumentlər tərəflərin həmin zaman notariat qaydada torpaq sahəsinin alğı-satqısı müqaviləsi bağlamaq imkanın malik olduqları halda, bunu etməmələri ilə öz təsdiqini tapır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq etməmişdir.
21. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Məcəlləsini n 152.1, 152.4, 324.1, 324.2, 324.3, 335.2, 386.1, 389.1, 389.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) kassasiya instansiya məhkəməsində birinci icraat
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aqlı-satqı prosesi xx.xx.2003-cü ildə olduğu üçün qanunun geriyə qüvvəsi prinsipini nəzərə alaraq həmin an qüvvədə olan mülki hüququ normaları tətbiq edilməlidir. Daşınmaz əmlaka hüquq daşınmaz dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Bu normaya uyğun olaraq qeydə alınmış hüquq notarial qaydada qeydə alınmış “rəsmi iltizam”la təsdiqlənmişdir. Həmin vaxt 3-cü tərəf kimi işə cəlb olunan şəxslər özləri də, həmin sənədi imzaladıqlarını öz ifadalərində təsdiqləmişlər. X4 imzaladığı sənədi anlamaması isə əsassızdır, özünün yaşlı olmağını və bisavad olmağını əsas gətirməsi tamamilə yalnışdır, ən azından oxumaq və yazmaq qabiliyyəti olduğu üçün imzaladığı sənədin məğzini anlamaq qabiliyyətinə malikdir. X1 da öz ifadəsində həmin sənədi imzaladığını təsdiqləmişdir. Demək ki, onun imzaladığı sənədi başa düşmək qabiliyyəti vardır və atasına da izah etmişdir. Həmçinin həmin sənəd notariat qaydada bağlandığı üçün də sənədin izahı məhz notarius tərəfindən də, X6 da izah edilmişdir.
24. Bundan başqa, cavabdeh və 3-cü şəxslər ifadələrində göstərdikləri “icarə müqaviləsi” üçün ödənilən pul əsassızdır. Həmin dövr üçün o məhz 1.0 00000 (bir milyon) mana pulu məhz alqı-satqı üçün vemiş, bu rəqəmlər də, icarə haqqı üçün ağlabatan məbləğ deyildir.
25. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində MPM-nin 372, 384.0.2, 385.1.1. 392, 393, 404 və 405-ci maddələri əsas götürülmüşdür. Halbu ki, məhkəmə MPM-nin 372-ci maddəsinə istinad etməklə şikayətin maddi və prosessual cəhətdən hansı hissələrdə əsaslandırılmadığını göstərməli, sadalanan maddələri deyil, iddia müddətinin tətbiqi əlaqədar maddələri tətbiq etməli idi.
26. Həmçinin, işdə üçüncü şəxs kimi çıxış edən X9 məhkəmədə iştikarı təmin edilməmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2089/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyevin məruzəsi ilə, Aqil Abbasov və Vidadi Məmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsi elə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz.
29. Tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı iltizamın tərti b edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Yazılı sənədin mətnində digər tərəf - alıcı İddiaçı adının xüsusi olaraq göstərilməsi, daşınmaz əşyanın dəyərini satıcıların qəbul etmələri, alıcının sahəni təhvil almaqla ona sahiblik etməsi, notarial rəsmiləşdirməni satıcılardan tələb etməsi və hətta bu iddianı qaldırması kimi faktiki hərəkətlərin İddiaçı alıcı olaraq iradəsini bəyan etməsi sayılıb-sayılmadığına məhkəmə ümumiyyətlə qiymət verməmişdir.
30. Bundan əlavə, apellyasiya məhkəməsi iddianı rədd edərkən iltizamı imzalamadığını bildirən Cavabdeh verdiyi məlumatın ekspertiza rəyi ilə təkzib olunduğunu, onun və üçüncü şəxslərin sözügedən əqdin etibarsızlığına dair iddia qaldırmadıqlarını, məhz İddiaçı bu iddianı irəli sürdükdən sonra razılaşmanı təkzib etməl ərini, Səhrəddin Şahbazovun yazıb-oxuya bilməməsi, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olması, iltizamın məzmununu oxumadan imzalaması barədə bildirdiklərinin inandırıcılığını və işin hallarına uyğunluğunu qiymətləndirilməmiş, cavabdeh və üçüncü şəxslərin etirazlarının mülki hüquqlardan sui-istifadə təşkil edib-etməməsini müzakirə etməmişdir.
31. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Məcəlləsinin 16.1, 213.1, 213.2, 213.6, 222.2, 324.1, 324.2, 324.5, 335.1, 335.2, 560.1, 560.2, 560.3.4-cü, eləcə də AR Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) apelyasiya instansiya məhkəməsində ikinci icraat
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1335/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarix li qətnaməsi ilə (hakimlər Cahid İmanovun sədrliyi və məruzəsi ilə, İlham Əsədov və Müşfiq Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
33. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Yazılı sənədin mətnində digər tərəf - alıcı İddiaçı adı xüsusi olaraq göstərilmiş, daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Sonradan iddiaçı notarial rəsmiləşdirməni satıcılardan tələb etmiş, bununla da İddiaçı alıcı olaraq iradəsini bəyan etmişdir..
34. Məhkəmə kollegiyası mövqeyini AR Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 16.1, 213.1, 213.2, 213.6, 222.2, 324.1, 324.2, 324.5, 335.1, 335.2, 560.1, 560.2, 560.3.4-cü, eləcə də AR Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
36. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ndə AR Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinadən qeyd olunmuş - “tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz” hissəsindəki hüquqi mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir; -yazılı formada bağlanması, -notariat qaydasında təsdiqlənməsi, Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etıbarlılığ ını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasımn yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Həmçinin, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Lakin iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi yazılı iltizam müqavilə formada iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmir, bir tərəfli əqd olaraq, tərəflərdən birinin mübahisəli torpaq sahəsini satmasını bəyan edir. Bunlardan savayı yazılı iltizamı vermiş tərəf olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X8 yazıb-oxuya bilmədiyini, niyyətinin torpaq sahəsini iddiaçıya icar əyə vermək olduğunu, iltizamın məzmununu iddiaçı tərəfindən tərtib olunaraq ona oxumadan imzalatdırdığını bildirir. Qeyd olunan arqumentlər tərəflərin həmin zaman notariat qaydada torpaq sahəsinin alğı-satqısı müqaviləsi bağlamaq imkanın malik olduqları halda, bunu etməmələrı ilə öz təsdiqıni tapır.
37. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, o xx.xx.2003-cü il tarixdə hərbi xidmətdə olduğu vaxt X8 əkib becərməyə imkanı olmadığı üçün torpaq sahəsini iş üzrə İddiaçı ilə öz aralarında torpağı icarəyə verməyə razılaşmışlar. İddiaçı atasının savadsız olmasından sui-istifadə edərək icarəyə deyil, şəxsən özünün tərtib etdiyi alqı-satqı əqdinə qol çəkdirib. İddiaçı atasını aldatmışdır, aldadılmış əqd qanunsuzdır. İddiaçının sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi iltizamdakı i mzanın Cavabdeh məxsus olmaması, həmin vaxt hərbi xidmətdə olması barədə məhkəmə kollegiyasının iclasında da bildirməyinə baxmayaraq məhkəmə bu hallara heç bir hüquqi qiymət verməmişdir.
38. Kassator şikayətini AR Mülki Məcəlləsinin 152, 324, 335.2, 337, 339, 354, 386, 389-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir
41. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsu bdur.
42. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
43. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
44. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir
45. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına y önəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
46. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
47. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir 48.. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilm ir (Maddə 24 iyun 2005-ci il 949İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya).
49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
50. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
51. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur
54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
61. Maddə 420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instans iyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, irəli sürülən dəlillərə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticə ni qanunvericiliyə uyğun əsaslandırmışdır.
66. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2(106)-1335/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.