Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4182/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X1, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(008)-5276/2019, hakim S.Ş.Talıbov) İddi açı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 135.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1388/2020, hakimlər İ.K.Xəlilov, İ.S,Şirinov, İ.Ə.Kərimli) İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyaisya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 200000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, işin həqiqi halları və tərəflərin qarşılqlı münasibəti düzgün müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında ümumiyyətlə borc münasibətləri olmamaqla, onlar biznes şərikləri olmuşlar. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassa siya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 200000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən mütərək qaydada t utularaq ona ödənilməsini tələb edir. İddianın rədd edilməsi hissəsində qətnamə kassasiya qaydasında mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. İddiaçının Cavabdeh2 ilkin olaraq 50000 ABŞ dolları, daha sonra isə 150000 ABŞ dolları, ümumilikdə 200000 ABŞ dolları məbləğində pul verməsi, həmin puldan 65.000 ABŞ dollarının qaytarılması işin mübahisəsiz hallarıdır. Cavabdeh2 iddiaçı ilə biznes şəriki olduqları üçün biznesin iflası ilə bağlı pulun geri tələb olunması əsassız hesab edərək iddiaya etiraz etmiş və bildirmişdir ki, həmin məbləğ verildikdən sonra biznes fəaliyyətində problemlər yaranmış və nəticədə onlara ziyan dəymişdir. Şərikli işə başladıqlarına, qazanca şərik olduqları kimi ziya na da şərik olduqlarına görə iddiaçıya pul ödəməli deyil. Yaranmış ziyanla bağlı cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Hindistandan ət vuranda yolda problem yarandığı üçün mallar gecikmiş və dörd ay ət Qazaxıstan sərhədində qalmışdır. Bundan sonra, Çindən məhsul almaq qərarına gəlmiş, lakin gecikdiyi üçün həmin məhsulları bazara çıxara bilməmiş, həmin işdən də ziyana düşmüşlər. İşə baxan məhkəmə həmin dəlilin əsassız olması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şərikli iş birliyi barədə müqavilə yoxdur, iddaçı şərikli iş gördüklərini təsdiq etməmişdir. Buna görə də baş verə biləcək risklərlə bağlı iddiaçının məsuliyyəti istisna olunur. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, tərəflərin bi rgə biznes fəaliyyəti ilə məşğul olmaları sübuta yetirilməmişdir. Qanunvericilikdə birgə fəaliyyətlə bağlı müddəalar olmasa da, bununla bağlı yaranmış münasibətlər qanunla qadağan olunmadığı üçün tərəflərin belə bir münasibətlərə girərək özləri üçün hüquq və vəzifələr yaratmasına yol verilir. Birgə fəaliyyət o zaman mövcud olur ki, hər bir tərəf birgə fəliyyət göstərsin, bu fəaliyyət əmtəə satışı, iş görülməsi, xidmət göstərilməsindən və s. ibarət olsun. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, hazırkı iş üzrə iddiaçı hər hansı bir fəaliyyət göstərməmiş, tərəflərin izahatlarından da məlum olduğu kimi Hindistan və Çindən məhsulların gətirilməsi işi ilə yalnız cavabdeh məşğul olmuşdur. İddiaçı 200 000 ABŞ dollarını biznes fəaliyyəti ilə əlaqədar vermiş olsa da bu birgə f əaliyət göstərmək kimi qiymətləndirilə bilməz. İddiaçı sadəcə cavabdehi pulla təmin edərək, həmin pul hesabına əlavə gəlir əldə etməyə ümid etmiş, biznes fəaliyyətində bilavasitə iştirak etməmişdir. Bununla bərabər, cavabdeh 200 000 ABŞ dollarından iddiaçıya özü tərəfindən 90 000 ABŞ dollarının, Nazim tərəfindən 17.000 ABŞ dollarının, Füzuli tərəfindən 37.000 ABŞ dollarının, ümumilikdə 144000 ABŞ dollarının qaytarıldığını bildirmiş, iddiaçı isə ona cəmi 65.000 ABŞ dolları qaytarıldığını etiraf etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 65.000 ABŞ dolları ona qaytarıldığını etiraf etdiyindən, daha artıq vəsait qaytarılması halını sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür, lakin cavabdeh tərəf bu halı sübuta yetirə bilməmidir. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 20 20-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4182/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4182/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver