Məhkəmə qərarları › İş №2(102)-4184/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4184/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4184/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)820/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)3502/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Qasımov) İddiaçı Cav abdeh qarşı “evdən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehin Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 39 saylı evin 37 saylı mənzilindən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)820/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehi n Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 39 saylı evin 37 saylı mənzilindən çıxarılması və həmin mənzilin onun faktiki sahibliyinə və istifadəsinə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olma yıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Fərid Həsənov kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və vəkili Faiq Nağıyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Fərid Həsənovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mənzil Məcəlləsinin 59.2, 59.4-cü maddələrinin, Mülki Məcəllənin 158.1.2ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, A/Yat, 39 saylı evdə yerləşən 37 saylı mənzilin iddiaçıya məxsus olması, cavabdehin faktiki olaraq həmin mənzildə yaşaması işin mübahisə olunmayan hallarıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli “mənzil kirayə müqaviləsinin” dəyişdirilməsi haqqında Sərəncamın təsdiq olunmuş surətindən və 3 saylı XTMKTB-nin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, A/Yat, 39 saylı evdə yerləşən 37 saylı mənzilin kirayə müqaviləsi altı nəfər ailə üzvləri ilə birlikdə iddiaçı ilə bağlanıb. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-cu maddəsinə əsasən yaşayı ş sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf– dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin- vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. A naloji (oxşar) normalar, həmçinin əvvəl qüvvədə olmuş Mənzil Məcəlləsində də mövcud olmuşdur (Mənzil Məcəlləsinin 51, 52, 48 və s. maddələri). Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ hesab edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya sosial kirayə müqaviləsi ilə qanuni əsaslarla verilib və onun həmin mənzilə qanuni gözlənilən mülkiyyət hüquqları vardır. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, işin həqiqi halların ı nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və ya “əmlak” anlayışı kifayət qədər geniş anlayışdır. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu səbəbdən də, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər, yəni iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə qeyd etdikləri işdə olan sübutlarla tam təkzib olunur. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasının hüquqi və faktiki əsaslarının olub-olmaması yoxlanılmalıdır. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) hüquq verən qanuni hallar mövcud olmalıdır. Yəni şəxsin əşya hüququnun mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməyib və kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri əsaslandırmayıb. Cavabdeh kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində (həmçinin, apelyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizəsində) mübahisəli mənzildə 2011-ci ildən yaşamasını, həmin mənzili əri Bəhruz İbişov tərəfindən pulla alınmasını göst ərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəf lərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını dəqiq müəyyən etmişdir və mülki qanunvericiliyə görə daşınmaz əmlakın şifahi əqdə əsaslanan alqı-satqısı əhəmiyyətsizdir. Göründüyü kimi, iddiaçının müvafiq tələb hüququnun olması aşkardır, çünki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Həmçinin cavabdehin iddiaçı tərəfindən müvəqqəti olaraq mübahisəli mənzildə yaşamağa buraxılması faktı da vəziyyəti dəyişdirmir. Çünki, bu hal cavabdehin mən zildən istifadə hüququnun yaranmasına əsas vermir (çünki cavabdeh bu müddət ərzində iddiaçı ilə birlikdə onun ailə üzvü kimi mübahisəli mənzildə yaşamayıb və onunla ümumi təsərrüfatı birgə idarə etməyib. Bir sözlə cavabdeh iddiaçının ailə üzvü deyil). Cavabdehin mübahisəli mənzildə yaşaması, hətta Mənzil Məcəlləsinin 79-cu maddəsinə əsasən müvəqqəti sakin kimi qiymətləndirilsə belə, bu hal da ona yaşayış sahəsində daimi istifadə hüququ əldə etməyə imkan vermir. Belə ki, Mənzil Məcəlləsinin 79.5-ci maddəsinin tələbinə görə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, onlar məhkəmə qaydasında başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə də cavabdehin hazırki vaxtadək hər hansı qanuni əsas olmadan iddiaçıya məxsus mənzildə yaşaması və oradan çıxmaqdan imtina etməsi son nəticədə iddiaçının qanunla qorunan hüquqlarını pozur, məhdudlaşdırır. Yəni, iddiaçı özünə məxsus mənzildən istifadə etmək hüququndan məhrum olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə də apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işin faktiki hallarını nəzərə alıb, eyni zamanda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanla ra əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-820/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar