Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4186/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4186/2021 (Açar sözlər: istifadə hüququnun itirilməsi, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı1 vəkili İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “ istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 03 mart 2021-ci il tarixli 2(103)3262/2021 nömrəli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 7 saylı mənzil Dövlət Neft şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən İddiaçı1 yaşamaq üçün verilmişdir.
2. Cavabdeh iddiaçının keçmiş gəlinidir.
3. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikaha 2016-cı ildə pozulub.
4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-14186/2016 saylı, 16.11.2016-cı il tarixli qətnaməsinə əsasən XXX azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli 2 otaql ı evə köçürülmüşdür. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 10.10. 2004-cü il təvəllüdlü X3, 07.06.2010cu il təvəllüdlü X4 və 18.01.2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 7 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 2003-cü il tarixdə ailə qurmuş, birgə nikahdan onların üç uşağı doğulmuşdur.
7. Ailə qurduqdan sonra cavabdeh Bakı şəhəri ünvan 2 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş evə gəlin köçmüş və bu günə qədər də həmin ünvanda yaşayır. 2016-cı ildə aralarında yaranmış mübahisə ilə əlaqədar iddiaçının oğlu X7 Rayon məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə iddiaçının oğlunun nikah qeydi ləğv olunmuşdur.
8. Nikah ləğv olunduqdan sonra cavabdeh yaşadıqları evdən çıxıb getmiş, bir müddət sonra yenidən həmin evdə yaşamağa başlamışdır. Cavabdeh yaşadığı yerə kğçürülmək üçün məhkəməyə müraciət etmiş, Sabunçu Rayon məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 3, ev 6, mənzil 7 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş evə köçürülmüşdür.
9. Sabunçu Rayon məhkəməsinin 19.01.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçının özünün Bakı şəhəri ünvan 2 ünvanına istifadə hüququ tanınmış və pasport qeydiyyatına alınmışdır. İddiaçı haz ırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır.
10. Cavabdeh qeyd olunan ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülsə də, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə –Bakı şəhəri ünvan 2-də qeydiyyatdadırlar.
11. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzil qeydiyyatında qalmaları iddiaçının həmin mənzilə olan sahiblik və istifadə hüquqlarını pozur.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.5 və 152.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 6 ünvanında yaşayır; - uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi tələb edilən ev özbaşına tikili olm aqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, eləcə də iddiaçı tərəfindən həmin mənzilin ona məxsus olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.; - cavabdehin mübahisəli mənzilə gəlin köçərək yaşamağa başladığı müddətdə iddiaçının həmin evə istifadə hüquqları belə mövcud olmamış və onun bu hüququ yalnız 19 yanvar 2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən yaranmışdır.
14. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Adilə Paşayeva)
15. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh 10.10.2003-cü il tarixdə ailə həyatı qurmuş, 16.09.2004-cü il tarixdə nika hları rəsmiləşdirilmiş və cavabdeh ünvan 3, ünvanda yerləşən 7 saylı mənzilə bitişik olan özbaşına tikiliyə köçmüşdür. Daha sonra, yəni 2005-ci ildə İddiaçı1 məhkəmə qətnaməsi ilə ünvan 3, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah 2016-cı ildə xitam edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh övladları ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. İddiaçının hazırda iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi gəlininin Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evlə eyni həyətdə inşa edilmiş 1 mətbəx və sanitar qovşağı ilə təchiz edilmiş 1 mərtəbəli, 2 otaqlı evə (özbaşına tikiliyə) yox, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin özünə cavbadehin istifadə hüququna xitam verilməsi, dolayısı ilə cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılmasıdır. Sözügedən mənzil sosial kirayə müqaviləsinə əsasən 2012-ci iddiaçıya kirayəyə verilmişdir.
16. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh uşaqları ilə birlikdə yuxarıda qeyd olunan mənzilə bitişik olan özbaşına tikiliyə köçürülmüş və orada yaşayır.
17. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdı r. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
18. Birinci instansiya mübahisəyə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalrının tətbiq edilməli olmasını qeyd edərək göstərib ki, iddiaçının oğlu ilə cavabdeh 16.09.2004-cü ildə nikaha daxil olmuşlar, yəni tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2004-cü ildə yaranmışdır. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi qüvvədə olduğundan və həmin Məcəlləyə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də 01.10.2009-cu ilədək qüvvədə olan sosial kirayə müqaviləsinə aid normaların tətbiq edilməsi mümkündür. Həmçinin mübahisə predmeti olan mənzil özəlləşdirilmədiyindən və dövlət mənzil fonduna aid olduğundan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi mümkün deyildir.
19. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbləri baxımından hesab edib ki, cavabdehin ünvan 3, ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, mübahisəyə tətbiq edilən Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi ilə kirayəyə verilmiş mənzilə istifadə hüququnun yaranmasına əsas şərtlərdən biri həmin mənzilə köçürülmək və orada yaşamağa başlamaqdır ki, bu əsas yaranmamışdır. Yəni, cavabdeh ünvan 3, ünvanda yerləşən 7 saylı mənzilə yox, ona bitişik olan özbaşına tikiliyə gəlin köçərək yaşamışdır. Buna görə də əg ər cavabdehin qeyd olunan mənzilə istifadə hüququ yaranmamışdırsa, iddia tələbi təmin oluna bilməz. Cavabdehin mənzildə qeydiyyatda olması onun mənzilə istifadə hüququnun olması demək deyil. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər və nəticə etibarilə mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, Mənzil Məcəlləsinin 53.3, 54.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verib.
22. Apellyasiya şikayətində iddiaçı işin faktiki hallarını sadalamış, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan halların kifayət qədər əsaslandırılmamasına, cavabdehin yaşayış yerinə ehtiyacının aradan qalxmasına diqqət yetirlməməsinə istnad etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3262/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya ş ikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3026/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, cavabdeh mübahisəli mənzilin icarədarının ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Başqa sözlə, cavabdeh faktiki olaraq daima mübahisəli mənzildə yaşamış və icarədarın ailə üzvü kimi yaşayış sahəsindən istifadə etmişdir. Bu baxımdan mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır.
25. Cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsinə gəldikdə, apellyasiya məhkəməsi bununla bağlı Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına istinadən qeyd edib ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədlər isə hazırki işdə mövcud deyil dir. Cavabdeh gəlin gəldikdən sonra eyni həyətdə yerləşən hər iki evdə yaşamış, hər iki evdən istifadə etmiş və hal-hazıradək də istifadə etməklə üç uşağı ilə birlikdə yaşayır.
26. Apellyasiya məhkəməsi kollegiya hesab edib ki, işdəki sübutların məcmusu Cavabdeh mübahisəli mənzildə yaşadığı qənaətinə gəlməyə əsas verməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir.
27. Apellyasiya məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 53.3, 54.1, 60, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı1 qızı (vəkil İddiaçı2) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri: -cavabdeh 2016-cı ildən bu günədək ümumiyyətlə sözügedən mənzildə yaşamamış, oradan istifadə etməmişdir; - apellyasiya məhkəməsi işin həmin halını nəzər almadan maddi hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etirazın dəlilləri: - Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin iddiaçın oğlu X2 ilə nikahı pozulub və birgə nikahdan doğulmuş hər üç yetkinlik yaşı n çatmayan övladları cavabdehin himayəsinə verilib; - nikahın pozulmasına dair məhkəmə qətnaməsi qəbul edilən gündən X2 övladları ilə birgə cavabdehi evdən çıxarmaq üçün cavabdehə və uşaqlarına dəfələrlə fiziki zor tətbiq etmişdir. İddiaçının qanunsuz hərəkətləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər olunmasına baxmayaraq, bir müddətdən sonra o qanunsuz hərəkətlərinə davam edərək cavabdehi evdən çıxarmağa çalışmışdır; - iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığına istinad edərək, onun sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olduğunu bildirsə də, əslində qeyd edilməlidir ki, Bakı şəhəri, ünvan 6 ünvanında iddiaçı deyil, uşaqları ilə birlikdə daimi olaraq cavabdeh yaşayır. Belə ki, hələ iddiaçının oğlu ilə birgə nikahda olduğu müddətd – 2012-ci ildə İddia çı1 öz həyat yoldaşı (keçmiş qaynata) ilə birlikdə daimi yaşamaq üçün Qazax rayonunun Kəmərli kəndinə köçmüş və bu günədək də orada yaşamaqdadır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili İddiaçı2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
32. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdə liklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı “ Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
37. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
38. İddiaçı cavabdehin uşaqları ilə birgə mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edib və bunu cavabdehin qeydiyyatda olduğu evdə yaşamaması ilə əsaslandırıb. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə isə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə ge tməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədlər hazırki işdə mövcud deyildir. Cavabdeh gəlin gəldikdən sonra eyni həyətdə yerləşən hər iki evdə yaşamış, hər iki evdən istifadə etmiş və hal-hazıradək də istifadə etməklə üç uşağı ilə birlikdə yaşayır.
39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 21-23-cü bəndlərində əks edilən mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan da görünür ki, apellyasiya məhkəməsi cavabdehin mənzilə istifadə hüququnun yaranması, bu hüququn itirilməsi ilə bağlı və iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib.
40. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)3262/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.