Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4187/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ASC "xxxx" Banka qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh ASC "xxxx" Bankın nümayəndəsi və eyni za manda vəkili X10 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-544/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinə əsasən Bankın "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis"i İddiaçı əmək müqaviləsinə 21 yanvar 2020-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Birinci instansiya məhkəməsində ic raat İddiaçı cavabdeh ASC "xxxx" Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinin ləğv edilməsi, ASC "xxxx" Bankının “20 yanvar” filialının Müştəri xidməti şöbəsinin Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 2007-ci ildə YYY-da Maliyyə operatoru vəzifəsində başlamışdır. 2008-ci ildə 000-da işə qəbul olunmuş və 2012-ci ildə həmin bankdan “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis olaraq öz istəyi ilə işdən ayrılmışdır. 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC "xxxx" Ban kının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin “Fiziki şəxslərə xidmət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 2017-ci ildə ştatdan kənar daxili əmrə əsasən həmçinin “Hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi” vəzifəsi ona həvalə edilmiş, 2017-ci ilin avqustunda bankın daxili vəzifə dəyişikliyi üçün keçirdiyi imtahandan 89% nəticə göstərərək “Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 2019-cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 12 ilə yaxın bank sektorunda, o cümlədən, ASC "xxxx" Bankda çalışdığı 7 ildən artıq müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyaları ilə yanaşı, rəhbərliyin ona həvalə etdiyi vəzifələri də lazımınca və vicdanla yerinə yetirmiş, əmək və icra intizamına ciddi riayət etmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamışdır. Buna baxmayaraq 31 yanvar 2020-ci il tarixdə iş yerində əmək funksiyalarını yerinə yetirdiyi zaman bankın kadrlar şöbəsindən ona zəng vuraraq bildirmişlər ki, onun elektron poçt ünvanına göndərdikləri öz istəyimlə işdən çıxmağımla” bağlı ərizəni imzalasın. Bununla bağlı olaraq işlədiyi filialın direktoruna müraciət etmişdir. Filial direktoru ona bildirmişdir ki, o, təsis etdiyi hüquqi şəxsin bank hesabı onların filialında açılmışdır. O, bunun əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını və bank hesabı açılarkən filial direktoruna məlumat verdiyini və onun icazəsi ilə bank hesabı açıldğını, hazırda bank hesabını bağlaya, başqa bankda aça v ə ya hüquqi şəxsin rəhbərliyini başqa şəxslərə həvalə edə biləcəyini bildirmişdir. Lakin kadrlar şöbəsinin rəisi ərizəni imzalamayacağı təqdirdə maddə ilə işdən çıxaracaqlarını və bundan sonra başqa işə düzələ bilməyəciyi ilə təhdid etmişdir. O, yenə onlara ərizəni imza etməyəcəyini və bankın rəhbərliyi ilə görüşmək istədiyini bildirsə də, heç bir nəticə verməmişdir. Bundan sonra, bankın baş ofisindən gələn əməkdaşlar ona işdən azad edildiyini bildirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31.01.2020-ci il tarixli, XBK1/018 nömrəli əmri ona təqdim etmişdirlər. Hesab edir ki, 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmr əsasız və qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə is tinad edilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə müəyyən edilmişdir ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işdən azad olunması üçün işəgötürən işçi tərəfindən hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasını, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilən kobud pozuntuya yol verməsini müəyyən etməli və əmrdə həmin halları qeyd etməklə Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməlidir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barəd ə əmrdə tərəfindən əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud vəzifələrinin kobud şəkildə pozulmasına istinad olunmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası ümumiyyətlə qeyd olunmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas kimi heç bir rəsmi sənəd göstərilməmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışına təqdim etdiyi ASC "xxxx" Bankının 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrinin kserosurətindən görünür ki, əmrin İ hissəsinə əsasən Bankın "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis"i İddiaçı əmək müqaviləsinə 21 yanvar 2020-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmiş, əmrin verilməsinə əsas İddiaçı fəaliyyətindəki nöqsanlar haqqında 20.01.2020-ci il tarixli akt göstərilmişdir. ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X27 tərəfindən Bankın Təhlükəsizlik İdarəsinin rəisi LLLa ünvanladığı, 13.01.2020-ci il tarixdə qeydiyyata alı nmış xidməti məktubunda göstərilmişdir ki, Bankın “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı cari ilin yanvar ayının əvvəlindən etibarən iş vaxtı ərzində şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olur. Belə ki, Bankın müştərisinə Bank xidmətlərini deyil, şəxsi biznesinin məhsulunu satmaqdadır. İş günü ərzində İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışır ki, bu da ASC “Xalq “ X25 Məcəlləsinin 5.10-cu maddəsinin 5.10.7-ci bəndinə ziddir. Məsələnin müvafiq strukturlara çatdırılmasında köməklik göstərilməsi xahiş olunur. ASC "xxxx" Bankının Təhlükəsizlik İdarəsinin rəisi X11 tərəfindən X26 sədri E.M.Ağayevə ünvanladığı, 14.01.2020-ci il tarixdə qeydiyya ta alınmış xidməti məktubunda göstərilmişdir ki, 13.01.2020-ci il tarixində Bankın “20 Yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X27 tərəfindən ona ünvanlanan məktub daxil olmuşdur. Məktubdan belə aydın olur ki, Bankın “20 Yanvar” filialının Müştəri Xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı iş vaxtı ərzində Bankın müştərilərinə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin xidmətlərini (ölkədaxili və ölkəxarici otellərin rezervasiyası, biletlərin satışı, tur paketlərin təşkili və s.) təklif edir və mobil telefon danışıqlarına həddən artıq çox yol verir. Bununla da Bankla İddiaçı arasında bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi sonuncu tərəfindən pozulur. Müvafiq məsələnin daha ətraflı araşdırılmasına şərai t yaradılması xahiş olunur. 30.01.2020-ci il tarixli aktından görünür ki, ASC "xxxx" Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X3, Filialın Müştəri Xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X7, Filialın Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X14, Filialın aparıcı təhlükəsizlik inspektoru X27 və Filialın təhlükəsizlik inspektoru X12 öz imzaları ilə təsdiq edirlər ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etmiş və mobil telefon danışıqlarına həddən artıq çox yol vermişdir. 30.01.2020-ci il tarixli aktdan görünür ki, ASC "xxxx" Bankının İşlər İdarəsi nin rəisi vəzifələrini icra edən X17, eyni adlı idarənin Kadrlar şöbəsinin baş mütəxəssisi X4, eyni adlı idarənin Kadrlar şöbəsinin baş mütəxəssisi X18 öz imzaları ilə təsdiq edirlər ki, Bankın “20 Yanvar” filialının Müştəri Xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və mobil telefon danışıqlarına həddən artıq çox yol verməsi) ilə bağlı izahat verməkdən imtina etmişdir. ASC "xxxx" Bankının «20 Yanvar» filialının kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X8 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət ü zrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, qeyd edilən əməkdaş iş vaxtı ərzində şəxsi biznesinə aid məsələləri ilə əlaqədar olaraq digər işçilərin işinə mane olacaq səviyyədə mobil telefonla dəfələrlə və uzun-uzadı danışmağına və filiala gələn müştərilər şəxsi biznesi, müxtəlif istiqamətlər üzrə tur-paketlər barədə ətraflı məlumat verməsinin şahididir. ASC "xxxx" Bankının «20 Yanvar» filialının müştəri xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X7 tərəfindən 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək f unksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş saatlarında sahibkarlıq fəaliyyətinə dair məsələlərlə əlaqədar olaraq mobil telefonla uzun müddət danışmağının şahididir. ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X15 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı özünə məxsus olan (təsisçisi və direktoru özü olan) "xxxx" MMC-nin yaratması barədə ona məlumat versə də, tərəfindən kadr işinə məsul struktur bölmə olan Bankın işlər idarəsinin kadrlar şöbəsi xəbərdar edilməsə də, İddiaçı aidiyyəti bölməni məlumatlandırması barədə bildirmişdir. Filialın təhlükəsizlik işi ilə məşğul olan əməkdaşlarının bildirdiyinə görə İddiaçı iş vaxtı ərzində bankın müştərilərinə təsisçi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatlar verir və öz xidmətlərini təklif edir. Şirkətin işi ilə əlaqədar mobil telefonların danışıqlarına həddən artıq çox vaxt ayırır ki, bu da hal-hazırda tutduğu vəzifə öhdəliklərinin icrasına maneçilik törədir. İddiaçı şifahi xəbərdarlıq etməyinə baxmayaraq belə hallar sonuncu tərəfindən yenə təkrarlanır. Bu məsələyə münasibət bildirilməsi və rəhbərlik etdiyi filialda nəzarətinin zəifliyi nəticəsində yuxarıda qeyd edilən halların baş verməsi və ya qarşısının alınmamasını üzürlü hesab edilməsini xahiş edir və bir daha belə hallara yol verilməyəciyini və filialda nəzarətinə götürəcəyini bildirir. ASC "xxxx" Bankının «20 Yanvar» fili alının təhlükəsizlik inspektoru X5 30.01.2020ci il tarixdə qeydiyyatdan keçmiş izahatdan görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərlə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi pozuntularının araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş vaxtı ərzində, Filialda bank xidmətlərinin göstərilməsi üçün uzun müddət gözləyən müştərilərinin olduğu halda, şəxsi biznesinə aid olan məsələlərlə əlaqədar olaraq mobil telefonla tez-tez və ya uzun müddətli danışmağının və müxtəlif bank əməliyyatlarının həyata keçirilməsi üçün Filiala müraciət edən müştərilərə öz tur agentliyinin xidmətlər ibarədə ətraflı məlumat verməyinin şahidi olmuş və bununla əlaqədar olaraq öz səlahiyyətləri çərçivəsi ndə araşdırma aparmış və aşağıdakı faktlarla qarşılaşmışdır. Belə ki, İddiaçı Filialda istifadəsində olan kompüterində iş vaxtı ərzində şirkətin loqosunun eskizinin hazırlanması, şirkətə aid müqavilələr və digər sənədləşmə işlərini həyata keçirmişdir. İddiaçı korporativ e-mail ilə 21 yanvar 2020-ci il tarixində müxtəlif saatlarda şirkətinin işləri ilə əlaqədar yazışmalar aparmış və sənədlər göndərmişdir. 24 yanvar və 30 yanvar 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışmağını əks etdirən videogörüntüləri yazdıqlarına əlavə edir. ASC "xxxx" Bankının «20 Yanvar» filialının müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X2 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatından görünür ki, filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslər lə xidmət üzrə böyük mütəxəssisi vəzifəsini icra edən İddiaçı əmək funksiyaların iclasında yol verdiyi pozuntuların araşdırılması çərçivəsində ona verilən suallara cavab olaraq bildirir ki, İddiaçı iş vaxtı ərzində şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının reklamı ilə məşğul olur, xidmət göstərdiyi Bankın müştərilərinə müxtəlif tur-paketlər təklif edir. Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, 19.12.2019-cu il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti 19.12.2024-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı verg i ödəyicisinin fəaliyyətinin bərpası barədə məktubundan görünür ki, 09.02.2020-ci il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti 09.02.2020-cü il tarixindən bərpa olunması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-2215/20 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xxxxn 31.01.2020-ci il tarixli, XB-K1/018 saylı əmrinin ləğv edilməsi, İddiaçı xxxxnın “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin “Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis” vəzifəsində işə bərpa edilməsi, 31.01.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 27 noyabr 2012-ci il tarixli əmək müqaviləsi ilə ASC "x xxx" Bankının "20 yanvar" filialının Müştəri xidməti şöbəsinin "Fiziki şəxslərə xidmət üzrə mütəxəssis" vəzifəsinə işə qəbul edilmiş, 2017-ci ilin avqustunda «Fiziki şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə, 2019-cu il noyabr ayında bankın verdiyi digər əmrə əsasən ştat cədvəlinə uyğun olaraq "Hüquqi şəxslərə xidmət üzrə aparıcı mütəxəssis" vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə iddiaçı təsis etdiyi hüquqi şəxsin ("xxxx" MMC-nin) bank hesabını işlədiyi filialda açmış, bu barədə filial rəhbərliyi məlumatlı olmuş, (sonuncu 30.01.2020-ci il tarixdə qeydə alınmış izahatında bu faktı etiraf etmişdir) 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya verilən 31.01.2020-ci il tarixli, XBK1/018 nömrəli əmrin surətində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsinin isə məhkəmə baxışında təqdim etdiyi 31.01.2020-ci il tarixli, XB-K1/018 nömrəli əmrin məzmun cəhətdən fərqli olan digər surətindən görünür ki, bu əmrdə əmrin verilməsinə əsas kimi İddiaçı fəaliyyətindəki nöqsanlar haqqında 30.01.2020-ci il tarixli akt göstərilmişdir. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair iki fərqli məzmunlu əmr vardır. Cavabdehin nümayəndəsi eyni şəxs haqqında iki fərqli məzmunlu əmrin deyil, bir əmr olmasına dair fikrinə məhkəmə tənqidi yan aşır və qeyd edir ki, Əmək Məcəlləsinin 83cü və 189-cu maddələrinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti sonuncu iş günü işçiyə verilərkən verilən əmrin surəti həmin əmrin mövcud əslinin surətini əks etdirməli idi. İddiaçıya verilən əmrin surəti ilə cavabdehin təqdim etdiyi əmrin əsli məzmun baxımından eynilik təşkil etmir. İddiaçı da cavabdeh tərəfindən onun əmək hüquqlarının pozulmasını məhz ona təqdim edilən əmrin surətində aşkar etdiyi nöqsanlarla əsaslandırmışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən əmrin surətində əmrin verilməsinə əsasın göstərilməsini sonradan əmrə edilən əlavə kimi qiymətləndirir, eləcə də, iddiaçı barədə eyni tarixli iki fərqli məzmunlu əmr verilməsi faktının mövcud olmasını və bu halın da qanunv ericiliyə uyğun olmamasını qeyd etməklə iddiaçıya verilən əmrin surətində onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, eləcə də, müəssisənin hüquqi ünvanı, işəgötürənin adı, atasının adı tam göstərilmədiyi üçün bunların Əmək Məcəlləsinin 84.2-ci maddəsinin tələbləri baxımından sözügedən əmrin etibarsız sayılması üçün əsaslar olması qənaətinə gəlir. Cavabdehin təqdim etdiyi əmrin surətinə sonradan əlavə edilmiş əmrin verilməsinin əsası kimi göstərilən 30.01.2020-ci il tarixli aktın məzmununa da məhkəmə hüquqi qiymət verərək tənqidi yanaşır və bu aktın da iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas olmaması qənaətinə gəlir. Belə ki, aktı imzalayan ASC "xxxx" Bankının “20 Yanvar” filialının Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi X3, Filialın Müştəri Xidməti şöbəsinin fiziki şəxslərə xidmət üzrə mütəxəssisi X7, Filialın Kredit şöbəsinin hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssisi X1 Ramilə Arif qızının Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və bununla bağlı mobil telefon danışıqlarına həddən artıq çox yol verməsinə dair həm aktda, həm də aktı imzaladıqları tarixdə də verdikləri izahatlarında da, bu halın nə vaxtdan baş verməsini, dəfələrlə təkrarlanmasını və ya mütəmadi olmasını göstərə bilməmişlər. ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X24 izahatının məzmunu əsasən filialının təhlükəsizlik işlərinə məsul olan əməkdaşlarının bildirməsinə əsaslanır. Filialın təhlükəsizlik inspekt oru X5 izahatında İddiaçı korporativ e-mail ilə 21 yanvar 2020-ci il tarixində müxtəlif saatlarda şirkətin işləri ilə əlaqədar yazışmalar aparması və sənədlər göndərməsi, 24 yanvar və 30 yanvar 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışmağını əks etdirən videogörüntüləri yazdıqlarına əlavə etsə də, cavabdehin nümayəndəsi bu videogörüntüləri məhkəməyə təqdim etməmiş və bu görüntülərlə bağlı təmsil etdiyi təşkilatda hər hansı müvafiq araşdırma aparılmamasını göstərmişdir. Əgər belə bir halın mövcud olduğu təqdirdə iddiaçının bu əməllərində özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallarına dərhal, yəni bu hal müəyyən edilən kimi, münasibət bildirilməli və bunun qarşısının alınması üçün əmək qanunvericiliyi ndə nəzərdə tutulmuş müvafiq təsir (intizam) tədbirləri görülməli idi. Lakin cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə (LLLun məktubu, V.V.Vun izahatı) iddiaçının belə bir hala 30.01.2020-ci il tarixdən əvvəlki hansı tarixlərdə yol verməsi görünsə də, cavabdeh tərəf bunun bağlı faktın müəyyən edildiyi tarixlərdə iddiaçıya münsibətdə tədbir görülməməsinin səbəblərini izah edə bilməmişdir ASC "xxxx" Bankının Təhlükəsizlik İdarəsinin rəisi X6 da xidməti məlumatının məzmunu ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X19 xidməti məktubunda göstərilən məlumatlar əsasında qurulsa da, sonuncunun məktubunun məzmunundan fərqli olaraq LLLun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər daha qabarıq və ətraflı qeyd edilmişdir. Məsələn, FFF məktubunda İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışmasını göstərsə də, LLL məktubunda iddiaçının mobil telefon danışıqlarına həddən artıq çox yol verməsini göstərmişdir. FFF məktubunda iddiaçını şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olmasını göstərsə də, LLL onun iş vaxtı ərzində Bankın müştərilərinə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin xidmətlərini (ölkədaxili və ölkəxarici otellərin rezervasiyası, biletlərin satışı, tur paketlərin təşkili və s.) təklif etməsini qeyd edir. Beləliklə də, LLLun FFFun xidməti məktubunda göstərilənlərdən əlavə qeyd etdiyi məlumatların hansı mənbədən götürülməsinə dair cavabdehin nümayəndəsi heç bir sübut təqdim etməmiş və iddiaçı barəsində verilən əmrin əsası kimi həmin xidməti məktubla rın göstərilməməsinin səbəblərini də izah edə bilməmişdir. Halbuki, filial işçilərinin tərtib etdikləri aktın məzmununda göstərilənlər iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tətbiqi üçün yetərli əsas olmamaqla, onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair filialın tabe olduğu cavabdeh ASC "xxxx" X20 mövqeyi deyildir. Cavabdeh tərəfindən eyni tarixli xidməti məktublar və tərtib edilmiş akt əsasında hər hansı daxili araşdırma aparılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, telefon danışıqlarını əldə etmək mümkün olmadığı üçün öncədən iddiaçının şəxsi telefonu ilə kiminlə danışdığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də bu barədə ön araşdırılmadan işçinin əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə cavabdehin nümayəndəsinin qanunda işçi barəsində öncə hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi ardıcıllığı barədə göstərişi olmaması səbəbdən də işəgötürən birbaşa 70ci maddəsinin «ç» bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı izahatında göstərilənlərə də tənqidi yanaşaraq eyni zamanda qeyd edir ki, cavabdehin təqdim etdiyi əmrin surətində əmrin verilməsinə əsas kimi qeyd edilən akt yalnız filial əməkdaşlarının imzaladıqları aktdır və işəgötürən tərəfindən xidməti məktublar əsasında hər hansı daxili araşdırma aparılmadan iddiaçı barəsində eyni tarixdə (30.01.2020)-ci il tarixdə həm akt, həm də xidməti məktublar tərtib edilməklə ona ən ağır intizam tənbehi verməklə cavabdeh tərəfindən 186-cı maddəsinin 3-cü hissəsi nin və 311-ci maddəsinin tələbləri də pozulmuşdur Belə ki, həmin normalara əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Eləcə də, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyə tinə cəlb edilir. ASC "xxxx" Bankının "20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X27 tərəfindən Bankın Təhlükəsizlik İdarəsinin rəisi LLLa ünvanladığı, 13.01.2020-ci il tarixdə qeydiyyata alınmış xidməti məktubunda göstərilənlər, eləcə də, ASC "xxxx" Bankının «20 Yanvar» filialının təhlükəsizlik inspektoru X5 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatı ilə iddiaçının təqdim etdiyi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (yəni MMC-nin həmin dövrdə ümumiyyətlə fəaliyyət gösdərməməsi) barədə məktubunda göstərilənlərin tam ziddiyyət təşkil etməsinə əsaslanır. Belə ki, FFFun xidməti məktubunda İddiaçı cari ilin yanvar ayının əvvəlindən etibarən iş vaxtı ərzində ş əxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olması, V.V.Vun isə izahatında 21 yanvar 2020-ci il tarixində müxtəlif saatlarda özündən şirkətinin işləri ilə əlaqədar yazışmalar aparmaqla sənədlər göndərməsi, 24 yanvar və 30 yanvar 2020-ci il tarixlərində İddiaçı mobil telefonla uzun müddətli və tez-tez danışması göstərilsə də, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavinin "xxxx" MMC-yə ünvanladığı məktubunda 19.12.2019-cu il tarixli ərizəyə əsasən MMC-nin fəaliyyəti 19.12.2024-cü il tarixinədək dayandırılması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 2020-ci ilin yanvar ayında fəaliyyəti dayandırılmış MMC-nin məhsullarının marketinqini və ya reklamının aparılması, bununla bağlı yazışmalar aparmaqla telefon danışıqlarının aparı lması ağlabatan olmamaqla həm də inandıcırı deyildir. "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması və işdən azad edildikdən sonra, yəni, 09.02.2020-ci ildən bərpa edilməsi həmçinin məhkəməyə təqdim edilmiş həmin MMC ilə bağlı onlayn kargüzarlıq sənədlərinin surətləri ilə də təsdiq edilir. Məhkəmə daha sonra hesab edir ki, göstərilən faktın mövcudluğu iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin məhsullarının marketinqi və satışı ilə məşğul olmasına, Bankın müştərisinə Bank xidmətlərini deyil, şəxsi biznesinin məhsulunu satmağına dair eyni tarixdə, yəni, 30.01.2020-ci il tarixdə tərtib edilmiş həm aktın, həm izahatların, həm də xidməti məktubların məzmunlarının həqiqətə uyğun olmamasını bir daha təsdiq edir. Məhkəmə həmçinin bu faktla da bağlı cavabdeh tərəfin istinad etdiyi sənəd lərdə İddiaçı şəxsi işi ilə əlaqədar çox tez-tez mobil telefonla danışması (telefon danışıqlarına həddən artıq çox yol verməsi) ilə bağlı göstərilənlərin də həqiqətə uyğun olmamasını qeyd edir və hesab edir ki, iddiaçının rəhbəri olduğu MMC-ilə bağlı filialda işlədiyi iş vaxtı ərzində, marketinq xidmətləri ilə məşğul olması, özü də bu xidmətlərini Bankın müştərilərinə təqdim etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından bununla bağlı cavabdeh tərəfin bu halların həqiqətən də mövcud olmasına dair təqdim edilən sənədlər (akt, izahatlar və xidməti məktublar) tutarlı və mötəbər sübutlar kimi və iddianın əsassız olmasını təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin hesabının işlədiyi Bankın filialında açılması ilə bağlı qeyd ed ir ki, ASC "xxxx" Bankının «20 Yanvar» filialının direktoru X24 30.01.2020-ci il tarixdə qeydiyyatdan keçmiş izahatında iddiaçının özünə məxsus olan (təsisçisi və direktoru özü olan) "xxxx" MMC-nin yaratması barədə ona məlumat verməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus olan MMC-nin işlədiyi filialda hesab açdırması faktında hər hansı ciddi qanun pozuntusu olmamaqla, işin materiallarından göründüyü kimi filial rəhbərliyinin də, buna etirazı olmamışdır. Həmçinin də, məhkəmə qeyd edirki, bu hal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamının əsası kimi göstərilməmişdir. Məhkəmə həmçinin iddiaçının Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və mobil telefon danışıqlarına həddən artıq çox yol verməsi ilə bağlı izahat verməkdən imtina etməsi ilə əlaqədar tərtib edilmiş 30.01.2020-ci il tarixli akta da, hüquqi qiymət verərək hesab edir ki, bu halın möcudluğu belə onun barəsində «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünün verilməsi üçün tam kifayət olmamamaqla yanaşı, buna əsasda ola bilməzdi. Belə ki, iddiaçının cavabdehə münasibətdə Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından sui-istifadə etməsi, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, işlədiyi dövr ərzində barəsində hər hansı intizam tənbehinin olması, əmək fəaliyyəti zamanı isə yol verdiyi kobud səhvlərinin olması, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi hallarının olması öz təsdiqini tapmamışdır Məhkəmə daha sonra qeyd edir ki, bunun əksi olan halda belə cavabdeh iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, qüvvədə olan intizam tənbehinin olmamasını nəzərə alaraq ona digər intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, daxil olan məlumatlar əsasında araşdırma aparmadan, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimi intizam tənbeh növünü verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amillərdən biridir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 (b bəndi), 68.1, 68.2, 70 (ç bəndi), 71.2, 71.3, 72 (e bəndi), 83, 84, 186, 187.1, 188, 189-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh ASC "xxxx" Bank apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/20 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün qanunvericiliklə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş hallar mövcud olmuşdur. Belə ki, ASC "xxxx" Bankının "20 Yanvar" filialının bəzi əməkdaşları imzaları və izahatları ilə təsdiq edirlər ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etmiş və mobil telefon danışıqlarına həddən artıq çox yol vermişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar olmuş, bu əsasların mövcudluğu Bankın işçilərinin, o cümlədən, iddiaçı ilə bilavasitə bir ofisdə işləyən işçilərin yazılı f ormada tərtib etdikləri aktla, verdikləri izahatlarla və həmin məlumatların əsasında tərtib edilmiş xidməti məktublarla tam sübuta yetirilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) 2(103)-544/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2215/20 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instan siya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin tələblərinin pozması əsası ilə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməy ə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın nümayəndəsi və vəkili vəsatət verərək, iddiaçının işdən azad edilməsinin səbəbi iş vaxtı ərzində xidməti vəzifəsi və əmək funksiyaları ilə əlaqədar olmayan tez-tez mobil telefonla danışması olduğundan mobil operatorlardan İddiaçı istifadəsində olan mobil telefon nömrələri və həmin nömrələrdən 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar ayları üzrə edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar tələb edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(103)6785/20 saylı qərardadı ilə İddiaçı adına mobil telefon nömrələrinin olub-olmaması, əgər vardırsa həmin nömrələrdən 2019-cu ilin dekabr ayının 1-dən, 2020-ci ilin yanvar ayının 31-dək o lan dövr ərzində edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatlar "xxxx" MMC-dən, "xxxx" MMCdən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş, lakin vəsatətdə göstərilənlər öz təsdiqini tapmamışdır. İddiaçının həqiqətən də iş vaxtı ərzində, fəaliyyəti dayandırılmış "xxxx" MMC-nin məhsullarını bankın müştərilərinə təklif etmiş yaxud satmışdırsa, cavabdeh bu barədə məhkəməyə daha mötəbər sübut təqdim edə bilərdi. (Məsələn, cavabdehin iddia etdiyi halları təsdiq edən bankın təhlükəsizlik kameralarına düşmüş audio və videoyazılar, konkret olaraq MMC-nin məhsulları təklif edilmiş yaxud bunu almış hansısa bankın əməkdaşı olmayan şəxsin məlumatları, izahatı və bunu təsdiq edən sənəd (bilet, otellərin rezervasiyası, tur paketlərə dair sənədlər və.s.) Təbii ki, bankın sıravi əməkdaşları öz iş lərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar bankın mənafeyinə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düz gün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-544/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar olmuş, bu əsasların mövcudluğu Bankın işçilərinin, o cümlədən, iddiaçı ilə bilavasitə bir ofisdə işləyən işçilərin yazılı formada tərtib etdikləri aktla, verdikləri izahatlarla və həmin məlumatların əsasında tərtib edilmiş xidməti məktublarla tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin dəlillərini təkrarlamaqla iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş sənədlərin mövcudluğunu inkar etmədən, Əmək Məcəlləsinin 84-cü maddəsinə formal istinad etməklə, həmin maddədə qanunvericinin iradəsini təhrif etməklə, belə nəticəyə gəlmişdir ki, iddiaçıya verilən əmrin surətində onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, eləcə də, müəssisənin hüquqi ünvanı, işəgötürənin adı, atasının adı tam göstərilmədiyi üçün bunların Əmək Məcəlləsinin 84.2-ci maddəsinin tələbləri baxımından sözügedən əmrin etibarsız sayılması üçün əsaslar olması qənaətinə gəlir. ” Lakin məhkəmə nəzərə almamışdır ki, tətbiq etdiyi Əmək Məcəlləsinin 84.1-ci maddəsində sadalanan məlumatların göstərilmədiyi əmrin məh kəmə tərəfindən etibarsız hesab edilməsi heç də imperativ norma deyil. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırkı halda işəgötürənin əmrində onun hüquqi ünvanının, iddiaçının atasının adının göstərilməməsinin iddiaçının hüquqlarını hansı tərzdə pozduğu və bunun iddiaçı üçün hansı neqativ hallara səbəb olması və nəhayət, mahiyyətcə həmin əmrin verilməsinə əsas olan halları aradan qaldıra biləcəyini məhkəmə əsaslandıra bilməmişdir. Əmrin nəticə hissəsi iddiaçının bütün məlumatları yazılmış əmək kitabçasında qeyd edilmişdir. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş “əm ək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər "ə gəldikdə isə qeyd edilməlidir ki, həmin sənədlər qanunla və cavabdehin daxili qaydalarına tam uyğun olaraq tərtib edilmişdir, həmin sənədlərin mövcudluğu mübahisə mövzusu deyil. Göründüyü kimi, apellyasiya məhkəməsi, yenə də Əmək Məcəlləsinin imperativ norma olmayan 84.2-ci maddəsinə formal istinad etməklə, həmin normanı düzgün tətbiq etməmişdir. Məhkəmənin digər “əsaslandırması” ondan ibarət olmuşdur ki, guya, intizam tənbehinin verilməsi ardıcıllığına riayət edilməmişdir” Əmək Məcəlləsinin 186.2-ci maddəsində sadalanan tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq edilməsini deyil, işçi tərəfindən yol verilmiş pozuntunun xarakterinə uyğun tətbiq edilməsini nəzərdə tut ur. Hazırkı halda, işçinin yol verdiyi pozuntular ƏM-nin 70-ci maddəsinin ç) bəndinin təsiri altına düşdüyü üçün həmin məcəllənin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə nəzərdə tutulmuş tənbeh tətbiq edilmişdir. Məhkəmənin digər əsaslandırması ondan ibarət olmuşdur ki, guya, iddiaçının yol verdiyi pozuntuya dərhal münasibət bildirilməli və bunun qarşısının alınması üçün müvafiq təsir (intizam) tədbiri görülməli idi. Lakin bu məsələyə münasibətdə də məhkəmə, maddi hüquq normasını, işin hallarına uyğun olmayan tərəfdən istinad etmiş, Əmək Məcəlləsinin belə münasibətləri tənzimləyən normalarının tələblərini nəzərə almamışdır. Belə ki, Əmək məcəlləsinin “İntizam tənbehinin verilməsi qaydaları” adlanan 187-ci maddəsində də pozuntuya dərhal münasibət bildirilməsi barədə heç bir müddəa n əzərdə tutmamış, yalnız intizam tənbehinin verilməsi müddətini onun aşkar edildiyi tarixdən 1 ay müddəti ilə məhdudlaşdırmışdır. İş materiallarında olan və məhkəmənin özünün də istinad etdiyi sənədlərdən, o cümlədən işçilərin izahatları, tərtib edilmiş akt və xidməti məktubların məzmun və tarixlərindən görünür ki, iddiaçının yol verdiyi pozuntular 2020-ci ilin yanvar ayının ortalarından başlayaraq, 30-na kimi davam etmiş, ilk araşdırma subordinasiya qaydasında ASC "xxxx" Bankının “20 Yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X19 Bankın Təhlükəsizlik İdarəsinin rəisinə ünvanlanmış 13.01.2020-ci il tarixli xidməti məktubu, onun əsasında isə sonuncunun X26 sədrinə ünvanlanmış 14.01.2020-ci il tarixli xidməti məktubu əsasında başlanaraq, 30.01.2020-ci il tarixdə işçilərin izahatlar ı alınmış, xidməti məktublarda göstərilən faktlar bir daha öz təsdiqini tapdıqdan sonra müvafiq akt tərtib edilmiş, iddiaçı həmin aktda göstərilənlərlə bağlı izahat verməkdən imtina etdiyi üçün həmin tarixli akt tərtib edilmiş, həmin rəsmi sənədlərdə öz təsdiqini tapmış pozuntuların nəticəsi kimi 31.01.2020-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin digər bir “əsaslandırması” ondan ibarətdir ki, “...təhlükəsizlik İdarəsinin rəisi X6 da xidməti məlumatının məzmunu ASC "Xalq” Bankının ”20 yanvar" filialının aparıcı təhlükəsizlik inspektoru X19 xidməti məktubunda göstərilən məlumatlar əsasında qurulsa da, sonuncunun məktubunun məzmunundan fərqli olaraq LLLun xidməti məktubunda iddiaçının şəxsi şirkəti ilə əlaqədar etdiyi hərəkətlər daha qabarıq və ətraflı q eyd edilmişdir. ” Məhkəmənin qənaətinə görə, təhlükəsizlik İdarəsinin rəisinin xidməti məktubu aparıcı təhlükəsizlik inspektorunun xidməti məktubunda yazılanları olduğu kimi təkrar etməli idi. Halbuki, hər iki xidməti məktubda pozuntuya əsas verən hallar kifayət qədər aydın ifadə olunmuşdu və pozuntunun mahiyyətini başa düşmək üçün kifayət edirdi. Digər tərəfdən, LLLun iddiaçının şirkətinin hansı fəaliyyətlə məşğul olmasını bildiyi və bu səbəbdən də X26 Sədrinə daha dolğun məlumat təqdim etməsinə məhkəmənin şübhə ilə yanaşması anlaşılan deyil. Məhkəmə bununla bağlı öz qətnaməsində belə təəssürat yaratmağa cəhd edir ki, guya, LLL, ona təqdim edilmiş xidməti məktubda qeyd edilənlərdən başqa, öz xidməti məktubuna əlavə faktlar və məlumatlar daxil etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi k imi, xidməti məktublardakı məzmun fərqi hər hansı əlavə faktla bağlı olmamış, LLL iddiaçının şirkətinin fəaliyyətinin nədən ibarət olduğunu öz məktubunda əks etdirmişdir. Bundan əlavə, izahatları alınmış işçilər tərəfindən də həmin xidməti məktublarda qeyd edilənlər təsdiqləndiyindən, ümumiyyətlə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas verən halların mövcudluğu tam sübuta yetirildiyindən məhkəmənin bu sübutlara tənqidi yanaşması anlaşılan deyil. Guya, yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab etmək olmaz. Belə ki, iş vaxtı ərzində müştərilərə işəgötürənin fəaliyyəti ilə bağlı xidmətlər göstərmək əvəzinə, onlara öz şə xsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi, bununla da bir tərəfdən iş vaxtının itirilməsinə, digər tərəfdən müştərilərin Banka olan etimadının azalmasına səbəb olan hərəkətlərə yol verməsinə, yəni iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə məhkəmə, nədənsə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin dispozisiyası ilə müəyyən olunmuş halın yaranmaması kimi qiymət vermişdir. Halbuki, qeyd edilən pozuntular Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndi ilə işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrinə aid edilmiş “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək” kimi vəzifəsini yerinə yetirmədiyini birmənalı təsdiq edir. Sübut etməyə ehtiyac yoxdur ki, güclü rəqabət şəraitində fəaliyyət göstərən banklar mövcud və potensial müştərilə rinə daha keyfiyyətli və rahat xidmət göstərmək üçün külli miqdar vəsaitlər sərf edir, bahalı texnologiyalar tətbiq edir, müştəri məmnunluğunu artırmaq üçün əlavə xidmətlər təklif edirlər. Belə şəraitdə bankın müştərilərini qıcıqlandıran, onların vaxtını alan hərəkətlərə yol verilməsinin bankın mənafeyinə ciddi zərər vurması aşkardır. "xxxx" MMC-nin fəaliyyətinin 19.12.2019-cu il tarixdən dayandırılması və bu səbəbdən də guya, iddiaçının öz şirkətinin xidmətlərini bankın müştərilərinə təklif edə bilməməsi barədə məhkəmənin gəldiyi nəticə də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı özünün təsisçi və direktoru olduğu "xxxx" MMC- nin fəaliyyətinin 19.12.2024cü il tarixinədək dayandırılması barədə 19.12.2019-cu il tarixdə vergi orqanına ərizə ilə müraciət etsə də, bundan qısa müddət sonra, yəni, 09.02.2020-ci il tarixdə ərizə ilə vergi orqanına müraciət edərək elə həmin tarixdən MMC-nin fəaliyyətini bərpa etmişdir. Göründüyü kimi, cəmiyyətin fəaliyyətinin çox qısa müddətə dayandırılması həmin cəmiyyətin xidmətlərinin təklif olunmasını istisna edən hal kimi qəbul edə bilməz. Belə ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin qısa müddət ərzində bərpa olunacağını bilərək, öz şirkətinin potensial müştərilərinə xidmətlər təklif etmişdir. Apellyasiya məhkəməsi, öz qətnaməsində həmçinin daha bir “əsaslandırma” verərək, qeyd edir ki: “....Təbii ki, bankın sıravi əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar bankın mənafeyinə uyğun olsa da mötəbə r qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi ” Bankın müxtəlif vəzifələrdə işləyən çoxsaylı işçilərin hamısının iddiaçının yol verdiyi pozuntuları təsdiqləməsini apellyasiya məhkəməsi “yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar” kimi qiymətləndirməsi, sübutların qiymətləndirilməsinə və sübutetmə yükünün bölüşdürülməsinə dair prosessual qanunvericiliyin prinsipləri ilə uzlaşmır. Apellyasiya məhkəməsi hazırda şikayət verilən qətnaməni qəbul etməklə, Bankın işəgötürən kimi əmək qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarının h əyata keçirilməsini faktiki olaraq, məhdudlaşdırmış, Bankın mənafeyinə xələl gətirən və hüquqlarının pozulmasına yol vermiş iddiaçının əsassız iddiasını təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Şərh edilənlər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.02.2021-ci il tarixli, 2(103)-544/2021 saylı qətnaməsinin tamamilə əsassız və qanunsuz olmasına, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə dəlalət edir ki, bu da həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslara aiddir. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Tural Şahbazov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddənin “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 2-ci hissəsi. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddənin 1-ci hissəsi. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddənin 1-ci hissəsi. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə in tizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddənin 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə tə crübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı tam araşdırma aparmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmənin özünün də istinad etdiyi sənədlərdən, o cümlədən işçilərin izahatları, tərtib edilmiş akt və xidməti məktubların məzmun və tarixlərindən görünür ki, Filialın müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssisi vəzifələrini icra edən İddiaçı Bankın müştərilərinə şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi və mobil telefon danışıqlarına həddən artıq çox yol verməsi kimi yol verdiyi pozuntular 2020-ci ilin yanvar ayının ortalarından başlayaraq 30-na kimi davam etmiş, ilk araşdırma subordinasiya qaydasında ASC "xxxx" Bankının “20 Yanvar” filialının aparıcı təhlükəsizlik inspektoru X19 Bankın Təhlükəsizlik İdarəsinin rəisinə ünvanlanmış 13.01.2020-ci il tarixli xidməti məktubu, onun əsasında isə sonuncunun X26 sədrinə ünvanlanmış 14.01.2020-ci il tarixli xidməti məktubu əsasında başlanaraq, 30.01.2020-ci il tarixdə işçilərin izahatları alınmış, xidməti məktublarda göstərilən faktlar əsasında müvafiq akt tərtib edilmiş, iddiaçı həmin aktda göstərilənlərlə bağl ı izahat verməkdən imtina etdiyi üçün həmin tarixli akt tərtib edilmiş, həmin rəsmi sənədlərdə əks olunmuş pozuntuların nəticəsi kimi 31.01.2020-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci və 2-ci hissəsinə istinad edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmaması, məcburi məzmun və forma tələblərinə riayət edilməməsi barədə qeyd edilənləri məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, tətbiq etdiyi Əmək Məcəlləsinin 84.1-ci maddəsində sadalanan məlumatların göstərilmədiyi əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi heç də imperativ norma deyil. Əmək Məcəl ləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırkı halda işəgötürənin əmrində onun hüquqi ünvanının, iddiaçının atasının adının göstərilməməsinin iddiaçının hüquqlarını hansı tərzdə pozduğu və bunun iddiaçı üçün hansı neqativ hallara səbəb olması və nəhayət, mahiyyətcə həmin əmrin verilməsinə əsas olan halları aradan qaldıra biləcəyini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə gəldikdə isə, işəgötürən tərəfindən məhkəməyə iddiaçı ya irad tutulan hallar barədə müvafiq aktlar və sübutlar əlavə edilmişdir. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayəti Əmək Məcəlləsinin imperativ norma olmayan 84.2-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə ilə xitam verilməsi üçün əsas olmadığı barədə də məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Cavabdeh iddiaçının iş vaxtı ərzində müştərilərə işəgötürənin fəaliyyəti ilə bağlı xidmətlər göstərmək əvəzinə, onlara öz şəxsi şirkəti olan "xxxx" MMC-nin məhsullarını təklif etməsi, bununla da bir tərəfdən iş vaxtının itirilməsinə, digər tərəfdən müştərilərin Banka olan etimadının azalmasına səbəb olan hərəkətlərə yol verməsinə, yəni iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam vermişdir. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı e tmişdir. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin dispozitiv şərtində əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlər dedikdə əmək funksiyalarının icrasında yol verilən nöqsanları da özündə ehtiva etməsinə apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutların qiymətləndirilməsi zamanı prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işdə olan xidməti məktublardakı məzmun fərqinə istinad edilməklə, Bankın müxtəlif vəzifələrdə işləyən çoxsaylı işçilərinin izahatlarının “yalnız bankın maraqlarına uyğun əldə edilmiş sübutlar” kimi qiymətləndirməsi, bankın sıravi əməkdaşlarını öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilməsinin mümkün olması kimi şəxsi mülahizəyə istinad etməklə cavabdehin təqdim etdiyi akt və izahatları mötəbər sübut kimi qəbul etməməsi sübutların qiymətləndirilməsi və sübutetmə yükünün bölüşdürülməsinə dair prosessu al qanunvericiliyin prinsipləri ilə uzlaşmamışdır. Eyni zamanda, apellyasiya məhkəməsi iddiaçının işdən azad edilməsinin səbəbi iş vaxtı ərzində xidməti vəzifəsi və əmək funksiyaları ilə əlaqədar olmayan tez-tez mobil telefonla danışması olduğundan mobil operatorlardan İddiaçı istifadəsində olan mobil telefon nömrələri və həmin nömrələrdən 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar ayları üzrə edilən zənglər və göndərilmiş SMS-lər barədə məlumatları cavabdehin vəsatəti əsasında tələb edərək almış, lakin həmin məlumatlar əsasında məhkəmənin hansı faktları müəyyən etdiyini göstərmədən, ümumi ifadə ilə vəsatətdə göstərilənlərin öz təsdiqini tapmadığını qətnamədə qeyd etməklə kifayətlənmişdir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab e dir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: İddiaçı ASC "xxxx" Bankın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-544/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.