Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4187/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4187/2022 (Açar sözlər: pul tələbi, sübutetmə yükü, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2288/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 37000 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı cavabdehlə birlikdə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa razılaşmışdır. Onlar ortaq pul qoyub Rusiyada mağaza açmaq və cavabdehin də həmin mağazanı işlətməsi qərarına gəlmişlər. Mağazadan gələn gəlir isə onların arasında bölünməli idi. İddiaçı mağazanın açılmağı üçün 37000 ABŞ dolları pulu cavabdehə ve rmiş və mallar satıldığı zaman onun payına düşən pulu ona göndərməyini bildirmişdir. Mağazanın açılmağına və cavabdehin həmin mağazanı işlətməyinə baxmayaraq 8 il ərzində iddiaçıya heç bir pul göndərilməmişdir.
3. İddiaçı hər dəfə pulunu tələb edəndə cavabdeh mağazanın vəziyyətinin pis olduğunu, düzələn zaman verəcəyini demişdir. Bundan sonra iddiaçı cavabdehin onun etibarından istifadə edərək pulu aldığını və onu aldatdığını, pulunu heç vaxt qaytarmayacağını anlamışdır. Buna görə də cavabdehlə danışaraq artıq ortaqlığı dayandırmaq istədiyini, mağazanın açılmağı üçün ödədiyi 37000 ABŞ dollarını geri qaytarmasını bildirmişdir. Lakin dəfələrlə bildirməyinə baxmayaraq cavabdeh iddiaçının pulunu geri qaytarmaqdan imtina etmiş, hər dəfə müxtəlif bəhanələr irəli sürmüşdür. Aralarında olan razıla şmanı poza və pulunu cavabdehdən geri qaytara bilmədiyinə görə iddiaçı bu mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385, 442, 449 və 1096-cı maddələrinə istinad etmişdir.
5. İddiaçı məhkəməyə cavabdeh ilə “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini təqdim etmiş, cavabdeh həmin yazışmalarda işlərinin pis olduğunu və pulu nə vaxt qaytaracağını bilmədiyini bildirmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Cavabdehin vəsatəti əsasında Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin 1 oktyabr 2021-ci il tarixli qərardadı ilə qeyd edilən qiyabi qətnamə ləğv edilmişdir.
9. Cavabdehin nümayəndəsi iddiya etiraz edərək göstərib ki, cavabdehin iddiaçıya borcu yoxdur, tərəflər arasında ticarət münasibətləri olmayıb.
10. Cavabdehin nümayəndəsi iddiaya etiraz etməklə yanaşı, iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə də müraciət edərək, iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 nömrəli iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Cəmilə Musayeva)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini məhkəməyə təqdim etmiş, cavabdeh isə bu sms-lərin saxta olduğunu bildirmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğu sübut olunmamışdır. Hazırkı mübahisənin predmeti olan hal, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olması iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır.
14. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üz rə pulun cavabdehə verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. Beləliklə məhkəmə, pulun cavabdehin mülkiyyətinə veilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin onun bu halı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 739.1, 740cı, Mülki Prosessual Məcəllənin 89.1 və 89.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bunun la da əsassız qətnamə qəbul etmişdir; - iddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmasa belə, 37000 ABŞ dolları pulu cavabdehə verməyini sübut edəcək “whatsapp” sosial şəbəkəsindəki sms-lər mövcuddur. Məhkəmə həmin sms-ləri nəzərə almamış, iddia tələbini rədd etmiş, qətnaməni də onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan hal, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olması məhkəməyə sübut qismində təqdim edilən “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilməz, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki məhkəmə tərəfindən həmin “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətlərinin həqiqiliyinin müəyyən edil məsi istiqamətində heç bir araşdırılma aparılmamış, heç bir ekspertiza həyata keçirilmədən hakim öz şəxsi mülahizələri əsasında və cavabdeh tərəfin “həmin fotoşəkillər saxtadır” deməsi ifadəsi ilə işə bitərəf yanaşaraq belə bir qənaətə gəlmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2288/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Azad İmanov)
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi pulun cavabdehin mülkiyyətinə veilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin iddiaçının bu halı sübuta yetirə bilmədiyi qənaətinə gəlib, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
20. İddiaçının cavabdeh tərəf ilə arasında yazılı borc müqaviləsi bağlanmasa belə 37000 ABŞ dolları pulu cavabdehə verməyini sübut edəcək “whatsapp” sosial şəbəkəsindəki sms-lərin mövcud olması ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin “whatsapp” sosial şəbəkəsindəki sms-lər cavabdehin iddiaçıya borcu olmasını təsdiq edən mötəbər sübut hesab edilmir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini bildi rsə də, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
22. Apellyasiya instansiya məhkəməsi də gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət belə əsaslandırılıb: - cavabdeh öhdəlik münasibətlərinə uyğun olaraq öz üzərinə düşən borcunu qaytarmaq vəzifəsini icra etməkdən boyun qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən öhdəlik münasibətlərinə uyğun o laraq cavabdehin borcu qaytarmaq kimi vəzifələrini yerinə yetirməməsi ilə bağlı heç bir araşdırılma aparılmadan birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunanlar təkrarlanmaqla apellyasiya şikayəti təmin edilməmişdir; - istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətlərinin həqiqiliyinin müəyyən edilməsi istiqamətində heç bir araşdırılma aparılmamış, səs yazıları ümumiyyətlə qiymətləndirilməmiş, heç bir ekspertiza həyata keçirilmədən hakim öz şəxsi mülahizələri əsasında və cavabdeh tərəfin “həmin fotoşəkillər saxtadır” deməsi ifadəsi ilə işə bitərəf yanaşaraq belə bir qənaətə gəlmişdir; - iddiaçı iddiasını sübut edən “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini təqdim etdiyi halda, cavabdeh həmi n sms-lərin saxta olmasını təsdiq edən heç bir sübut verməmişdir. b)
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müq avilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində idd iaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
30. İddiaçı cavabdehdən 37 min ABŞ dolları pul tutulması tələbinin faktiki əsası kimi həmin pulu cavabdehə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə verdiyinə istinad etmiş, tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı cavabdehlə aparılmasını dediyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini də id diasına əlavə etmişdir.
31. İddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini məhkəməyə təqdim etməsinə, cavabdehin isə bu sms-lərin saxta olduğunu bildirməsinə istinad edərək, Mülki Prosessual Məcəllənin 89.1 və 89.2-ci maddələrinin tələbləri baxımından hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğunun sübut olunmamasına əsaslanmışdır.
32. Əvvəla, birinci instansiya məhkəməsi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin cavabdehin nümayəndəsi tərəfindən saxta adlandırılmasını qeyd etsə də, cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclas protokollarından görünür ki, cavabdehin nümayəndəsinin həmin məzmunda hər hansı izahat verməsi protokolda qeyd edilməyib. Ümumiyyətlə, birinci instansiya məhkəməsi həmin sms-lərlə bağlı tərəflərə bir sual da olsun belə verməyib. Buna görə də iddiaçı tərəfindən təqdim edilən “whatsapp” sosial şəbəkəsindəki sms-lərin saxta olmasını hansı sübut əsasında müəyyən edildiyi qətnamədən görünmür.
33. Bundan əlavə, “whatsapp” sosial şəbəkəsi mobil telefon proqramında yazışmalar da bu proqram vasitəsilə olur. Həmin yazışmalara sübut kimi istinad edildiyi halda da onlardan çıxarış verilir. Başqa sözlə, həmin yazışmaların əsillərinin kağız formasında verilməsi bütün hallarda surət olur. Buna görə də yazışmaların surət olmasına istinad edilməsi düzgün olmayıb. Ən azı yazışmaların həqiqiliyi mobil telefonun yaddaş sistemi ilə yoxlanıla bilərdi.
34. Başqa bir məsələ, birinci instansiya məhkəməsinin münasibətlərin borc münasibəti olması və hazırkı işdə Mü lki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğunun sübut olunmaması barədə gəldiyi nəticədir. İddiaçı tələb etdiyi pulu ərizəsində cavabdehə borc kimi deyil, birgə sahibkarlıq məqsədilə verdiyini bildirir, hətta tələbinin hüquqi əsası kimi də borc münasibətlərini nizama salan normalara istinad etmir. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı münasibəti borc müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirib.
35. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Göründüyü kimi, Mülki Məcəllə fiziki və hüquqi şəxslərin həmin Məcəllədə nəzərdə tutulmayan, la kin ona zidd olmayan müqavilələr bağlaya bilməsini imkanını istisna etmir. Bu baxımdan, tərəflər arasında hansı hüquq münasibətlərinin olması, bu münasibətlərə hansı maddi hüquq normasının tətbiq edilməli olması, sahibkar olduqları halda məhkəmə aidiyyatı məsələsini müzakirə etmək əvəzinə, birinci instansiya məhkəməsi iddiaçının istinad etmədiyi faktiki əsas üzrə iddianı rədd etmişdir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir araşdırma aparılmamasını apellyasiya şikayətində dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi də cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.
38. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
39. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
40. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2288/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul ed