Məhkəmə qərarları › İş №2(102)-4188/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4188/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4188/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4351/2023 saylı iş üzrə 13 iyul 2023- cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLA Rİ

1. Tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan xx.xx.2004-cü il tarixdə X, xx.xx.2006-cı il tarixdə XX, xx.xx.2009-cu il tarixdə XXX, xx.xx.2013-cü il tarixdə XXXX adlı uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, nikah pozulduqdan sonra X, XX və XXX-ın anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. 2. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2008-ci il tarixli müqaviləyə əsasən Kooperativ, payçıların vəsaiti hesabına inşa ediləcək ünvan 1 ünvanda inşa ediləcək binanın 6-cı girişinin 9-cu mərtəbəsindəki 279 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" MTK-nın 09 fevral 2008-ci il tarixli arayışına görə, Cavabdeh xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında MTK tərəfindən inşa ediləcək yaşayış binasında 3 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib. 4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Bünyadzadə 12 ünvanda 279 saylı mənzildə X11, X14, X15, X7 və X16 yaşayırlar.

5. Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-in xx.xx.2015-ci il tarixli arayışına görə, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatsız yaşayır. 6. ünvan 4 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nmamışdır.

7. Cavabdeh "xxxx" MMC-yə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizədə xahiş etmişdir ki, Yasamal rayonu Ü.Əkbərov küçəsi 5 ünvanda ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilsin. 8. “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli məktubunda vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, **********00001 saylı abonent kodu Cavabdeh adına təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında xx.xx.2015-ci il tarixdə qeydiyyata düşmüş, ASAN Xidmət Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd olunan abonent kodu X5 adına dəyişdirilmişdir.

9. X12 ilə “Azəriqaz” İB arasında xx.xx.2022-ci il tarixdə ünvan 4 fərdi yaşayış evinə dair (abonent kodu **********00001) Təbii qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. 10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna görə, Ü.Ələkbərov küçəsi 5 ünvanda yerləşən fərdi yaşayış evində (abonent kodu **********009) 2014-2022-ci illər ərzində su və kanalizasiya təchizatından istifadəyə görə ödənişlər Cavabdeh tərəfindən həyata keçirilmişdir.

11. X12 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə Ü.Ələkbərov küçəsi 5 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********009) dair Su təchizatı və tullantı sularının axıdılması xidmətləri barədə müqavilə bağlanmışdır. 12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Səhmdar Cəmiyyətin elektron bazasında **********5001 saylı abonent kodu (Bakı şəhəri Yasamal rayonu Ü. Ələkbərov küçəsi ev 5) üzrə istehlakçı kimi xx.xx.2000-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdən Cavabdeh, xx.xx.2022-ci il tarixdən 1 saylı Bakı ASAN Xidmət mərkəzi nin notariat ofisində Cavabdeh tərəfindən verilmiş ərizə və etibarnamə əsasında X5 adı qeyd olunmuşdur. **********5001 saylı abonent kodu altında istehlak edilmiş elektrik enerjisinin dəyəri 2015-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək Cavabdeh adından ödənilmişdir.

13. Cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığı və "xxxx" ASC-nə ünvanladığı notarial təsdiqli ərizədə bildirmişdir ki, **********50001 saylı abonent kodunun X5 adına sənədləşdirilməsinə razıdır, etiraz etmir.

14. X12 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********5001) dair “Elektrik enerjisinin təchizatı” barədə müqavilə bağlanmışdır.

15. X2 Vaqif Qabil oğlunun bacısıdır və ünvan 5 ünvanda qeydiyyatdadır. 16. 39 nömrəli Şəhər Poliklin ikasının xx.xx.2023-cü il tarixli məktubuna görə, ünvan 6 ünvanda yaşayan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı və onun övladları - xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X7, 2013-cü il təvəllüdlü X16 39 nömrəli Şəhər Poliklinikasının qeydiyyatında deyillər və hər hansı bir şikayətlə müraciət etməmişlər. xx.xx.2004-cü il təvəllüdlü X14 39 nömrəli Şəhər Poliklinikasında “M93.2 Ayıran osteoxondrit” diaqnozu ilə fizioterapevtik müalicə almışdır. Son müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə ünvan 7 ünvanda yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli ) e-2(004)1134/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X11, X14, X15, X7 və X16 Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşayırlar. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, uşaqları X6, X4 və X8 ünvan 9 ünvanında yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, "xxxx" MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 09 fevral 2008-ci il tarixli müqavilədən görünür ki, Kooperativ payçıların vəsaiti hesabına inşa ediləcək ünvan 10 ünvanında inşa ediləcək binanın 6 giriş, 9-cu mərtəbə 279 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş 09 fevral 2008-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa ediləcək yaşayış binasında 3 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulduqdan sonra hal hazıradək İddiaçı övladları ilə birgə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşayırlar və cavabdehin buna hər hansı bir etirazı yoxdur. İddiaçı tərəf qanunsuz tikiliyə köçürülməsini yaşamağa yerin olmaması ilə deyil, sadəcə öz hüququ olması ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının yaşayış yerinin olmasına baxmayaraq qanunsuz tikiliyə köçürülməsinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı sözügedən qanunsuz tikilinin birgə vəsait hesabına nikah dövründə tikilməsinə istinad edirsə bununla bağlı gələcəkdə məhkəmə qaydasında qanunsuz tikilinin tikilməsinə sərf olunmuş vəsaitin bölgüsünə dair iddia qaldırmaq hüququ mövcuddur. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddi açının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Lakin, iddiaçı mübahisə predmeti olan qanunsuz tikiliyə köçürülməsi üçün kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının birgə nikah dövründə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşaması müəyyən olunmuşdur.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Birinci instansiya məhkəməsinin qə tnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4351/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), S.Bəhramzadə və X.Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, iddiaçının uşaqları ilə birlikdə ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmı ş şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmməd ovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Özbaşına tikililərə köçürülmə tələbi ilə bağlı mübahisələrin həlli ilə əlaqədar vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dün yada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı- ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Hazırkı işin müəyyən olunan halı odur ki, tərəflər xx.xx.2003-cü il tarixdə ailə qurmuş, ünvan 11 ünvanında yerləşən fərdi yaşa yış evi isə təxminən 2014-cü ildə inşa edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər evə dair kommunal xidmətlərlə (işıq, qaz, su) əlaqədar bütün müqavilələrin tərəfinin məhz Cavabdeh olduğu da işin mübahisəsiz halıdır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia qaldırmış, xx.xx.2022-ci il tarixdə müvafiq qətnamə qəbul olunmuş, bundan sonra Cavabdeh ərizələri əsasında sözügedən evlə bağlı kommunal xidmət müqavilələri bacısı Xalidə Əliyevanın adına dəyişdirilmişdir. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin hal ı irəli sürən tərəfin üzərinə düşməkdədir. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu məna da, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının hazır da öz övladları ilə birlikdə cavabdehlə nikahları dövründə əldə etdikləri ünvan 10ndə yerləşən 279 saylı mənzildə yaşaması, onun və uşaqlarının mübahisəsi gedən evə köçürülmələrinə maneə törədən hal kimi qəbul edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inkar etsə də, işin hallarından tərəflərin 2015-ci ildən sonra münasibətlərinin pozulduğu dövrədək məhz ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıb orada birlikdə təsərrüfat apardıqları məlum olur. Nikahın (münasibətlərinin) pozulmasından sonra cavabdehin davranışları da o qənaətə gəlməyə əsas verir ki, o, mübahisəsi gedən fərdi yaşayış evinə dair iddiaçının tələb irəli sürməsinin qarşısını almağa cəhd etmiş, həmin evin bacısına məxsus olduğu görüntüsünü yaratmağa çalışmışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN D ƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, yeni qərar qəbu edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı və himayəsində olan övladları ünvan 1 ünvanda yerləşən binanın 6 giriş 9-cu mərtəbə 279 saylı mənzilində yaşamışlar. İddiaçı tərəf isə onun özbaşına tikilidə yaşamasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Yasamal rayonu Ü.Ələkbərov küçəsi 5 ünvanda yerləşən özbaşına tikilinin iddiaçı və ya cavabdehin maddi vəsaiti hesabına tikilməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığı halda, həmçinin, iddiaçının yaşayış sahəsi olduğu halda, məcburi köçürmənin iddiaçının yaşayış s ahəsi olmadığı halda tətbiq edilməli olduğunu nəzərə almayaraq, eyni zamanda qeyd olunan özbaşına tikili üzərində X1 hüququnun olmasını və gələcəkdə mülkiyyət hüququ ilə bağlı gözlənti hüququnu nəzərə almayaraq, qeyd olunan fərdi yaşayış evinə cavabdehin köçürülməsi barədə qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsi ni təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 1.0.10. qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; Maddə 13.1. Konkret ictimai münasibətl əri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; Maddə 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir; Maddə 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir; Maddə 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai mün asibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik dir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümu mi mülkiyyətidir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahat ları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamənin iddia təmin olunan hissədə qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya in stansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

36. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır.

37. İlk olaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 2003-cü ildə ailə qurmuş, mübahisəli özbaşına tikili isə təxminən 2014-cü ildə inşa edilmiş, həmin ev yaşayış sahəsi kimi istifadə edilmiş, orada birlikdə təsərrüfat aparılmış, tərəflərin ailə münasibətləri pozulmasına qədər evə dair kommunal xidmətlərlə (işıq, qaz, su) əlaqədar bütün müqavilələrin tərəfi məhz cavabdeh olmuş, sonuncu nikah münasibətləri pozulandan sonra mübahisəsi g edən fərdi yaşayış evinə dair iddiaçının tələb irəli sürməsinin qarşısını almağa cəhd etmiş, həmin evin bacısına məxsus olduğu görüntüsünü yaratmağa çalışmışdır.

38. Məhkəmə kollegiyası bu kontekstdə qeyd edir ki, mübahisəli özbaşına tikili vəsait xərclənməsi ilə meydana gəldiyindən, həmin tikilinin barəsində qanuni rejim tətbiq olunana, o cümlədən maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər, onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və sair hüquqlar əşya sahibinə məxsusdur. Yəni, burada əsas olan şəxsin əşya hüquqlarının qorunmasıdır.

39. Odur ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbini irəli sürən tərəf həmin evdə yaşamaq hüququna əsas v erən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı yaxud əməyi və ya birgə nikah dövründə ümumi vəsait hesabına inşa edildiyini, tikilini (onun ayrı-ayrı hissələrini) təşkil edən əmlakların əvəzli əldə edildiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün xərclərdə iştirak etdiyini sübut etməlidir.

40. O da nəzərə alınmalıdır ki, mübahisəli özbaşına daşınmaz əmlakın, dövlət reyestrində qeydə alınmasa da, tərəflərin nikahı dövründə inşa edildiyi müəyyən olunarsa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır. Çünki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiya təşkil edir və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərindədir.

41. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə mənsub maddi dəyərə malik olan bütün hüquqlar əmlakın aktivinə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə passivinə aid olunur.

42. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 12 iyul tarixli 2017-ci il Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

43. Beləliklə də, iddiaçının hazırda öz övladları ilə birlikdə cavabdehlə nikahda olduqları dövrdə əldə etdikləri mənzildə yaşaması, onun, eləcə də onun yanında qalan yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəsi gedən evə köçürülmələrinə maneə törədən hal deyil.

44. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılm alıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4351/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar