Məhkəmə qərarları › İş №2(102)-419/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-419/2022

01.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-419/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.08.2021-ci il tarixli, 2(105)2290/2021 saylı qətnaməsindən cavabdeh «Aztexnika» LTD Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında 03.11.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, sonuncu həmin müəssisədə satış mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. 2."xxxx" MMC-nin baş direktorunun 15 fevral 2021-ci il tarixli, AZT İR-1/063 №-li əmri ilə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən 15 fevral 2021-ci il tarixdən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsi, işinə bərpa olunması, habel ə 15 fevral 2021-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən ona vurduğu mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğdə pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə işində müsbət mənada fərqlənmiş, heç bir töhmət və cəzası olmamış, işdə daim irəli çəkilmişdir. Son bir il ərzində pandemiya ilə əlaqədar satışların aşağı düşməsi bəhanə gətirilərək 02.02.2021-ci il tarixdə şirkətin rəhbərliyi tərəfindən öz istəyi ilə işdən azad olunma barədə ərizə yazmaq üçün ona təzyiqlər edilmişdir. Departamentin rəisinə kompensasiya verilərək işdən azad edilməsini təklif etsə də, onu müxtəlif maddələrlə işdən çıxaracaqları ilə hədələmişdir. Buna görə də, məcbur qalaraq 04.02.2021-ci il tarixdə "xxxx" MMC-dəki işindən 15.02.2021-ci il tarixində azad edilməsi barədə ərizə yazmışdır. Sonradan Əmək Məcəlləsinə uyğun olaraq 04.02.2021-ci il tarixində işdən azad edilmə barədə yazdığı ərizənin geri götürülməsi barədə yeni ərizə ilə 10.02.2021-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş və bu müddət ərzində müntəzəm olaraq, vaxtlı-vaxtında işə gedərək əmək funksiyalarını icra etmişdir. Eyni zamanda, iş yerində 15.02.2021-ci il tarixədək dəfələrlə verdiyi ərizələrin taleyi ilə maraqlansa da, heç bir cavab ala bilməmişdir. 15.02.2021-ci il tarixdə günün birinci yarısında işdə olarkən İnsan Resursları Departamentinin rəhbəri A.Rəhimov birinci ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixli ərizəni niyə yazdığını soruşmuş, cavab olaraq bildirmişdir ki, bu səbəblə onun işdən azad edilməsi tamamilə qanunsuzdur, ona görə də işində qalaraq davam etmək istəyir. O, təklif etmişdir ki, şirkət onun işindən narazıdırsa, əmək qanunvericiliyinə uyğun olaraq onu işdən azad edə bilər. Eləcə də, hazırda işlədiyi və rəisi olduğu departamentdə özü və bir koordinator işləyir. 15.02.2021-ci il tarixdə iş yerində olarkən, təxminən saat 16:55-də şirkət e-maili bağlanmış və səbəbini soruşmaq üçün administratora müraciət etdiyi zaman ona bildirilmişdir ki, müdiriyyətin tapşırığına əsasən bu icra edilmişdir. Bundan sonra işdən evə gəlmiş və evdə olarkən İnsan Resursları Departamentinin rəhbəri A.Rəhimovla əlaqə saxlamış və bildirilmişdir ki, rəhbərlik onun ikinci ərizəsini nəzərə amadan birinci ərizəsini əsas tutaraq işdən azad edilməsi barədə əmr vermişdir. Onun iradına cavab olaraq bildirilmişdir ki, işəgötürənin onun ikinci ərizəsini nəzərə almamaq səlahiyyəti vardır. Həmin gün axşam evdə e-gov.az saytında şəxsi kabinetinə daxil olduğu zaman işdən azad edildiyi, əmək müqaviləsinə xitam verildiyini aşkar etmişdir. Halbuki, Əmək Məcəlləsinə uyğun olaraq, sonuncu iş günündə işdən azad edilməsi barədə əmr, əmək kitabçası və son haqq-hesab ona təqdim edilməmişdir.

5. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı öz istəyi ilə işdən azad olunma barədə ərizəsini 04.02.2021-ci il tarixdə İnsan Resursları Departamentinə təqdim etmişdir. Ərizə elə həmin gün baş direktora göndərilib və həmin tarixlə d ərkənar qeyd olunub. Lakin iddiaçı tərəfinin iddia etdiyi ikinci ərizə baş direktora göndərilməyib. Əgər baş direktorun elə bir ərizədən xəbəri olsaydı, ərizədə dərkənar olardı. İşdən çıxma ilə bağlı təzyiqlərin göstərilməsi barədə ifadələr isə yalandır.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə İnsan Resursları Departamentinə müraciət etmiş, ərizəni o təhvil almış və üzərini imzalamışdır. Baş direktor işdə olmadığı üçün ərizəni ona təqdim edə bilməmişdir. Sonradan işlərin çoxluğu səbəbi ilə ərizəni Arzu Rəhimova da təqdim edə bilməmiş və ərizə iki gün onun stolunun üzərində qalmışdır. Fevral ayının 12-si onun "xxxx" MMC-də son iş günü olduğundan sənədləri təhvil-təslim e dərkən günün sonunda işçilər işdə olmadığı üçün ərizəni Nigar Abdullayevanın stolunun üzərinə qoymuş və bunu Nigar Abdullayevaya telefon vasitəsilə bildirmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçının ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni 15.02.2021-ci il tarixdə stolunun üzərində görmüşdür. Digər ərizələrlə birlikdə bu ərizəni də Arzu Rəhimova təqdim etmiş və Arzu Rəhimov ərizələrə baxdıqdan sonra baş direktora göndərilməsi üçün təkrarən sənədləri ona vermişdir. O da bütün sənədləri direktora təqdim etmişdir. Lakin sənədlər çox olduğu üçün bu ərizənin həmin sənədlərin içərisində olub-olmadığı yadına gəlmir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişd ir ki, iddiaçının ilkin yazdığı ərizənin geri götürülməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı yeni ərizəni və digər sənədləri 15.02.2021-ci il tarixdə Nigar Abdullayeva ona təqdim etmiş, o isə öz növbəsində həmin ərizə və digər sənədləri aidiyyəti üzrə baş direktora göndərilməsi üçün təkrarən Nigar Abdullayevaya təqdim etmişdir. Baş direktordan iddiaçının ilkin yazdığı ərizə ona qayıtmış, lakin iddiaçının sonradan yazdığı ərizənin taleyi barədə məlumatı olmamışdır. O, iddiaçı ilə nəyə görə işdən çıxma barədə ərizə yazması və nəyə görə sonradan işdən çıxma barədə ərizənin geri götürülməsinə dair ərizə yazmasını soruşaraq bu barədə söhbət etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilərək,"xxxx" MMC-nin 15 fevr al 2021-ci il tarixli AZT İR-1/063 №-li əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin Məhsul Satışı Departamentinin rəisi vəzifəsinə bərpa edilməsi və "xxxx" MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni 15.02.2021-ci il tarixədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə 15.02.2021-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə idd iaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Eləcə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin normalarına istinadən məhkəmə qeyd etmişdir ki, işçi ərizənin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olduğu halda, iddiaçı ərizəsini yazdıqdan sonra işinə davam etmiş və son haqq-hesab tələb etməmişdir. 11.Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş ikinci ərizə nəzərə alınmamış, nəzərə alınmamağın səbəbi olaraq ikinci ərizənin verildiyi tarixə kimi birinci ərizəyə münasibət bildirilməsi əsas arqument kimi gətirilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu sübuta yetirə bilməmişdir. Deməli, cavabdehin 15 fevral 2021-ci il tarixli AZT İR-1/063 №-li əmri qanunsuzdur.

12. Məhk əmə belə qənaətə gəlmişdir ki, iddia tələbi cavabdehdən “5000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində iddiaçı “5000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 12, 68, 69-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh «Aztexnika» LTD Məhdud Məsuliyyəti Cəmiyyəti Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.08.202 1-ci il tarixli, 2(105)-2290/2021 saylı qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etməmiş və qeyd etmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni 15.02.2021-ci il tarixədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu hal da əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə 15.02.2021-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Eləcə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin normalarına istinadən məhkəmə qeyd etməyi lazım bilir ki, işçi ərizənin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malik olduğu halda, iddiaçı ərizəsini yazdıqdan sonra işinə davam etmiş və son haqq-hesab tələb etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh «Aztexnika» LTD Məhdud Məsuliyyəti Cəmiyyəti kassasiya şikayəti verərək apelyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır. O, 04.02.2021-ci il tarixdə işdən azad olunma barədə ərizə verərək, 15.02.2021-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşəgötürən isə işçinin həmin ərizəsini nəzərə alıb, onu göstərdiyi tarixdə, yəni 15.02.2021-ci il tarixdə işdən azad etmişdir. İşçi 10.02.2021-ci il tarixdə ikinci ərizə yazaraq, birinci ərizəsinin etibarsız hesab edilməsini qeyd etsə də, həmin ikinci ərizənin işəgötürənə təqdim edilməsi sübuta yetirilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

20. Azərbaycan R espublikasının Əmək Məcəlləsi Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödə nilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

28. Bu normaya əsasən, iddianın faktik halları Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Bu normaya görə, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi üçün işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlidir. Lakin işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu cür ərizənin verilməsi, əmək müqaviləsinin ləğv edilə bilməməsi kimi hüquqi nəti cəyə səbəb olur. Ancaq işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçi götürdükdə və bu barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdikdə, işçinin ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etməsi barədə işəgötürənə yeni ərizəsi hər hansı hüquqi nəticəyə səbəb olmur.

29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni 15.02.2021ci il tarixədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir. 15.02.2021-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi və işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam ver məklə Əmək Məcəlləsinin 69-cu maddəsində müəyyən olunmuş qaydaları pozmuşdur. İşin bu halı, Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsasdır.

30. Kassatorun iddiaçı tərəfindən işdən azad edilməsi barədə ərizəsini geri götürməsi barədə 10.02.2021-ci il tarixdə yazdığı ərizənin işəgötürənə təqdim etməsinin sübuta yetirilmədiyi barədə dəlili əsassızdır.

31. Çünki, əvvəla iddiaçının işdən azad edilməsi barədə 04.02.2021-ci il tarixli ərizənin 10.02.2021-ci il tarixdə Fərid Əsədov tərəfindən qəbul edilməsi barədə iddiaçı sübutu təqdim etmişdir (bax səh. 14). Ərizəsinin geri götürməsi barədə 10.02.2021-ci il tarixli ərizəni (bax səh 13) qəbul etmiş şəxs də Fərid Əsədovdur. Bu hal ona dəlalət edir ki, iddiaçı hər iki ərizəni səlahiyyətli şəxsə təqdim etmişdir.

32. Bundan başqa, "xxxx" MMC-nin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş işçiləri X2, X1 və X5 iddiaçının işdən azad edilənədək ikinci ərizəsinin təqdim olunduğunu təsdiq etmişdir.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh «Aztexnika» LTD Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.08.2021-ci il tarixli, 2(105)2290/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar