Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-419/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı ilk, İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mənzildən istifadə hüququnun yaranması əsasları, hüquqi faktlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, İddiaçı qarşı “mübahisəli mənzildə yaşamaq və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5483/2024 nömrə li, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34-cü mənzili İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 noyabr 2002-ci il tarixdə reyestr kitabında qeydiyyata alınaraq, ona ÖM seriyalı 123830 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. X3 ilə nikaha daxil olmuş və 2013-cu ildən İddiaçı məxsus mənzilinə köçərək orada yaşamışlar. Cavabdeh hazırda yetkinlik yaşına çatmayan övladı X7 ilə İddiaçı məxsus həmin mübahisəli mənzildə yaşayır. Quli yeva (Əfəndizadə) Günel Yaşar qızı ilə X3 arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Quliyeva (Əfəndizadə) Günel Yaşar qızına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun 07 noyabr 2014-cü il təvəllüdlü övladı X4 bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34-cü mənzilindən (bundan sonra mübahisəli mənzil ) məcburi şəkildə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, 2013cü ildə iddiaçının ailə dostu X1 Ayaz Firudin oğlu evləndiyi üçün, iddiaçı ona həmin mənzildə bir müddət yaşamalarına icazə vermişdir. Bununla da, X3 cavabdeh ilə evləndikdən sonra və birgə nikahlarından 2014-cü ildə doğulmuş X7 da onlarla birgə həmin mənzildə yaşamışlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ayaz Əfəndizadə 2023-cü ilin avqust ayından həmin mənzildə yaşamır. Bundan başqa, iddiaçının oğlu Fikrət Əliyevin də nikahı pozulmuşdur və bu səbəbdən də, onun yaşaması üçün mənzilə ehtiyacı yaranmışdır. Qeyd olunanlar səbəbindən iddiaçı cavabdehdən mənzildən çıxmasını xahiş etmişdir, lakin iddiaçı çıxmaq istəmədiyini bildirmişdir.
5. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia verərək, onun və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin İddiaçı mülki yyətində olan mübahisəli mənzilində yaşamaq və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qayınanası X6 xx.xx.2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan almışdır. Lakin həmin mənzil kreditlə götürülmüşdü, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatıb. Beləliklə, elə o vaxtdan Hüseynova Lalə onun oğlu Ayaz ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə onların ailələri - onun və Ayazın valideynl əri, o cümlədən o və Ayaz qərara gəliblər ki, onlar Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsindəki 40 saylı binada qonşu olduğu İddiaçı 34 saylı mənzili ilə dəyişdirsinlər. Hər iki tərəf buna razılaşlb. Beləliklə, hər iki tərəf faktiki olaraq mənzilləri dəyişdirib. Çünki Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt və indi mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. O, mübahisəli mənzilə gəlin köçüb və qızı ilə indiyədək həmin ünvanda yaşayırlar. Bütün cehiz əşyalarını bu ünvana gətirmişdir. Beləliklə, iddiaçı onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva Məryəm mübahisəli mənzillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişi ndəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili dəyişiblər. Əliyev Fikrət və arvadı Əliyeva Məryəm təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-cil ildə isə orada yaşamağa başlamışlar. 3-4 il bundan qabaq Əliyev Fikrət və Əliyeva Məryəm boşanıblar, sonradan Əliyeva Məryəm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili kirayə verib, əldə etdiyi sonuncu məlumata görə Əliyeva Məryəm və 3 uşağı hazırda həmin mənzildə yaşayırlar. Hazırda onun və yeganə övladının yaşamağa yeri yoxdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2572 /24 saylı 2(004)- 2572 /24 nömrəli qə tnaməsi ilə (hakim Toğrul Axundov) ilk iddia təmin edilmi, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun mülkiyyətindədir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, onun şifahi razılığı əsasında müvəqqəti olaraq 2013-cu il tarixdən sonra ona məxsus olan mənzildə məskunlaşmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinin əsaslarını təşkil edən dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə qarşılıqlı iddiada göstərilən halları təsdiq edən sübutlar təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Mənz il Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, ilk iddianı rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı sənədlər kirayə müqaviləsinin dəyişdirilməsi barədə 3 mart 1993-cü il tarixli sərəncam, xx.xx.1996-cı il tarixli sərəncam və arayışd ır. Həmin ev ilk İddiaçı adına özəlləşdirilməyib. Göründüyü kimi, qanunla iddiaçının adına hər hansı order yoxdur. Beləliklə, onun həmin mənzildə keçmiş Mənzil Məcəlləsinə əsasən istifadə hüququ vardır. Ən əsası məhkəməyə təqdim edilmiş kirayə müqaviləsinin dəyişdirilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti başçısının 03 mart 1993-cü il tarixli və xx.xx.1996-cı il tarixli sərəncamlarının imzalanmadığı görünür. Bununla həmin sənədlərin əsassız və hüquqi qüvvəyə malik olmayan sənədlər olması üzə çıxmışdır. Elə ona görə də ilkin iddiaçı mənzilə dair çıxarış almamışdır. Mənzil iddiaçının adına özəlləşdirilmədiyi üçün iddiaçının belə bir iddia qaldırmağa hüququ yoxdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2(103)-5483/2024 nömrəli qətnaməsi ilə ( hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ vardır və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşıraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə baxan məhkəmə tərəfindən mübahisəli mənzillə Bakı şəhəri, Gəncə prospektində yerləşən və Lalə Hüseynovanın mülkiyyətində olan mənzilin dəyişdirilmiş olmasının nəzərə alınmaması barədə əsassız sayaraq qeyd etmişdir ki, iş materiallarında adı çəkilən mənzillərin dəyişdirilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayət i təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Nümayəndə ) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğv edilməklə mülki işin yenidən baxılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Mənzil Məcəlləsinin 30.4 və 30.7-ci maddələrinə və Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edilərə k onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin iddiaçıya məxsus olması barədə çıxarış və ya qeydiyyat vəsiqəsi məhkəməyə təqdim edilməmişdir. Həmin mübahisəli əmlakla bağlı sənədlər kirayə müqaviləsinin dəyişdirilməsi barədə 03 mart 1993-cü il tarixli sərəncam, xx.xx.1996-cı il tarixli sərəncam və arayışdır. Belə ki, həmin ev ilkin İddiaçı adına özəlləşdirilməyib. İddiaçının adına hər hansı order mövcud olmamışdır. Beləliklə, iddiaçının kassatoru mənzildən çıxarma barədə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir.
21. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
22. Rayon məhkəməsinə səs yazısı olan sübut təqdim edildiyi halda, hakim son 2 iclasda bildirmişdir ki, o səs yazılarına otaqda baxacaq, onlara münasibət bildirəcək. Hakim səs yazılarına tərəflərin iştirakı ilə baxmalı olduğu halda baxmamışdır. Həmin səs yazılarında çox ciddi sübutlar var idi. Həmin səs yazıları, X3, İddiaçı və X2 hüquqdan suiistifadə elədərək şikayətçinin mübahisəli mənzildən çıxarılmasına səbəb olur. Bu barədə apellyasiya baxışı çərçivəsində vəsatət təqdim edilməsinə baxmayaraq məhkəmə bu vəsatəti müzakirə etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını və apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədfən saxlanmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tam mübahisələndirdiyindən və hazırkı kassasiya baxışının predmetini tam hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
30. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
31. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldü kdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Madə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı inst ansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
44. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
46. Hazırki iş üzrə irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh G.Quliyeva tərəfindən həmin hüququn pozulub-pozulmadığı, cavabdeh G.Quliyevanın evdən istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
47. Baxılan işdə ilk in iddia üzrə tələb, mübahisəli yaşayış sahəsi üzərində mülkiyyətçinin Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehin istifadə etməsinə yol verməmək ixtiyarından, qarşılıqlı iddia üzrə tələb isə cavabdehin yaşayış sahəsindən istifadə hüququndan irəli gəlir. İşə baxmış məhkəmə də iddiaçının mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququnun, cavabdehin mənzildən istifadə hüququnun əsaslarını yoxlamış və müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və cavabdehin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməmişdir.
48. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.
49. Belə ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34-cü mənzilin İddiaçı mülkiyyətində olmasını təsdiq edən, notariat qaydada təsdiqlənmiş 16 noyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsi təqdim edilmişdir.
50. Həmçinin mənzillə bağlı Yasamal rayon İcra Hakimiyyətinin 3 mart 1993-cü il tarixli sərəncamı və xx.xx.1996-cı il tarixli sərəncamı da İddiaçı mənzilə qeydiyyatdan əvvəlki hüquqlarını təsdiq edir.
51. Kassatorun mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququnun olmadığı barədə dəlili dəlili qətnamənin ləğvinə əsas vermir. Belə ki, kassatorun qənaətinə görə, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 16 noyabr 2002-ci il tarixdə reyestr kitabında qeydiyyata alınmasına və ona ÖM seriyalı 123830 nömrəli qeydiyyat vəsiqəsi verilməsinə baxmayaraq, mənz ilə dair Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri xidmətindən müvafiq çıxarışın təqdim edilmədiyi üçün onun mülkiyyət hüququ tanına bilməz. Lakin bu dəlil əsassızdır. Çünki 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi).
52. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pros essual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Bu baxımdan, tərəflərin bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
54. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan cavabdeh G.Quliyevanın sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, onun istifadə hüququnun yaranmasına səbəb olan və məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, Azər baycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həq iqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5483/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e