Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4190/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabd ehlər “xxxx” MMC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Cavabdeh3ə qarşı “evin bərpası, sərəncamın ləğv edilməsi, cavabdehlərin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması kimi hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişd ir. İşin halları: İddiaçı X2 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 MMC-yə və Bakı şəhəri Cavabdeh3ə qarşı “evin bərpası, sərəncamın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh3in və “xxxx” MMC-nin üzərinə E saylı evin mövcud vəziyyətində bərpa etmək vəzifəsinin qoyulması, Bakı şəhəri Nərimanov Rayon İHB-nin xx.xx.2017-ci il tarixli, 181 saylı Sərəncamının etibarsız hesab edilməsi, cavabdehlərin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri v ə tərəflərin izahatları: İddiaçı X2 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki,iddiaçı ilə “xxxx” MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan mənzillərin söküntüsünü və həmin ərazidə yeni yaşayış binasının tikintisini öz üzərinə öhdəlik kimi götürmüşdür. Daha sonra Bakı şəhər Cavabdeh3 Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə qeyd edilən işlərin həyata keçirilməsi Cavabdeh2 MMC-nə həvalə edilmişdir. Bakı şəhər Cavabdeh3 Başçısının xx.xx.2017- ci il tarixli Sərəncamı ilə qeyd edilən işlərin həyata keçirilməsi Cavabdeh2 MMC-nə həvalə edilsə də, qeyd edilən işlərin Cavabdeh2 MMC-nə həvalə edilməsi zamanı mülkiyyətçi olaraq iddiaçının və digərlərinin razılığı alınmamışdır. “xxxx” MMC ilə iddiaçı və digərləri arasında bağlanmış müqavilə şərtlərin dən əlavə, qeyri-rəsmi olaraq öz aralarında da müəyyən şifahi razılıqlar əldə olunmuşdur ki, hazırda Cavabdeh2 MMC həmin şifahi razılaşma üzrə olan öhdəliklərini yerinə yetirməkdən imtina edir. Əgər şifahi razılaşma olmasa idi, Cavabdeh1 MMC ilə belə bir müqavilə bağlanmazdı. Hazırda həmin razılaşma Cavabdeh2 MMC tərəfindən pozulmuş və iddiaçıya və digərlərinə məxsus əmlakın sökülməsi nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmənin istinad etdiyi xx.xx.2016-cı il tarixli müqavilə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış və müqavilə bağlanarkən, hamıya bəlli olduğu kimi, tikinti şirkətləri bir qayda olaraq söküb yerində yeni çoxmərtəbəli evin sakinləri ilə danışqlar apararaq, müqavilənin formal olaraq bağlandığını, öz aralarında olan razılaşmanın əsas olduğunu bildirirlər. İddiaçı da “xxxx” MMC ilə aralarında olan razılaşmaya əsasən müqavilədə iddiaçının mülkiyyətində olan 1 otaqlı 29,9 kv.m mənzilin ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı 38 kv.m mənzilin onun mülkiyyətinə verilməsi göstərilsə də, əslində aralarında olan şifahi razılaşmaya əsasən iddiaçıya ümumi sahəsi 80 kv.m-dən artıq 2 otaqlı və təmirli mənzil verilməsi nəzərdə tutulmuşdur. Çünki, həmin əraziyə yaxın yerlərdə aparılan bütün tikinti işləri də bu cür razılaşma əsasında aparılmışdır. Hazırda isə qeyd edilən işlərin Cavabdeh2 MMC-nə həvalə edilməsi səbəbindən “xxxx” MMC aralarında olan şifahi razılaşma yerinə yetirilməmiş və yerinə yetirməkdən də imtina edirlər.Apelyasiya kollegiyası da maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənl ərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X2, cavabdehlər “xxxx” MMC-nin, Cavabdeh2 MMC-nin və Bakı şəhəri Cavabdeh3in səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İşin mübahisəsiz halları və işdə olan yazılı sənədlərlə müəyyən edilir ki, İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli sərəncamı ilə Cavabdeh1 MMC-yə, rayonun Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ö dənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsi və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1xxxx“Cavabdeh1'’ MMC mübahisəli evdə yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus 8 saylı mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili idd iaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilədə, həmçinin nəzərdə tutulub ki, mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququ vardır. “xxxx” MMC xx.xx.2017-ci il tarixdə məktubla icra hakimiyyətinə müraciət edərək xx.xx.2016-cı il tarixli, 65 №-li Sərəncamın “xxxx” MMC-nin adına dəyişdirilməsinə razılığını bildirmişdir. İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə xx.xx.2016-ct ıl tarixli, 65 saylı Sərəncam qüvvədən düşmüş hesab edilmiş, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmiş, qəzalı binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi, Qarabağ küçəsi 47, 49 51, 53 və Tələt Şıxəliyev küçəsi 10 nömrəli yaş ayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmir edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülmələri həvalə edilmişdir. Həmin sərəncamla Cavabdeh1 MMC ilə vətəndaşlar arasında bağlanmış bütün müqavilə və öhdəliklərə cavabdehlik “xxxx” MMC-yə həvalə edilmişdir. iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki Məcəllənin 1115-ci maddəs i zərərin əvəzinin ödənilməsi tələbini təmin etmək vasitələrindən biri kimi zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zədələnmiş əmlakı düzəltmək öhdəliyinin qoyulması qaydasını müəyyən edir. Eyni zamanda «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi mübahisəli evin bərpasını tələb etsə də, həmin ev yaşayış binasının mülkiyyətçiləri, o cümlədən, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən sökülmüşdür. İddiaçı hazırkı iş üzrə Cavabdeh1 MMC ilə aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsızlığı və ya ləğvi tələbini irəli sürməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi müqavilənin bağlanması zamanı iddiaçının həyat yoldaşının razılığının alınmadığını bildirsə də, iddiaçının müqavilənin etibarlılığını həmin əsasla mübahisələndirməklə bağlı subyektiv hüququ yoxdur. Beləliklə iddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binanın qanunsuz söküldüyü sübut edə bilməmişdir. Eyni zamanda əvvəllər “xxxx” MMC-yə verilmiş hüquq və vəzifələrin sonradan Cavabdeh2 MMC-yə verilməsi ilə bağlı İcra Hakimiyyətinin qərarının (sərəncamının) qanuniliyi barədə məsələ mülki məhkəmə icraatının predmeti olmadığından hazırkı icraat çərçivəsində həmin qərara hüquqi qiymət verilməsi də mümkün deyildir. Nəhayət iddiaçı Cavabdeh2 MMC tərəfindən onun hüquqları nın pozulduğuna dair heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, həmin hüquqi şəxs "Cavabdeh1" MMC ilə iddiaçı arasında bağlanmış 142 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli müqaviləyə uyğun olaraq "Cavabdeh1" MMC-nin bütün öhdəliklərini icra etməyi yazılı etiraf etmişdir. İddiaçı Cavabdeh2 MMC-nin "Cavabdeh1" MMC ilə əldə etdiyi şifahi razılaşmanın şərtlərini pozduğunu bildirsə də, həqiqətən sonuncu ilə aralarında müqavilədən kənar hər hansı razılaşmanın olduğunu sübut edə bilməmişdir. Mövcud vəziyyətdə cavabdehlər tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərin törədildiyi müəyyən edilmədiyi üçün iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsassızdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətinin dəlilləri də apelyasiya şikayətində olduğu kimi, iddia tələbində göstərilənlərlə əsaslandırılmışdır. Apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, iddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi mübahisəli evin bərpasını tələb etsə də, həmin ev yaşayış binasının mülkiyyətçiləri, o cümlədən, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən sökülmüşdür. İddiaçı hazırkı iş üzrə Cavabdeh1 MMC ilə aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsızlığı və ya ləğvi tələbini irəli sürməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4190/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4190/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver