Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4193/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), ov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X3, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11979/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-3579/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İdd iaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, onunla Cavabdeh arasında şifahi qaydada bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 11700 manat, borcun gecikdirilməsinə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 4600 manat, iddia nın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, hüquqi yardım almaq üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 200 manat, məhkəmə iclaslarında iştirak etmək üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, cəmi isə 17030 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qadın ayaqqabılarının topdan və pərakəndə alğı-satqısı ilə məşğul olur. Cavabdehlə arasında təxminən 2013-cü ildən ticarət əlaqələri yaranmışdır. Belə ki, cavabdeh ondan ayaqqabılar almış və ünvan 1 ünvanında yerləşən “Avro Moda” adı altında fəaliyyət göstərən mağazada onların satışını həyata keçirmiş, sonradan isə aldığı malların dəyərini ona ödəmişdir. Lakin bir müd dət sonra cavabdeh, aldığı mallara görə borcunu tam ödəməməyə başlamış və qeyd edilən borclar yığılaraq ümumilikdə 12000 manat təşkil etmişdir. Borcun qaytarılmaması ilə bağlı tərəflər arasında mübahisə yaranmış, bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində 2015-ci ilin noyabr ayında araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh iddiaçıya olan borcunu tezliklə qaytaracağına söz vermişdir. Bundan sonra cavabdeh, 2015-ci ildə borcundan 100 manat, 2017-ci ildə 50 manat qaytarmış, qalan borcu isə 2018-ci ilinyanvar ayında tam ödəyəcəyini vəd etmişdir. Lakin cavabdeh, 2018-ci ilin yanvar ayında iddiaçıya cəmi 150 manat pul verməklə kifayətlənmiş, verdiyi sözə əməl etməmişdir. Bununla da, cavabdehin iddiaçıya ödənilməmiş 11700 manat məbləğində borcu qalmışdır. İddiaçı bildirir ki, cavabdeh borcunu tam qaytarmamaqla ona maddi zərər vurmuşdur. Belə ki, iddiaçı həmin vəsaiti istənilən bankın depozitinə qoysaydı, illik 10-12 % gəlir əldə edə bilərdi. Bu gəliri itirdiyinə görə, iddiaçı hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcuna görə 4600 manat məbləğində pulunda cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Bundan başqa, iddiaçı hazırki mübahisə ilə bağlı hüquqi yardım almaq üçün vəkilin xidmətlərindən istifadə etmiş və buna görə 200 manat, habelə məhkəmə iclasları ilə əlaqədar yol və əlavə xərclərə görə 500 manat məbləğində vəsait xərcləmişdir ki, həmin məbləğində cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, 2013-cü ildə həqiqətən də tərəflər arasında ayaqqabıların alış-satışı ilə bağlı ticarət əlaqələri yaranmışdır. Tərəflər öz aralarında razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan nisyə mal alır və malı satdıqdan sonra borcunu iddiaçıya ödəyir. Onlar həmçinin yararsız malların geri qaytarılmasını da razılaşdırmışlar. Bu razılaşmaya uyğun olaraq cavabdeh üç-dörd dəfə iddiaçıdan 2000 manat dəyərində mal almış, sonradan isə malın dəyərini iddiaçıya ödəmişdir. Sonuncu dəfə iddiaçıdan 2000 manat dəyərində alınmış mallar keyfıyyətsiz olduğundan cavabdeh onların dəyərini ödəməmiş və iddiaçıdan onların geri götürülməsini tələb etmişdir. Lakin iddiaçı malı qəbul etməmişdir. Bundan sonra onların arasında həmin yararsız mala görə mübahisə yaranmışdır. Hər dəfə iddiaçı cavabdehin üstünə müxtəlif şəxsləri göndərərək hədə qorxu gə lmiş və pulunu tələb etmişdir. Nəhayət cavabdeh bu mübahisələr və hədə qorxulardan bezərək polisə müraciət etmişdir. Həmin şəxslərin və cavabdehin polis bölməsində izahatları alınmışdır. Cavabdeh həmin vaxt həyəcanlı olduğundan izahatında iddiaçıya 2000 manatın əvəzinə 12000 manat borcunun olduğunu qeyd etmişdir. Halbuki cavabdeh göstərilən məbləğdə borca mal almamışdır. Sonradan yenə də bir müddət iddiaçı cavabdehdən əl çəkmədiyindən 2015-ci ildə iddiaçının şərikinə həmin borc ödənilmişdir. Cavabdehin halhazırda iddiaçıya borcu yoxdur. Bunun əksi olsa idi, keçən müddət ərzində iddiaçı məhkəməyə müraciət edərdi. İddiaçı iddia ərizəsində guya cavabdehin ona 2017-ci ildə 50 manat, 2018-ci ildə 150 manat ödədiyini qeyd etsə də, bu həqiqətə uyğun deyil. Belə ki, 2015-ci ildən cavabdehin iddiaç ı ilə pulla bağlı nə görüşməsi, nə də, telefon əlaqəsi olmamışdır. Tərəflər arasında olan pul mübahisəsi 2013-cü ildə yaranmışdır. Lakin iddiaçı həmin vaxtdan 6 il keçdikdən sonra məhkəməyə müraciət etmiş və bununla iddia müddətini ötürmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessu al hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şika yəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı münasibətləri mövcud olmuşdur. Tərəflər arasında əldə olunmuş razılığa görə, iddiaçı, cavabdehə nisyə ayyaqabılar satmış, cavabdeh isə sonradan həmin malların dəyərini iddiaçıya ödəmişdir. Bir müddət sonra cavabdeh, müqavilə şərtinə əməl etməmiş, aldığı malların dəyərini iddiaçıya ödəməmiş və bununla da iddiaçıya müəyyən məbləğdə borcu yaranmışdır. Bu hal hər iki tərəf arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal borcun məbləği və həmin borcun qaytarılıbqaytarılmamasıdır. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, tərəflərin hər ikisini də tanıyır. O, özü də, aya qqabı alveri ilə məşğuldur və (hazırki işi üzrə cavabdeh) əvvəllər ondan həmişə nisyə mal almış, sonra isə malın pulunu qaytarmışdır. Daha sonra o, i (hazırki iş üzrə iddiaçı) ilə tanış etmişdir., təxminən 2013-cü ildən dən nisyə mal almağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, dən aldığı malların pulunu qaytarmamışdır. bu barədə ona demiş, o da, bir neçə dəfə dən pulun qaytarılmasını xahiş etmişdir. 2015-ci ildə isə onların arasında bununla bağlı mübahisə yaranmış və bu barədə polisə də araşdırma aparılmışdır. Polisdə iş bağlandıqdan sonra, o, i bir neçə dəfə bazarda görmüş və borcun bir neçə dəfəyə hissə-hissə qaytarmasını demişdir. də bir-iki ay ara ilə iki-üç dəfə onun vasitəsi ilə borcundan 50-100 manat iddiaçıya qaytarmış, sonra isə yenidən borcunu ödəməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2611 nömrəli təqrirdən görünür ki, hazırki iş üzrə cavabdeh “102” xidmətinə zəng edərək məlumat vermişdir ki, əvvəllər birgə çalışdığı aldı şəxs tərəfindən göndərilən onun tanımadığı 10 nəfər şəxs ondan 15.000 manat məbləğində pul tələb etmiş və ona hədə qorxu gəlmişlər. Cavabdehin 19-cu Polis Bölməsinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdə saat 11:00 radələrində tanışı onun icarəyə götürdüyü “Avro Moda” mağazasına gələrək ondan borclu olduğu 12.000 manat məbləğində pulu kəskin şəkildə tələb etmişdir. O, yə işlərinin pis getməsini bildirsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməyərək hədə-qorxu gələrək onu söymüş və təhqir etmişdir. nin yanında olan şəxslər mağazanın iş rejimini pozaraq müştər ilərdə narazılıq yaratmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixdə 19-cu PB-də verdiyi izahatda göstərmişdir ki, o, təxminən 5 ildir ki, “Avro Moda” adlı mağazanı icarəyə götürərək işlədir. O, həmin mağazada qadın ayaqqabıların və çantaların satışı ilə məşğuldur. adlı şəxslə təxminən 5 il bundan qabaq tanış olmuş və həmin şəxsdən nisyə ayaqqabı alaraq satmış, sonradan pulunu ödəmişdir. Bu 5 il müddətində aralarında hər hansı bir narazılıq olmamışdır. Lakin sonradan baş vermiş iqtisadi tənəzzülə görə işləri pis getmiş və vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Bu səbəbdən də, götürdüyü malların pulunu qaytara bilməmişdir. Onun yə 12000 manat məbləğində borcu yaranmışdır. bir neçə dəfə pulunu istəsə də, o, sonuncuya malları satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. xx.xx.2015- ci il tarixdə yanında tanımadığı 7-8 nəfər şəxslə gələrək ondan borclu olduğu 12000 manat məbləğində pulu tələb etmişdir. Sonuncu və yanındakı şəxslər onu təhqir etmiş və başına oyun açacaqları ilə hədələmişlər. İddiaçı xx.xx.2015-ci il tarixdə 19-cu PB-də verdiyi izahatda bildirmişdir ki, cavabdeh ondan və şəriklərindən ümumilikdə 12.000 manat məbləğində nisyə mal götürmüşdür. O, cavabdehdən bir neçə dəfə borcunu tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən və ya malı qaytarmaqdan imtina etmişdir. Bu gün isə o və şərikləri cavabdehin işlətdiyi mağazaya gedərək ondan pulunu tələb etmiş, lakin cavabdeh qabaqdan gəlmişlik edərək “102” xidmətinə zəng etmiş və polisə yanlış və böhtan xarakterli məlumatlar vermişdir. 19-cu PB-nin sahə rəisi X.Tağıyev tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli arayışın, habelə həmin polis bölməsinin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixliməktubun məzmunundan müəyyən edilir ki, cavabdehin xx.xx.2015-ci il tarixli ərizəsi əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Avro Moda” mağazasını işlədən cavabdeh tanışı olan iddiaçıdan mütəmadi olaraq nisyə mal almış, sonradan isə pulunu ödəmişdir. Lakin son vaxtlar ticarətin zəifləməsi ilə əlaqədar cavabdeh, iddiaçıya pulu vaxtında ödəyə bilməmişdir. Bununla bağlı cavabdeh, iddiaçı tərəfindən təhqir olunduğunu bildirsə də, bu fakt araşdırma zamanı öz təsdiqini tapmamışdır. İddiaçıya mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməsi tövsiyə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında “ni syə alğı-satqı müqaviləsindən” irəli gələn icra edilməmiş öhdəlikləri mövcuddur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, nisyə aldığı mala görə yaranmış borcunu sonradan iddiaçıya qaytardığını qeyd etsə də, bu hal iş materialları ilə, o cümlədən 19-cu PB-də aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. İşdən göründüyü kimi, tərəflər arasında mübahisə doğuran ikinci hal cavabdehin iddiaçıya olan borcun məbləği barədədir. İddiaçı, bildirir ki, cavabdehin ona 12000 manat borcu olmuş, lakin 2017-2018-ci illərdə həmin məbləğdən cəmi 300 manatını ona qaytarmış, hazırda əsas borcun məbləği 11700 manat təşkil edir. İddiaçının bu tələbinə qarşı cavabdehin etirazı ondan ibarət olmuşdur ki, borcun cəmi məbləği 2000 manat olmuş, lakin 19-cu PB-də həyəcanlı olduğu üçün izahatında bu məbləği 12000 manat kimi göstərmişdir. Hər bir halda borc iddiaçıya qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bildirdiklərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh həyəcanlı olduğu üçün izahatında borcun məbləğini düzgün göstərmədiyini qeyd etsə də, sonradan “bu yanlışlıq” hər hansı yolla (məsələn: izahatına əlavə təqdim edilməsi) aradan qaldırılmamış, borcun məbləğinin 2000 manat olmasını təsdiq edən sübutlar da məhkəmələrə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən mülk i prosessual normalarının tələblərindən çıxış edən apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin mövcud borcdan 2017-2018-ci illərdə cəmi 300 manatı qaytarması barədə iddiaçının dəlili sübuta yetirilmədiyindən əsassızdır.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya olan borcunun məbləği 12000 manat təşkil edir. Lakin işin yuxarıda göstərilən hallarını müəyyən edən məhkəmə qeyd etmişdir ki, borcun qaytarılmaması faktı mövcud olsa da, iddia tələbi təmin edilə bilməz. Çünki müvafiq borcun məhkəmə qaydasında tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İş materiallarından isə görünür ki, iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə ve rilmişdir. Belə ki, Mülki Məcəllənin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmazəşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşinhallarından müəyyən olunmuşdur ki, iddiaçı mövcud mübahisə ilə bağlı ilk dəfə 2015-ci ildə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hazırki iddia ərizəsinin birinci instansiya məhkəməsi daxilolma tarixi isə xx.xx.2019-cu il tarixdir. Buradan da o nəticəyə gəlinir ki, iddiaçı tərəf qanunla müəyyən olunmuş iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasi ya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. İddia müddətinin axımının kəsilməsi ilə bağlı kasasiya şikayətində göstərilənlərə dair məhkəmə kolegiyası qeyd edir ki, həmin hala apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verərək göstərmişdir ki, iddiaçı tərəf 2017-2018-ci illərdə borc üzrə cavabdeh tərəfindən ödənişlərin həyata keçirdiyini bildirsə də, bu hal iş materialları ilə təsdiq edilməmişdir. Belə olan halda, hesab edilməlidir ki, 2015-ci ildən sonra iddia müddətinin axımının dayandırılması halı mövcud olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-11979/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4193/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4193/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver