Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4193/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabd eh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində keyfiyyətsiz inşa edilmiş yarımstansiyanın dam örtüyünün qoparaq İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salması nəticəsində dəymiş zərərə görə 505,84 manatın, 13 ədəd bar verən ağacın məhv edilməsinə görə hər ağac üçün 850 manat olmaqla 11 050 manatın, ağaclardan gözlənilən bara görə 2000 manatın, İdd iaçı1 məxsus arı ailələrinin qırılmasına, bununla bağlı digər zərərlərə və əldən çıxmış gəlirə görə 13 420 manatın, zərər çəkmiş arı pətəklərinin bərpasına görə 150 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 27 115,84 manatın cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə rayonda baş verən külək nəticəsində cavabdehin Lerik şəhərində inşa etdiyi yarımstansiyanın dam örtüyü qoparaq İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salmışdır. Bundan başqa, yarımstansiyanın metal təbəqələrdən ibarət olan dam örtüyü ərazidən keçən 35 00 kV-luq elektrik xətlərinə dəyərək qısa qapanma baş vermiş, bunun nəticəsində də əlavə fəsadlar yaratmış, evin həyətyanı sahəsin ə düşən dəmir təbəqələr xxx təsərrüfatına da külli miqdarda zərər vurmuşdur. Uzun illər ərzində böyük zəhmət nəticəsində həyətyanı sahədə əkib becərdikləri 13 ədəd meyvə verən ağaclar sınmış, təsərrüfatlarında olan 11 ədəd arı ailəsi olan pətəklərin aşması nəticəsində külək arı ailələrini aparmış, bunun nəticəsində arılarda olan balalar ölmüş, bundan başqa hər bir pətəkdə olan 20 ədəd çərçivədəki bal balaların ölməsi nəticəsində yararsız hala düşmüşdür. Hadisə baş verdikdən sonra, müvafiq dövlət orqanlarına müraciət edilmiş və mütəxəssislərin və Lerik şəhərinin Ərazi Üzrə nümayəndəsinin və onun müavininin, Lerik Rayon Bələdiyyəsinin sədrinin iştirakı ilə zərər çəkmiş evə və arı təsərrüfatına baxış keçirilmiş, dəymiş zərərin həcmi müəyyənləşdirilmiş, müvafiq zərər aktı tərtib edilərək, mütə xəssislər tərəfindən imzalanmışdır. Hadisə yerində dəymiş zərərin həcmini təsdiqləyən fotoşəkillər çəkilmişdir. Dəymiş zərərin aradan qaldırılması üçün maddi yardımın göstərilməsi üçün Lerik Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və İcra Hakimiyyətindən göndərilmiş 30 may 2017-ci il tarixli 2/530 saylı məktubda küləklə bağlı yaşayış evinə və digər sosial obyektlərə dəymiş ziyanın aradan qaldırılmasına görə İcra Hakimiyyətində heç bir vəsait nəzərdə tutulmadığından, evin dam örtüyü ilə bağlı köməkliyin göstərilməsinin onların imkanları xaricində olması bildirilmişdir. Daha sonra isə məktubda zərərlə bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Mütəxəssislər tərəfindən tərtib olunmuş zərər aktlarından görünür ki, XXXin evinə dəyən zərərin məbləği 1.305 manat 84 qəpik təşkil edir. Bu məbləğdən özünü cavabdehin nümayəndəsi kimi təqdim edən XXX adlı şəxs tərəfindən 800 manat XXXə əlbəəl verilmişdir. Qalan məbləğ isə bu günədək ödənilməmişdir. Səlahiyyətli orqanların vəzifəli şəxslərinin və mütəxəssislərin iştirakı ilə tərtib edilmiş zərər aktları ilə onun arıçılıq təsərrüfatına dəyən zərər məbləği 13.420 manat müəyyən olunmuşdur. Yuxarıda göstərilən zərər məbləğlərinin ödənilməsi barədə cavabdehə müraciət edilmiş, lakin müraciət cavablandırılmamışdır. 15 may 2017-ci il tarixdə Lənkəran RTSL-in Lerik rayonu üzrə baş aqronomu X.İ.Ağayev, Lerik rayon Kənd Təsərrüfatı idarəsinin böyük məsləhətçisi M.M.Mustafayev, zərər çəkmiş şəxs İddiaçı1 tərəfindən tərtib olunmuş akta əsasən, zərərçəkmiş şəxs İddiaçı1 ərizəsinə əsasən onun bağına baxış keçirilmişdir. Baxış zamanı müəyy ən olunmuşdur ki, zərərçəkmiş şəxsə məxsus olan bağda 4 ərik, 3 alma, 5 armud, 1 şaftalı ağacı və 11 arı ailəsi olan pətək zədələnmiş və tamamilə yararsız hala düşmüşdür. Vətəndaşın öz ərizəsində qeyd etdiyinə görə hadisəyə səbəb kimi cari ilin aprel ayının 14dən 15-nə keçən gecə baş verən güclü külək nəticəsində "xxxx" ASC-nin Lerik rayonu üçün inşa edilmiş yarımstansiyasının dam örtüyü – dəmir kümü, şalban reyka ilə birlikdə qopması və zərərçəkmişin bağına düşərək ziyan vurulması göstərilir. 15 aprel 2017-ci il tarixdə Lerik rayon Arıçılıq Asossasiyasının sədri Ə.A.Salayev, ünvan 1anda yaşayan vətəndaş X1 və ünvan 1anda yaşayan zərərçəkmiş şəxs İddiaçı1 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, zərərçəkmiş şəxs İddiaçı1 şəxsi arıçılıq təsərrüfatına təbii fəlakət nəticəsində külli miqdarda ziyan dəymişdir. Belə ki, 2017-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək – qasırğa "xxxx" ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünü şalban və reykalarla birlikdə yerindən qoparmış və qonşuluqdakı fərdi yaşayış evinə, yəni İddiaçı2 evinin dam örtüyünü ciddi zədələyərək, İddiaçı1 həyətyanı sahəsinə – bağına düşərək çoxlu sayda meyvə ağaclarını sındırmaqla yanaşı, arıçılıq təsərrüfatında 11 arı ailəsi olan cərgənin arxasına düşmüş dəmir kümün bir hissəsi həmin arı ailələrinin içində yerləşdiyi pətəkləri aşıraraq yararsız vəziyyətə salmış, arıları məhv etmişdir. Beləliklə, arıçılıq təsərrüfatına ziyan dəymişdir. Həmin aktda müvafiq cədvəl qeyd olunmuşdur. Arı pətəklərinə və taxta çərçivələrə dəymiş ziy an nəzərə alınmamışdır. 15 aprel 2017-ci il tarixdə İddiaçı2, X1 və tikinti üzrə mühəndis R.D.Bəndiyev tərəfindən tərtib edilmiş akta əsasən, ünvan 2 ünvanda yaşayan fərdi evin sahibi İddiaçı2 evinə təbii fəlakət nəticəsində ziyan dəymişdir. Belə ki, 2017-ci ilin aprel ayının 14-dən 15nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək – qasırğa "xxxx" ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünü şalban və reykalarla birlikdə yerindən qoparmış və qonşuluqdakı fərdi yaşayış evinə, yəni İddiaçı2 evinin dam örtüyünün üzərinə düşmüş və evin damına cəmi 1.305 manat 84 qəpik maddi ziyan dəymişdir. 19 may 2017-ci il tarixli, Lerik RİH başçısının Lerik şəhər ərazi üzrə nümayəndəsi, Lerik bələdiyyəsinin sədri, nümayəndənin müavini, Lerik şəhər sakinləri İddia çı1 və X1 tərəfindən tərtib edilmiş akta əsasən, baş vermiş hadisə və hadisənin yaratdığı dağıntılar müfəssəl şəkildə qeyd edilmişdir. Akta hadisə yerinin fotoşəkilləri də əlavə olunmuşdur. İddiaçılar tərəfindən məhkəməyə həmçinin yuxarıdakı aktlarla məzmunca eyni olan 01 iyun 2020-ci il tarixli iki ədəd akt da təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2020-ci il tarixli 19204 saylı rəyinə əsasən, baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, yəni yarımstansiyanın damının ayrı-ayrı hissələrinin deyil, bütövlükdə dam örtüyünün qoparaq qonşu damın üstünə düşdüyünü nəzərə aldıqda, "xxxx" ASC-nin Lerik şəhərində yerləşən sözügedən yarımstansiyasının dam örtüyünün texniki və konstruktiv cəhətdən düzgün quraşdırılmadığı (konstruktiv el ementlərinin binanın divarlarına etibarlı bağlanmadığı, hava axınının təmin edilmədiyi və s.) və bu səbəbdən də dam örtüyünün küləyin təsirindən bütövlükdə yerindən qopması müəyyən edilir. "xxxx" ASC-nin Lerik şəhərində yerləşən sözügedən yarımstansiyasının dam örtüyünün külək nəticəsində qopması dam örtüyünün tikinti norma və qaydalarına uyğun bərkidilməməsi səbəbindən baş vermişdir. Lerik rayonu ərazisində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 1.752 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli 7/579-9/3157 saylı rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində rəyin bioloji tədqiqat hissəsində və iş materia llarında olan mütəxəssis rəylərindən istifadə edilməklə 13 adda müxtəlif ağacların və 11 qutu arı ailəsinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.540 manat müəyyən edilir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-49/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərə görə 505 manat 84 qəpik və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, vurulmuş maddi zərərə görə 4.540 manat və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 200 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmiş, iddianın qalan hiss əsi rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılara məxsus sahədə baş vermiş sözügedən hadisə zamanı iddiaçılara maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan yarımstansiya inşa edilərkən, dam örtüyünün quraşdırılması zamanı tikinti norma və qaydalarına riayət olunmamış, nəticədə dam örtüyü küləyin təsiri nəticəsində öz yerindən çıxaraq, öncə bir iddiaçının evinin damına, daha sonra digər iddiaçının meyvə ağaclarının və arı pətəklərinin üzərinə düşmüş və iddiaçılara maddi ziyan dəymişdir. İddiaçılar dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsələr də, onlara vurulmuş maddi ziyan qismən ödənilmişdir. Belə ki, özünü cavabdehin nümayəndəsi kimi təqdim edən XXX adlı şəxs tərəfindən 800 manat məbləğində pul vəsaiti şəxsən İddiaçı2 verilmişdir. İddiaçı2 dəymiş maddi ziyanın məbləği ekspert rəyinə əsasən 1.752 manat, iddia tələbində göstərilən məbləğin 1.305 manat 84 qəpik təşkil etdiyi nəzərə alındıqda, cavabdeh tərəfindən İddiaçı2 dəymiş ziyanın tam şəkildə ödənilmədiyi müəyyən olunur. Digər İddiaçı1 vurulmuş 4.540 manat ziyandan isə cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın vurulmasına dair hissədə qismən əsaslıdır və iddiaçılara vurulmuş zərər cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin olunmuş hissədə ləğv olunması və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət onunla əsaslandırılmışdır ki, Lerik şəhərində əsmiş küləyin ASC-nin yarımstansiya tikilisinin dam örtüyünü qoparma gücündə olması barədə ekspert rəyi ziddiyyətlidir, həmin dam örtüyünün küləyin gücü ilə 2,5 metr hündürlüyə qalxaraq iddiaçıların evinin üzərinə düşməsi, düşdükdən sonra isə bağ sahəsinə qədər getməsi ehtimallara əsaslanır, iddiaçılara zərərin küləyin özünün fəsadlarından (yarımstansiyanın dam örtüyünün qopmasından əvvəl) dəyib-dəyməməsi araşdır ılmamış, məhkəmə sadalanan hallara aydınlıq gətirilməsi üçün əlavə və ya təkrar ekspertiza təyin etməli olduğu halda, bunu etməmiş və bu da əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2247/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni vurulmuş maddi zərərə görə 505 manat 84 qəpiyin və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, 4540 manatın və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, ekspertiza tədqiqa tlarının dəyəri olan 200 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı ekspertiza rəylərini əsas götürməkdə haqlı olmuşdur. Belə ki, rəylər kifayət qədər əsaslandırılmış və aydındır, rəylərlə müəyyən edilən hallar işin halları ilə ziddiyyət yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təm rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamış, qətnamədə qeyd olunan nəticələr işin hallarına uyğun deyildir, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinin əsası kimi MPM-in 88, 101.7, 102.1, 102.2, 103.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçılar məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən, MPM-in 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasə n kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qo yula bilər (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (maddə 1108.1). Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmaması ndan və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir (maddə 1111.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şi kayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy
Məhkəmə qərarları › İş №2(102)-4193/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4193/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver