Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4193/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək onun həyətyanı sahəsi ilə Cavabdeh həyətyanı sahəsi arasında açılmış gediş-gəliş üçün nəzərdə tutulmuş qapıların bağlanması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
2. Zərdab Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(035)-475/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İlqam Həsənquliyev)
3. İddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 24 yanvar 2024-cü il tarixli, 2(107)-183/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 30 yanvar 2024-cü il tarixində iddiaçının elektron məhkəmə sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
6. İddiaçı (Vəkil) 27 sentyabr 2024-cü ildə kassasiya şikayəti vermiş və şikayətinə qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir.
7. İddiaçı müddətin bərpası barədə ərizəsini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi barədə məlumatı təsadüfən 23 sentyabr 2024-cü il tarixdə əldə etmişdir. X1 Məhkəməsi məktubları yaşadığı ünvana can lı göndərirdi. Lakin gözlədiyinin əksinə olaraq məhkəmə qətnaməni bu dəfə şəxsi kabinetə yerləşdirib ünvana göndərməyibmiş. Yatağa möhtac 1-ci qrup əlildir, yoldaşı da ona baxır. Demək olar ki, iki gündən bir X2 Xidmətindən istifadə edir. Həyat yoldaşının Şəxsi Kabineti yoxlatdırmaq üçün rayon mərkəzinə getməyə imkanı olmayıb (hamıya məlumdur ki, sıravi vətəndaşlar bu xidmətdən yararlanmaq üçün mütəxəssis köməyindən istifadə edir). Buna görə də müddətun buraxılması səbəbi üzrlü olmalıdır.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Zamin Tahirov, Elçin Mehdiyev)
9. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçının elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya 30 yanvar 2024-cü ildə çatdırılmışdır. İddiaçının qətnamədən kassasiya şikayəti vermə müddəti 30 mart 2024-cü ildə başa çatmışdır. Bununla da iddiaçı kassasiya şikayəti verilməsi müddətini 5 ay 28 gün ötürmüşdür.
10. Apellyasiya instansiyası məhkəməsi müddətin bərpası barədə ərizədə göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, https://e-mehkeme.gov.az internet səhifəsində elektron kabinetə giriş seçimindən istifadə etməklə elektron kabinetə daxil olmaq mümkündür. Elektron kabinetə daxil olduqdan sonra isə elektron kabinetdən istifadə təlimatını endirərək oxumaqla kabinetdən istifadə qaydalarını öyrənmək mümkündür. Həmin təlimatda elektro n kabinetdən istifadə etməklə edilə biləcək bütün hərəkətlər və onların edilməsi qaydası addım-addım izah olunmuşdur. Yəni hazırkı vəziyyətdə elektron kabinetdən istifadə etmək üçün vətəndaşların mütəxəssis yardımından istifadəsi zəruri və məcburi deyildir.
11. Belə olan halda, qətnamədən kassasiya şikayəti verilmə müddəti iddiaçının öz təqsiri ucbatından ötürülmüş və hazırkı ərizədə göstərilənlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.4, 133.5-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şika yəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi və mülki işin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
14. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə verilən müddətin bərpası barədə ərizəylə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, pro sessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti bu raxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətin də ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onla rın mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
17. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qətnaməsi 30 yanvar 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra kassasiya şikayətini elek tron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.
21. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
22. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
24. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “E lektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. İşdən görünür ki, qətnamə iddiaçının elektron kabinetinə 30 yanvar 2024-cü ildə yerləşdirimişdir.
26. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materiall arı kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
27. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
28. İddiaçı isə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.
30. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edi lməlidir.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-183/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.