Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4194/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, subutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il i tari xli, 2(103)930/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 09 sentyabr 2016-cı il tarixdən "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsində mühəndis vəzifəsində işləmişdir. O, 23 may 2020-ci il tarixdə "xxxx" ASC-nin idarə heyətinin sədri xxxa ərizə ilə müraciət edərək, 31 may 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. ASC sədrinin 01 iyun 2020-ci il tarixli, K/20-01995 saylı əmri ilə İddiaçı və "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 01 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 iyun 2020-ci il tarixli, K/20-01995 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifəyə bərpa olunması, 01 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin may ayının əvvəlində Xırdalan şəhərində xidməti vəzifəsinin icrası vaxtı Bakı-Sumqayıt şosesinin kənarında yerləşən fərdi istehlakçının sayğacdan kənar şəbəkəyə qoşulduğunu aşkar edərək, müvafiq akt tər tib etmiş, həmin evin sahibi və qohumu kimi özünü təqdim edən şəxslər ona təzyiq göstərmiş, "xxxx" ASC-də olan yaxın qohumları ("xxxx" ASC-nin sədrinin müavini xxx) vasitəsilə işdən azad etdirəcəklərini bildirmişlər. İddiaçı şöbə rəisi Ruslan Məmmədova telefonla məlumat vermiş və aktı yazıb, surətini ərazi üzrə sahə rəisinə vermişdir. Həmin gün iş yoldaşı xxx digər abonentlərin şəbəkəsinə baxış keçirirmiş və iddiaçının xəbəri olmadan abonentdən 200 manat pul almışdır. 24 may 2020-ci ildə ASC-nin rəsmisi X1 yanına dəvət edərək həmin məsələni araşdırmış, sonra iddiaçını dəvət etmiş, abonentdən pul aldıqlarının səbəbini soruşmuşdur. İddiaçı xəbərsiz olduğunu, yalnız bu yaxınlarda xxxın bunu ona bildirdiyini demişdir. xxx iddiaçını dinləmədən bu barədə vaxtında ona məlumat vermədiyini ona irad tutmuş, hər ikisi barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verəcəyi ilə hədələyərək, işdən azad olunmaları barədə ərizə yazmalarını tələb etmişdir. xxxun göstərişi ilə sonuncunun köməkçisi xxx diktə edərək, işdən azad olunma barədə ərizələrini almışdır. Həmin gündən onların hər ikisi işə buraxılmamışlar. Təxminən bir həftədən sonra ünvanına akt yazdığı abonentin xxx adlı qohumu iddiaçının şəxsi telefonuna zəng edərək “gördünüz aqibətiniz necə oldu” deyə, onu ələ salmağa başlamışdır. Göründüyü kimi onun işdən azad olunmağı bu barədə ərizənin hədə-qorxu altında alınması və işdən ASC sədrinin müavini xxxun yaxın qohumlarının mənzilində pozuntu aşkar edib, akt yazmağı ilə əlaqədar olmuşdur. Ərizə alındıqdan sonra iddiaçının sağlamlıq durumumda problemlər yaranmış, o, 30 may 2 020ci il tarixdən 12 iyun 2020-ci il tarixədək olan müddət ərzində xroniki pielonefrit diaqnozu ilə ambulator müalicədə olmuşdur. İşəgötürən isə onu ambulator müalicədə olduğu dövrdə işdən azad etmişdir. Müalicədən qayıtdıqdan sonra iddiaçı cavabdehə rəsmi ərizə ilə müraciət edərək təzyiq altında ondan alınan ərizəni ləğv etməyi və onu işə buraxmasını xahiş etsə də, nəticəsi olmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(006)3773/2020 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə, 69-cu maddəsinin 7-ci bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 84cü maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh "xxxx" ASC tərəfində n İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 01 iyun 2020-ci il tarixli, K/20-01995 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, İddiaçı işdən azad olunmasına əsas onun "xxxx" ASC-nin idarə heyətinin sədrinə işdən azad olunması barədə yazdığı ərizəsi olmuşdur. İddiaçının tələbinin əsas dəlili həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasından ibarət olmuşdur. Lakin bu dəlillər öz təsdiqini tapmamış, iddiaçı bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(006)-3773/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmas ını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-930/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(006)-3773/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozmamış, əksinə iddiaçı işdən azad edilməsi barədə ərizənin özü tərəfindən yazıldığını inkar etməmiş və həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasın a istinad etsə də, bu xüsusatı təsdiq edə biləcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il i tarixli, 2(103)-930/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul ed ilmiş, gəldiyi nəticə üçün əhəmiyyətli hallar araşdırılmamış, sübutlar hərtərəfli tədqiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan b axılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasın a dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsin in “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri g ötürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə ə sasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən azad olunması barədə işəgötürənə ərizə verməsi, əmək müqaviləsinə məhz həmin ərizəyə əsasən xitam verilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən mübahisələndirilən yeganə hal ərizənin yazılmasında iddiaçının könüllü iradəsinin olubolmamasıdır. Belə ki, iddiaçı qeyd olunan ərizəni işəgötürənin vəzifəli şəxsinin hədə-qorxu və təzyiq nəticəsində imzalamasını, iradəsinə zidd olmasını iddia etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın həlli sübutetmə ilə əlaqəli olmuş və apellya siya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqe yi mövcud mülki prosessual qanunvericiliyi ilə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğun olmuşdur. Belə ki, həmin Məhkəmə “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şüb hədən kənar” sübut standartları tətbiq edilir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdı r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-930/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4194/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4194/2021
13.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver