Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4195/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4195/2023 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, işin halının sübutlara əsasən qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X29 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsindən Cav abdeh1 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhər X5 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər uçot-müxəlləfat bürosu Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1965-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Xrebtovi küçəsi, ev 11 X2 məxsusdur. 2. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1991-ci il tarixli 30/2287 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur.
3. Cavabdeh1 ilə X4 arasında bağlanmış, tarix qeyd olunmamış alğı-satqı müqaviləsininə əsasən, satıcı – X4 Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsində yerləşən 11 saylı evi alıcının Cavabdeh1 mülkiyyətinə ver miş, alıcı isə evi qəbul edərək 4.500 ABŞ dolları məbləğində pul vəsaitini satıcıya ödəmişdir. Həmçinin şahidlər – X7, X8 və X9 həmin müqaviləni imzalamışlar.
4. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli arayışına əsasən, X6 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 a saylı evdə qeydiyyatdadır.
5. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli arayışa əsasən, Cavabdeh1 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 saylı evdə 03 noyabr 1997ci il tarixdən qeydiyyatdadır.
6. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli arayışa əsasən, X11 D.Bünyadzadə (əvvəlki 11-ci Xrebtovi) küçəsində yerləşən 11 saylı evdə qeydiyyatdadır. 7. ünvan 2 ünvanında qeydiyyatda olan X10, ünvan 3 ünvanında qeydiyyatda olan X12 və ünvan 4 ünvanında qeydiyyatda olan X13 tərəfindən verilmiş və imzalanmış **********275 saylı, 21 oktyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, 03 oktyabr 1997-ci il tarixdən bu günədək Cavabdeh1 və X11 ünvan 5 ünvan – ünvan 6l edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin digər ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, 1 1-ci Xrebtovya 11a ünvanında yerləşən evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildən ünvan 1 ünvanında yaşayır. 1991-ci ildə, o zaman Bakı şəhəri Oktyabr rayon X17 İcariyyə Komitəsinin 11 sentyabr tarixli, 15/3 saylı qərarı əsasında yaşadığı evi mülkiləşdirmiş və bu barədə həmin ilin noyabr ayının 19 tarixində 30/2287 saylı Qeydiyyat vəsiqəsi almışdır. Bundan sonra bir neçə illər keçdikcə səhhəti ilə əlaqədar müvəqqəti olaraq övladının evində, onun nəzarəti altında yaşamalı olmuşdur. Yaşadığı evi ev əşyaları ilə birlikdə qonşularının nəzarətinə tapşırmışdır. Vaxtaşırı evi barədə məlumat almış, səhhəti imkan verəndə evinə gedirmiş. Son vaxtlar, uzun müddət evinə gedə bilməmiş və nəhayət bu il evinə getdikd ə ona məlum olmuşdur ki, onun evi tanımadığı vətəndaşlar tərəfindən zəbt olunmuşdur. Araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, bunlar ata və oğul olan cavabdehlərdir. Dəfələrlə evinin boşaldılmasına dair tələblərinə cavabdehlər söz versə də, daha sonra evini boşaltmaqdan müxtəlif bəhanələrlə yayınmışlar. Onun əmlakı məhv edilmişdir. Onu evinə buraxmırlar. Evində apardığı təmir və avadanlıq qanunsuz və keyfiyyətsiz istifadə nəticəsində yararsız vəziyyətə çatdırılmışdır. Onun konstitusion mülkiyyət, sahiblik, istifadə və digər hüquqları pozulmuşdur.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Çünki, yaşadığı mənzili (yəni Bakı şəhəri 11-ci Xrebtovi, ev 11) 1997-ci il tarixdə X1 4.500 ABŞ dollara satın almışdır. O vaxtlar bu proses alğı-satqı müqaviləsi ilə həyata keçirilirdi. Məhkəməyə təqdim etdiyi müqavilədən də görünür ki, o həmin mənzili almış, hətta 3 şahidin imzası da var. Lakin 20 il keçdiyindən 2 şahid vəfat etmiş, şahidlərdən yalnız biri - X8 hal-hazırda yaşayır. Üzərindən 20 il keçmiş, lakin iddiaçı sadəcə 1 il öncə gəlib bu mənzilin ona məxsus olmasını bildirmişdir. Bu 20 il ərzində bircə dəfə həmin mənzilə gəlmişdir. İddianın təmin edilməməsini xahiş edir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019 nömrəli, 21 oktyabr 2019-cu il tаrixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, işin mübahisəzi halı kimi onu müəyyən edib ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtov i küçəsi, 11a saylı evin mülkiyyətçisidir. Lakin cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evdə yaşamaları sübut olunmur. Belə ki, cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evdə deyil, 11 saylı evdə qeydiyyatdadırlar və orada yaşayırlar.
13. Məhkəmə qeyd etmişdir k, hazırki iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evlə bağlı olduğdan, cavabdehlərin isə 11 a saylı evdə yaşamaları sübut olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri, 11-ci Xrebtovi küçəsi, 11 a saylı evdən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsini n 152.1, 152.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, o, 1985-ci ildən ünvan 9 ünvanında yaşayır, 1991-ci ildə, o zaman Bakı şəhəri Oktyabr rayon X17 İcariyyə Komitəsinin 11 sentyabr tarixli, 15/3 saylı qərarı əsasında yaşadığı evi mülkiləşdirmiş və bu barədə həmin ilin noyabr ayının 19 tarixində 30/2287 saylı Qeydiyyat vəsiqəsi almışdır. Bundan sonra bir neçə il keçdikcə səhhəti ilə əlaqədar müvəqqəti olaraq övladının evində, onun nəzarəti altında yaşamalı olmuşdur. Yaşadığı evi ev əşyaları ilə birlikdə qonşularının nəzarətinə tapşırmışdır. Vaxtaşırı evi barədə məlumat almış, səhhəti imkan verəndə evinə gedirmiş. Son vaxtlar, uzun müddət evinə gedə bilməmiş və nəhayət bu il evinə getdikdə ona məlum olmuşdur ki, onun evi tanımadığı vətəndaşlar tərəfindən zəbt olunmuşdur. Məhkəmə evlərin eyni olmasının müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatətini təmin edilməmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evlə, cavabdehlərin yaşadığı ünvan 10 ünvana aid olub-olmaması, həmin evlərin ayrı olubolmaması ilə bağlı sualların m üəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, № 10/55 saylı ekspert rəyinə əsasən, İddiaçı məxsus, ünvan 11 ünvanında yerləşən yaşayış evinin texniki pasportun məlumatlarında göstərilən sahələrə uyğun gəldiyi müəyyən olunmuşdur. Lakin cavabdehlər Oktay Ağakişiyev və Rüstəm Ağakişiyevə aid Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11 saylı evin texniki pasportunun məlumatları bütövlükdə təqdim olunmadığından yaşayış evlərinin eyni ünvana aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
19. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edə rək qeyd etmişdir ki, iddiaçı bu mənzildə 1985-ci ildən yaşayıb, 1991-ci ildə həmin mənzilə qeydiyyat vəsiqəsi almışdır. Sonra kirayəyə vermiş, ancaq infarkt keçirdiyi üçün mənzillə gedib maraqlana bilməmişdir. Sonradan 1997-ci ildə eşitmişdir ki, orada olan kirayəçilər mənzildən çıxıb. Rufulla Səfərəliyev də öz uşaqlarını ora köçürüb. Bundan sonra iddiaçı Rufulla Səfərəliyevlə danışaraq razılaşmışdır ki, kirayəçi tapsın. Kirayəçilər mənzilə köçdükdən sonra iddiaçı Rufulla Səfərəliyevə demişdir ki, kommunal xərcləri də ödəsinlər, kirayə haqqı barədə də razılaşarlar. Kirayəçilər kirayə haqqını ödəməsələr də kommunal xərcləri ödəmişlər. İddiaçı hazırda mənzilə ehtiyacı olduğu üçün cavabdehlərin mənzildən çıxmalarını tələb edir.
20. Apellyasiya instansiya məhkəməsi yerli baxış keçirmiş və i ddiaçının mülkiyyətində olan evlə cavabdehlərin yaşadığı evin eyni ev olmasını aşkar etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1095/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (X28 (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Anar Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019 nömrəli, 21 oktyabr 2019-cu il tаrixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi işdəki sübutlar, o cümlədən apellyasiya baxışında dindirilmiş şahidlərin ifadəsinə əsasən müəyyən etmişdir ki, iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil iddiaçının xüsusi mülkiyyətidir. Cavabdehlər mübahis əli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmüş, həmin vaxtdan hazırkı günədək həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri də ödəyirlər.
23. Məhkəmə kollegiyası qeyd etmişdib ki, cavabdehlər mübahisəli mənzilə 1997-ci ildə iddiaçının razılığı ilə köçdüklərindən və 23 il fasiləsiz və mübahisəsiz olaraq hazırkı vaxtadək həmin mənzildə yaşadıqlarından mənzilə istifadə hüququ əldə etmişlər.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən hesab etmişdir ki, mübahisəyə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1982-ci ildən Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir.
25. Məhkəmə kollegiyasının mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Buna görə də cavabdehlərin mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq qaydada xitam verilməsi mümkün olduğundan hazırkı iddia tələbi təmin edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü maddələri, Mülki Məcəllənin 228.2-ci maddəsi və 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 3 85.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
27. Qətnamədən iddiaçı (Vəkil X15) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməyib. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçının razılığı ilə cavabdehlərin evə köçməsini və istifadə hüquqlarını əldə etdiyini qeyd etmiş, laikin cavabdehlərin qeyd edilən ünvana köçmələrinə dair iddiaçının razılıq verilməsi barədə heç bir sübut yoxdur, nə də cavabdehlər bunu deməyiblər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2655/2021 nöm rəli, 31 may 2021-ci il tarixli qərarı ilə (X30 (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədədir. Apellyasiya məhkəməsi iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil iddiaçının xüsusi mülkiyyətində olmasını müəyyən etsə də, cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələrini əsas götürüb iddianı rədd etmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin mübahisəli m ənzilə mülkiyyətçinin – iddiaçının razılığı ilə köçmələrini qeyd etsə də, işin bu halını hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmişdir. Baxmayaraq ki, Cavabdeh1 özü də yazılı etirazında evi alarkən iddiaçının orada yaşamadığın göstərmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi cavabdehin etiraz kimi istinad etmədiyi hala istinad etmiş, bununla da MPM-nin 14, 218.1 və 392.1.5-ci maddələrin tələblərini pozmuşdur.
31. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin və Azərbayc an Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin hazırki mübahisəyə tətbiqi, cavabdehlərin mübahisəli mənzilə 1997-ci ildə mülkiyyətçinin – iddiaçının razılığı ilə köçmələri halında mümkün olardı. Lakin bu xüsusat hər hansı sübut ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
32. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus 11 “a” saylı ev ilə cavabdehlərin yaşadığı 11 saylı evin eyni ünvana aid olub-olmaması və ya ayrıayrı evlər olmasının müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müfafiq rəyi alınmışdır.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6896 say lı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilir ki, cavabdehlərin istifadəsində olan evin ölçülərinin, ayrı-ayrı tikililərin planlı yerləşməsinin, sahəsinin və digər texniki parametrlərinin iddiaçının adına tərtib olunmuş xx.xx.1991-ci il tarixli “Texniki pasporta” uyğun olduğu müəyyən edilir. 11 “a” saylı ev ilə 11 saylı evin eyni ünvana aid olubolmamasını və ya ayrı-ayrı evlər olmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi alınmaqla müəyyən etmək mümkündür.
34. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubla iş üzrə mütəxəssis tərəfindən verilmiş rəyi apellyasiya məhkəməsinə göndərmişdir.
35. Həmin “Mütəxəssis rəyində” qeyd olunmuşdur ki, xx.xx.1965-ci ildə qeydiyyata alınmış 11-ci Xrebtovaya küçəsi 11 ünvanda yerləşən fərdi yaşayış evinin (2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə) X3, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evinin (378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə) iddiaçıya məxsus olduğu müəyyən olunur.
36. Məhkəmə kollegiyası qeyd edilən “Mütəxəssis rəyinin” daxil olduğunu nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə işi Məhkəmə Ekspertizası Mərkəzinə qaytarmış və həmin Mərkəzin 10/1419 saylı, xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əra zi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.1965-ci ildə qeydiyyata alınmış 11-ci Xrebtovaya küçəsi 11 ünvanda yerləşən fərdi yaşayış evinin (2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə) X3, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evinin (378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə) iddiaçıya məxsus olduğu müəyyən edilir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (X23 (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2019-cu il tarixli qət namənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovaya küçəsində yerləşən 11 “a” saylı evdən çıxarılmaları, iddianın qalan hissəsi təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizaların xərcinin (cəmi 200 manat) cavabdehlərə aid edilməsi, bu məqsəd ilə cavabdehlərdən 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən keçirilmiş ekspertizalar, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini n xx.xx.2023-cü il tarixli, **********57 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.1965-ci ildə qeydiyyata alınmış 11-ci Xrebtovaya küçəsi 11 ünvanda yerləşən fərdi yaşayış evinin (2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə) X3, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evinin (378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə) iddiaçıya məxsus olduğu müəyyən edilir.
39. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evi - 378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə iddiaçıya məxsusdur. 2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə (hazırki iş üzrə tərə f olmayan, mərhum) Rufulla Səfərəliyevə məxsus olmuşdur. Cavabdehlər Rufulla Səfərəliyevə məxsus evdə yaşadıqlarını bildirsələr də, ekspert və mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər 378787 inventar nömrəli “Texniki pasporta” uyğun evdə, yəni iddiaçıya məxsus evdə yaşayırlar. Beləliklə, iddiaçı cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Çünki cavabdehlər məhz iddiaçıya məxsus evdə və buna qanuni əsas olmadan yaşayırlar. Lakin işə baxmış Rayon Məhkəməsi işin hallarını müəyyən edə bilməmiş, əsaslı olan bu tələbi rədd etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi səhvdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsaslıdır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı, özünə məxsus evdən cavabdehlər ilə yanaş ı cavabdehlərin ailə üzvlərinin çıxarılması barədə də qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin iddiaçı həmin şəxslərin kimlər olması barədə hər-hansı məlumatı verməmişdir. Həmin halı nəzərə alan məhkəmə qeyd etmişdir ki, hazırda tələbin həmi hissəsi qeyri-müəyyəndir. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbinin təmin edilməməlidir. İşə baxmış Rayon Məhkəməsi isə iddianın “cavabdehlərin ailə üzvlərinə” aid hissəsini bu əsasla deyil, tələbin əsassız olması əsası ilə rədd etmişdir ki, bununla da, Rayon Məhkəməsi işin hallarını bu hissədə də düzgün müəyyən edə bilməmişdir.
41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə və Mülki Prosessual Məcəl lənin 14.2, 77.1, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
42. Qətnamədən Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam şəkildə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Mütəxəssis rəyin”də və həm də Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən İddiaçı 11 oktyabr 1991-ci il tarixli “Oktyabr rayon X17 İcraiyyə Komitəsindən” qanunsuz tikili kimi qeydiyyata alınması haqqında qərar alınmışdır. Sözügedən tikili X2 məxsus “A” literli tikilinin bir hissəsi və ona bitişik artırma sahədən ibarətdir. Lakin apellyasiya instansiyası məhkəməsi rəylərin bu hissəsini qətnamədə qeyd etməmiş və bu hala heç bir hüquqi qiymət verməmişdir.
44. Başqa sözlərlə ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir ki, eyni əraziyə iki ünvan və iki qeydiyyat vəsiqəsi verilmişdir. Bunlardan biri 1965-ci ildə Rufulla Səfərəliyevə, digəri isə 1991-ci ildə iddiaçıya verilmişdir.
45. Bu isə o deməkdir ki, cavabdehlərə qarşı onların hazırda yaşadıqları evdən çıxarılmaları tələbini irəli sürmək hüququ İddiaçı deyil, Rufulla Səfərəliyevə (onun vərəsələrinə) məxsusdur. Hazırki iş ürə İddiaçı cavabdehlərin yaşadıqları evə dair heç bir subyektiv hüququ yoxdur.
46. İddiaçının məhz 30 il müddətində həmin evlə maraqlanmaması və məhz Rufulla Səfərəliyev və onun övladlarını ölümündən sonra belə bir iddia ilə müraciət etməsinin səbəbi də, ona verilən Qeydiyyat Vəsiqəsində göstərilən ünvanın əslində mövcud olmaması və bu ünvanın Rufulla Səfərəliyevə məxsus evlə üst-üstə düşməsinə görədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
47. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətiə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilərək, kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
48. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olu nur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
49. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
50. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.
51. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
52. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş im kanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam e tdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
55. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
56. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsin (1982-ci il)
57. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin ö zünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 5
9. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
70. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsi nin qanuniliyinin mübahisələndirilən hissədə qismən yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyas ı məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
76. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessu al hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
78. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması, işin hallarının sübut olunmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi möv qeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
79. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd oluna n hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğu na görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
80. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
81. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli ü çün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-64/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.