Məhkəmə qərarları › İş №2(102)-4196/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4196/2020

02.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4196/2020 02.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, cavabdeh Azərbaycan Respublikası XXX Nazirliyinin adından onun nümayəndəsi qismində x2tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh Azərbaycan Respublikası XXX Nazirliyinin adından onun nümayəndəsi qismində x2 və vəkil x3 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2020-ci il tarixli, 2(103)-1564/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişlər. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayəti XXX Nazirliyinin adından onun nümayəndəsi qismində R.Ə.Hüseynov imzalamışdır, lakin iş materiallarında olan (i.v.26) sonuncunun adına verilmiş etibarnamədən görünür ki, etibarnamənin qüvvədə olma müddəti 30.12.2019-cu il tarixdə bitmiş, kassasiya şikayəti isə 07.04.2020ci il tarixdə imzalanmışdır. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh Azərbaycan Respublikası XXX Nazirliyinin adından onun nümayəndəsi qismində x1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2020-ci il tarixli, 2(103)-1564/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbulu ndan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar