Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-420/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vnın iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüse ynov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 8000 manat miqdarında kompensasiya verilməklə, onun İddiaçı mülkiyyətində olan E mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 manat miqdarında kompensasiya verilməklə onun mülkiyyətində olan ME mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Ağalı qızı, Cavabdeh2 və Cavabdeh3 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 8000 manat miqdarında k ompensasiya verilməklə onun mülkiyyətində olan ME mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Ağalı qızı, Cavabdeh2 və Cavabdeh3 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili V kassasiya şikayətini onunla əsaslandırmışlar ki, çıxarılmaları tələb edilən evdə cavabdehlərin hər cür rahatlıqları olmuşdur. Onlar 22 ildir ki, həmin evdə yaşayırlar. Hazırda qətnamə əsasında onlar uyğunlaşdıqları həyatlarından məhrum olurlar. İşə baxan məhkəmə formal olaraq 8000 manat məbləğində kompensasiyanın 2 yetkinlik yaşına çatmış, bir azyaşlı uşağın davamlı surətdə əvvəlki mənzilə uyğun şəraitli mənzi ldə yaşamasına imkan verdiyini göstərmişdir. Mingəçevir şəhərində 4000050000 manatdan aşağı qiymətə 3 otaqlı mənzil olmadığı halda inandırıcı olmayan mənzilin 29000 manat dəyərində olması barədə rəyə istinad edilmişdir. Bundan əlavə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdehlər üzrlü səbədən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu səbəbdən hesab edirlər ki, apellyasiya şikayətinin dəlilləri araşdırılmamışdır. Bundan əlavə, mənzilin özəlləşdirilməsi barədə sənədlər şikayətə əlavə edilsə də, apellyasiya kollegiyası həmin sənədlərə qiymət verməkdən çəkinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair məhkəmə təcrübəsində nəzərə alınmalı olan meyarlar işlənib hazır lanmış, lakin qətnamədə həmin meyarların heç biri nəzərə alınmamışdır. Hazırda təklif edilən kompensasiya məbləği olduqca aşağı məbləğdir. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclas ında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili V kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq, iş üzrə onmun izahatı dinlənilmədi. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində cavabdehlərə istifadə hüququnun əvəzinə 10000 manat kompensasiya ödəməyə razı olduğunu göstərmiş, nəzərə alınmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən e dilmiş işin hallarından görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı evin, 57 saylı mənzili iddiaçı X4 əri X3 mülkiyyətində olmuş, Cahangir Qədirovun vəfatından sonra mənzil vərəsəlik hüququ əsaslnda İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı oğlulları Elşən və Vüqar Qədirovlar isə mənzilin iddiaçının adına keçməsi üçün miras payının bağışlanması barədə müqavilə bağlamışlar. Cavabdehlər Cavabdeh1 ailə qurduqdan mübahisəli mənzildə yaşamış və digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə doğulmuşlar. Odur ki, cavabdehlərin sözügedən mənzildən istifadə hüquqları vardır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməs i haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab etmişdir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommu nal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Odur ki, apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, mülkiyyətçinin mənzilindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 8000 manat məbləğdə kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehlərin evdən istifadə hüq uqunun itirilməsi üçün yetərlidir. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətçinin gəlini olmuş və boşanmışdır. Lakin aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehlərin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə maneə törədəcəkdir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə müvafiq olara q, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi il ə istənilən hərəkətləri edə bilər. Belə olduğu halda məhkmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci m addəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rej im yaradır. Beləliklə, plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olubolmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə ş ərh edilməsinə dair xx xxxx 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya ve rilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının təklif etdiyi 8000 manat kompensasiya məbləğinin cavabdehlərin davamlı olaraq və müəyyən müddətə oxşar şəraitli mənzillə təmin edilə bilməsi üçün kifayət etməsi apellyasiya araşdırması zamanı müəyyən edilmişdir. Hazırki halda da iddiaçının kompensasiya məbləğini artıraraq 10000 manat məbləğində müəyyən etməsi cavabdehlərin müəyyən müddətə oxşar şəraitli evdə yaşaya bilməsinə daha da əlverişli şərait yaradacağı, yəni onların mənafelərinə daha çox xidmət etməsi nəzərə alınmalı və apellyasiya insta nsiyası məhkəməsinin qəbul etdiyi qətnamə kompensasiya məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilərək 10000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx. xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi kompensasiya məbləği ilə bağlı hissəsində dəyişdirilsin, kompensasiya məbləği 10000 manat müəyyən edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-420/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-420/2020
16.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver