Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-420/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 18.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1231/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8.529,40 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat məzənnəsi ilə, hüquqi xidmətə görə 300 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin noyabr ayında Cavabdeh kartof məhsulu gətirmək üçün pula ehtiyacı olduğundan ondan 10.000 ABŞ dolları borc pul istəmişdir. Razılığa əsasən hər dəfə kartof gətirən yük maşını gəldikdə 150 manat qazandığı puldan ona ödənilməli idi. Əsas borcun isə tələb edilən vaxtdan bir həftə ərzində qaytarılacağı razılaşdırılmışdır. xx xxxxxx 2016-cı il tarixdə 6.000 ABŞ dollar, xx xxxxxx 2016-cı il tarixdə isə 4.000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları məbləğində cavabdehə pul verilmişdir. Razılaşmaya əsasən verilən puldan gəlir əldə olunduğu üçün həmin ilin dekabr ayında 1.900 manat, 2017-ci ilin mart ayında isə 500 manat pul ona verilmişdir. Cavabdehdən pulunu tələb etdikdə isə o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Məcburiyyət qarşısında qalıb Masallı RPŞ-nə müraciət etmişdir. Cavabdeh ona borclu olduğunu orada verdiyi izahatında etiraf etmiş və borcunu yaxın zamanda ödəyəcəyini vəd etmişdir. Həmin ilin aprel ayının 18-də cavabdeh onunla müqavilə bağlayaraq ona borclu olduğu 10.000 ABŞ dollarını 2 aya, yəni 2017-ci ilin iyun ayında qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, cavabdeh verilən borcdan xx xxxxxx 2018-ci il tarixdə 300 manat, xx xxxxxx 20 18-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci tarixdə 100 manat, xx xxxxxx 2019-cu il tarixdə 1.000 manat, xx xxx 2019-cu il tarixdə 1.000 manat ümumilikdə 2.500 manat ona qaytarmışdır. Verilən 2.500 manat pul ABŞ dollarının məzənnəsinin 1,70 manat olmasını nəzərə alınsa 1.470,60 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Masallı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov, iş № 2(050)-2813/2019) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasının təmin edilməsi, Cavabdeh 8.529,40 (səkkiz min beş yüz iyirmi doqquz ABŞ dolları, qırx sent) ABŞ dolları ödəniş gününə manat məzənnəsi ilə, hüquqi xidmətə görə 300 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi qə t edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxx 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətinə görə, Cavabdeh izahatında İddiaçı 10000 ABŞ dollar borclu olduğunu bildirmişdir. xx xxxxx 2017-ci il tarixli müqaviləyə görə, Cavabdeh, İddiaçı olan 10000 ABŞ dolları borcunu 2 ay müddətinə, yəni 2017-ci ilin iyin ayında qaytaracağını bildirmişdir. Tərəflər arasında tərtib olunmuş qəbzə görə, Dadaşov X2 Fətullayevə 10000 ABŞ dolları borcunu hissə-hissə ödəyəcəyi qeyd edilmiş və xx xxxxxx 2018- ci il tarixdə 300 manat, xx xxxxxx 2018-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci tarixdə 100 manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxx 2019-cu il tarixdə 1000 manat ödənilməsi göstərilmişdir. Kapital bank Masallı Filialının qəbzi nə görə, İddiaçı hüquqi xidmətə görə vəkil X1 hesabına 300 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2016-cı ilin noyabr ayında Cavabdeh İddiaçı 10000 ABŞ dolları borc pul almışdır. Həmin borcdan xx xxxxxx 2018-ci il tarixdə 300 manat, xx xxxxxx 2018-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci tarixdə 100 manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxx 2019-cu il tarixdə 1000 manat ümumilikdə 2500 manat qaytarmışdır. Hazırda 8529,40 ABŞ dolları məbləğində pul ona qaytarılmamışdır. Bu fakt iddianın əsaslarını təsdiq edən tərəflər arasında bağlanmış sadə yazılı müqavilə və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surəti və işin halları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozm ağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2-ci maddəsinə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 882.1. və 882.2-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma ü zrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin borc məbləğinin ödənilməsi öhdəliyi üçün məsuliyyət daşıyır, müqavilə üzrə icranı gecikdirdiyi üçün müqaviləinin şərtlərini pozmuşdur, ona görə də iddiaçı tələbində haqlıdır. Cavabdeh İddiaçı olan 8529,40 ABŞ dolları borc hal-hazıradək geri qaytarmamışdır. Ona görə də həmin məbləğ iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, hüquqi xidmətə görə 300 manat pul tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1.-ci maddəsinə əsasən iddiaçı maddi ziyan kimi həmin məbləği tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)-1231/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2813/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən cavabdehdən tutulmuş borcun məbləğinə münasibətdə dəyişdirilmiş, Cavabdeh 7.117,65 (yeddi min bir yüz on yeddi ABŞ dolları altmış beş sent) ABŞ dolları ödəniş anında azərbaycan manatı ekvivalenti ilə alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qa lan hissədə dəyişdirilməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 2016-cı ilin noyabr ayında kartof məhsulu gətirmək üçün pula ehtiyacı olduğundan İddiaçı 10.000 ABŞ dolları borc pul istəmiş, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2016-cı il tarixdə 6.000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə isə 4.000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə, razılığa əsasən cavabdeh hər dəfə kartof gətirən yük maşını gəldikdə 150 manat qazandığı puldan iddiaçıya ödənilməli idi. Əsas borcun isə tələb edilən vaxtdan bir həftə ərzində qaytarılacağı razılaşdırılmışdır. Tərəflərin razılığına əsasən verilən puldan gəlir əldə olunduğu üçün cavabdeh tərəfindən iddiaçıya 2016-cı ilin dekabr ayında 1.900 manat, 2017-ci ilin mart ayında isə 500 manat olmaqla cəmi 2.400 manat pul verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya qaytarılan 2.400 manat pul həmin vaxta görə ABŞ dollarının məzənnəsinin 1,70 manat olmasını nəzərə alınsa 1.411,75 ABŞ dolları təşkil edir. İddiaçı Cavabdeh pulunu tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı bundan sonra 2017-ci ilin aprel ayında cavabdeh barəsində Masallı RPŞ-nə müraciət etmişdir. Masallı RPŞ-nə izahat verərkən Cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş və borcunu tez bir zamanda ödəyib qurtaracağına söz vermişdir. Cavabdeh xx xxxxx 2017-ci il tarixdə iddiacı ilə müqavilə bağlayaraq iddiaçı borclu olduğu 10.000 ABŞ dollarını 2 ay müddətinə, yəni 2017-ci ilin iyun ayında 2 dəfəyə qaytaracağını öhdəsinə götürmüş dür. Lakin Cavabdeh verilən borcdan iddiaçıya xx xxxxxx 2018-ci il tarixdə 300 manat, xx xxxxxx 2018-ci il tarixdə 100 manat, xx xxxx 2018-ci tarixdə 100 manat, xx xxxxxx 2019-cu il tarixdə 1.000 manat, xx xxx 2019-cu il tarixdə 1.000 manat olmaqla ümumilikdə 2.500 manat qaytarmışdır. Cavabdeh tərəfindən iddiaçıya qaytarılan 2.500 manat pul həmin vaxta görə ABŞ dollarının məzənnəsinin 1,70 manat olmasını nəzərə alınsa 1.470,60 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi 8.529,40 ABŞ dolları məbləğində pulun ödəniş gününə manat məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) forfmada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən bo rc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərmiş olduğu, cavabdehə xx xxxxxx 2016-cı il tarixdə 6.000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə isə 4.000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları məbləğində borc pul verməsi, iş materiallarında olan sadə yazılı formada olan müqavilədə təsdiqini tapır. Lakin cavabdehin iddiaçıya 2016-cı ilin dekabr ayında 1.900 manat, 2017-ci ilin mart ayında isə 500 manat olmaqla cəmi 2.400 manat ödədiyi pulun tərəflərin razılaşmalarına görə verilmiş borcdan əldə etdiyi gəlir kimi iddiaçıya ödənilməli olması hər hansı sübutla təsdiq olunmur. Tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli sadə yazılı müqavilədə də cavabdehin iddiaçıya əlavə ödənişlər etməsi nəzərdə tutulmamışdır. İddiaçı Cavabdeh ona olan 10.000 ABŞ dolları borcuna görə 2016-cı ilin dekabr ayında 1.900 manat, 2017-ci ilin ma rt ayında isə 500 manat olmaqla cəmi 2.400 manat, yəni 1.411,75 ABŞ dolları qaytarmasını, müqavilənin rəsmiləşdirilməsindən sonra isə borcundan 2.500 manat, yəni 1.470,60 ABŞ dolları qaytarmasını etiraf etdiyindən, bununla da ona ümumilikdə qaytarılmış 2.882,35 ABŞ dolları məbləğində pulun cavabdehə verdiyi 10.000 ABŞ dolları borcla bağlı olduğunu təsdiq etdiyindən, tərəflər arasında daha sonra xx xxxxx 2017-ci il tarixdə tərtib edilmiş sadə yazılı müqavilədə cavabdeh tərəfindən borcun 10.000 ABŞ dolları olmasının qeyd olunması müqavilədən əvvəl iddiaçıya qaytarılmış 2.400 manat, yəni 1.411,75 ABŞ dolları məbləğinin həmin borca aid olmaması qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, apelyasiya şikayətində tərəflər arasında borc müqavilə sindən irəli gələn hər hansı razılaşmanın olmasını qeyd etməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apelyasiya şikayətində iddiaçıdan 10.000 ABŞ dolları məbləğində aldığı borcdan 5.000 ABŞ dollarını ödəməsini göstərsə də, etirazını əsası olan halları məhkəmədə sübut edə bilməmişdir. İddiaçı isə cavabdehin ona verdiyi borca görə əlavə ödənişlər etməli olması barədə razılığa gəlmələrini məhkəmədə sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası tərəflər arasında mövcud olan xx xxxxx 2017-ci il tarixli sadə yazılı formada müqaviləni və İddiaçı Cavabdeh ona olan borcdan cəmi 2.882,35 ABŞ dollarını qaytarması barədə izahatlarını mötəbər sübit kimi qəbul etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya ş ikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 1231/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrin ə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlə r üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1 ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1231/2020 üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. nömrəli iş