Məhkəmə qərarları › İş №2(102)-420/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-420/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-420/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ iş № 2(102)-420/2024 (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Bakı şəhəri 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpağın qanunsuz sahiblikdən geri alınması, torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-274/2018 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə dair işə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “torpağın qanunsuz sahiblikdən geri alınması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)4574/2016 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Ləhiş bağ sahəsində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət 5051a nömrəli bağ sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması və torpaqdan istifadə et məyə yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim Elşən Kazımov)

2. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-10142/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)- 4574/2016 nömrəli qətnaməsi qətnaməsi ləğv, iddia təmin edilməmişdir. (hakimlər Cəmilə Səfiyeva, Vüqar Həsənov, Namiq Cəfərov)

4. İddiaçı apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017 -ci il tarixli, 2(102)-4035/2017 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-274/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)-4574/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. (hakimlər İsmayıl Xəlilov, Aygün Abdullayeva, Abiddin Hüseynov) Prosessual müddətin bərpa edilməsinə dair icraat

7. Apellyasiya instansiyası məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi 3 sentyabr 2018-ci il tarixli müşayiət məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarında cavabdehin qətnamənin surətini xx.xx.2018-ci il tarixdə almasına dair sübut (xəbərnamə) olsa da, iddiaçının qətnamənin surətinin alınmasına dair sübut yoxdur, onun ünvanına göndərilən poçt zərfi geri qaytarılmışdır.

8. İddiaçının vəkili-nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı müddətin bərpası barədə ərizəsini səhhəti ilə əlaqədar olaraq kassasiya şikayəti verə bilməməsi və müddəti üzrlü səbəblərdən ötürməsi ilə əsaslandırmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-274/2018 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi b arədə ərizə və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

10. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 “Elektron məhkəmə” sistemi vasitəsi ilə 06.10. 2023-cü il tarixdə təkrarən məhkəməyə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir.

11. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-274/2018 nömrəli qətnaməsi iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı qeyd edilən işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılması nəticəsində qəbul edilmiş yekun məhkəmə aktının təsdiq olunmuş surətinin təqdim olunmasına dair rəsmi şəkildə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, qətnamə iddiaçıya rəsm i şəkildə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra səhhətində yaranan problemlərlə əlaqədar iddiaçı üzrlü səbəbdən məhkəmə qətnaməsindən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Belə ki, iddiaçının 93 yaşı var, səhhətində tez-tez problemlər yaranır, bu səbəbdən də iddiaçı daim həkim nəzarətindədir. Səhhətində pisləşmə olanda həkimlər tərəfindən iddiaçıya şifahi məhdudiyyətlər də qoyulur. İddiaçının qidalanması zəifləyir, yuxusuzluqdan əziyyət çəkir, səhhətinin bərpa olunması isə ahıl yaşı ilə əlaqədar olaraq çox vaxt tələb edir. Bu kimi hallar isə iddiaçının hərəkət və fəaliyyətinə çox mənfi təsir edir. Qətnaməni rəsmi qaydada aldığı tarixdən kassasiya şikayəti vermə müddətini az ötürmüşdür.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-274/2018 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Akif İsgəndərov)

13. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmiş və barəsində şikayət verilən qətnamə onun iştirakı ilə elan edilmişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının da həmin qətnamədən məlumatı olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qeyd olunan qətnamə rəsmi qaydada iddiaçıya çatdırılmasa da, özünün bildirdiyinə görə cari ilin mart ayında qətnamə onun müraciəti əsasında iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti ilk dəfə xx.xx.2023-cü il tarixdə, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

15. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməyə kifayət qədər vaxtı olmuşdur və onun göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 133.1, 133.3 və 405.0.1-ci maddələri ilə əsaslandrımışdır. a) Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

17. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməklə, iddiaçı tərəfindən apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması üçün həmin şikayətin Ali Məhkəmənin Mülki kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin qəbul edilməsindən uzun müddətin (təxminən 5 ilin) keçməsinə baxmayaraq, qətnamənin bu müddət ərzində rəsmi qaydada iddiaçıya verilməməsi, yalnız ona bu ilin mart ayının 27-də apellyasiya instansiyası məhkəməsinə müraciətindən sonra təqdim edilməsi olub ki, hə min müddətdən sonra da bu ilin oktyabr ayına kimi iddiaçının qətnamədən kassasiya şikayəti verə bilməməsinin üzrlü səbəbi iddiaçının həmin dövrdə yaşlı şəxs kimi səhhətində yaranan ciddi problemlər olub. Belə ki, prosessual müddətin bərpasına dair ərizədə iddiaçı 93 yaşının olduğunu, səhhətində tez-tez problemlərin yarandığını, daima həkim nəzarətində olduğunu, qoca olduğu üçün səhhəti ilə bağlı daima ciddi narahatlıq yaşadığını və s. kimi üzrlü səbəblər ucbatından qətnaməni rəsmi qaydada bu ilin mart ayının 27-də aldıqdan sonra həmin qətnamədən 2 ay müddətində kassasiya şikayətini verə bilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. Lakin bu kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə baxılan zaman üzrlü hal kimi nəzərə alınmamışdı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməyə kifayət qədər vaxtı olmuşdur, buna görə də onun göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. Bundan başqa, iddiaçı 5 il əvvəl, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəbul edildiyi vaxt daha sağlam olardı, nəinki indi. Həmin vaxt onun nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən iddiaçının qətnamədən məlumatlı olduğu nəzərə alınsa, deməli, o, 5 il bundan əvvəl kassasiya şikayəti verə bilərdi. Həmçinin iddiaçı qətnamənin qəbul edildiyi vaxtdan keçən 5 il ərzində onu rəsm i qaydada almaq və mübahisələndirmək üçün heç bir hərəkət etməmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin müddət ərzində iddiaçı qətnamədən şikayət vermək niyyətində olmamışdır, o, şikayət vermək qərarına sonradan gəlmiş, buna görə də müddətin bərpası məsələsini ortaya qoymuşdur. İddiaçı cari ilin mart ayında məhkəməyə müraciət edərək qətnamənin rəsmi qaydada ona verilməsini tələb edibsə, deməli, səhhəti onun hüquqi məsələlərlə məşğul olmasına imkan vermişdir. Belə olan halda, iddiaçının yaşına və səhhətinə istinadən müddəti ötürməsi əsaslı hesab edilə bilməz. Buna görə də, o, ən azından qətnaməni rəsmi qaydada aldığı vaxtdan, yəni mart ayından etibarən 2 ay müddətində şikayət etməli idi. Tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son i linin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştira k edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərarda d qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

24. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi 2023-cü ilin mart ayında iddiaçıya təqdim edilib, iddiaçı tərəfindən kassasiya şikayəti ilk dəfə xx.xx.2023-cü il tarixdə, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

25. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə iddiaçının dəlilləri əs assızdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticəni əsaslı sayır.

24. Nəzərə alınsa ki, MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verə bilər, belə olan halda, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni olmuşdur.

25. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata ” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. 26. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X1 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məh kəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçini özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 27. “Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. S özü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

28. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 29.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-274/2018 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərard adı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar