Məhkəmə qərarları › İş №2(102)-4201/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4201/2023

04.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4201/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4201/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 2(103)-4538/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 01 sentyabr 2005-ci il tarixdə Cavabdeh şirkətinə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanmış, 09 dekabr 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir.

2. Cavabdeh şirkəti ilə İddiaçı arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı 01 iyun 2020-ci il tarixdə yenidən Cavabdeh şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmış, xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi daha 1 il müddətinə xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır.

3. Cavabdeh şirkətinin “İşçiyə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tədbiq edilməsi barədə” 30 noyabr 2021-ci il tarixli, HRT 31/21 nömrəli əmrinə əsasən, İddiaçı töhmət verilmiş və 2021-ci ilin noyabr ayının mükafatından məhrum edilmişdir.

4. Cavabdeh şirkətinin “İşçiyə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tədbiq edilməsi barədə” 25 may 2022-ci il tarixli, HRT 07/22 nömrəli əmrinə əsasən, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

5. Cavabdeh şirkətinin “Əmək müqaviləsi nə xitam verilməsi barədə” 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmrinə əsasən, Cavabdeh şirkətinin Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinin ustası İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanmış 2045 saylı 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən 03 iyun 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh Şirkətinə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsininə müraciət edərək, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə ona əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il təvəllüdlüdür, ali təhsilli mühəndis konstruktor texnoloqdur. O, Azərbaycan Politexnik İnstitutunda ali təhsil almış, 29 oktyabr 1984-cü il tarixdən aktiv əmək fəaliyyəti ilə məşğuldur. O, həmin ildən etibarən müxtəlif zavod və müəssisələrdə usta, mühəndis, mühəndis texnoloq və s. vəzifələrində işləyib. O, 2001-ci ildən etibarən 6 aylıq fasilə istisna o lmaqla 2022-ci ilin iyun ayınadək Cavabdeh Şirkətində (əvvəlki adı “X10 Çıxarma İdarəsi”) çalışıb. Belə ki, o, 24 aprel 2001-ci il tarixdə “X10 Çıxarma İdarəsi”ndə quyuların əsaslı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olub. 01 iyun 2004-cü il tarixdə ona 5-ci dərəcə təyin olunub. 01 oktyabr 2004-cü il tarixdə quyuların əsaslı təmir sexi quyuların əsaslı təmiri və qazma sexi adlanıb. 01 sentyabr 2005-ci il tarixdə ləğv etmə komissiyasının 09 sentyabr 2005-ci il tarixli 1 saylı protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) onunla əmək müqaviləsinə xitam verilib. O, 01 sentyabr 2005-ci il tarixdə cavabdeh şirkətdə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul olunub. 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanıb. 09 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən bütün yeraltı və əsaslı təmir sexi işçiləri ilə birlikdə tutduğu vəzifədən azad olunub. O, 2001-2019-cu illər aralığında cavabdeh şirkətdə müddətsiz əmək müqaviləsi əsasında işləyib. 10 dekabr 2019-cu il tarixdə “Şirvan Drilling Limited” şirkətinin filialında quyuların əsaslı və yeraltı təmiri sexində bütün işçilərlə birlikdə quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib. Təxminən 6 aydan sonra – 31 may 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar) işdən azad olunub. Sonradan cavabdeh şirkətə qayıdanda onunla müddətli müqavilə imzalanıb. Belə ki, o, 01 iyun 2020ci il tarixdə Cavabdeh şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsnə qəbul edilib. Həmin vaxt onunla bağlanmış 2045 saylı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə, 01 iyun 2021-ci il tarixinədək bağlanıb. Müqavilənin hansı səbəbdən müddətli bağlanması ona izah edilməyib. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən onun aylıq əmək haqqı 837 manat təşkil edib. Müqavilənin 4.11-ci bəndinə əsasən beş günlük iş həftəsində iş günü gündə 8 saatdan, altı günlük iş həftəsində 7 saatdan, həftədə isə 40 saatdan çox təşkil etməməlidir. Növbəti iş rejimində isə növbə müddəti növbəyə görə 12 saatdan çox olmamalıdır. Müqavilənin 7.1-ci b əndinə görə, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsalat vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlər, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. Müqavilənin 9.1-ci bəndinə görə, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara-qaydalara ciddi əməl olunmaqla birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcək. Sonradan cavabdeh şirkət onunla bu müqavilə müddətini daha bir il müddətinə uzadıb. 03 iyun 2020-ci il tarixdə isə Azərbaycan Respublikası ƏM-nin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin bitməsi ilə əlaqədar) cavabdeh şirkət onunla bağlanmış 2045 saylı 01 iyun 2020-cı il tarixli əmək müqaviləsinə xitam verib. Əmrdə istifadə edilməmiş məzuniyyətə görə ona 30 təqvim günü məbləğində kompensasiya ödənilməsi qeyd edilib. O, əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarının kobud şəkildə pozduğu səbəbilə cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. O, mübahisənin mediasiya vasitəsilə tənzimlənməsinə səy göstərib, lakin cavabdeh şirkətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan onunla müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbay can Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. Faktların təsviri hissəsindən göründüyü kimi, o, təxminən 21 il cavabdeh qurumda çalışıb. Yalnız 2020-ci ilin iyun ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanıb. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Başqa sözlə, onun eyni şirkətdə əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, həmin qurumda onunla 2020-ci il iyun ayının 1-dən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olub. Həmçinin, onun çalışdığı sahə sözügedən Məcəllənin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürsək hesab etmək olar ki, onunla işəgötürən arasında 2020-ci ilin iyun ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmayıb. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiy asının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və onun əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. İkincisi, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 saylı əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilməyib. Üçüncüsü, o, neftqaz sahəsində işlədiyi 21 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməyib, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilib. Yalnız 2020-ci ildən etibarən, o, cavabdeh şirkətin davamlı əsassız basqıları və qanunsuz intizam tənbehlərinə məruz qalıb. Bunun əsas səbəbləri isə onun şirkətin neft və qazın hasilatı üzrə departamentinin müdiri İlqar Kərimin “yazılmamış qanunları” ilə ba rışmaması və onun şirkətdə çalışan doğma qardaşı X1 2020-ci ildə həmin şirkəti qanunsuz işdən çıxarma əmrinə görə məhkəməyə verməsi olub. Məhz sonuncu hadisədən sonra, yəni, 2020-ci ilin iyul ayında İlqar Kərim onu yanına çağıraraq, qardaşı X1 məhkəməyə ünvanladığı iddia ərizəsi ilə bağlı onu şirkətin kadrlar şöbəsinin rəisi Loğman Məmiyevin adından xəbərdar edib, qardaşının məhkəmədən iddia ərizəsini geri götürməsini tələb edib, əks təqdirdə işdə ciddi problemlərinin yaranacağı ilə hədələyib. Onun bu təklifinə etirazını bildirib, qardaşının müstəqil şəxs olduğunu, onun işinə qarışa bilməyəcəyini bildirib. Onun bu təkliflə razılaşmamasından sonra onun gözümçıxdıya salınması daha da davamlı hal alıb. Bütün şirkətdə adi hal kimi qəbul edilən işlər onda nöqsan kimi qəbul edilməyə başlanıb. Mə hz bu təqiblərin nəticəsində, 2021-ci il noyabrın 23-də onunla şirkətin digər işçisi, qaldırıcı maşinist Nəcəf Nəcəfov arasında ikincinin şirkətdən 3 kanistrda olmaqla 60 litr dizel yanacağı və kəsilib yığılmış borular oğurladığı səbəbindən baş verən konfliktdə o, mükafatlandırılmaq əvəzinə, davam edən qərəzli münasibətin nəticəsində iki dəfə 30 noyabr 2021-ci il və 25 may 2022-ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırılıb, daha sonra isə heç bir səbəb göstərmədən onunla müqavilənin uzadılmasından imtina edilib. Yeri gəlmişkən, onun qardaşı X1 şirkətin onunla əmək müqaviləsini uzatmasından imtina ilə bağlı əmrindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilən iddia həmin Məhkəmənin 2(001)-4053/2020 nömrəli, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilib, şirkətin əmri ləğv edilib, Hikmət Səmədov işə bərpa edilib və daha sonrakı illərdə pensiya yaşına çatdığı üçün pensiyaya çıxıb. Dördüncüsü, o, 3 nəfərlik ailənin yeganə qazanc gətirən üzvüdür. Ondan başqa, ailədə işləyən və əmək haqqı alan heç kim yoxdur. Beşincisi, koronavirus pandemiyası ilə əlaqədar çıxışlarında ölkə Prezidenti dəfələrlə özəl şirkətlərə işçiləri ixtisar etməməklə bağlı öz tövsiyələrini verib. Lakin, cavabdeh şirkət pandemiyanın nəticələrinin hələ də davam etdiyi bir vaxtda bu tövsiyələrə əhəmiyyət verməyərək, onunla bağlanmış əmək müqaviləsini qərəzli şəkildə uzatmaqdan imtina edib. Altıncısı, başqa işçilərlə əmək müqaviləsi uzadılıb, yalnız onunla əmək müqaviləsinin uzadılmasından imtina edilib. Lakin, bu imtina heç cür əsaslandırılmayıb. Onun hazırda 60 yaşı var, onun pensiya yaşına çatmağına çox az qalıb. Cavabdeh şirkət uzunmüddətli və qüsursuz xidmətlərini nəzərə almayaraq, onunla bağlanmış müqaviləni uzatmaqdan imtina edib. Halbuki, Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nəzərdə tutulub.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaya qarşı yazılı etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsinin arqumentlərinin heç biri həqiqəti əks etdirmədiyindən və şirkətin əmrinin qanunsuz hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut göstərilmədiyindən iddia təmin edilməməlidir. Əvvəla iddiaçının iddia ərizəsində göstərdikləri heç də həqiqəti əks etdirmir ona görə ki, iddiaçı özünün bildirdiyi kimi 21 il fasiləsiz olaraq şirkətdə işləməmişdir. Belə bir sual yaranır ki, əgər ş irkət 2005-ci ildən Azərbaycan Respublikasında fəaliyyətə başlamışdırsa, o zaman iddiaçı 2001-ci ildən hansı şirkətdə işləmiş olur? 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmışdır. 01 sentyabr 2005-ci il tarixdən isə Sazişin müddəalarına uyğun olaraq Cavabdeh şirkəti Podratçı tərəflərin neftqaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Lakin, iddia ərizəsindən də göründüyü kimi, id diaçı 2001-ci ildən Şirkətdə yox, ARDNŞ "xxxx" İstehsalat Birliyinin tərkibində olmuş “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Həmin İdarənin isə şirkətlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Bir sözlə şirkət müstəqil hüquqi şəxsdir və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin hüquqi varisi deyildir. Sözügedən “Binəqədineft Neft və Qazçıxarma” idarəsi "xxxx" İB-nin tərkibində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx" və ya “SOCAR”) 92 saylı, 31 avqust 2005-ci il tarixli əmri əsasında tamamilə ləğv edilmişdir. İddiaçı şirkətdə ilk dəfə olaraq 01 sentyabr 2005-ci il tarixdən çalışmağa başlamışdır. Belə ki, həmin vaxtdan şirkətin quyuların yeraltı və əsaslı təmiri sexində müxtəlif vəzifələrdə işləyən iddiaçı 09 dekabr 2019-cu il tarixdə ərizə ilə şirkə t rəhbərliyinə müraciət edərək öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında şirkətin HRR 106/19 saylı, 05 dekabr 2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verməklə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra şirkətdən öz xahişi ilə işdən azad edildikdən sonra iddiaçı bir müddət “Şirvan Drilling Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışmış və həmin filialdan da işdən çıxdığı üçün işləmək məqsədilə yenidən şirkətə müraciət etmişdir. Bundan sonra 01 iyun 2020-ci il tarixdə şirkətlə iddiaçı arasında 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və 01 iyun 2021-ci il tarixdə də həmin müqavilənin müddəti daha 1 il, yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. İddiaçı özünün intizamlı, yüksək əmək k eyfiyyətinə malik işçi olduğunu bildirsə də, lakin şirkətdə işə qəbul edildiyi 01 iyun 2020-ci il tarixdən işdən azad edildiyi 01 iyun 2022-ci il tarixədək (yəni 2 il) müddətdə dəfələrlə şirkətdaxili nizam-intizam qaydalarını pozduğuna görə şirkətin müvafiq əmrləri əsasında ona “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Şirkət iddiaçıya 02 iyun 2022-ci il tarixli bildirişlə aralarında mövcud olan 2045 saylı, 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verildiyi barədə məlumat təqdim etmiş və həmin bildirişi iddiaçı qəbul etməkdən imtina etdiyi üçün bildiriş poçt xidməti vasitəsilə qeyd olunan tarixdə iddiaçının ünvanına göndərilmişdir. Bununla da şirkətin HRQ 01/22 saylı, 03 iyun 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası onun müddətli əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Şirkət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsininn 2(001)-4766/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, 2045 saylı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, Cavabdeh Şirkətinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli əmrin ləğv edilməsi, İddiaçı öz vəzifəsi nə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh Şirkəti tərəfindən ödənilməsi, cavabdeh Şirkətdən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı s übutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 01 sentyabr 2005-ci il tarixdən 09 dekabr 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq cavabdeh şirkətdə eyni vəzifədə və eyni sexdə işləmiş, yəni iddiaçının gördüyü iş daimi xarakterə malikdir. Belə olan halda, iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra həmin şirkətin iddiaçı ilə 01 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmsını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi də hər iki tərəfin razılaşdığı müddətə, yəni 1 (bir) il müddətinə bağlanmışdır. Yəni, Şirkət Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbini pozmamışdır. İş materiallarından da görünür ki, iş üzrə hər iki müqavilə tərəfi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar və hətta iddiaçı bu qarşılıqlı razılığı müqaviləni imzalamaqla təsdiq etmişdir. Eyni zamanda Əmək Qanunvericiliyinin tələbinə görə iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən h esab olunmur. İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısına aid edilmədiyindən, Şirkət haqlı olaraq tərəflər arasındakı Əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-555/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, işin hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı Cavabdeh Şirkəti ilə aralarında bağlanmış müddətsiz əmək müqaviləsi əsasında həmin şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2005-ci ildən 2019-cu ilin dekabr ayına qədər usta vəzifəsində fasiləsiz olaraq çalışmışdır. İddiaçı tutduğu vəzifədən öz arzusu ilə azad edildikdən cəmi 5 ay 21 gün sonra, yəni xx.xx.2021-ci ildə cavabdeh təşkilatda eyni vəzifəyə işə qəbul edilmiş, lakin bu dəfə əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının uzun illər ərzində həmin vəzifədə müddətsiz əmək müqaviləsi əsasında fasiləsiz olaraq eyni vəzifədə çalışması onun cavabdeh təşkilatda yerinə yetirdiyi işin daimi xarakterə malik olduğunu təsdiq edir. Həmçinin, iddiaçının işdən azad edildiyi və yenidən işə qəbul edildiyi tarixlər arasında keçən zaman kəsiyində onun yerinə yetirdiyi işin daimi xarakterinin dəyişməsi və müvəqqəti xar akter daşıması iş materialları ilə müəyyən edilmir. Cavabdeh təşkilat əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanmasına istinad etmişdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu mənada tərəflər arasında bağlanmış əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlandığını sübut etmək vəzifəsini də işəgötürən daşıyır. Lakin cavabdeh təşkilat məhkəməyə belə bir sübut təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası əksinə plaraq hesab edir ki, daimi xarakter daşıyan əmək funksiyalarının yerinə yetirilməsi üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasının hər hansı bir ağlabatan izahı yoxdur. Burada xüsusilə nəzərə alınmalıdır ki, həmin əmək müqaviləsi eyni vəzifəni işəgötürən təşkilatda uzun illər ərzində qüsursuz yerinə yetirmiş və tutduğu vəzifəni hər hansı bir pozuntuya görə deyil, öz təşəbbüsü ilə tərk etmiş işçi ilə bağlanmışdır. Başqa sözlə, işçi tutduğu vəzifənin icrası ilə bağlı kifayət qədər bilik və təcrübəyə malik olmuşdur. Belə bir vəziyyətdə iş çinin əmək müqaviləsini məhz öz arzusu ilə 1 il müddətinə bağlamasının hər hansı ağlabatan izahi yoxdur.

20. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab etmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

22. Qətnamədən cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və qərəzli olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Hazırkı iş üzrə hər iki müqavilə tərəfi hüquq bərabərliyi prinsipinə əməl etməklə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi də hər iki tərəfin razılaşdığı müddətə, yəni 1 (bir) il m üddətinə bağlanmışdır. X12 Məcəlləsinin 45-ci maddəsinin tələbini pozmamışdır. İş materiallarından da görünür ki, iş üzrə hər iki müqavilə tərəfi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar və hətta iddiaçı bu qarşılıqlı razılığı müqaviləni imzalamaqla təsdiq etmişdir. Əvvəla müqavilədən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 01 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı nə müqavilənin müddətli bağlanmasına etiraz etməmiş, nə də ki, həmin müqavilənin bağlanmasında 2 (iki) il keçməsinə baxmayaraq bu müddət ərzində məhkəmənin qeyd etdiyi əsası (Əmək Məcəlləsinin 45-ci maddəsi) ilə həmin əmək müqaviləsini müvafiq məhkəmədə mübahisələndirməmişdir. Əksinə olaraq 2021-ci ildə həmin əmək müqaviləsinin d aha bir il müddətinə uzadılmasına razılıq vermişdir. Bu da onu göstərir ki, İddiaçı Şirkətlə aralarında müddətli əmək müqaviləsinin bağlanmasına razı olmuşdur. Bundan başqa, Əmək Qanunvericiliyinin tələbinə əsasən İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısına aid edilmədiyindən, Şirkət haqlı olaraq tərəflər arasındakı Əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Bir daha aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında mövcud olan əmək müqaviləsinə xitam verərkən Əmək Qanunvericiliyinin heç bir tələbini pozmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi Qanunverciliyin bu tələblərini araşdırmadan və aydınlaşdırmadan iddiaçının iddiasının təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2185/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-555/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında göstərilmiş Azərbaycan Respublikasının MPM-in 77.2-ci m addəsi qüvvədə deyil. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İkinci olaraq iddiaçı 09 dekabr 2019-cu ildən öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işindən azad edilmişdir. İş üzrə iddiaçı ilə cavabdeh təşkilat arasında 01 iyun 2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı cavabdehin işçisi deyildi. Həmin vaxt tərəflər arasında tabeçilik, asılılıq münasibətlərinin olması da məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Belə olan təqdirdə birmənalı olaraq müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlanmadığı nəticəsinə gəlinmir. Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir. Nəzərə almaq lazımdır ki, işçi müddətsiz əmək müqaviləsi əsasında işlədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək müddətli əmək müqaviləsi bağlandığı, yəni fasilə verilmədən işçinin işini davam etdirdiyi halla, işçinin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi təşkilatdan öz ərizəsi ilə azad olunduqdan müəyyən müddət keçdikdən sonra yenidən həmin təşkilatda işləməsi üçün onunla müddətli əmək müqaviləsinin bağlandığı hallar bir-birindən fər qlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və məhkəmə qətnaməsini ləğvinə səbəb olan halda prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4538/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) Cavabdeh Şirkətinin apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri B inəqədi Rayon Məhkəməsinin 2(001)-4766/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı ilk olaraq qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır.

29. İə baxan kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iddia tələbinin təmin edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.

30. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 09 dekabr 2019-cu ildən öz ərizəsi əsasında cavabdeh təşkilatdan əmək müqaviləsinə xitam verilməklə işindən azad edilmiş və 10 dekabr 2019-cu il tarixdən “Şirvan Drilling Limited” şirkətinin filialında quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib və 31 may 2020-ci il tarixədək sonuncu şirkətdə işləmişdir. Düzdür, yeni apellyasiya baxışında iddiaçı hər iki şirkətin (Cav abdeh və “Şirvan Drilling Limited”) Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən “X5 Grupa” daxil olduğunu göstərsə də buna dair sübut təqdim etməmiş, eyni zamanda cavabdehin nümayəndəsi bu dəlilə etiraz edərək “Şirvan Drilling Limited” şirkətinin deyil, “X4” şirkətinin “X5 Grupa” daxil olduğunu, bunların isə ayrı-ayrı şirkətlər olduğunu göstərmişdir. Ona görə də iddiaçı ilə cavabdeh təşkilat arasında 01 iyun 2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı cavabdehin işçisi deyildi. Həmin vaxt tərəflər arasında tabeçilik, asılılıq münasibətlərinin olması da müəyyən edilmir. Bu cür vəziyyətdə birmənalı olaraq müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlanmadığı nəticəsinə gəlməklə birinci instansiya mə hkəməsinin mövqeyi düzgün olmamışdır. Çünki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

31. İşçi müddətsiz əmək müqaviləsi əsasında işlədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək müddətli əmək müqaviləsi bağlandığı, yəni fasilə verilmədən işçinin işini davam etdirdiyi halla, işçinin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi təşkilatdan öz ərizəsi ilə azad olunduqdan müəyyən müddət keçdikdən sonra yenidən həmin təşkilatda işləməsi üçün onunla müddətli əmək müqaviləsinin bağlandığı hallar birbirindən fərqlidir. Bu baxımdan iddiaçının cavabdeh qurumda müddətsiz əmək müqaviləsi ilə işlədiyi işlə, müddətli əmək müqaviləsi üzrə görd üyü işin eyni və daimi xarakterdə olması iddianın birmənalı olaraq əsaslı olduğuna dəlalət etmirdi. Çünki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olsa da Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna təşkil edir. O hallardan biri də 47-ci maddənin “f” bəndində nəzərdə tutulur ki, həmin normada da tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilərdi. İddiaçı özü də iki il ərzində onunla müddətli əmək müqaviləsi bağlandığını mübahisələndirməmişdir.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.4, 386, 387.1 və 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə təxminən altı aylıq fasilədən sonra bağlanmış yeni əmək müqaviləsinin məzmunu baxımından da onun əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması nın mübahisə doğurmadığını ümumiyyətlə nəzərdən keçirməyib. Digər tərəfdən isə, məhkəmə kollegiyası iddiaçının cavabdeh şirkətlə müddətli əmək müqaviləsi bağlamağa məcbur olarkən hüquq bərabərliyinin nədə ifadə olunduğunu göstərə və izah edə bilməyib və sübutetmə yükünü qanunsuz və əsassız olaraq onun üzərinə qoyub. Halbuki, hazırki əmək mübahisəsinin xarakteri baxımından ona münasibətdə cavabdehin daha üstün statusda olması nəzərə alındıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 i yul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin f) yarımbəndi əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladı qları müqavilələri nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Mübahisələndirilən qətnamədə isə iddiaçının cavabdeh şirkətlə müddətli müqavilə bağlayarakən həqiqi hüquq bərabərliyinin əlamətlərinin nədə ifadə olunduğu nəinki əsaslandırılıb, ümumiyyətlə bu bərabərliyin nədə ifadə olunduğu və xüsusiyyətləri qeyd edilməyib. Bakı Apellyasiya Məhkəməsi iddiaçının qeyd edilən vəsatə tlərini təmin etməməklə və qəbul etdiyi qətanaməni əsaslandırmamaqla mübahisəni obyektiv araşdırmadığını nümayiş etdirib və Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması kriteriyalarına cavab verməyib. İddiaçının Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyət hüququ pozulub. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi X3 tərəfin dən yazılı etiraz verilmiş, etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

36. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

37. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunm ası; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

38. Maddə 12. (1-ci hissəsinin “b” bəndi). Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır.

39. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsi plərinə əsaslanır.

40. Maddə 45. (1-ci hissəsi). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.

41. Maddə 45. (4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır.

42. Maddə 47. (“f” bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

43. Maddə 73. (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasib ətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

44. Maddə 300 (1-ci hissə). İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsi nə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

46. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə işti rak edən bütün şəxslərə eyni cür yanaşır.

47. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

48. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

60. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şik ayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının işdən çıxması barədə xx.xx.2022-ci il tarixdə yazdığı ərizəni yazmağa məcbur edildiyi, təzyiq altında, onun iradəsinə zidd olaraq yazıldığı barədə iddiaçının dəlilləri əsassızdır. Çünki iddiaçı tərəfindən bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilməlidr. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ay dın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Məhkəmə kolklegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etm işdir ki, tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Belə ki, ilk dəfə müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olub və işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə işə götürülməsinə işçinin etiraz etmək imkanı olsa da, bu imkanından istifadə etməyib. Tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmədiyindən əmək müqaviləsi müddətsiz hesab edilmir. İddiaçı ilə 01 iyun 2020-ci il tarixdə (müddətli) əmək müqaviləsi bağlayarkən onun işəgötürəndən heç bir asılılığı yox idi. Belə olan halda, işçi ilə əmək müqaviləsinin müddətli bağlanması hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki müddətli əmək müqaviləsi rəsmiləş dirilənədək işəgötürənin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu kimi tərəflərin qarşılıqlı razılığı əssında müqaviləni müəyyən müddətə bağlamaq hüququ da var idi. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün əsaslar yoxdur.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4538/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar