Məhkəmə qərarları › İş №2(102)-4203/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4203/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4203/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “X1 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin qaytarılması ) AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-67/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi sədrinin 02 dekabr 2004-cü il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh 600 kv.metr ölçüdə torpaq sahəsi verilmiş və bununla əlaqədar Bələdiyyə ilə Cavabdeh arasında torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. 14 oktyabr 2016-cı il tarixdə “X1 Kompani S.A.” şirkətinin əməkdaşları tərəfindən şirkətin kontrakt ərazisinə baxış keçirilərkən həmin ərazidə Cavabdeh tərəfindən torpaq sahəsinin hasara alınması və ora tikinti materiallarının yığılması müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin dekabr ayında “X1 Kompani S.A. şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Neft Şirkəti ilə bağlanmış Sazişə əsasən neft, qaz əməliyyatlarının aparılması üçün onların qanuni istifadəsinə ayrılmış ərazinin Cavabdeh tərəfindən zəbt olunmasını əsas göstərməklə həmin torpaq sahəsinin (600 kv.metr) tikinti materiallarının boşaldılmaqla onların istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Sadiqov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-954/2018 saylı, 20 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(010)-745/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-25/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər – T.A.Qoldman (sədrlik edən və mə ruzəçi), Ə.A.Mirzəliyev və G.A.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-954/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-67/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsasız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunveri cilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Zığ Bələdiyyəsi sədrinin sərəncamı əsasında cavabdehə satılsa da, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssisinin rəyi ilə müəyyən olunmuşdur ki, qeyd edilən koordinatlar Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədi ilə Suraxanı Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Qüvvədə olan torpaq qanunvericiliyə görə dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sərəncam vermək, həmin torp aqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək səlahiyyətlərinə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin müəyyən olunmuş yuxarıda göstərilən halları və istinad olunan maddi hüquq normaları iddianın əsaslı olması barədə nəticəyə gəlmək üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan onun ləğv edil məsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-67/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar