Məhkəmə qərarları › İş №2(102)-4204/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4204/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4204/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı iddia tələbinə dair, Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələinə dair iş üzrə QƏRARİ Açar sözlər: düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual pozuntulara yol verilməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı2 nümayəndəsi X9, vəkili X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-268/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, 19 sentyabr 1998-ci il tarixli JN-258 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Baxça Əliyevanın ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 0,44 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, 19 sentyabr 1998-ci il tarixli JN-259 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı1, Nuriyyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1,80 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, 19 sentyabr 1998-ci il tarixli JN-260 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dö vlət aktına əsasən onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında xxx və Cavabdeh1 ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, 19 sentyabr 1998-ci il tarixli JN-246 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh2, Sevil Əliyeva, Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.28 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmi, 19 sentyabr 1998-ci il tarixli JN-249 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onl arın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0,1851 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Sevil Əliyeva, Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin ümumi mülkiyyətlərinə verilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh5, Jalə Vəliyeva, Pərvinə Vəliyeva və Vəlixan Vəliyevin ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1,88 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş, bu barədə 19 sentyabr 1998-ci il tarixli JN-251 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyət hüququ d övlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0,1481 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5, Jalə Əsədova, Pərvinə Kərimova və Vəlixan Vəliyevin ümumi paylı mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-258 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin mülkiyyətində olan 1,92 hektar, JN-259 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiy yətinə verilmiş 0,44 hektar və JN-260 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, Nuriyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın ümui (paylı) mülkiyyətində olan 1,80 hektar torpaq sahələrinin xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi, xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması və xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada 540 manat maddi zərər, 30,4 manat dövlət rüsumu, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahələri bir-biri ilə həmsərhəd olmaqla bir ailənin üzvlərinə məxsusdur. İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən mərhum anası Baxça Əliyevadan miras qalmış 0,44 hektar torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edərək istifadə edir. Anasından miras qalan torpaq sahəsini vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələr arasında bərabər bölmək istəyir. Əvvəllər mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini müəyyən edərək dəmir-beton dirəklər basdırmış, bir hissəsini metal məftil, 100 metrlik hissəsini isə metal torla əhatəyə almışlar. Cavabdeh4 və oğlu Cavabdeh1 ona və qardaşı arvadı İddiaçı2 məxsus torpaq sahələrinə daxil olaraq həmin torpaq sahələrinin onlara məxsus olduğunu bildirərək beton dirəkləri sın dırmış və 70 metr uzunluğunda olan 105 kvadrat metrlik metal toru əzərək tamamilə yararsız hala salmışlar. Bundan əlavə Cavabdeh3 əkin sahəsinin şimal hissəsini təxminən 0,25 hektarını zəbt edərək istifadə edir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət sənədlərini Cavabdeh3 təqdim edərək zəbt etdiyi torpaq sahəsinin ona və İddiaçı2 məxsus olmasını bildirmiş və həmin torpaq sahəsini könüllü boşaltmasını xahiş etmişdir. Cavabdeh3 zəbt etdiyi torpaq sahəsinin özünə məxsus olmasını bildirərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Onun və İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinin qalan hissəsini Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 özlərinə məxsus olmasını iddia edərək zəbt etmişlər. 2019cu ildə qardaşı arvadı İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrinin ölçülərək sərhədlərinin yer ində müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə müraciət etmişdir. xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin nümayəndəsinə torpaq sahələrinin sərhədlərini yerində ölçərək mərz nişanlarını qoymasına qanunsuz olaraq maneçiliklər törətməklə imkan verməmişlər. Qeyd olunan məsələ ilə bağlı Topçu bələdiyyəsinin sədri tərəfindən 07 sentyabr 2019-cu il tarixli akt tərtib olunmuşdur. xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozmuş və ona xeyli miqdarda maddi və mənəvi zərər vurmuşlar. Cavabdeh6 mülkiyyətində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsindən 1200 metr kənar məsafədə yerləşdiyini, mübahisəli t orpaq sahəsinə heç bir aidiyyatının olmadığını, mübahisəli torpaq sahəsinin 2006-cı ildə Amil Bağıyev tərəfindən mərhum Səttər Əhmədovdan satın alınaraq idarəçiliyini vəkalətnamə ilə İsmayıllı şəhər sakini Vüqar Qurbanova verildiyini bildirsə də, dolayı yolla mülkiyyətində olan torpaq sahəsinə kənardan nəzarət edərək zəbt etməsi nəticəsində onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bəsirə Qədirova və oğlu Cavabdeh1 170 manat dəyərində 40 ədəd dəmir-beton dirəyi sındırmış və 340 manat dəyərində 70 metr uzunluğunda olan metal toru məhv etməklə ona maddi zərər vurmuşlar. Bundan əlavə 30,4 manat dövlət rüsumu ödəmiş, 105 manat etibarnamənin təsdiqinə, 25 manat sənədlərin surətlərinin təsdiqinə, 800 manat hüquqi yardıma görə haqq vermiş, həmçinin 170 manat nəqliyyata pul xərcləmiş dir. Cavabdeh2, xx2 Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-246 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən xxx və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş 2,92 hektar, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2, Sevil Əliyeva, Mina Fərzaliyeva, Aygün Teymurova və Anar Əliyevin ümumi mülkiyyətlərinə verilmiş 0,1851 hektar və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh5, Jalə Əsədova, Pərvinə Kərimova və Vəlixan Vəliyevin ümumi mülkiyyətinə verilmiş 0,1481 hektar çoxillik əkmə təyinatlı torpaq sa hələrindən İddiaçı1 və İddiaçı2 çıxarılması, torpaq sahələrinin boşaldılması və mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Akif İddiaçı1 Əliyev və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X6 1998-ci il tarixli qərarı ilə JN-249 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2,28 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 2,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1851 hektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyəti ndə olan torpaq sahəsinin çoxillik əkmələrinə dair 0,1851 hektar hissəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydə alınaraq 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş. vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir. Həmin vaxtdan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmalarını bildirməmiş və bununla bağlı onunla hər hansı mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik ə kmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsinin dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək həmin torpaq sahəsini metal torla hasara almışlar. Bununla da onun həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır. Onların iddia tələbini əsassız hesab edir. Ona görə də ilk iddia tələbinin rədd edilməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X11 Əliyev və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X6 1998-ci il tarixli qərarı ilə JN-246 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2,92 kektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 2,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2222 kektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyətinə verilmiş vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir. Həmin vaxtan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan 20 il ərzində davamlı olaraq əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmasını bildirməmiş və bununla bağlı onunla hər hansı bir mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik əkmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsinin dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək həmin torpaq sahəsini metal torla hasara almışlar. İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin zəbt etdikləri hissəsini metal torla hasara almaqla onun həmin torpaq sahəsindən istifadə hüququna maneəçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı 1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır. İddiaçı1 və İddiaçı2 iddia tələbini əsassız hesab edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 İddiaçı1 və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X6 1998-ci il tarixli qərarı ilə JN-251 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1,88 kektar kənd təsərrüfatı təyinatlı pay torpaq s ahəsi verilmişdir. Mülkiyyətində olan 1,88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1481 kektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin çoxillik əkmələrinə dair 0,1481 hektar hissəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydə alınaraq 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir. Həmin vaxtdan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmasını bildirməmiş və bununla bağlı onunla hər hansı mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik əkmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmiş, həmin sahənin dövlət aktı ilə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək metal torla hasara almışlar. Bununla da onun həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçıların torpa sahəsinə mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır, ilk iddia tələbini əsassız hesab edir. Ona görə də İddiaçı1 və İddiaçı2 id dia tələbinin rədd edilməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Topçu kəndində yaşayır. X4 1998-ci il tarixli qərarı əsasında İsmayıllı rayonu Topçu kəndi ərazisindən onun və ailə üzvlərinin ümumi mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahələrindən 1200 metr kənar məsafədə yerləşir. İddiaçı1 və İddiaçı2 ilə aralarında torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı1 və İddiaçı2 mübahisələndirdikləri torpaq sahəsi 1998-ci ildə X6 qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsinin əməkda şları tərəfindən yerində ölçülərək Topçu kənd sakini mərhum Səttər Əhmədov və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. 2006-cı ildə həmin torpaq sahəsi Amil Bağıyev tərəfindən satın alınaraq idarə edilməsi vəkalətnamə ilə İsmayıllı şəhər sakini Vüqar Qurbanova verilmişdir. Vüqar Qurbanov 22 il bundan əvvəl yerində ölçülərək mərhum Səttər Əhmədov və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində istifadə etdiyi sahəni hasarlamışdır. İddiaçı1 və İddiaçı2 əsassız iddiası əsasında mübahisə tərəfi kimi işə cəlb edilmişdir. Torpaqlar üzərində mübahisələrə son qoyulması məqsədi ilə Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 və 24 may 2010-cu il tarixli fərmanları və Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250 nömrəli qəra rı ilə Dövlət, bələdiyyə və vətəndaşların mövcud torpaq yerləşməsinə toxunulmamaq şərti ilə 2020-ci ilin sonunadək bu kateqoriyadan olan torpaqların xəritələri işlənərək vahid elektron kadastr sisitemi yaradılması tapşırığı verilmişdir. Daşınmaz Əmlakın Reyestr Xidmətinin Qəbələ rayon Şöbəsi fərman və tövsiyyələri nəzərə almayaraq Topçu kəndində ölçü işləri aparmaqla əhali arasında böyük mübahisələrə səbəb olmuşdur. Mübahisəli torpaq sahəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə məhkəmənin icraatında olan işin faktiki olaraq onunla hər hansı bir əlaqəsi yoxdur. O, başqasına məxsus hasarı sökə bilməz, qanunsuz hərəkətlərə yol verə bilməz və ona aid olmayan hadisəyə görə təzminat ödəyə bilməz. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Birinci instansiya məh kəməsinə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 avqust 2020-ci il tarixli **********13 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayon Topçu kəndi ərazisində yerləşən JN-258 KOD 40727018, JN-259 KOD 40727018 və JN260 KOD 40727018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına əsasən İddiaçı2, Baxça Əliyeva və İddiaçı1 mülkiyyətlərində olan torpaq sahələri ilə JN-246 KOD 40727018, JN-249 KOD 40727018, JN-251 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarına, 10 mart 2015-ci il tarixli RX seriyalı ******* və 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlara əsasən xx2 Cavabdeh2 və Cavabdeh5 mülkiyyətlərində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə məhkəmənin sorğusu na əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli ərazidə ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-258 M nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 0,15 hektar, JN-259 M nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0,04 hektar və JN-260 M nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahələri ilə JN-246M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Bəsirə Qədirovanın mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfin dən Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyənləşdirilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 sentyabr 2020-ci il tarixli 2(037)25/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, JN-258 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, X13, X10 və X7 ümumi mülkiyyətlərində olan 1,92 hektar və JN-260 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, X16, X2 və X1 ümumi mülkiyyətlərində olan 1,80 hektar torpaq sahələrinin X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi və X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahələrindən çıxarılmaları, qaşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə tərəflərin izahatlarına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahələrindən onların razılığı olmadan xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 istifadə etməsi İddiaçı1 və İddiaçı2 həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Ona görə də, iddia tələbi JN-258 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət akt ına əsasən İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərində olan 1,92 hektar və JN-260 KOD 40727018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, Nuriyyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərində olan 1,80 hektar torpaq sahələri xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, xx2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılmalarına dair hissədə təmin edilməlidir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X14, cavabdehlərxxxı və Cavabdeh6 apellyasiya şikаyətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (haki mlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin qismən təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd olunmasını qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuş, apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli normativ aktları tətbiq etməyib, tətbiq edilməməli hüquq normalarını tətbiq etmişdir. Apelyaslya məhkəməsinin gəldiyi nəticələr işin faktiki halları na uyğun deyil. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq subutlari düzgün qiymətləndirməyib. Məhkəmə baxışında vəsatət verilsə də, məhkəmə torpaq sahəsinin konturlarının mütəxəssis tərəfindən dəqiq müəyyən edilməsi zamanı cavabdeh tərəfin iştirakını təmin etməyib. İddiaçının hasarına toxunulmadığı halda məhkəmə iddiaçıların yalan və həqiqətə uyğun olmayan məlumatlarına əsasən torpağın əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddianı təmin edib. Məhkəmə nəzərə almayıb ki, pay torpağı mübahisəli ərazidə yerləşmir, buna görə də həmin işdə cavabdehlər düzgün müəyyən edilməyib. Belə ki, mübahisəli torpaq sahəsi onunla qonşu olan mərhum Səftər Əhmədovdan torpaq alan Amil Bağıyevə məxsus olsa da, o işdə iştirak etməyə cəlb orlunmayıb. Ona aid sahədə söküntü aparıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə məhkəmənin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Məhkəmə nəzərə almayıb ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr xidmətinin mütəxəssisləri mübahisəli ərazidə qanunsuz və qərəzli ölçmə aparıblar, bütun hallarda ilkin iddia üzrə iddiaçıları müdafiə ediblər, bu da əhali arasında böyük narazılıqlara səbəb olub. İlkin iddiaçılar 22 il öncə akta imza edərək öz sahələrini götürmüş və bu günədək bununla bağlı hər hansı şikayətləri olmamışdır. Həmin vaxt t orpaqları ilkin iddiaçılara Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri olçüb veriblər və mərz nişanları qoyulmuşdur. Məhkəmə nəzərə almayıb ki, DƏDRX 2 il bundan qabaq yeni xəritənin işlənməsi ilə bağlı sifariş verib, xəritələr hazırlanarkən vətəndaşların pay torpaqlarını zəbt etdikləri nəzərə alınmayıb. Məhkəmə DƏDRX-nın mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı və Nazirlər Kabinetinin 28 avqust 2016-cı il tarixli qərarını nəzərə almayıb, vahid elektron kadastr sisteminin tətbiqi gözlənilməyib. Məhkəmə tərəfindən torpaq sahələrinin əvvəlki və yeni xəritələr əsasında ölçülməsi va sərhədlərin dəqiqləşdirilməsi üçün mustəqil ekspertiza keçirilməyib, bununla bağlı ekspert rəyi olmadan mübahisə li torpaq sahələrinin ilkin iddiaçılara məxsus olması kimi səhv nəticəyə gəlib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı və cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçı və cavadehlərin iştirakı o lmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnаmədən nаrаzı qаlаn İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X14, cavabdehlərxxxı və Cavabdeh6 apellyasiya şikаyətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçılar ilk iddia tələbinin rədd edilən hissəsindən kassasiya şikayəti verməmişlər. Həmçinin qətnamədən digər cavabdehlər də kassasiya şikayəti verməmişlər. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 kassasiya şikayətində mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin rədd edilən hissələrində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, İddiaçı2 nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəli llərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə ilk iddia tələbini qismən təmin edilməsi barədə gəldiyi nəticəni işdə olan mütəxəssis rəyinə istinad edərək əsaslandırmışdır. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş rəyi MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, aparılmış ölçmə işləri zamanı İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-258 M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 0,15 hektar, JN-259 M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0,04 hektar və JN-260 M nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahələri ilə JN-246M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Bəsirə Qədirovanın mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş RX ser iyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, təqdim olunmuş rəydə qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi, həmçinin Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyənləşdirilməsinin mümkün olmaması göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni əsaslandımamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İlk iddia tələbini qismən təmin edən məhkəmə İddiaçı2, X13, X10 və X7 ümumi mülkiyyətlərində o lan 1,92 hektar və İddiaçı1, X16, X2 və X1 ümumi mülkiyyətlərində olan 1,80 hektar torpaq sahələrinin cavabdehlər tərəfindən, onların vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsini və onların həmin torpaq sahələrindən çıxarılmalarını qət edərkən iddiaçıların torpaq sahəsinin əvvəlki vəziyyətini müəyyən etməmiş, onların faktiki istifadə etdikləri və ya etmək istədikləri torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən sənədlərə uyğun olub-olmadığı, hər bir cavabdehin məsuliyyətinin hədləri, onlardan kimin nə qədər torpaq sahəsi zəbt etməsi və ziyan vurması, kimlərin hansı sahədən çıxarılmaları kimi mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 385.1 və 385.1.4-cü maddələrinə g örə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində gösətərilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, ümumi sözlərlə apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab etmiş, lakin məhkəmə gəldiyi bu qənaətini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətna mənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qəra rlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmama sına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququ n tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-268/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin rədd edil ən hissələrində ləğv edilsin və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar