Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4204/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mübahisəli torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3956/2021 nömrəli, 17 noyabr 2021-ci il tar ixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə JN-100 KOD 61022028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən X1, İddiaçı1, İddiaçı2, İddiaçı3ğ və İddiaçı4 mülkiyyətinə Bərdə rayonu, Nazirli kəndində 2,61 ha pay torpaq sahəsi verilmişdir.
2. Bərdə rayonu İkinci Nazirli Bələdiyyəsi tərəfindən verilmiş 15 nömrəli 28 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Şatırlı kənd İƏ-nin İkinci Nazirli kənd sakini İddiaçı1 və qeyrilərinin mülkiyyətində olan 2,61 ha torpaq sahəsi, hal-hazırda Cavabdeh istifadəsindədir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu, 2-ci Nazirli kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 2,61 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıların həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, qeyd edilən torpaq sahəsindən bir neçə illər istifadə etmişlər. Sonradan ataları X2 2,61 ha torpaq sahəsini Bərdə şəhər sakini Cavabdeh istifadəsinə (icarəsinə) vermişdir. Xeyli vaxtdır ki, sözügedən torpaq sahəsi sonuncunun istifadəsindədir. Atalarının vəfatından sonr a yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahəsndən istifadə etmək istəsələr də, cavabden Cavabdeh torpaq sahəsinin onların istifadəsinə qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə cavabdehdən pay torpaq sahələrindən çıxmasını tələb etsələr də nəticəsi olmamışdır. Bu da onların ailəsinin maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Odur ki, Bərdə rayonu 2-ci Nazirli kəndində yerləşən, mülkiyyətlərində olan 2,61 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması barədə iddia qaldırmağa məcbur olmuşlar.
5. Bərdə Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 17 avqust 2021-ci il tarixli 2(021)-2564/2021 saylı qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia təmin edilmiş, Cavabdeh iddiaçılar İddiaçı1, İd diaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazirli kəndində yerləşən 2,61 ha pay torpaq sahəsindən çıxarılması, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazirli kəndində yerləşən 2,61 ha pay torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının bərpa edilməsi qət olunmuşdur.
6. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi iddiaçıların mülkiyyətindədir, onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və bu hüququn müdafiəsi dövlətin təminatındadır. Cavabdehin torpaq sahəsinə sahibliyinin qanuni əsasları mövcud deyildir. Ona görə iddiaçıların torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onların iddia tələbi təmin edilməklə həmin torpaq sahəsindən cavabdeh çıxarılmalıdır.
7. Məhkəmə öz möv qeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152.1-ci, Torpaq Məcəlləsinin 84.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4 cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər F.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)3956/2021 saylı mülki iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasi ya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil Məmmədəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 verilmiş JN-100 saylı KOD 61022028 nömrəli Dövlət aktı əsasında Bərdə rayon Nazırlı kəndində yerləşən 2,61 ha torpaq sahəsini xx.xx.2004-cü il tarixdə 14000 manat pul qarşılığında iddiaçılar ona satmışdır. Həmin vaxtlar İddiaçı3 cavabdehlə şərikli mal-qara al veri etmişlər. Alverin pulundan həmin torpaq sahəsini almaq məqsədi ilə torpağın dəyəri olan 14000 manat pulu iki dəfə olmaqla hissə-hissə Bakı şəhərində İddiaçı3 vermiş, bu barədə sonuncunun öz xətti ilə yazdığı imzalı qəbz mövcuddur. Cavabdeh olaraq iddiaçılarla aralarında olan alqı-satqı prosesi baş tutduqdan sonra həmin torpaq sahəsinə aid olan JN-100 saylı Kod 61022028 nömrəli Dövlət Aktının əslini də ona vermişlər. Bu günədək həmin torpağa dair su, vergi və.s xidmət haqları uzun illərdir ki, onun tərəfindən ödənilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
17. Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
18. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsaslar yoxdur.
27. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, bu dəlillərlə təkrar qiymət verilməsinə məhkəmə kollegiyası zərurət görmür.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3956/2021 nömrəli, 17 noya br 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.