Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4205/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ərizəçi Cavabdehlər: Maraqlı şəxs2, Maraqlı şəxs1 İddia tələbi: vərəsəlik şəhadətnamə verilməsi şəhadətnaməsinin etibarsız hesab edilməsi, yeni Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, atalıq barədə mübahisə, subyektiv hüquq, əvvəlki növbə vərəsələrindən birinin mövcudluğunun sonrakı növbənin vərəsəliyini istisna etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı, onun vəkili X9, tərcüməçi Oruclu Bahar Nurəddin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-1420/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Ərizəçi (bundan sonra – iddiaçı) qardaşı X7 xx xxxx 1986-cı il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxxxx 1993-cü ildə Maraqlı şəxs2, xx xxxxxx 2000-ci ildə Maraqlı şəxs1 (bundan sonra – cavabdehlər) doğulmuşdur. 2005-ci ildə X7 uşaqlara atalığın mübahisələndirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə Məhkəmə Tibbi Ekspertiza və X11 Nizami Rayon Şöbəsinin verdiyi xx xxxxx 2005-ci il tarixli, 197 saylı rəydə qeyd olunmuşdur ki, X1 götürülmüş eyakulyatda sperm atazoidlər aşkar olunmamış və bu onu göstərə bilər ki, sonuncunun mayalandırma qabiliyyəti yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05 saylı iş üzrə xx xxxxx 2005-ci il tarixli qiyabi qətnaməsi ilə ərizə təmin edilmiş, X2 cavabdehlərin atası olmaması faktı təsdiq edilmiş, doğum haqqında şəhadətnamələrdə dəyişiklik edilməsi müvafiq qeydiyyat şöbəsinə həvalə edilmişdir. Həmin məhkəmənin xx xxxxx 2006-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, xx.xx.2006-cı il tarixli qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. X7 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 36 saylı evin 1 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) miras qalmışdır. xx.xx.2017-ci il tarixdə 2 saylı ASAN Xidmət Mərk əzi tərəfindən cavabdehlərə mübahisəli mənzilə dair 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən mübahisəli mənzilə cavabdehlərin hər birinin ½ hissədə vərəsəlik hüquqları tanınmış və xx.xx.2017-ci il tarixdə onlara daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə ata barədə qeydin ləğv edilməsi, 2 saylı ASAN Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə üzrə cavabdehlərin adına xx.xx.2017-ci ildə verilmiş RX seriyalı, ******* saylı çıx arışın ləğv edilməsi, onun 2014-cü ildə vəfat etmiş qardaşının yeganə vərəsəsi olması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı evlənəndən sonra bir müddət həyat yoldaşı ilə normal ər-arvad münasibətləri olmuşdur. Lakin sonradan Yelenanın qardaşına qarşı münasibəti pisliyə doğru dəyişmiş, o, tez-tez Stanislavı aldadaraq evdən çıxıb getmiş, ona məlum olmayan yerlərdə gecələmiş, onunla hesablaşmamış, cavabdehlərin doğum haqqında şəhadətnamələrində ata qrafasında Stanislavın adını yazdırmışdır. Ailəsinin dağılmasını istəməyən Stanislav uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında onun adının yazılmasına etiraz etməmişdir. Lakin cavabdeh yenə də uşaq gözlədiyindən Stani slav məhkəməyə atalığın mübahisələndirilməsi iddiası ilə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən ərizəsi təmin edilmişdir. X2 bacısı olmaqla onun yeganə vərəsəsidir, lakin cavabdehlər Stanislavın uşaqları olmadığına görə onun vərəsələri ola bilməzlər. Birinci instansiya məhkəməsinin iclasında ekspert qismində dindirilmiş Məmmədov Kamal Yüzbaşı oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza PA və ETT” Birliyinin Nizami rayon şöbəsində ekspert kimi fəaliyyət göstərir. xx.xx.2005-ci il tarixdə verilmiş ekspert rəyi ilə tanışdır. Həmin rəylə əlaqədar onu deyə bilər ki, 2005-ci ildə X3 mayalanma olmamışdır, lakin X5 1993-cü ildə, X8 isə 2000-ci ildə doğulmuşlar. X2 1993-cü ildən 2000-ci ilə qədər mayalandırma qabiliyyətinin olub-olmamasını qeyd olunan rəy əsasında müəyyən etmək mümkün deyil. Əgər həmin şəxs sağ olsaydı yenidən müayinə edilməklə bu suala cavab vermək mümkün olardı. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza PA və ETT” Birliyinin Nizami rayon şöbəsinin rəisidir. Əgər şəxsdə 1993-cü və 2000-ci illərdə mayalanma qabiliyyəti olmuşdursa 2005-ci ildə belə qabiliyyətin aradan qalxması mümkündür. Bunun üçün çox ciddi səbəblər, travma, şüalanma və insan orqanizminə neqativ təsir edən hallar baş verməlidir. Onda bu cür məlumatlar olmadığından və X2 vəfat etməsi səbəbindən 1993-cü və 2000-ci illərdə onun mayalanma qabiliyyətinin olubolmaması barədə birmənalı rəy vermək mümkün deyil. Bakı Şəhəri Niza mi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2627/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1420/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) iddiaçının apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının doğum haqqında şəhadətnamədə ata barədə qeydin ləğv edilməsi barədə iddia tələbini irəli sürmək üçün subyek tiv hüququ yoxdur. Çünki, cavabdehlərin doğum haqqında şəhadətnamələrində ata qrafasında iddiaçının qardaşı olan X2 adı qeyd edilmiş və həmin qeyd yalnız sonuncunun özü mübahisələndirə bilərdi. Lakin X7 2014-cü il tarixdə vəfat etmişdir və onun bacısı olan iddiaçının sözügedən iddianı qaldımaqda subyektiv hüququ yoxdur. Həmçinin iddia tələbini təsdiq edəcək kifayət qədər mötəbər və ya tutarlı sübutları məhkəməyə təqdim etmək iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmamış, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qiyabi qətnamə ləğv edilmiş və həmin iddia baxılmamış saxlanılmışdır. 2014-cü ildə vəfat etmiş uşaqların atası 8 il müddətində bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, bu isə o deməkdir ki, uşaqların özünün olması ilə razılaş mışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspertləri dindirilmiş və onlar X2 vəfat etməsi səbəbindən 1993-cü və 2000-ci illərdə onun mayalanma qabiliyyətinin olub-olmaması barədə birmənalı rəy verməyin mümkün olmadığını bildirmişlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X12) kassasiya şikayəti və ona əlavə verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam araşdırmamış, işdə olan sübutl ara düzgün qiymət verməmiş, ekspertiza keçirilməsi barədə vəsatətlərini təmin etməmişdir. İddiaçı hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisə Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları ilə həll edilməli olduğu halda məhkəmələr yanlış olaraq mübahisəni Ailə Məcəlləsinin müddəaları əsasında həll etmişlər. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayinə baxılması zamanı kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləvğ olunmasını, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış c avabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələl ərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq xx xxxx 2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsi Maddə
61. Uşağın atası və ya anası kimi yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya xəbər tutmalı olduqdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər. xx xxxx 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağı n anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).... 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.2 (mirasın açıldığı zaman qüvvədə olan redaksiyası). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmla ka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MPM Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüqu qu; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddi açı mübahisənin ailə qanunvericiliyinə əsasən deyil, mülki qanunvericiliyə əsasən tənzimlənməli olduğunu bildirir. Halbuki, iddiaçı öz tələbinin birinci hissəsində cavabdehlərin doğum şəhadətnamələrində olan atalıq qeydini mübahisələndirir və həmin münasibətlər məhz ailə qanunvericiliyi ilə tənzimlənir. Cavabdeh Maraqlı şəxs2 doğum akt qeydinin tərtib edildiyi dövrdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən belə qeyd barədə mübahisə açmaq hüququna yalnız uşağın valideyni kimi yazılmış şəxs malik olmuşdur. Digər tərəfdən həmin maddədə belə mübahisə açmaqla bağlı qeyddən xəbər tutduqdan və ya xəbər tutmalı olduqdan sonra başlanan bir illik kəsici müddət nəzərdə tutulmuşdur. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 2005-ci ildə X2 cavabdehlərə atalığ ını məhkəmə qaydasında mübahisələndirsə də, həmin iddia yekun olaraq məhkəmənin xx.xx.2006-cı il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və həmin dövrə qədər atalıq barədə yeni mübahisə açmamışdır. Cavabdeh Maraqlı şəxs1 doğum akt qeydinin tərtib edildiyi dövrdə qüvvədə olmuş Ailə Məcəlləsinin 47.1-ci maddəsi də belə mübahisə açmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. Həmin şəxslərə: 1) uşağın valideyni qismində yazılmış şəxs; və ya 2) onun həqiqi valideyni; 3) yetkinlik yaşına çatmış uşağın özü; və ya 4) qəyyumu; eləcə də 4) fəaliyyət qabiliyyətsiz valideynin qəyyumu aiddir. Ailə qanunvericiliyinə əsasən qeyd olunan şəxslərin dairəsi məhduddur. Həmçinin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı özü iddia tələbində qeyd etmişdir ki, qardaşı ailəsinin dağılmasını istəmədiyi üçün uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında öz adının yazılmasına etiraz etməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının doğum haqqında şəhadətnamələrdə ata barədə qeydin ləğv edilməsi barədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddia tələbinin birinci hissəsi əsassız olduğu üçün apelyasiya instansiyası məhkəməsi tələbi qalan hissələrdə də təmin etməməklə mahiyyəti üzrə əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı miras qoyanın ikinci növbə, cavabdehlər isə birinci növbə vərəsələri olmuşlar və Məcəllənin 1160-cı maddə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğunun sonrakı növbənin vərəsəliyini istisna etdiyi barədə birbaşa göstəriş əks etdirir. İddiaçının kassasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin irsi transmissiya ilə bağlı 1252-ci və ləyaqətsiz vərəsə ilə bağlı 1137-ci maddələrinin isə hazırkı mübahisəyə ümumiyyətlə aidiyyəti yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1420/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.