Məhkəmə qərarları › İş №2(102)-4207/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4207/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4207/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2462/2023 nömrəli 26 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 06 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən, İddiaçı ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 4, mənzil 6 ünvanında olmadığı müddət ərzində Novruz Məmmədov, Nümayəndə və Cavabdeh həmin mənzilin qapısını sındırma yolu ilə evə daxil olaraq yaşamaları ilə əlaqədar müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5193/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçı Nümayəndə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “onun ünvan 1 ünvanında pasport qeydiyyatı na alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X4 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi rədd edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8356/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən Nümayəndə ünvan 1 ünvanda yerləşən, ümumi yaşayış sahəsi 27,40 kv metr olan iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli Arxiv Arayışının surətinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil dəyişmə İdarəsinin arxiv sə nədləri arasında olan 108239 №-li xx.xx.1989-cu il tarixli order əsasında Məmmədov Novruz Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 2 otaqdan ibarət 6 nömrəli mənzili Süleymanov Məcidə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi 48,64 kv metr olan 20 nömrəli mənzillə dəyişmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********36 nömrəli məktubun surətinə əsasən Nümayəndə ünvan 3 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və ərizənin icrası zamanı məlum olmuşdur ki, sözüged ən mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrasından imtina edilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubuna əsasən Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 4 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsim i küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair çoxsaylı məhkəmə mübahisələrinin yaranması ilə əlaqədar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. 8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışa əsasən İddiaçı yaşayış yeri ünvan 5 ünvanıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmasını və onun sözügedən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1

0. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Ağamusa İsmayılov və mərhum anası Səkinəxanım Əliyeva Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzili alaraq, orada yaşamağa başlamışdılar. Daha sonra ailə həyatı qurmuş və Göyçay rayonunda yaşamağa başlamışdır. Atası vəfat etdikdən sonra anası Bakı şəhərinə gəlmiş və qeyd olunmuş ünvanda yaşamağa davam etmişdir. Mərhum anası Səkinəxanımın səhhəti ilə bağlı xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X1 göstərirdi. Beləliklə də, 2014-cü ildə mərhum anası Səkinəxanım həmin sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X5 vəsiyyət etmiş, həmçinin mərhum anası Səkinəxanım öz təşəbbüsü ilə səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmiş dir. Buna baxmayaraq, bacısı Nümayəndə özünəməxsus mənzili sataraq, əri Novruz və oğlu Cavabdehla birlikdə onların evinə müvəqqəti yaşamaq üçün gəlmişdir. Daha sonra isə bacısı Nümayəndə onların evinə icazəsiz qeydiyyata düşmüşdür. Ondan sonra məhkəmə qərarı ilə bacısı Nümayəndə həmin evdən çıxarılmış, məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Ondan sonra övladının xəstə olması səbəbindən yaxınlıqlarında yaşayan övladına baş çəkməyə getmişdir. Həmin vaxt bacısı oğlu Cavabdeh məhkəmənin qərarını saymayaraq, özbaşınalıq edərək, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzilinin kilidini sındıraraq evə daxil olmuş, həmçinin evin açarını dəyişdirərək qanunsuz olaraq orada yaşamağa başla mışdır. Həmin mənzilə istifadə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qardaşı X4 onu mənzildən çıxarılmasına dair iddiası rədd edilmişdir. Həmçinin Nümayəndə qeydiyyatı onun verdiyi şikayət əsasında ləğv olunmuşdur.

11. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iddiaya etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, tərəfin ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Çünki həmin mənzil, dövlət mənzil fondunun balansındadır və mülkiyyətçisi dövlətdir.

12. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla bağlı bildirmək istəyir ki, ünvan 7 ünvanında yerləşən 6 saylı mənzil Ağamusa İsmayılov və Səkinəxanım Əliyeva tərəfindən deyil, yəni iddiaçının valideyinləri y ox, qardaşı X6 tərəfindən alınmışdır. Belə ki, X6 ünvan 7 ünvanında yerləşən 6 saylı mənzilin keçmiş sahibi X2 15200 manat ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən mənzil Elçin İsmayılovun qanuni istifadəsində olmuşdur. Bu barədə də Binəqədi rayon Xalq Məhkəməsinin 2-269/1997 nömrəli xx.xx.1997- ci il tarixli qətnaməsi ilə X3 X5 qarşı ünvan 7 ünvanında yerləşən 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin mənzilə dair X3 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Ondan əvvəl də həmin mənzil hazırda xx.xx.1989-ci il tarixli order əsasında Cavabdeh atası Məmmədov Novruzla Süleymanov Məcid arasında 108240 saylı həmin ünvandakı 20 saylı mənzillə dəyişdirilmişdir. Dəyişmə orderini də etirazlarına əlavə etmişlər. X4 iddiası əsasında Binaqədi Rayon Məhkəməsinin 21458/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X3 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından da müəyyən edilir ki, sözügedən mənzil Elçin İsmayılova məxsus olmuşdur. Bundan əlavə iddiaçı ərizəsində bildirmişdir ki, mərhum anasının xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X1 göstərmişdir. 2014-cü ildə mərhum anası Səkinəxanım sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X5 vəsiyyət etmiş, həmçinin mərhum anası öz təşəbbü sü ilə õz səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Əgər belə bir vəsiyyətnamə və ya disk varsa məhkəməyə təqdim etməlidir. Eyni zamanda iddiaçı ərizəsində göstərir ki, bacısı Nümayəndə özünə məxsus mənzili sataraq, əri Novruz və oğlu Fərid Novruzovla birlikdə guya ki, onların evinə müvəqqəti yaşamaq üçün gəlmişlər. Daha sonra isə bacısı Nümayəndə evə icazəsiz qeydiyyata düşmüş, sonra isə məhkəmə qərarı ilə Nümayəndə həmin evdən çıxarılmış və məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Belə ki, yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsi ilə yalnız İddiaçı cavabdehlər Nümayəndə və qeyrilərinə qarşı iddiası təmin edilmiş və Nü mayəndə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 27,40 kv metr olan iki otaqlı mənzilə köçürülmüşdür. Həmin qətnamə qüvvədədir. Yalnız Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsindən də müəyyən olunduğu kimi iddia tələbi təmin edilmiş, Nümayəndə Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmçinin məhkəmə qətnaməsində müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçının hər hansı bir hüququ olmayan mənzildən kiminsə çıxarılmasını t ələb etmək və evə köçürülmək barədə subyektiv hüquqa malik olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz.

13. Binəqədi Rayon Məhkəməsinin 2(001)-471/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir. (X10).

14. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildə deyil, ünvan 5 ünvanında qeydiyyatda olmasını, eləcə də mübahisəli mənzilin iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilməməsini, eyni zamanda iddiaçının həmin mənzilə dair istifadə hüququnun müəyyən edilməməsinə istinad edərək hesab etmişdir ki, iddiaçı, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublik asının Mülki Məcəlləsinin 139.1,152.1,152.2,152.3, 157.2, 157.4 və 157.8 1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2462/2023 nömrəli 26 may 2023- cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsinin qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması və həmin tələbin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzilə köçürülməsi qət ediilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbi rədd etməklə, iş üzrə səhv və işin hallarına uyğun olmay an nəticəyə gəlmiş, “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi barədə” qənaəti isə əsaslı olmuşdur.

20. Belə ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə cavabdehə münasibətdə hər hansı üstün hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) yoxdur. Belə olan halda o, cavabdehin mənzildən çıxarılması tələb etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələbin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ tanınmamışdır. Bununla belə müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək həmin mənzildə yaşamış və qeyd edilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri tərəfindən yaşadığı mənzildən qovulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elçin İsmayılovun cavabdeh İddiaçı qarşı irəli sürdüyü (mübahisəli) mənzildən çıxarılması barədə iddiası təmin edilməmiş, qətnamədə qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşamayan Elçin İsmayılovun dövlət mülkiyyətində olan (mübahisəli) mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir, çünki mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra mənzili balansında saxlayan dövlət qurumu ilə Elçin İsmayılov arasında mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. Buna görə də Elçin İsmayılov hər hansı bir hüququ olmadan mənzildə yaşayan İddiaçı mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də, Elçin İsmayılovun iddiası təmin edilməməlidir.

27. Göstərilən halı və cavabdehin nümayəndəsi olan anasının məhkəməyə verdiyi izahatı (bax: qətnamənin 12-ci bəndinə) nəzərə alan apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının mübahisəli mənzildə yaşamasının hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibinin-mənzili balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin iddiası əsasında alına bilər. Cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasının qarşısını almaq üçün subyektiv hüquqa malik deyil, çünki onun özünün həmin mənzildə yaşamasının hüquqi əsası mövcud deyildir. Belə bir hal Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və o na qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş yeni araşdırma aparılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə münasibətdə hər hansı hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) yoxdur. Beh olan halda o, iddiaçının həmin mənzildə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil.

24. Belə ki, apellyasiya instansiya məhkəməsi Göyçay rayonunda qeydiyyatda olmaqla yşayan iddiaçını heç bir hüququ olmadan Bakı Şəhər İcra Ha kimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin balansında olan mübahisəli mənzilə münasibətdə hər hansı hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) tanınmadan və mənzilin mülkiyyətçisini müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb etmədən iddiaçının həmin mənzildə köçürülməsini təmin etməklə kobud qanun pozuntusunu yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

28. Maddə 43. 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən m əhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sah iblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3.Qətnamə iş üz rə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş mate riallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. Belə ki, iddiaçı tərəfin izahatı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi və cavabdehin nümayəndəsi olan anasının məhkəməyə verdiyi izahatına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək qanuni əsas olmadan mübahisəli mənzildə yaşamış və göstərilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri onu mənzilə buraxılmamışlar.

43. İddiaçının mübahisəli mənzildə yaşaması üçün hüquqi əsası olmasa da, onun həmi n mənzildə yaşamasının qarşısının yalnız mənzilin qanunu sahibi tərəfindən alına bilərdi, Cavabdeh belə bir subyektiv hüququ yoxdur, çünki onun özünün də həmin mənzildə yaşaması əsassızdır. Cavabdeh İddiaçı mübahisəli mənzildə yaşamasına mane olması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin pozuntusudur, həmin pozuntu aradan qaldırılmalıdır.

44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istinad olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Elçin İsmayılov hazırkı iş üzrə İddiaçı qarşı mübahisəli mənzildən çıxarılması barədə iddiası rədd edilmiş, iddianın rədd olunmasına əsas İddiaçı mənzilə hər hansı hüquqa malik olması deyil, Elçin İsmayılovun belə bir tələb irəli sürmək üçün subye ktiv hüququnun olmaması olmuşdur.

45. İddiaçı Şəfiqə Əliyev hazırkı iş üzrə məhkəmə iclasında, habelə mübahisəli mənzillə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarındkı izahatlarında mübahisəli mənzilə nə vaxt köçməsi barədə hər hansı hal göstərməmiş, həyat yoldaşı vəfat etdikdən sonra Bakı şəhərinə gəldiyini bildirmiş, onun mübahisəli mənzilə köçməsinin daimi, yaxud müvəqqəti xarakter daşıması da müəyyən edilməmişdir. Cavabdeh isə 2008-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını, İddiaçı sonradan gəldiyini göstərmişdir.

46. Məhkəmə həmçinin iddiaçının Bakı şəhərində, yaxud başqa yaşayış məntəqəsində yaşayış sahəsinin olub-olmaması ilə əlaqədar da tədqiqat aparmamışdır, iş materiallarına görə iddiaçı Göyçay şəhəri Qəntamir küçəsi-15 ünvanda qeydiyyatdadır.

47. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi qənaətinə gələrkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların müəyyən edilmədiyini nəzərə almamış, faktiki sahib kimi iddiaçının mənafeyinin müdafiəsi üçün onun tərəfindən təqdim edilmiş sübutların kifayət etmədyini diqqətdən qaçırmışdır.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflərdən heç birinin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur, onlar mənzilin faktiki sahibləri kimi mənafelərini müdaifə edirlər. Əmlakın faktiki sahibinin mənafeyinin müdafiəsi üçün də qanunvercilikdə konkret şərtlər nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə tərəflərdən hansının əmlaka ilk sahibilik etməsi, sahibliyin müvəqqəti, yaxud müddət müəyyən edilmədə n mövcud olması, hansı tərəfin özbaşınalıq yolu ilə sahibliyi pozması kimi halların müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

49. Məhkəmə kollegiyası daha sonra qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına görə mübahisəli mənzil Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş, mənzilin yerləşdiyi yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli, 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda həmin yaşayış binası(mübahisəli mənzil də daxil olmaqla) 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzil ilə bağlı çoxsaylı məhkəmə işlərinin olmasını nəzərə alan Departament mənzilə dair heç kim ilə kiray ə müqaviləsi bağlamamışdır.

50. İşə baxan məhkəmələr dövlət mülkiyyətində olan mənzilə köçürülmə (faktiki istifadə) ilə bağlı mübahisəni həll edərkən Bakı Şəhər İcra Hakimiyyətini işə cəlb etməmiş, bununla balans sahibinin iştirakı olmadan onun maraqlarına toxunan məsələni də həll etmişdir.

51. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyek tiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Odur ki, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2462/2023 nömrəli 26 may 2023-cü il tarixli tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar