Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-421/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-304/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhər 50 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı hər ay 1700 manat ödəmək şərti ilə 24 ay müddətinə, yəni 22 sentyabr 2017-ci il tarixədək borcu geri qaytarmaq şərti ilə Cavabdeh 40800 (qırx min səkkiz yüz) manat borc pul vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 40800 (qırx min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cəmi 40830 (qırx min səkkiz yüz otuz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 10.07.2018-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizədə, iddia tələbini qəbul etdiyin i, İddiaçı 40800 manat məbləğində borc pul aldığını etiraf edərək, iddia tələbinə qarşı heç bir etirazının olmadığını bildirmiş və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 10 iyul 2018-ci il tarixli, 2(038)261/2018 saylı qətnaməsi ilə iddianın təmin edilmiş, Cavabdeh 40800 (qırx min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 40830 (qırx min səkkiz yüz otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 40.800 (qırx min səkkiz yüz) manat borcu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bununla da müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 442, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Yardımlı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(038)-261/2018 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmişdir. Apelyasiya şikayə tinin dəlillərində cavabdeh o hala istinad etmişdir ki, hazırki kredit müqaviləsi əslində avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlanmışdır və bununla əlaqədar müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir, həmin mülki işin nəticəsinin Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan hazırki işin nəticəsinə birbaşa təsiri olduğundan Şirvan Apelyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(106)-304/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə həmin məhkəmədə yekun məhkəmə aktı çıxarılana və həmin məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırkı məhkəmə baxışının predmeti olan İddiaçı Cavabdeh qarşı p ul tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-689/2020 saylı mülki işi üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov sədrlik edən və məruzəçi, Tale Kərimov və Fuad Soltanov) 23 iyun 2020-ci il tarixli 2(106)-304/2020 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Yardımlı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(038)-261/2018 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayətinin dəliləri iş materiallarında olan sübutla öz təsdiqini tapmır. Bu isə apelyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunun, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparıldığının göstəricisidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.1, 442, 445.2.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli 2(106)-304/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əslində avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlanmışdır. İddiaçı bu kimi dələduzluq əməlləri edərək daha bir neçə nəfəri aldatmışdır. Cavabdehin hüquqi savadı olmadığı üçün o, birinci instansiya məhkəməsində iddianı etiraf etmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və vəkili iş ə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əv əz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllə nin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə şərtlərinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillərə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə hüquqi qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin iddia təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(106)-304/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.