Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-421/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlamaqdan imtina; sübutlara qiymət verilməsi üzrə porosessual tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4965/2024-cü il tarixli 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı övladı X7 ilə Cavabdeh 2023-cü ilin fevral ayında evlənmiş və həmin ilin iyul ayında boşanmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18400 ABŞ dolları məbləğdə pulun ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 14000 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X7 ilə cavabdeh 2023cü ilin yanvar ayında nişanlanmış, həmin ilin fevral a yında toyları olmuş, xx.xx.2023-cü il tarixində onlar rəsmi qaydada boşanmışlar. Evlənən vaxtı cavabdeh iddiaçının ailəsinə bildirmişdir ki, mənzili var, mənzili yeni mebel və məişət avadanlıqları ilə təmin etmiş, buna görə qızın cehizinin əvəzi olaraq 35000 manat pul istəmişdir. İddiaçı şahidlər X2 və X3 yanında öz evində cavabdehə 18400 ABŞ dolları məbləğində pul vermişdir. Bundan əlavə, cavabdehlə Nigar İsayevanın toy mərasimi Bakı şəhərində “Cratos” şadlıq sarayında keçirilmişdir. Toy mərasiminin xərcləri 25000 manat olmuş və tam xərclər 25000 manat olmaqla iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh toy mərasiminə xərclənən pulun yarısını, yəni 10000 manat hissəsini iddiaçıya ödəməlidir. İddiaçı qızı Nigar İsayeva (Dadaşzadə) ilə cavabdehin qısa müddətdə ailə münasibətləri pozulmuş, boş anmışlar. Nigar İsayeva cavabdehin mənzilindən köçüb, əşyalarını götürüb iddiaçının evində yaşayır.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Qalibiyyət oğlu iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iş materiallarında sadəcə votsap yazışması vardır ki, yalnız orada 35000 manatdan söhbət açılır. O da bu işdə cavabdeh olan şəxsin deyil, fərqli bir adamın söhbətidir. Həmin sübut mötəbər sübut kimi qəbul edilə bilməz. Qəbul edilsə belə, orada Orxana 35000 manatın verilməsi öz təsdiqini tapmayıb. İddiaçı qeyd edir ki, pulu verərkən Orxan pulu saymayıb. Yəni pul verilsə belə, onun 35000 manat olması da sübuta yetirilmir. Ümumilikdə isə Orxana heç bir pul verilməyib. Bu yalandır və heç bir sübutla sübuta yetirilmir. Bu sadəcə qızı boşanmış ailənin qisas alma q məqsədi ilə irəli sürdükləri yalan bir iddiadır. Bundan başqa, iddiaçı qeyd edir ki, o, pulu verdi ki, “gedin bu pulla qızıma hədiyyələr alın”. Bu da absurddur. Əgər elə idisə pulu elə öz qızına verərdi ki, o özünə nə istəyir alsın. Toyla bağlı bildirir ki, toyda cavabdeh tərəfindən 30 nəfər, iddiaçı tərəfdən isə 300-dən çox qonaq iştirak edib. Ona görə də xərcləri ola bilsin ki proporsional olaraq bölüblər. Müğənnilərə gəlincə, Orxanın o məsələlərlə bağlı heç bir məlumatı olmayıb. Müğənniləri o seçməyib, danışmayıb, onlarla bağlı xərcin ödənilməsində iştirak etməyib və bununla bağlı heç bir fikir bildirməyib. Bundan başqa, müğənnilərə nə qədər pulun verilməsi ilə bağlı da sübut təqdim edilməyib. İş materiallarında sadəcə iddiaçının öz əli ilə yazıb imzaladığı sənəd vardır ki, o, filan q ədər pulu Orxana verdi. Bu mötəbər və faktı təsdiq edən sübut deyildir. Nə qədər ki, həmin sənədi Orxan təsdiq etməyib, bu sənədin heç bir hüquqi əhəmiyyəti yoxdur. İddiaçı tərəfin öz qızlarına nə isə almaqlarına gəlincə isə onlardan cehiz üçün heç bir pul tələb etməmişlər. Cehiz də alınmayıb. Cavabdehin atası sadəcə bildirib ki, cehizə ehtiyac yoxdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Təxminən xx.xx.2023-cü il tarixində cavabdeh və onun atası Mehman onlara gəlmişdi. Bundan bir neçə gün öncə isə o, həyat yoldaşına, yəni iddiaçıya qızının cehizi üçün 20000 ABŞ dolları və 2000 manat pul vermişdi. Mehman bildirmişdi ki, evdə gördükləri mebellərin dəyəri 35000 manat təşkil edir və onun əvəzində onlara əşyaların pulun u verərlər. O da yoldaşına pulu ona görə vermişdi ki, onlara 35000 manat pul versin. Axırda qeyd etdiyi gün birlikdə yemək yemişlər. Həmin gün evdə yoldaşının rəfiqəsi və qulluqçu da var idi. Daha sonra yoldaşı pulu mətbəxdə sayaraq, onlar çıxanda Orxana verdi və bilirdi ki, burada 18400 ABŞ dolları pul var. 35000 manatın müəyyən hissəsini hədiyyələr almışlar, bu da onların qəbzləridir. Toyun xərcləri ilə bağlı bildirmişdir ki, toyun səhəri günü o, yoldaşı və Mehman administratorun yanına hesablaşmaq üçün getmişdilər. Hərə öz qonağının sayına uyğun yerinin haqqını ödədi. Müğənnilər və dekorla bağlı isə 26000 manat pul tələb olundu. Bu zaman Mehman bildirdi ki, 3000 manat pulu vardır, yerdə qalan 23000 manatını o versin, daha sonra o, özünə düşən hissəni qaytarar. O da bununla razılaşdı.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun rəfiqəsi və ailə dostudur. Pul verilərkən orada idi, bu işin əvvəlindən yaxından şahidlik etmişdir. Alış-verişlərin edilməsində, cehizlərin alınmasında, yerləşdirilməsində yaxından iştirak etmişdir. Orxan qonaq gələndə, nişanda və s. görmüşdü. İddiaçı Orxana pul verdiyi gün yemək yedilər. Nigar, yəni iddiaçının qızı gəlib dedi ki, Orxan gedir. Eminə xanım da yuxarıdan pulu gətirərək mətbəxdə onların yanında saydı və aldıqları əşyalar üçün çəkdikləri 4000 manata yaxın xərci təsdiq edən qəbzlərlə birlikdə Orxana verdi. Pul rezinin arxasında idi. Tarix yanvar ayının 15-i idi. Orxana 18400 ABŞ dolları pul verildi. Pul veriləndə o, Ulduz xanım, Orxan müəllim, Eminə xanım, Nigar və Rafiq müəllim var idi. Pul cehiz üçün verilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-606/2024 nömrəli 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı halda iddia tələbi iki hissədən yəni 18.400 ABŞ dolları və 14.000 manat məbləğində pulların cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. 9. 18.400 ABŞ dolları vəsaitin tutulmasının əsaslı olub-olmasına qiymət verərkən məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə iddiaçının subyektiv hüququ olmaması səbəbindən rədd edilməlidir. Mülki iş materiallarından və izahatlardan aydın görünür ki, iddiaçının qızı Nigar İsayeva cavabdehlə nikaha girmiş və bundan əvvəl ona cehiz əşyalarının alınması barədə müzakirələr getmişdir. Nigar İsayevanın atası tə rəfindən cehiz əşyaları üzrə hesablanmış 35.000 manat məbləğ cavabdehin evində hazır əşyaların (cehiz) əvəzi olaraq nəzərdə tutulmuş və bu vəsaitin 18.400 ABŞ dolları hissəsinin cavabdehə verilməsi iddia edilmişdir. Bu hal üzrə məhkəmə qeyd edir ki, əgər cehiz əşyaların əvəzi olaraq cavabdehə və ya digər şəxsə pul verilmişdirsə, o halda iddiaçı cehiz əşyaların sahibi X7 olmaqla, yalnız cehiz əşyalarının tələbi irəli sürə bilərdi. Lakin qeyd edilən cehiz əşyalarının hansı hissələrdən ibarət olması, haradan alınması, hansı hissəsinin qiymətinin nə qədər olması müəyyən edilə bilmədiyindən cehiz əşyalarının geriyə tələb edilməsi də qeyri-müəyyən qalacaqdır. Lakin məhkəmə qeyd edir ki, cehiz əşyaları deyil, onun dəyərinin (verilmiş pulun) istənilməsi də əsassızdır. Belə ki, iddiaçı tərəf cavabd ehə 18.400 ABŞ dollarının verilməsini iddia etsə də, bununla bağlı mötəbər sübutları təqdim etməmişdir. Bu halda yalnız geriyə qalan cavabdehin əsassız varlanması ilə bağlı olmuşdur ki, bu hal da məhkəmədə öz təsdiqini tapmamışdır.
10. Şahid ifadələri bir başa sübut növü olmamaqla dolayı (əlavə, bərkidici) sübut növü kimi qiymətləndirilməlidir. Bu halda isə iddiaçı tərəf cavabdehə pulun verilməsini yalnız şahid ifadəsi ilə təsdiq etmişdir ki, bu halda iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri sübut növü kimi qəbul edilə bilməz.
11. Məhkəmə iddianın ikinci hissəsi olan 14.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələbin özü də məhkəmə araşdırması nəticəsində iki hissədən ibarət olmuşdur. Birinci hissəsi 4000 manat, yəni cehiz əşyaları üçün ödənilmiş 35.000 manat puldan qalan (35.000 manat - 18400 ABŞ dolları = 4000 manat) 4000 manat, ikinci hissə isə toyun xərcləri ilə bağlı razılaşdırılmış 10.000 manat hissə.
12. Məhkəmə 4000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının özü qızına könüllü olaraq 4000 manat civarında hədiyyə almış və həmin hədiyyələrdə şəxsi əşyalar olmaqla qızına məxsus olmuşdur. Bu halda, şəxsi əşyaların iddiaçının qızında olması səbəbindən 4000 manat hissəsinin cavabdehdən tələb edilməsi əsassız olmuşdur.
13. Məhkəmə iddianın toy xərci kimi 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd edilən vəsait toy xərcləri ilə bağlı olmuş və bu xərclərin tərəfləri nə hazırkı cavabdeh nədəki, hazırkı iddiaçıdır. Qeyd edil ən vəsait iddiaçının həyat yoldaşı ilə hazırkı cavabdehin atası arasında yaranmış və bu tələbə onların tərəf olduğu iş üzrə həll edilməlidir (məhkəməyə iddia verildiyi təqdirdə). Bu səbəbdən məhkəmə iddiaçının iddiasının 10.000 manat hissəsində tələb etmək hüququnun olmadığını əsas gətirərək iddianı bu hissədə rədd etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən votsap yazışmaları sübut növü kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən yazışmalar tərəflər arasında olmamaqla bu iş üzrə sübut növü kimi də qiymət verilməsi əsassızdır.
15. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə də qiymət verərək bildirmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüqu qi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 4.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, mülki işin göstərilən hallarını iddiaçı və şahidlər X10, X2 və X5 məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq etmişlər. Bundan əlavə, cavabdehin atası X11 İsayevin telefonuna votsap tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixində toyda iştirak edəcək musiqiçilər və müğənnilərin siyahısını və ödəniləcək pul məbləğləri, dekor və digər xərclərə dair məlumatları əks etdirən öz əlyazmasının şəkilini göndərmiş, həmin siyahıda göstərilən müğənn iləri toya dəvət etmiş, orada göstərilən 25000 manat pulun 23000 manat məbləğini iddiaçı tərəf şadlıq evinə ödəmişdir. Bundan əlavə, cavabdehin atası X11 İsayevin telefonuna votsap tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixində yazaraq təsdiq etmişdir ki, həqiqətən Orxan 35000 manat pulu evdə olan mebel və çehiz əşyaları əvəzi almış, Mehmana verməmiş, Orxanın özündə qalmış, əvəzi ödənilən cehiz əşyaları iddiaçının qızı Nigara qaytarılmamışdır. Mehman Dadaşovun məhkəmə iclasında dindirilməsinə dair cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti məhkəmə tərəfindən təmin edilsə də, Mehman Dadaşov məhkəməyə gətirilməmişdir. Cavabdeh tərəfindən olan Mehman Dadaşovun dindirilməsinin təmin edilməməsi onun Rafiq İsayev arasında yazışmaların təsdiq edilməsi anlamına gəlir. Cavabdehin atası Mehman Dada şovun yazışmaları, iddiaçının, iddia tərəfinin şahidlərinin izahatları ilə təsdiq edilən sübutlar mötəbər olmaqla təsdiq etmişdir ki, iddiaçı cavabdehə 18400 ABŞ dolları vermiş, 4000 manat Nigara Orxan adından hədiyyələr almış, toy xərclərindən 10000 manat pulu Orxanın əvəzinə ödəmişdir. Lakin Cavabdeh 35000 manat pulu və 10000 manat toy xərclərinin ona aid hissəsini nikah pozulduqdan sonra İddiaçı ödəməmişdir. Məhkəmə sübutlara qiymət vermədən qətnamədə yazmışdır ki, təqdim edilən sübutlar inandırıcı deyil və iddiaçının göstərdiyi halları təsdiq etmir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4965/2024 cü il tarixli 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayət i qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi qismən - 18400 ABŞ dolları pul tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmaqla Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir: cehiz əvəzi kimi verilmiş 18400 ABŞ dolları pulun ödənilməsi; toya çəkilmiş xərc kimi 14000 manat pulun qaytarılması.
21. İddiaçı iddia edir ki, cavabdehə qızının cehizinin əvəzi olaraq 18400 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə ona pul verilmədiyini bildirir və iddiaya etiraz edir.
22. Birinci instansiya məh kəməsi tərəflər arasında yaranmış mübahisəni 18400 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
23. Belə ki, İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə 2 nəfər şahid təqdim etmişdir. X8 və X1 şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı tərəfindən pul cavabdehə verilib. Pulun verilməsinin hüquqi əsası bağışlamadır. Belə ki, iddiaçının pulu cavabdehə verməkdə məqsədi qızının ailə qurması münasibətil ə ona hədiyyə etmək olub. Hal-hazırda iddiaçının qızı ilə cavabdeh arasında nikah xx.xx.2023-cü il tarixində pozulmuşdur. İddiaçının qızı ilə cavabdeh qısa müddətdə cəmi 6 ay nikahda olmuşlar. Halhazırda iddiaçı bağışlamadan imtina edir, imtinanın hüquqi əsası isə qızı ilə cavabdeh arasında nikah münasibətlərinin pozulmasıdır.
24. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozarsa hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
25. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarına və daxili inama əsaslanaraq hesab etmişdir ki, iddiaçı həqiqətən də cavabdehə 18400 ABŞ dolları pul vermişdir. O, bu pulu cavabdehə qızının rahat, xoşbəxt yaşaması üçün hədiyyə olaraq vermişdir. Lakin iddiaçının gözləntiləri özünü doğrultmamış, yeni evlənən gənclər qısa müddət sonra boşanmışlar. Ona görə də iddiaçı bu məbləği, yəni 18400 ABŞ dollarını cavabdehdən tələb etməkdə haqlıdır.
26. İddianın ikinci - toya çəkilmiş xərc kimi 14000 manat pulun qaytarılmasına dair hissəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, bu tələbin özü də məhkəmə araşdırması nəticəsində iki hissədən ibarət olmuşdur. Birinci hissəsi 4000 manat, yəni cehiz əşyaları üçün ödənilmiş 35.000 manat puldan qalan (35.000 manat- 18400 ABŞ dolları = 4000 manat) 4000 manat, ikinci hissə isə toyun xərcləri ilə bağlı razılaşdırılmış 10.000 manat hissə.
27. Məhkəmə kollegiyası ilk öncə 35.000 manatdan geriyə qa lan 4000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının özü qızına könüllü olaraq 4000 manat civarında hədiyyə almış və həmin hədiyyələr də şəxsi əşyalar olmaqla qızına məxsus olmuşdur və hazırda da qızındadır. Bu halda şəxsi əşyaların iddiaçının qızında olmasına baxmayaraq onun həmin əşyaların dəyərini təşkil edən 4000 manatı cavabdehdən tələb etməsi əsassızdır.
28. Məhkəmə kollegiyası iddianın toy xərci kimi 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd edilən vəsait toy xərcləri ilə bağlı olmuş və bu xərclərin tərəfləri nə hazırkı cavabdeh, nə də ki hazırkı iddiaçı olmuşdur. Qeyd edilən vəsait iddiaçının həyat yoldaşı ilə hazırkı cavabdehin atası arasında yaranmış və bu tələb onların tərəf olduğu iş üzrə həll edilməlidir (məhkəməyə iddia verildiyi təqdirdə). Bu səbəbdən iddiaçının iddiasının 10.000 manat hissəsində tələb etmək hüququ yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2, 1091.1, 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şi kayəti verərək (vəkil Nümayəndə2) qətnamənin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarının tələblərini açıq-aşkar pozmuşdur. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyi ndən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasını nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinad edərək guya iddiaçının cavabdehə pul vəsaitini hədiyyə etməsini və sonradan həmin bağışlama müqaviləsini ləğv etməsi ilə əsaslandırsa da, cavabdehin üzərinə qoyulmuş hansı vəzifələrin pozulmasının nədən ibarət olmasını ümumiyyətlə müəyyən etməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasın pozmuş və düzgün tətbiq etməmişdir.
32. İddia tələbində hər hansı hədiyyənin ləğvindən söhbət açılmır, bunun üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində qeyd olunmuş bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatması barədə sübutlar təqdim edilməmişdir.
33. Hazırkı iş üzrə iddia tələbini sübut etmək üçün iddiaçı yalnız iki nəfər şahid təqdim etmişdir. Onlardan biri onun nikahda olduğu əri, digəri isə yaxın rəfiqəsidir. Onların iddiaçının mövqeyinə uyğun ifadə vermələri təəccüblü deyil. Əksinə, onların əsl həqiqəti söyləyərək iddia ərizəsində yazılanları inkar etmələri təəccüblü ola bilərdi. Buna baxmayaraq, birinci instansiya məhkəməsində həmin şahidlərin verdiyi ifadələrdə mövcud olan, məhkəmə iclas protokoluna düşməmiş, lakin audio-video çəkilişdə yer almış ziddiyyətlər bir daha sübut edir ki, şahid ifadələri həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsində protokola qeyd verərək bildirilmişdir ki, İddiaçı məhkəmə baxışında izahat verərkən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 "pulu Orxanın yanında saydınızmı?" sualına "xeyr saymadım, sayıb hazır qoymuşdum" cavabını vermiş, həmçinin "Orxan pulu saymadan cibinə qoydu" bildirmişdir. Protokolda isə "daha sonra Orxan onlara qonaq gəldikdə pulu götürdü, saydı..." qeyd olunmuşdur. Sonradan ifadə vermiş şahid X2 isə vəkilin sualına cavab verib pulun guya iddiaçı tərəfindən mətbəxdə sayıldıqdan sonra guya cavabdehə verilməsini göstərmişdir. Bundan əlavə, iddiaçı izahat verən zaman vəkilin "Cehiz və pul mövzularında aparılmış danışıqlarda kimlər iştirak edib?" sualına cavab olaraq "Mən, yoldaşım Rafiq və cavabdehin arası Mehman" cavabını vermişdir. Lakin məhkəmə baxışında dindirilmiş şahid X10 eyni suala cavab olaraq b ildirmişdir ki, "Mən bu söhbətlərdə iştirak etməmişəm, yoldaşım Eminəyə həvalə etmişdim, Mehmanla o danışıb". Sözügedən ziddiyyətlərin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edib baxış iclasının audio-video yazısına baxış keçirilməsini xahiş etməsinə baxmayaraq, vəsatətə münasibət bildirilməmiş və həmin video yazıya müşavirə otağında baxılacağı bildirilmişdir. Bununla da, işdə olan yeganə qeyri-mötəbər sübutlar da prosessual qaydaya uyğun tədqiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsin i bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunu
36. Maddə 673.1.2. Hədiyyə verən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamadan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı “Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsi”nə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, iddiaçının qızı Nigar İsayeva Cavabdeh ilə 2023-cü ilin fevral ayında evlənmiş və xx.xx.2023-cü il tarixdə boşanmışdır.
51. İddiaçı cavabdehdən 18400 ABŞ dolları məbləğdə pulun ödənilməsini tələb edir.
52. İddiaçı cavabdehin bu öhdəliyini iddia ərizəsində onunla izah edir ki, cavabdeh evlənən zaman iddiaçının ailəsinə mənzili olduğu nu, mənzilin yeni mebel və məişət avadanlıqları ilə təmin edildiyini bildirmiş və buna görə qızın cehiz əvəzi olaraq 35000 manat pul verilməsini istəmişdir. İddiaçı cavabdehə şahidlər X2 və X3 yanında öz evində cavabdehə 18400 ABŞ dolları məbləğində pul vermişdir.
53. İddiaçının izahından göründüyü kimi cavabdehə verilən pul, iddiaçının övladının cehizinin əvəzi kimi verilib. Başqa sözlə, iddiaçı tərəfindən övladına veriləsi cehiz əmlaklar cavabdeh tərəfindən alınıb və onlara çəkilən xərcin əvəzi cavabdehə ödənilib. Bu halda verilən pul cehiz əşyalarında maddiləşir və iddiaçının qızı Nigar İsayeva, cavabdeh tərəfindən alınıb mənzildə yığılmış (quraşdırılmış) əmlakların mülkiyyətçisi olur və həmin əmlaklarla bağlı iddia vermək hüququ da məhz ona aid edilir. Lakin iddia tələbini Nigar İsayev a deyil, İddiaçı vermişdir.
54. Bundan başqa, cavabdehin əsas etiraz dəlili ondan ibarət olub ki, iddiaçı tərəfindən bəhs olunan 18400 ABŞ dolları məbləğdə pul ona verilməyib. Bu halda həmin məbləğin verilməsini sübut etmə vəzifəsi MPM-in 77-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür.
55. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlar ı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. İddiaçı tələbini sübut etmək üçün sübut kimi yalnız iki nəfər şahidi (X10 və X2) təqdim etmiş və apelyasiya instansiyası məhkəməsi onların verdiyi məlumatları sübut kimi qəbul etmişdir.
57. Nəzərə alınmalıdır ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X6rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
58. MPM-nin 62-ci və 104.1-ci maddələrindən göründüyü kimi məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin hallar ı barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur.
59. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri kimi şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçil ik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir və onların (birinin əri, digərinin yaxın rəfiqəsi və ailə dostu plmaqla) iddiaşı ilə yaxın münasibətdə olması, sübutların qiymətləndirilməsi zamanı diqqətdə saxlanmalıdır.
61. Çünki sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-n in qərarı №25657/94, §282).
62. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir.
63. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb e dir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
64. İşə baxmış apelyasiya instansiyası məhkəməsi, şahid ifadələrini sübut kimi qəbul etməsinə baxmayaraq, şahidlərdən birinin iddiaçının əri, digərini isə yaxın rəfiqəsi və ailə dostu kimi işdə maraqlı olmaları baxımından həmin ifadələrin sübut kimi mötəbər saymasını əsaslandırmamış, yalnız daxili inama gəlməsi üçün yetərli saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutetmə ilə bağlı prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğun deyildir. Məhkəmənin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş iş in hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
65. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
66. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2(103)-4965/2024 nömrəli qətnaməsi Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan q