Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4210/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Zaminbank” Açıq səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cаvаbdеh Cavabdeh1 və Cavabdeh2 qаrşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq səhmdar Cəmiyyətinin cаvаbdеh Cavabdeh1 və Cavabdeh2 qаrşı «borcun tutulması, tutmanın mənzillərə yönəldilməsi, həmin ünvanlarda yaşayan şəxslərin mən zillərdən istifadə hüququna xitam verilməsi, mənzillər hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2023cü il tarixli, 2(103)-5196/2019 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2013-cü il tarixli, 244/13 saylı kredit müqaviləsi üzrə əsas borc 74572,57 man at, faiz borcu 13.008,53 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 87.611,10 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 nömrəli evin 47 nömrəli və 48 nömrəli mənzillərinə yönəldilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 nömrəli evin 47 nömrəli və 48 nömrəli mənzillərinin ümumilikdə ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməklə həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına Cavabdeh1 25 noyabr 2013-cü il tarixli, 244/13 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitindən qalan məbləğin Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami k üçəsində yerləşən 63 nömrəli evin 47 nömrəli və 48 nömrəli mənzilləri satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi qət edilmişdir.
2. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bununla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018- ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5196/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6860/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının bu iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılmışdır.
7. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019cu il tarixli, 2(103)-5196/2019 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5196/2019 nömrəli, 25 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(103)-5196/2019 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verimişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5196/2019 saylı, 28 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5196/2019 nömrəli, 25 iyul 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan kassasiya şikayəti verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Bu halda, cavabdeh tərəf qeyd edilən qərardaddan prosessual qanunvericiliyin tələblərinə görə 10 gün müddətində, yəni 10 avqust 2023-cü il tarixinə kimi kassasiya şikayəti verə bilərdi.
12. Lakin kassasiya şikayətinin elektron qaydada məhkəməyə daxil olma tarixindən görünür ki, cavabdehin nümayəndəsi kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron qaydada təqdim etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilən 10 günlük müddət ötürməklə verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2, 130.1, 130. 3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin bərpa edilməməsi barədə qərardad nə cavabdehin, nədə onun nümayəndəsinin “Elektron məhkəmə” sistemindəki kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməmişdir. Belə bir qərardadın xx.xx.2023-cü il tarixdə sözügedən şəxslərin elektron kabinetinə yerləşdirlməsi barədə EMS bildirşlər bölməsində hər hansı bir bildiriş yoxdur. Başqa sözlə sözügedən qərardad rəsmi qaydada xx.xx.2023-cü il tarixdə cavabdehə verilmiş sayıla bilməz. Kassasiya şikayəti vaxtında verilmişdir. xx.xx.2023-cü il tarixdə həmin qərardadın cavabdeh in və nümayəndəsinin şəxsi kabinetinə yerlşədirlməsi barədə onların nə maillərinə, nə dəki şəxsi kabinetinin bildirşlər bölməsinə hər hansı bir bildiriş və ya məlumat gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsi n razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərin də yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
33. Belə ki, Azərbaycan Respub likası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
34. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
35. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
36. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qərardad xx.xx.2023-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti verilməsi müddəti həmin vaxtdan başlanmış, lakin cavabdehin kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron qaydada təqdim edilmişdir. Kassasiya şikayəti qanunla müəyyən edilən 10 günlük müddət ötürməklə verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir.
37. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsat ətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
38. Cavabdeh qərardadın surətinin ona xx.xx.2023-cü ildə verildiyini bildirsə də, bunu təsdiq edən sübut təqdim olunmayıb. Kassasiya şikayətinin dəlilləri, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişməsinə əsas vermir.
39. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmə dən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 28 avqust tarixli, 2(103)-5196/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.