Məhkəmə qərarları › İş №2(102)-4211/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4211/2020

18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4211/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi vəkili Vəkil və maraqlı şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim O.Məmmədli) xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi ilə Ərizəçi “atalığın tanınması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) xx.xx.2020-ci il tarixli xxx saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Ərizəçi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi və vəkili Vəkil kasasiya şika yətini onunla əsaslandırmışdır ki, işə baxan apelyasiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, ərizəçinin hüquqlarının pozan qərardad çıxarmışdır. Belə ki, ərizəçi Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi apelyasiya şikayəti üçün nəzərdə tutulan dövlət rüsumunu ödəmək məqsədilə ödəniş tapşırığı yaratmaq üçün Azərbaycan Respublikasının vahid məhkəmə portalından (https://courts.gov.az/az) istifadə etmiş, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə sahib olmadığına görə həmin sayta daxil olmaqla "elektron məhkəmə rüsumları" bölməsində "şəxsiyyət vəsiqəsi olmayan şəxslər üçün" yarımbölməyə daxil olub məhkəmə rüsumunun ödənilməsi üçün PNJ1001247 nömrəli elektron ödəniş tapşırığı yaratmışdır. Bundan sonra o, "məhkəməni seçin" bölməsindən "Bakı Apellyasiya Məhkəməsi"ni, "rüsumun növü" b ölməsindən isə "apelyasiya və kasasiya şikayətlərinə görə rüsumlar"ı seçmişdir. Rüsumun növünü seçdikdən sonra həmin bölmənin yanında yeni yarımbölmə açılır. Bu yarımbölmədə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq 15 bənd nəzərdə tutulmuşdur ki, yalnız ikinci bənd - birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (iddia qiyməti 500 manatadək olduqda)- ərizəçinin işinə uyğun gəlir. Bu səbəbdən də ərizəçi həmin bəndi seçmişdir. Daha sonra digər bölmələri doldurmaqla ödəniş tapşırığı yaratmışdır. Bundan sonra ona məhkəmə rüsumunun ödənilməsi üçün elektron ödəniş tapşırığının nömrəsi verilmiş və mən həmin nömrəyə əsasən Kapital Bankın ödəmə terminalı vasitəsilə apelyasiya şikayəti üçün nəzərdə tutulan dövlət rüsumunu nəğd qaydada ödəmişdir. Ödəniş həyata keçirildikdən sonra ödəniş terminalının verdiyi qəbzdə digər məlumatlarla yanaşı (hesab sahibinin adı, sənəd nömrəsi, qəbzin nömrəsi və s.) ödənişin növü və ödənişin təyinatı göstərilir. Ödənişin növündə konkret məhkəmənin adı göstərilmir, ümumi olaraq "məhkəmə ödənişləri"qeyd olunur. Ödənişin təyinatında isə ödəniş tapşırığı yaradarkən rüsumun növünü seçdikdən sonra açılan yarımbölmədə seçdiyi bənddə qeyd olunanlar yazılır. Ərizəçi "apelyasiya və kasasiya şikayətlərinə görə rüsumlar"ı seçdikdən sonra açılmışhəmin yarımbölmədən işimə uyğun olaraq "birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (iddia qiyməti 500 manatadək olduqda)" bəndini seçdiyi üçün ödəniş qəbzində də ödənişin təyinatı kimi o qeyd edilmişdir. Lakin ödəniş qəbzində ödənişin təyinatı tam deyil, yarımçıq (yalnız "birinci instansiya məhkəməsinə müraciət edilərkən" hissəsi qeyd edilib ki, qəbzin üzərini diqqətlə oxuduqda bu aydın görünür) qeyd edildiyi üçün məhkəmə sadəcə qəbzin üzərində göstərilən qeydə əsasən rüsumun birinci instansiya məhkəməsinə müraciət edilməsi üçün ödənildiyi qənaətinə gəlmiş, həmin rüsumun qanunla müəyyən edilmiş qaydada ödənilib-ödənilmədiyini dəqiqləşdirməyə təşəbbüs etməmişdir. Halbuki, həmin rüsumun hansı məqsədlə ödənilməsini (apelyasiya şikayətinin baxılması üçün, yoxsa birinci instansiya məhkəməsinə müraciət edilməsi üçün) vahid məhkəmə portalında elektron məhkəmə rüsumlarının yoxlanılması bölməsinə daxil olmaqla yoxlamaq olardı. Bundan əlav ə, əgər məhkəməyə təqdim etdikləri qəbzdəki rüsum birinci instansiya məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş olsa idi, o zaman həmin qəbzdə ödənişin təyinatında "birinci instansiya məhkəməsinə müraciət edilərkən" yazıla bilməzdi. Belə ki, birinci instansiya məhkəməsinə müraciət edilməsi məqsədilə məhkəmə rüsumunun ödənilməsi üçün elektron ödəniş tapşırığı yaradılarkən rüsumun növünü seçdikdən sonra açılan yarımbölmədə iddia qiyməti 500 manatdan çox olduqda; iddianın predmetinə dair 3-cü şəxslərin işə qoşulması barədə - iddia qiyməti 500 manatdan çox olduqda; iddia qiyməti 500 manatadək olduqda; iddianın predmetinə dair 3cü şəxslərin işə qoşulması barədə - iddia qiyməti 500 manatadək olduqda; iddianın predmetinə dair 3-cii şəxslərin işə qoşulması barədə - hüquqi əhəmiyyət kəsb edən fak tların müəyyən edilməsi barədə ərizələrdən kimi yarımbədlər göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinə müraciət edilməsi məqsədilə məhkəmə rüsumunun ödənilməsi üçün elektron ödəniş tapşırığı yaradılarkən rüsumun növünü seçdikdən sonra açılan yarımbölmədə "birinci instansiya məhkəməsinə müraciət edilərkən" bəndi nəzərdə tutulmamışdır. Bundan əlavə, vahid məhkəmə portalında yuxarıda qeyd etdiyi “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi əsasında yaradılmışdır ki, həmin maddənin dördüncü bəndi də "apelyasiya və kasasiya şikayətlərindən tutulan dövlət rüsumlarının təyinatını" nəzərdə tutmuşdur. Lakin məhkəmə yuxarıda qeyd olunanların heç birini diqqətə almamış, sadəcə qəbzə baxmaqla kifayətlənmiş, bununla da “Dövlət rüsumu haqqında" Azərbaycan R espublikası Qanununun 8.4-cü maddəsini işə düzgün tətbiq etməyərək mənim hüquqlarımı pozan qərardad çıxarmışdır. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx saylı qərardadının tamamilə ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Ərizəçi, maraqlı şəxslər 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən m əhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası xx.xx.2020-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin rüsum Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayətinə baxılması üçün deyil, birinci instansiya məhkəməsinə müraciət edilməsi üçün ödənilmişdir. Bu səbəbdən apelyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə tam razılaşmayaraq bildirir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki (səh 91), ödəniş qəbzində pozuntular mövcuddur. Ərizəçi kasasiya şikayətində apelyasiya şikayəti üçün nəzərdə tutulan dövlət rüsumunu ödəmək məqsədilə ödəniş tapşırığı yaratmaq üçün Azərbaycan Respublikasının vahid məhkəmə portalından (https://courts.gov.az/az) istifadə etdiyini göstərmişdir. Yazıları pozulmuş q əbzdən görünür ki, ödənişin təyinatı hissəsində “Birinci instansiya məhkəməsinə müraciət edilər” şəklində cümlə yazılmaqla fikir tamamlanmamışdır. Apelyasiya kollegiyası isə pozuntusu olan və ödənişin təyinatı hissəsində fikir tamamlanmamış qəbz üzrə araşdırma aparmadan dövlət rüsumunun apelyasiya məhkəməsinə deyil, birinci instansiya məhkəməsinə ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının kasasiya şikayətində göstərilənlərdən aydın olur ki, ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə sahib olmadığına görə həmin sayta daxil olmaqla "elektron məhkəmə rüsumları" bölməsində "şəxsiyyət vəsiqəsi olmayan şəxslər üçün" yarımbölməyə daxil olub məhkəmə rüsumunun ödənilməsi üçün PNJ1001247 nömrəli elektron ödəniş tapşırığı yaratmışdır. Bundan sonra o, "məhkəməni seçin" bölməsindən "Bakı Apellyasiya Məhkəməsi"ni, "rüsumun növü" bölməsindən isə "apelyasiya və kasasiya şikayətlərinə görə rüsumlar"ı seçmişdir. Rüsumun növünü seçdikdən sonra həmin bölmənin yanında yeni yarımbölmə açılır. Bu yarımbölmədə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq 15 bənd nəzərdə tutulmuşdur ki, onlardan da ikisinin, yəni 2 və 3-cü bəndin başlanğıcında “Birinci instansiya məhkəmələrinə müraciət edilərkən” ifadəsi mövcuddur. Göstərilən bəndlər isə apelyasiya və kasasiya şikayətləri ilə əlaqədar ödənilməli rüsumları müəyyən edir. Buradan da aydın olur ki, apelyasiya kollegiyası dövlət rüsumunun təyinatı üzrə apelyasiya instansiyası məhkəməsinə ödənilməməsi ilə bağlı qənaətə hər hansı araşdırma aparmadan, yazıları pozulmuş, ödənişin tə yinatı hissəsində fikir tamamlanmamış cümləni əsas götürməklə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını, kasasiya şikayətinin dəlillərini və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfində n verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar