Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4211/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməklə mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququ, yaşayış sahəsinə / mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)3459/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı mənzili 17 aprel 1985-ci il tarixdə 222728 saylı order əsasında X5 verilmiş, orderdə sonuncu ilə yanaşı X1, X2 və İddiaçı adları göstərilmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısının 13 may 1993-cü il tarixli sərəncamı ilə əsasında X3 ölməsi ilə əlaqədar olaraq mənzilə dair kirayə müqaviləsi xxx qızı ilə bağlanmış, onun ailə üzvləri özü və 2 övladı (İddiaçı da daxil olmaqla) 3 nəfər hesab edilmişdir. Mənzil 28 avqust 2013-cü il tarixdə xxx qızının adına özəlləşdirilmiş və sonuncunun mülkiyyət hüququ daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 1985-ci ildən ünvan 1 saylı mənzildə pasport qeydiyyatındadır və 2012-ci ilə qədər (Cavabdeh bildirməsinə görə 2006-cı ilə qədər) orada yaşamış, sonradan başqa ünvana köçmüş, bununla belə 2017-2019-cu illər ərzində ailəsi ilə birlikdə yenidən həmin mənzildə yaşamış, anası ilə münasibətləri pozulduğundan 2019-cu ilin mart ayında mənzildən çıxıb getmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının, həyat yoldaşı X4 və ö vladı 12 avqust 2014-cü il təvəllüdlü X7 onlara məxsus əşyalarla birlikdə (yorğan-döşək, paltarlar, 2 ədəd masa, qabqaşıq, paltaryuyan maşın) ünvan 1 saylı mənzildə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anadan olan vaxtdan, yəni 1982-ci ildən hazırda cavabdehin mülkiyyətində olan mənzildə yaşamış, 15 noyabr 1985-ci il tarixdən isə qeydiyyata alınmışdır. İddiaçı 2012-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş, həyat yoldaşı da onunla birlikdə mübahisəli mənzildə yaşamağa başlamış, lakin boşanmış və birinci nikahdan bir uşağı olan xanımla ailə qurduğuna görə cavabdeh onları evdən qovmuşdur. Evdən qovulduqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşamış, kirayə haqqını verə bilmədiyinə görə dəfələrlə mənzildə yaşamağa cəhdlər göstərmişdir. 2017-ci ilin noyabr ayında cavabdeh iddiaçıya mənzildə tək yaşamağına icazə vermiş, 10-15 gün sonra iddiaçı həyat yoldaşını və 2 uşağını yanına gətirməyə nail olmuşdur. Ailədə yaranan növbəti söz söhbətlərə görə cavabdeh 2019-cu ilin mart ayında yenidən iddiaçını ailə üzvləri ilə birlikdə evdən qovmuş, 30 may 2020-ci il tarixdə ona məxsus əşyaları (yorğan-döşək, paltarlar, 2 ədəd masa, qab-qaşıq, paltaryuyan maşın) mənzildən çıxararaq dəhlizə atmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab olunmaqla, onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilə n mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Oğlu İddiaçı 1985-ci il tarixdə həmin mənzildə pasport qeydiyyatına düşməklə, 2006-cı ilə qədər onunla birgə yaşamışdır. Lakin sonra İddiaçı öz istəyi ilə daimi şəkildə mübahisəli mənzildən çıxmış, 2017-ci ilədək onunla ünsiyyət qurmamış və görüşməmişdir. 28 noyabr 2017-ci il tarixdə İddiaçı müraciət edərək 2-3 ay müddətinə müvəqqəti olaraq kirayə ev tapanadək ailəsi ilə birlikdə mənzildə yaşamağı xahiş etmiş, Cavabdeh icazə vermişdir. Lakin bu müddətdə kiçik nəvələrinin yanında onların daim mübahisələri olmuş, təhqir olunmuş, İddiaçı gözləri qarşısında arvadı Cavabdeh döymüşdür. Bütün bu səbəblərdən onlarla birgə yaşamaq artıq mümkünsüz olmuşdur. İddiaçı 23 mart 2019-cu il tarixdə ailəsi ilə birlikdə heç bir şey demədən mənzili tərk etmiş və həmi n tarixdən etibarən onunla birlikdə yaşamır. İddiaçı mənzilində qeydiyyatı formal xarakter daşıyır və mülkiyyətçinin hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(011)3763/2020 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) ilkin iddia təmin edilərək, İddiaçı ona məxsus əşyalarla birlikdə (yorğan-döşək, paltarlar, 2 ədəd stol, qab-qacaq, paltaryuyan maşın) ünvan 2 saylı mənzilinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60-cı maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı mənzilin əvvəlki sahibi olmuş xxxun, həmçinin də cavabdehin ailə üzvü (övladları) olduğundan onun mənzilə istifadə hüququ 17 aprel 1985-ci il tarixdən yaranmış və o, mənzildən istifadə etmişdir. İddiaçının 2006-cı ildən 2017-ci ilədək, 11 il müddətinə mənzildə yaşamaması və buna görə də Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən 6 aydan sonra onun istifadə hüququnun itirilməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlər inin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mənzilə order verildiyi vaxtdan (17 aprel 1985-ci il) 2007-ci il tarixədək mütəmadi olaraq orada yaşamış, həmin vaxtdan 2012-ci il tarixədək bəzən mənzilə gəlmiş və getmişdir. İşin bu halları cavabdehin məhkəmə iclasında verdiyi izahatları ilə də təsdiq olunur. 2012-ci ildə nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə mənzildə yaşamaq istəsə də, cavabdehlə aralarında yaranmış mübahisə səbəbindən mənzildən getmiş və yenidən qayıdaraq 2017-ci ilin noyabr ayından 2019-cu ilin mart ayının 23-dək orada yaşamışdır. 2012-ci ildən 2017-ci ilədək mənzildə yaşamamasının səbəbi isə nikaha daxil olduqdan sonra cavabdehlə mübahisələrinin daha da kəskinləşməsi olmuşdur. Cavabdeh də məhkəmə iclasında iddiaçı ilə mübahisələrinin əsasən ailə qurduqdan sonra yarandığını bildirmişdir. İşin şərh edilən hallarından göründüyü kimi, iddiaçının altı aydan uzun müddətə mənzildə yaşamamasının səbəbi, xüsusilə nikaha daxil olduqdan sonra, cavabdehlə aralarında olan mübahisələrlə bağlı olmuşdur. Bundan başqa, işin halları ilə o da müəyyən olunur ki, iddiaçı mənzildən istifadə ilə bağlı əlaqələrin i daimi kəsməmiş, 2007-ci il tarixdən 2017-ci ilin noyabr ayınadək bəzi hallarda mənzilə gəlib-getmiş, cavabdehin də bildirdiyi kimi mənzildən pay istəmiş, 2017-ci ilin noyabr ayından 2019-cu ilin mart ayının 23-dək orada daimi yaşamışdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, ilkin iddia X4 və 12 avqust 2014-cü il təvəllüdlü X7 mənzilə köçürülmələri hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı X4 adından iddia qaldıra bilməz. X6 yetkinlik yaşına çatdığından və mülki prosessual fəaliyyət qabiliyyətinə malik olan şəxs kimi məhkəmədə mülki iddianı öz adından qaldıra bilər. Məhkəmə ilkin iddia tələbinin 12 avqust 2014-cü il təvəllüdlü X7 mənzilə köçürülməsinə dair hissəsi ilə bağlı hesab etmişdir ki, MPM-in 217.2-ci maddəsinə müvafiq olaraq mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları t ətbiq ediləcəkdir. Belə ki, X10 cavabdehin nəvəsidir və işin halları ilə müəyyən edilir ki, o, 12 avqust 2014-cü il tarixdə doğulmuş, cavabdehin mənzilində pasport qeydiyyatında olmaqla, valideynləri ilə birlikdə 2017-ci ilin noyabr ayından 2019-cu ilin mart ayının 23-dək mənzildə yaşamışdır. Məhkəmə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, xxx nə cavabdehin (mülkiyyətçinin) ailə üzvü, nə də, ondan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəaları baxımından özünün saxlanılm asını tələb etmək hüququna malik olan şəxs olmadığından onun Mənzilə istifadə hüququ yaranmır. Birinci instansiya məhkəməsi həmçinin köhnə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Mülki Məcəllənin 228.2-ci maddəsinə və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad etməklə hesab etmişdir ki, iddiaçının istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi mümkün olduğundan, cavabdeh tərəfindən isə belə bir iddia tələbi irəli sürülmədiyindən qarşılıqlı iddia təmin olunmamalıdır. b) Apellyasi ya instansiyası məhkəməsində icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(011)3763/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-3459/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(011)3763/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı ona məxsus əşyal arla birlikdə (yorğan-döşək, paltarlar, stol-2 ədəd, qab-qacaq, paltaryuyan maşın) ünvan 1 saylı mənzilinə köçürülməsi”, habelə qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən İddiaçı doğulduğu, uzun illər yaşadığı və qeydiyyatda olduğu ata evindən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını nəzərə almaqla onun arqumentini inandırıcı hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin müvafiq hissələrdə ləğvi üçü n əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-3459/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsini düzgün tət biq etməmiş, İddiaçı 11 il ərzində mübahisəli mənzildə yaşamamasını, 2017-ci ildə isə müvəqqəti olaraq orada yaşamasını nəzərə almamışdır. Həmçinin İddiaçı 2013-cü ildə mübahisəli mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq vermiş və bununla mənzilə olan hüquqlarından imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı m addəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilsə də, həmin tələb üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) vermiş və qətnamənin ilk tələbin təmin olunmuş hissəsini, qarşılıqlı iddianın isə rədd edilməsini mübahisələndirmişdir. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi eyni dəlillərlə mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdı r və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vət əndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onla rın getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi h aqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına əsasən... ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsi nə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilin cavabdehin adına özəlləşdirilməsinə dair razılığın verilməsi ilə ona dair hüquqlarından imtina etməsinin hüquqi əsası yoxdur və kassasiya şikayətini n həmin dəlili Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Qərarına irəli sürülmüş hüquqi mövqeyə ziddir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-3459/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4211/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4211/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver