Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4214/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2338/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşə götürən Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri N.Ş.Qarxanov ilə işçi İddiaçı arasında bağlanmış 13.04.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri X2 xidmətində hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. 08.08.2017-ci il tarixdə vəzifəsindən azad edilərək bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 01.05.2020-ci il tarixli, 35 (NBƏ-2005-XXX) saylı əmri ilə Nəsimi Bələdiyyəsi icra aparatının aşağıda qeyd edilən əməkdaşları (İddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətl ər şöbəsinin hüquqşünası vəzifəsinə) ləğv edilmiş strukturda tutduqları vəzifələrdən azad edilməklə, yeni strukturdakı müvafiq vəzifələrə müsabiqə keçirilənədək müvəqqəti olaraq yeni struktur üzrə uyğun vəzifələrə təyin edilmələri əmr edilmişdir. Həmin əmrə əsasən Operativ Qərargahın karantin rejimi müddətinin 05.05.2020-ci il tarixədək uzadılması ilə bağlı növbəti qərarından sonra, bələdiyyənin icra aparatı işçilərinin qanunla nəzərdə tutulan müsabiqə nəticələrinə uyğun olaraq vəzifələrə təyinatına qədər iş yeri və maliyyə təminatlarının davamlılığını təmin etmək məqsədilə icra aparatının faktiki işçilərin yeni struktura müvəqqəti komplektləşdirilməsinin təmin edilməsi, bu səbəbdən müsabiqə keçirilənədək onlarla 1 ay müddətli əmək müqavilələri bağlanılması zərurəti yaranmışdır. Bakı şəhər i Nəsimi Bələdiyyəsinin 01.09.2020-ci il tarixli, 88 saylı əmrinə əsasən Nəsimi Bələdiyyəsi icra aparatının İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən 01.09.2020-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi haqqında bələdiyyə sədrinin 01.09.2020-ci il tarixıi əmrinin ləğv edilərək işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi bələdiyyəsinin sədrinin onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması haqqında əmri əsassız və qanunsuzdur. Belə ki, Nəsimi bələdiyyəsi ilə arasında 12.04.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları, 2-ci hissəsinin "b" bəndində isə əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İddiaçı ilə Nəsimi bələdiyyəsi arasında müddəti 01.09.2020-ci il tarixdə bitən heç bir müddətli əmək müqaviləsi bağlanmamışdır. Məhkəməyə təqdim edilmiş işəgötürən Bakı şəhəri Nəsimi Bələdiyyəsi ilə işçi İddiaçı arasında bağlanmış (birtərəfli qaydada) 01.05.2020-ci il tarixli, 05.06.2020-ci il tarixli, 06.07.2020-ci il tarixli, 30.07.2020-ci il tarixli müddətli əmək müqavilələrinə əsasən İddiaçı Bakı şəhəri X1 idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqavilələri İddiaçı tərəfindən imzalanmamışdır. Həmin müqavilələrin 2.3-cü bəndinə əsasən, əmək müqavilələri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 01 may 2020-ci il tarixindən 05 iyun 2020-ci il tarixədək, 05 iyun tarixdən 06 iyul 2020-ci il tarixədək, 06 iyul 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixədək, 30 iyul tarixdən 31 avqust 2020-ci il tarixədək müddətinə bağlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-5246/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabde h Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin 01.09.2020-ci il tarixli əmrinin ləğv edilməklə, iddiaçının işə bərpa olunması, Bakı şəhəri Nəsimi Bələdiyyəsi sədrinin 01.05.2020-ci il tarixli, 35 saylı əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 01.05.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün 13.04.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışlar. Sonradan cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan birtərəfli qaydada müqaviləyə dəyişiklik edilərək müddətli əmək müqaviləsi tərtib edilmiş, iddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə keçirilmişdir. Daha sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən iddiaçı 01.09.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Bələdiyyəsi işəgötürən kimi əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə birtər əfli qaydada dəyişiklik edilməklə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Tərəflər arasında bağlanmış 13.04.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Belə olan halda Nəsimi Bələdiyyəsi sədrinin 01.05.2020-ci il tarixli, 35 saylı əmri qanunsuz, əsassız və ədalətsiz olduğu üçün iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, Nəsimi Bələdiyyəsinin 01.05.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat B akı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etməmişdir. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya ş ikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən on un izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46.6 Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə
74. Bənd
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (i şə) bərpa olunmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2338/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.