Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4215/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin təqdim olunması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4168/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şi kayəti üzrə işə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC tərəfindən İddiaçı aid 33059182-3801-AZN-22 saylı hesab üzrə xx.xx.2010-xx.xx.2010-cu il tarixləri əhatə edən əməliyyatlara əsasən xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində “kredit”, xx.xx.2010-cu il tarixində 100450,00 manat və 148040,93 manat məbləğində “debet” əməliyyatları qeyd edilmişdir. 2. “Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” xx.xx.2015-ci il tarixli akta əsasən digər sənədlərlə yanaşı, 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassirlərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır. 3. “Elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin xx.xx.2015-ci il tarixli iclasının gündəliyinə əsasən Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır.
4. Ləğv prosesində olan Cavabdeh ASC (bundan sonra “cavabdeh” və ya “Bank”) tərəfindən İddiaçı (bundan sonra “iddiaçı”) ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, cavabdehin Cavabdeh ASC-nin Nərimanov filialındakı 33059182-3801AZN-22 saylı cari hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 1004 50,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Bankın Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; iddiaçının 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyn i hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; adı çəkilən sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya verilməsi vəzifəsinin Bankın üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Bankın Nərimanov filialı arasında bağlanmış bank əmanəti müqaviləsinə əsasən iddiaçı xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində pulu Bankın Nərimanov filialına bank əmanəti (depozit) olaraq qoymuşdur. İddiaçı bank əmanəti müqaviləsinin müddətinin bitməsindən sonra əmanətin məbləğini qaytarmağı tələb etmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış bank əmanəti müqaviləsindən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir.
7. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Bankın lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bank ə manəti müqaviləsi üzrə verdiyi pulun faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Banka müraciət etmiş, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuşdur.
8. Cavab məktubunda bildirilmişdir ki, iddiaçının Bankın Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. Cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin sax lanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir.
9. İddiaçı hazırki iddia ərizəsi ilə cavabdehdən əmanətin vaxtından əvvəl ləğv edilməsini, əmanət məbləğinin məxaric edilməsini (məxaric orderi) təsdiq edən sənədlərin, həmin sənədlər məhv edildiyi təqdirdə sənədlərin məhv edilməsi haqqında müvafiq sənədlərin təqdim olunmasını tələb edir.
10. İddiaçı tərəfindən pulun cavabdehin hesabına qoyulması işin mübahisəsiz halıdır və həmin fakt cavabdehin cavab məktubunda etiraf edilir. Hazırki işdə mübahisəli hal əmanətin iddiaçı tərəfindən məxaric edilib-edilməməsi halıdır. Həmin pulun iddiaçı tərəfindən məxaric edilməsini isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Əvvəla, ona görə ki, pulun məxaric edilməsini cavabdeh iddia edir və buna görə də həmin halı cavabdeh sübut etməlidir. Digər tərəfdən, pulun məxaric edilməsi və digər bu kimi əməliyyatlar bank əməliyyat sisteminə aid əməliyyatlardır və bunlar mühasibat sənədlərində əks olunmaqla, müvafiq sənəd, çek və qəbzlərlə təsdiq edilməlidirlər.
11. Cavabdeh 2010-cu ilə aid məxaric orderinin “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edildiyini bildirir və bununla da tələb olunan pulun guya iddiaçı tərəfindən məxaric edilməsini sübut etmə vəzifəsindən yayınmağa çalışır. Cavabdehin imtinasında göstərilmiş yeganə arqumentin, yəni 2010-cu ilə aid məxaric orderinin 2015-ci ildə məhv edildiyinə görə əmanətin məxaric edilməsinin sübut edilə bilinməməsi tamamilə əsassızdır. İlk olaraq sual yar anır ki, məxaric orderi məhv edilmişdirsə, cavabdeh hansı sənəd və ya digər materiala istinad edərək müəyyən edir ki, əmanət məbləği iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində 100450,00 manat və 148040,93 manat məbləğində olmaqla məxaric edilmişdir.
12. Cavabdehin məktubunda uydurma əsaslara istinad etməsini sübut edən digər bir hal ondan ibarətdir ki, imtina məktubunda qeyd olunduğu kimi iddiaçı tərəfindən əmanət xx.xx.2010-cu il tarixində cavabdehin hesabına mədaxil edilmiş, bir gün sonra isə iddiaçı həmin əmanəti geri götürmüşdür. İddiaçının hesaba böyük miqdarda pul vəsaiti mədaxil etməsi və cəmi bir gün sonra həmin vəsaitin iddiaçı tərəfindən məxaric edilməsi ən azından inandırıcı deyildir.
13. Əmanətin məxaric edilməsi əməliyyatının aparılması üçün həmin vaxt qüvvədə olan normativ aktlara əsasən tələb olunan sənədlər, icazə sənədləri, ödəniş tapşırıqları və digər sərəncam sənədləri, nağd pulun məxaricinə dair pul çeki və kassa məxaric orderi məhv edildiyi güman edilsə belə, yenə də bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tərəfindən təqdim olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 7.1-ci və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqd im olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.
14. Göründüyü kimi, cavabdehin iddia etdiyi kimi əmanətin məxaric edilməsinə dair sənədlərin, o cümlədən məxaric orderinin mövcud olmasını və sonradan məhv edildiyi qəbul edilsə belə, həmin sənədlərin məhv edilməsinə dair müvafiq akt mütləq qaydada cavabdehdə mövcud olmalıdır.
15. Digər tərəfdən, adı çəkilən “Təlimat”a 1 nömrəli Əlavənin 243, 247 və 249-cu sıra saylarında, sənədlərin məhv edilmək üçün ayrılması barədə təsdiq edilmiş aktların saxlanma müddəti 10 il, işlərin dövlət arxivinə təhvil-təslim aktlarının və bank sisteminin fəaliyyəti nəticəsində yaranan və saxlanılma müddətləri göstərilən sənədlərin siyahılarının saxlanma müddətləri isə daimi olaraq müəyyən edilmişdir.
16. İddiaçı tələbinin hüquqi əsası kimi “Banklar haqqında” Qanunun 31.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a istinad etmişdir.
17. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermiş və birinci instansiya məhkəməsinin hazırlıq iclasında etirazını müdafiə etmişdir. Etirazın dəlilləri: - iddiaçı irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İddiaçı ilkin olaraq Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, tələb olunan 2009-cu ilə aid məxaric orderi "Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında" Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda, verilən cavab iddiaçını qane etməmişdisə, həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bu kimi prosedur qaydalara riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafıq məhkəməyə müraciət etmişdir; - iş mat eriallarına əlavə edilməsindən ötrü təqdim edilən “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” xx.xx.2015-ci il tarixli akt, “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” xx.xx.2015-ci il tarixli akt, “elmitarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Bankın xx.xx.2015-ci il tarixli iclasının gündəliyindən çıxarışla tam təsdiq edilir ki, iddiaçının tələb etdiyi sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının "Bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatına əsasən 5 ildən artıq vaxt keçdiyindən məhv edilmişdir. Bu səbəbdən də Bankdan asılı olmayan səbəblərdən iddia tələbindəki xüsusatların icrasının təmin edilməsi mümkün olmayacaq. Prosessual hüquqlardan sui-istifadə edilməklə qəbul edilmiş məhkəmə qərarlarının uzun müddət icrası mümkün olmayan aktlara çevrilməsi digər şəxslərin hüquqlarını pozulmasına şərait yaranır.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(005)335/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş və iddiaçı ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlər; iddiaçının 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məh v edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qət edilmişdir. (hakim Mehriban Əfəndizadə)
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlə müqavilə bağlayaraq həmin bankda açılmış əmanət hesabına 248490,93 manat məbləğində əmanət yerləşdirmişdir. Daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Bankın lisenziyası ləğv olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı il ə Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
20. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının Banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən bu hal etiraf edildiyindən, iddiaçının həmin əmanəti banka qoyması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair tələbləri əsaslıdır və təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pulun sonradan məxaric olunubolunmamasının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyil. Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, o nların surətini almaq hüququ vardır.
22. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlillərinə münasibətdə isə bildirmişdir ki, iddiaçı, bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prosesində olan Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür.
23. Birinci instansiya məhkəməsi iddiaçının Banka əmanət olaraq pul məbləği qoyması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda iddiaçının həmin əmanətin banka qoyulması, bankda saxlanılması və əmanət üzərində digər hərəkətlərlə bağlı bütün sənədləri almaq hüququ vardır.
24. Birinci ins tansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 954.1, 954.3, 957.1-ci maddələri, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1, 7.3-cü, Azərbaycan Respublikası Milli X5 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişdir.
26. Apellyasiya şi kayətinin dəlilləri: - iddiaçı tərəfindən “iddia edilən sənədlərin bank tərəfindən təqdim edilməsinə” dair tələbi müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməli deyildi. İddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun; - eyni zamanda iddiaçı irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İddiaçı ilkin olaraq ləğv prosesində olan Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, tələb olunan 2009-cu ilə a id məxaric orderi “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda, verilən cavab iddiaçını qane etməmişdisə, həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. İddiaçı bu prosedura riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmiş və məhkəmə də öz növbəsində qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmaqla düzgün tətbiq etməyərək irəli sürülən iddia tələbini əsassız olaraq təmin etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-4168/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təm in olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-335/2023 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinə əsasən 248490,93 manat məbləğində pulu bank əmanəti (depozit) olaraq qoyduğunu iddia edir və hazırda həmin müqavilənin ləğv edilməsinə dair sənədlərin, həmin pul vəsaitinin məxaric edilməsinə dair pul çekləri və digər sənədlərin verilməsini tələb edir. Cavabdeh tərəf isə cavab məktubunda həmin pul məbləğinin 21 iyu l 2010-cu il tarixdə iddiaçının cari hesabına mədaxil edilməsini, 22 iyul 2010-cu il tarixdə isə eyni hesabdan 100450 manat və 148040,93 manat olmaqla məxaric edilməsini, Bankın müflis elan olunduğu günə hesabındakı qalıq pulun 139,43 manat təşkil etməsi, həmin məbləğin də Kreditorların reyestrində xx.xx.2018-ci il tarixində 6366 sıra nömrəsi ilə mühasibat uçotu sənədlərində əks etdirilməsini bildirmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, göstərmişdir ki, iddiaçının həmin pul məbləğini banka əmanət qoyması faktı iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi bank əmanəti müqaviləsinə əsaslansa da, tələbinin əsasını təşkil edən bank əmanəti müqaviləsini, nə də əmanət kitabçasını nə birinci instansi ya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir (iddiaçının nümayəndəsi-vəkili onlarda həmin sənədlərin olmadığını bildirmişdir). Cavabdeh tərəfindən iddiaçının banka əmanət (depozit) yerləşdirməsi etiraf edilməmiş, əksinə, cavabdehin cavab məktubunda pul məbləğinin cari hesaba mədaxil edildiyi göstərilmiş, banka əmanət qoyulması qeyd edilməmişdir.
30. Cavabdeh 248490,93 manat məbləğində pulun xx.xx.2010-cu il tarixdə cari hesaba qoyulduğunu, bir gün sonra isə iki dəfəyə çıxarıldığını, 139,43 manat qalıq qaldığını bildirmiş və qeyd etdiyi bank əməliyyatlarını təsdiq edən hesabdan çıxarış təqdim etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda tələbinin əsasını təşkil edən halları sübut etməlidir.
32. Apellyasiya instansiyası məhkəmə si Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələrinə istinadən vurğulamışdır ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallar, yəni tərəflər arasında xx.xx.2010-cu il tarixdə bank əmanəti müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən 248490,93 manat məbləğində pulun Bankın Nərimanov filialına depozitə qoyulması sübuta yetirilməmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının digər tələbləri də bank əmanəti müqaviləsindən doğan tələblər olduğu üçün iddia tam rədd olunmalıdır.
34. Apelyasiya in stansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 954.1-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri
35. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasia şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçını pulu Banka əmanət qoyması faktı işdəki materiallarla sübuta yetmir, iddiaçı tələbini əsasını təşkil edən nə bank əmanəti müqaviləsini, nə də əmanət kitabçasını təqdim edə bilməmişdir, beləliklə də, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallar, yəni tə rəflər arasında xx.xx.2010-cu il tarixdə bank əmanəti müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən 248490,93 manat məbləğində pulun Bankın Nərimanov filialına depozitə qoyulması sübuta yetirilməmişdir. İddiaçının digər tələbləri də bank əmanəti müqaviləsindən doğan tələblərdir. Ona görə də iddia tam rədd olunur; - apellyasiya instansiyası məhkəməsi iddia tələbini tam rədd etməkdə yalnışlığa yol vermişdir. Nəzərə alınmalıdır ki, iddia tələbi 3 hissədən ibarət olmuşdur: 1) iddiaçı ilə Bankın Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; 2) iddiaçının 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 10045 0,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; 3) yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya verilməsi vəzifəsinin Bankın üzərinə qoyulması. İş materiallarında əmanət müqaviləsinin və əmanət kitabçasının olmaması, eləcə də cavabdehin xx.xx.2018ci il tarixli **********992 nömrəli cavab məktubuna münasibətdə iddia tələbinin birinci hissəsinin təmin edilməsi anlaşılan olsa da, iddia tələbinin 2-ci və 3-cü hissələrinin təmin edilməməsi anlaşılan deyildir. Belə ki, iddia tələbinin ikinci hissəsində hesab nömrəsi göstərilməklə hesabdan pulun məxaricinə dair müvafiq sənədlər tələb olunmuş, iddia tələbinin üçüncü hissəsində isə ikinci hissədə tələb olunan sənədlər məhv edildiyi təqdirdə məhvetməyə dair müvafiq sənədlər istənilmişdir; - iddiaçının Bankda 33059182-3801-AZN-22 saylı hesabının olması və həmin hesaba iddiaçı tərəfindən 21 iyul 2010-cu il tarixdə 248490,93 (iki yüz qırx səkkiz min dörd yüz doxsan manat doxsan üç qəpik) manat pulun mədaxil edilməsi işin mübahisəsiz halı olmaqla cavabdeh tərəfindən də etiraf edilir. Digər tərəfdən, cavabdeh həmin vəsaitin 1 gün sonra, yəni 22 iyul 2010-cu il tarixdə məxaric edildiyini qeyd edir və buna dair hesabdan çıxarış təqdim edir. Lakin h esabdan çıxarış sözügedən pul vəsaitinin hesabdan kim tərəfindən məxaric edildiyini təsdiq edən sənəd deyildir və bunun üçün pul çeki və ya məxaric orderi təqdim edilməlidir. Bu xüsusda iddiaçı haqlı olaraq pulun hesabdan məxaricinə dair sənədləri, həmin sənədlər məhv edildiyi halda isə müvafiq məhvetmə sənədlərini cavabdehdən istəsə də, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etməyərək qanunsuz olaraq iddia tələbini rədd etmişdir; - apellyasiya instansiyası məhkəməsi cavabdehin xx.xx.2018-ci il tarixli **********992 nömrəli cavab məktubunu, iddiaçıya məxsus 33059182-3801-AZN-22 saylı hesabının olması və həmin hesaba iddiaçı tərəfindən 21 iyul 2010-cu il tarixdə 248490,93 (iki yüz qırx səkkiz min dörd yüz doxsan manat doxsan üç qəpik) man at pulun mədaxil edilməsi ilə bağlı xüsusatları nəzərə alınmamış, həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Kassasiya şikayətinə cavabdehin etirazı daxil olmuşdur. Etirazda qeyd edilib ki, sübutetmə yükü iddiaçını üzərinə düşsə də, iddiaçı öz tələbini əsaslandıra bilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktik asında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəm əsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməməıişdir.
42. İşdən görünür ki, iddia tələbi 3 hissədən ibarət olmaqla aşağıdakılar barədədir: - 1) iddiaçı ilə Bankın Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; - 2) iddiaçının 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; - 3) yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar ın, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya verilməsi vəzifəsinin Bankın üzərinə qoyulması.
43. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla Bankın Nərimanov filialı arasında bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində pulu Bankın Nərimanov filialına bank əmanəti (depozit) kimi qoymuşdur. Bank əmanəti müqaviləsi üzrə verdiyi pulun faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Banka müraciət etsə də, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuş və imtinanın səbəbi kimi g östərilmişdir ki, iddiaçının Bankın Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir.
44. İddiaçı sübut kimi bankın qeyd edilən cavab məktubunu (i.v.8) və hesabdan çıxarış arayışını təqdim etmişdir.
45. Bankın cavab məktubu və hesabdan çıxarış arayışlarına əsasən iddiaçının banka 248490,93 manat məbləğində vəsait mə daxil etməsi işin mübahisələndirilməyən halı kimi müəyyən edilib.
46. Cavabdeh iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78ci maddəsinə əsasən 2015-ci ildə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmamasına istinad etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının nə bank əmanəti müqaviləsini, nə də əmanət kitabçasını apellyasiya baxışı zamanı təqdim edə bilməməsini əsas gətirərək iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. 49. “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə görə bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir.
50. Qanunun tələbindən də görünür ki, müştərinin bank sirrini təşkil edən məlumatlar müştərinin özünə verilir.
51. İddiaçının Banka pul yerləşdirməsi işin mübahisəsiz halı kimi müəyyən edilib.
52. Belə olan halda, Banka pul yerləşdirməsi və həmin pulun hərəkəti barədə məlumat verilməsini Bankdan tələb etməyə “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri baxımından iddiaçının haqqı vardır.
53. Eləcə də, iddiaçının tələb etdiyi sənədlər məhv edilmişdirsə, məhvetmə barədə məlumatları tələb etməyə də iddiaçının haqqı çatır.
54. İşdən görünür ki, Bank iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin məhv edilməsini bildirsə də, məhvetmə ilə bağlı müvafiq sənədləri verməkdən də imtina etmişdir.
55. Azərbay can Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 7.1-ci bəndinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur.
56. Həmin Təlimatın 7.3-cü bəndinə görə dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə ver ilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.
57. Göründüyü kimi, qeyd edilən Təlimat saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsinin prosedurunu dəqiq müəyyən etmişdir.
58. Bu baxımdan, cavabdeh etirazının əsası kimi sənədlərin məhv edilməsinə istinad edirdisə, etirazının əsası kimi istinad etdiyi halları qeyd edilən Təlimata uyğun olaraq rəsmiləşdirilən müvafiq sənədlərlə sübut etməli və bunun nəticəsi olaraq mübahisə həll edilməli idi.
59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının bank əmanəti müqaviləsini və ya bank kitabçasını təqdim etməməsi əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nətic əni əsaslı saymır. Ən azı iddiaçının Banka pul yerləşdirməsi (pulun bank əmanəti müqaviləsi ilə depozitə və ya cari hesaba yerləşdirlməsindən asılı olmayaraq) işin mübahisəsiz halı kimi müəyyən edilmişdisə, apellyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd edilənlər baxımından iddia tələbinə qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi sübut etmə vəzifəsini yalnız iddiaçının üzərinə qoymaqla MPM-in 77-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini də hazırki işin halları baxımından cavabdeh daşımışdır.
60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübut etmə vəzifəsinin düzgün bölüşdürülməsi iddianın düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azə rbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında hüquqi mövqe belə olub ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərin ə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4168/2022 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.