Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4215/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4215/2024 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3333/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (3 saylı Mediasiya Təşkilatı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 06 iyul 2023-cü il tarixli K279 saylı əmrin ləğv edilməsini və onun işə bərpa olunması, qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-467/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmamışdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3333/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.
5. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3333/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin 2(103)-3333/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə 23 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə 26 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Bununla da, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür.
8. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, kassasiya şikayətini verən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
10. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərardadının l əğv edilməsini, mülki işin kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsində baxılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının elektron kabineti olsa da “Asan Login” vasitəsi ilə oraya daxil olur və yalnız ona aid olan məhkəmə işlərində olan sənədlərlə tanış olmaq imkanı var. Lakin “Asan login” vasitəsi ilə hər hansı bir formada sənədin imzalanaraq göndərilməsi mümkün deyildir. Qətnamənin iddiaçıya poçt vasitəsi ilə göndərildiyi tarix xx.xx.2024-cü il tarixi olduğuna görə həmin qətnamədən kassasiya şikayəti vermək müddəti xx.xx.2024-cü ildə başa çatdığını nəzərə alaraq elə həmin tarixdə vəkil ilə müqavilə bağlanılmış və həmin gün də dərhal sənədləri elektron vəkil kabineti vasitəsi ilə göndərilmişdir.
12. Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin göstərdiyi müddət bərpa ərizəsi o səbəbdən yazılmamışdır kı, poçt vasitəsi ilə sözügedən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən prosessual müddətin ötürülmədən verildiyi şikayətçiyə məlum idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
13. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron s ənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
15. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
17. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Resp ublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
22. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahi sələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassa siya şikayəti verilə bilər.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
32. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istif adə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
33. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
38. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətin i, iddiaçının elektron kabineti olsa da, “Asan Login” vasitəsi ilə oraya daxil olsa da, yalnız ona aid olan məhkəmə işlərində olan sənədlərlə tanış olmaq imkanının olması, lakin “Asan login” vasitəsi ilə hər hansı bir formada sənədin imzalanaraq göndərilməsinin mümkün olmaması, qətnamənin iddiaçıya poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilməsi, qətnamədən kassasiya şikayəti vermək müddətinin də xx.xx.2024-cü ildə başa çatması, həmin gün də onunla müqavilə bağlanaraq dərhal kassasiya şikayəti verilməsi, apellyasiya məhkəməsinin kassasiya şikayətini əsassız olaraq geri qaytarması ilə əsaslandırmışdır.
39. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən apellyasiya məhkəməsinin 2(103)3333/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə 23 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, iddiaçı isə apellyasiya instansiyası məhkəməsinin 06 avqust 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 23 oktyabr 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 26 oktyabr 2024-cü il tarixdə saat 12:46-da elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun iddiaçının elektron kabinetinə yerləşdirilərək ona rəsmi qaydada təqdim edilməsindən 3 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “AZEMİS” Elektron M əhkəmə İnformasiya Sisteminə əsasən apellyasiya məhkəməsinin 2(103)-3333/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsinin iddiaçının elektron kabinetinə 23 avqust 2024-cü il tarixdə yerləşdirilməsini, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımının qətnamənin surətinin iddiaçının elektron kabinetinə yerləşdirildiyi vaxtdan (xx.xx.2024-cü il) hesablanmalı olması, iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini 26 oktyabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülməklə verməsini, müddətin bərpa edilməsinə dair vəsatətin də şikayətə əlavə olunmamasını əsas gətirərək, kassasiya şikayəti müddət ötürülərək verildiyindən geri qaytarılması qənaətinə gəlmişdir.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qa rşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
42. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya M əhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 43. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsi n iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Bel ə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
45. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçının nümayəndəsi və vəkili Vəkil isə qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edilməsindən 3 gün müddət keçdikdən sonra kassasiya şikayətini elektron sistemə yükləməsinə baxmayaraq, buraxılmış müddətin bərpası haqqında ərizə verməyə belə lüzum görməmişdir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününü gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunveri cilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.
47. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil ziddiyyətli dəlillərlə əsaslandırılmış şikayətində iddiaçının qətnaməni poçt vasitəsi ilə aldığı vaxtdan sonra müddət ötürülməməklə sonuncu gün kassasiya şikayətini qanunla müəyy ən edilmiş 2 ay müddət ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməsini qeyd etsə də, həmin dəlillərini əsaslandıra bilməmişdir.
48. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində qətnamənin iddiaçıya poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilməsi qeyd edilsə də, iş materialları ilə yalnız qətnamənin 23 avqust 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməsi müəyyən edilir. İş materiallarında qətnamənin surətinin poçt vasitəsi ilə iddiaçıya göndərilməsi müəyyən edilmir.
49. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3333/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.