Məhkəmə qərarları › İş №2(102)-4217/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4217/2023

06.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4217/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC Cavabdeh-yə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi maraqlı şəxslər olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi maraqlı şəxslər olmaqla) qarşı “torpaq sahəsinin mülkiyyət hüququ üzrə "xxxx" ASC-in qanuni istifadəsində olması faktının müəyyən edilməsi və Cavabdeh-nin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2003-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.10.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı-Fəxri Soltanov mülkiyyətində olmuş «ünvan 1 ünvanda yerləşən, 2,03 ha torpaq sahəsi üzərindəki sahəsi 134.4 m2 olan qeyri-yaşayış sahəsini (inzibati binasını) alıcının - "xxxx" MMC-nin mülkiyyətinə vermişdir. Ağsu şəhəri, M.Hüseyn küçəsi, 6 saylı ünvanda yerləşən sahəsi 2,03 ha torpaq sahəsi üzərində Fəxri Soltanovun mülkiyyətində olmuş qeyri-yaşayış (ümumi sahəsi 134.4 m2 olan 5 otaqlı idarə binasına) sahəsinə Cavabdeh ilə alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş və ümumi sahəsi 134.4 m2 olan 5 otaqlı idarə binasına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində 26 may 2015-ci ildə qeydiyyata alınmış və DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən hüquq subyekti kimi texniki pasport verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi maraqlı şəxslər olmaqla) qarşı ünvan 2 ünvanda yerləşən 2,03 (iddia ərizəsində səhvən 20.300 göstərilmişdir) ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə "xxxx" ASC-in qanuni istifadəsində olması faktının müəyyən edilməsinə və Cavabdeh-nin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-in səhmdarları «Mülkiyyət» qəzetinin xx.xx.2013-cü il tarixli, 38(832) saylı nömrəsində verilmiş elana əsasən, "xxxx" ASC-yə məxsus satışa çıxarılan səhmlərin pul hərracında i ştirak edən X9 xx.xx.2013-cü il tarixli, 744/01 nömrəli yekun protokoluna müvafiq olaraq "xxxx" ASC-yə məxsus dəyəri 12867,30 manat olan 14297 ədəd səhmlər əldə etmiş və səhmlərin alqı-satqısına dair xx.xx.2013-cü ildə 744/01 PA saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, axırıncı satış qiyməti tam ödənildikdən sonra səhmlər üzərində mülkiyyət hüququ yaranmış və xx.xx.2014-cü ildə qiymətli kağızların reyestrində həmin səhmlərə mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə texniki pasport əldə etmək üçün əvvəlcə DƏDRX-in 14 saylı Ərazi İdarəsinə və sonra isə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə müraciət etmişdir. Lakin mübahisəli torpaq sahəsi üzərində olan ümumi sahəsi 134,4 m2 olan inzibati bina (əvvəllər "xxxx" ASC -in mülkiyyətində olmuşdur) Cavabdeh-in mülkiyyətində olduğundan onlara torpaq sahəsinə texniki pasport verilməmişdir. Digər tərəfdən "xxxx" ASC-in «N.E» firmasına olan borcunun onun əmlakına yönəldilərək tutulmasına dair Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qərardadı, 14 yanvar 2003-cü ildə Ağsu Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin böyük məhkəmə icraçısı tərəfindən düzgün icra olunmamış, "xxxx" ASC-yə məxsus əmlakın tam siyahısı (42 adda daşınmaz və daşınar əmlaklar) tərtib edilərək üzərinə həbs qoyulmuş və həmin əmlak əmtəə birjalarında satılaraq məhkəmənin qərardadı icra olunmuşdur. "xxxx" ASC-in mülkiyyətində olan inzibati bina satıldığından həmin tikili və onun altında olan torpaq sahəsi (134.4 m2) Cavabdeh-in mülkiyyətinə verilməli və həmi n sahəyə texniki pasport verilməli idi. Qalan 41 adda əmlak və onun altında olan torpaq sahəsi isə "xxxx" ASC-in mülkiyyətinə və istifadəsinə verilməli idi. DƏDRX-in 14 saylı Ərazi İdarəsi isə "xxxx" ASC-in səhmdarlarının hüquqlarını pozaraq və pozmaqda davam edərək, xx.xx.2015-ci ildə təkrarən 2,03 ha torpaq sahəsinə Cavabdeh-in adına texniki pasport vermişdir.

4. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qərardadı ilə qüvvədə saxlanılmış Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsi ilə «N.E.» firmasının cavabdeh "xxxx" X15 Cəmiyyətinə qarşı borcun ödənilməsinə dair iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. İcra zamanı borclunun 313.000.000 manat borcu ödəmək imkanı olmadığından qətnamənin icra üsulu dəyişdirilmiş və onun əmlakına yönəldilmişdir. Məhkəmə qətnaməsi icra olunmuş, "xxxx" ATSC-in əmlakı «N.E» firmasının direktoru X5 təhvil verilmişdir. "xxxx" ATSC-in əmlakı «N.E» firmasının direktoru X3 adına qeydə alındıqdan sonra Cavabdeh ilə X6 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" ATSC-in 20.300 m2 torpaq sahəsində yerləşən 5 otaqlı idarə binasına alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsinə texniki pasport və onun üzərində yerləşən tikiliyə qeydiyyat vəsiqəsi verilmişdir. 2003-cü ildən həmin torpaq sahəsindən istifadə edirlər. 2015-ci ildə isə həmin torpaq sahəsinə təkrarən texniki pasport verilmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

5. Ağsu Rayon Məhkəməsinin (hakim T.İsmayılov) 11 fev ral 2017-ci il tаrixli 2(016)69/2017 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin təmin edilməsi üçün tərəflər məhkəməyə tələb üzrə mötəbər sübutlar təqdim etməlidirlər. Lakin iddiaçı tərəf Ağsu şəhəri, M.Hüseyn küçəsi, 6 saylı ünvanda yerləşən sahəsi 2,03 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində olmasını və Cavabdeh-nin həmin torpaq sahəsindən qanunsuz istifadə etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1, 139.1, 139-1.1.3 və 157.1-ci, Torpaq Məcəlləsinin 66-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansi yası məhkəməsindəki icraat

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin səhmdarları «Mülkiyyət» qəzetinin 24 avqust 2013-cü il tarixli 32(832) saylı nömrəsində verilmiş elana əsasən, "xxxx" ASC-yə məxsus satışa çıxarılan səhmlərinin pul hərracında iştirak edərək, hüquqlarını təmsil etdiyi X11 (v.e.ş. X8) 744/01 xx.xx.2013-cü il tarixli yekun protokoluna (AR ƏMDK-in yanında hərracların təşkili üzrə Auksion Mərkəzi) müvafiq olaraq "xxxx" ASC-yə məxsus 14297 ədəd, dəyəri 12867,30 manat olan səhmləri əldə etmişdir. Buna dair səhmlərin alqı-satqısına dair xx.xx.2013-cü ildə 744/01 PA saylı alqı-satqı müqaviləsi bağlan mışdır. Həmin alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən, hərracda satılmış səhmlərin axırıncı satış qiyməti ilə məbləği tam ödənildikdən sonra səhmlər üzərində alıcının mülkiyyət hüququ yaranmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq səhmlərin dəyəri ödənildikdən sonra xx.xx.2014-cü il tarixli qiymətli kağız sahiblərinin reyestrində həmin səhmlərə mülkiyyət hüququ alınmışdır. ( № **********7038000 19.05.14) Bundan sonra, mövcud qaydalara uyğun olaraq "xxxx" ASC-nin istifadəsində olan 2,03 ha torpaq sahəsinə texniki pasportun hazırlanması üçün aidiyyəti üzrə DƏDRXin 14 saylı Ərazi İdarəsi və sonra baş xidmət idarəsinin özünə müraciət edilmişdir. Bu zaman məlum olmuşdur ki, DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən qeyd edilən daşınmaz əmlak 2,03 ha torpaq sahəsi başqa mülkiyyətçiyə məxsus olduğu üçun onlara texniki pasportun verilməsi mümkün deyil, başqa mülkiyyətçi - Cavabdeh-dir. Hansına ki, 5 otaqdan ibarət inzibati binaya (sahəsi 134,4 m2) 57 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Təəccüb doğuran odur ki, Cavabdeh-in qeydiyyat vəsiqəsində hansı əmlaka mülkiyyət hüququ əldə etdiyi göstərilmədiyi halda, onun məhz 134,4 m2 sahəsi olan inzibati binaya və bunun davamı olaraq 2,03 ha torpaq sahəsinə texniki pasportun verilməsinin hansı hüquq normalarına əsasən aparılması bilinmir. Bununla yanaşı, "xxxx" ASC-in "N.E" firmasına olan borcunun onun əmlakına yönəldilərək tutulmasına dair Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qərardadı düzgün tədbiq edilməmişdir. Belə ki, 14 yanvar 2003-cü il tarixdə Ağsu MN və MSQ-nin böyük məhkəmə icraç ısı X1 bu qərardadın icrasını təmin etmək məqsədi ilə tərtib etdiyi aktda, "xxxx" ASC-yə məxsus əmlakın tam siyahısı (42 saylı adda daşınmaz və daşınar əmlak) tərtib olunaraq, onların qiyməti barədə rəylə birlikdə xx.xx.2003-cü il tarixdə, "xxxx" MMC-yə göndərilmişdir ki, borclu müəssəsinin əmlakı üzərinə həbs qoyulmuşdur və əmlaklar əmtəə birjalarında satılaraq məhkəmənin icra vərəqəsi təmin olunmalıdır. Belə olan halda, yəni AR 1 saylı Yerli İqtisad Məhkəməsinin 15 noyabr 2001-ci il tarixli qiyabi qətnaməsində və sonradan icra üsulunun dəyişdirilməsi qərardadında yalnız borcun tutulması qət edildiyi halda, AR ƏMDK yanında DƏDRX 14 saylı Ərazi İdarəsi həmin məhkəmə qətnamələrinə istinadən nə cür "N.E" firmasının direktoru X2 "xxxx" ASC-yə məxsus bütün əmlak üzərində mülkiyyət hüququnun dö vlət qeydiyyatına alaraq (əmlakın nədən ibarət olmasını göstərməyərək), sahəsi 134,4 m2 olan inzibati binanın, yerləşdiyi torpaq sahəsinin ölçüsünü 2,03 ha göstərmişdir. Burda ortaya sual çıxır: Bəs 41 adda qalan əmlakın yerləşdiyi torpaq sahəsi harda qaldı? Bir də ki, AR Mülkü Məcəlləsinin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsində istifadə hüququna malikdir. Deməli, istənilən halda Cavabdeh yalnız inzibati binanın torpaq sahəsi altında olan torpaq sahəsində istifadə hüququna malikdir. Göründüyü kimi, hazırki işdə məhz ƏMDK yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsinin qeyri-qanuni əməlləri nəticəsində "xxxx" ASC səhmdarlarının hüquqları kobud surətdə pozulmuş və pozulmaqda davam edir. B una əyani sübut DƏDRX-in 14 saylı Ərazi İdarəsinin hüquqşünası Ş.Zeynalovanın təqdim etdiyi etirazdır. Bu etirazda Ş.Zeynalova hüquq normalarının pozulmasının davamı olaraq qeyd edir: Cavabdeh mübahisələndirən əmlak üzərində təkrar olaraq 25 may 2015-ci tarixdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır. Sual: Əgər Cavabdeh-in 2003-cü ildə hüququ qanunu qeydiyyata alınmışdırsa, 12 ildən sonra təkrar qeydiyyata nə ehtiyac vardır və bu nə qədər qanuna uyğundur? DƏDRX-in 14 saylı Ərazi İdarəsi: Cavabdeh-ni müdafiə etmək üçün xx.xx.2015-ci il tarixdə təkrar olaraq ASC-nin istifadəsində olan torpaq sahəsini onun adına qeydiyyata almışdır. Belə ki, DƏDRX-in 14 saylı Ərazi İdarəsinin Hüquq şöbəsinin müdiri Zeynalova məhkəməyə rəsmi etirazında "xxxx" ASC-in istifadəsində olan 2,03 ha torpaq s ahəsinin Cavabdeh-yə məxsus olduğunu göstərmşdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1, 139.1, 1391.1.3, 157.1 və 157.2-ci, Torpaq Məcəlləsinin 66 və 67-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 8 8 və 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış, məhkəmə həmin halların araşdırmamasını və mühüm əhəmiyyət kəsb edən faktiki hallara diqqət yetirilmədiyini qeyd etmişdir. İddiaçı göstərmişdir ki, təqdim edilmiş sübutları nəzərə almamaqla və çəkişmə prinsipini təmin etməməklə məhkəmə prosessual qanunvericiliyi pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə etiraz təqdim edib şikayəti əsassız olduğunu göstərmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 17, Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 402.

1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405 və 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qay dada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

22. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edimişdir.

24. Məhkəmə kol legiyası məruzəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Belə ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi maraqlı şəxslər olmaqla) qarşı 2,03 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə "xxxx" ASC-in qanuni istifadəsində olması faktının müəyyən edilməsi və Cavabdeh-nin həmin torpaq sahəsindən çıxarılması tələbi ilə 14 oktyabr 2016-cı il tarixdə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin11 fevral 2017-ci il tаrixli 2(016)-69/2017 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 31 oktyabr 2017-ci il tarixdə həm iddiaçı "xxxx" ASC-nin qeydə alındığı Göyçay rayonu Səfərbina kəndinə, həmdə ASC-nin sədri X4 qeydiyyatda olduğu ünvan 4 ünvanına göndərilmiş, lakin həmin sənədlər ASC-nin ünvanının düzgün olmaması, S.Məc idovun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır.

27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı “Ağsu-Yenilik» ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 27 iyul 2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir, apellyasiya məhkəməsi 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə hesab etmişdir ki, iş materiallarına əsasən apellyasiya məhkəməsinin qətnaməsinin surəti iddiaçı tərəfə təqdim olunması müəyyən edilmədiyindən qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin ötürülməməsi barədə apellyasiya instansiyası məhkəməsinin q ənaəti səhv olmuş, həmin şikayətin Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilməsində də yanlışlığa yol verilmişdir.

29. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman iddiaçı “Ağsu-Yenilik» ASC-nin qanuni təmsilçisi, ASC İdarə Heyətinin sədri Sənham Məcidov iştirak etmiş, sonuncu məhkəmə iclasında çıxış etmiş, məhkəmə qətnaməsi onun iştirakı ilə elan olunmuşdur.

30. Uzun müddət, 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq ASC İdarə Heyətinin sədri Sənham Məcidov apellyasiya instansiyası məhkəməsinin qənaməsinin surətini əldə etməyə, qətnamədən kassasiya şikayəti verməyə cəhd göstərməmiş, hərəkətsizlik etmişdir. Apellyasiya məhkəməsi düzgün olmayaraq iddiaçının bu hərəkətsizliyini onun ziyanına deyil, kassasiya ş ikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab olunması üçün əsas kimi şərh etmiş, iddiaçının prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqdan vicdanla istifadə etmədiyini diqqətdən qaçırmışdır.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Ağsu-Yenilik» ASCnin apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab olunması barədə qənaəti düzgün olmamışdır, iddiaçı tərəfindən müdldətin bərpasına dair ərizə verilməməsi də nəzərə alınmaqla kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə lidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1964/2017 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. 2(102)-4217/2023 saylı mülki iş kassasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar