Məhkəmə qərarları › İş №2(102)-4218/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4218/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4218/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6017/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)3124/2023 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. (hakim Nail Abbasov)

3. Birinci instansiya məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən ona istinad etmişdir ki, iddiaçı müqavilə öhdəliklərindən irəli gəlməklə cavabdehlə aralarında bağlanmış müqavilə üzrə mənzilin ona təhvil verilməsini xahiş etmiş, lakin, iddiaçı bu məsələnin həll edilməsini cavabdehə təklif etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il ta rixli 006 saylı müqavilənin 6 bəndinə görə bu Müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə gedişatı zamanı təqdim edilən pretenziya tarixinin xx.xx.2023-cü il olması iddia ərizəsinin (xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasını nəzərə almaqla) işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında nizama salınmasına riayət edilmədən verilməsini bir daha sübut edir.

4. İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlilləri belə olub: - birincisi, ərizəçinin cavabdehə göndərdiyi məktubun hakimin pretenziya adlandırması və sonra da bunu ərizəçinin özünün əleyhinə yönəltməsi olduqca ciddi suallar doğurur. Məhkəmənin hazı rlıq iclasi bir ay təxirə salındıqdan sonra, ciddi xəstəlikdən əziyyət çəkən iddiaçının mənzil probleminin həllini sürətləndirmək məqsədi ilə xoş məram nümayiş etdirərək cavabdehə məktub göndərməsini guya bu iş üzra qabaqcadan pretenziya gaydasının mövcudluğu kimi qiymətləndirmək olduqca ciddi pozuntudur; - ikincisi, müqavilədə bütun mubahisələrin tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilməsini nəzərdə tutan müddəanın olması, gətiyyən o demək deyil ki, pretenziya qaydasi tətbiq olunmalıdir. Ərizəçinin mübahisənin məhkəməyə qədər va ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə etmə vəzifəsi heç vaxt olmayıb və yoxdur, buna görə da, o, iddia ərizəsinə belə sənəd əlavə etmamali idi və etmayib; - üçüncüsü, hakimin öz icraatina qəbul e tdiyi ərizəni bundan az qala 2 ay sonra baxılmamıs saxlaması, əlavə suallar doğurmaqdan başqa, mənzilini uzun müddət ala bilməyən ərizəçini həm daha əlverişsiz vəziyyətə salır, həm də onun xərclərini (dövlət rüsumu) artırır; - həmçinin, belə qərardad həm də məhkəmə təcrübəsinin vahidliyinin pozulması deməkdir, çünki minlərlə, on minlərlə bu kimi ərizələrdə sözü gedən muqavilələrdə tərəflərin əvvəl mübahisələri danışıqlar yolu ilə hasil etməsi barədə müddəalar var, lakin məhkəmələr tamamilə haqlı olaraq danışıqlar və pretenziya məfhumların eyniləşdirmişlər; - bir daha qeyd edir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh təşkilatla danışıqlar aparıb və iddia ərizəsində bu barədə yazıb.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)3124/2023 saylı qəra rdadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-6017/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin şikayətin iddiaçıya münasibətdə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Xumar Mərdanov (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)

8. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavəsinə uğun tərtib edilməmişdir. Belə ki, apellyator tərəfindən verilmiş şikayətdə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməmə sinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllənin 363.1.1, 366.1 və 366.2-ci m addələri ilkə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətə baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti MPM-in 260.6, 267, 268, 269, 361.1, 386, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarının tətbiq edilməsində səhvlər buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, yaxud səhv təfsir etmişdir. Məhkəmənin yol verdiyi prosessual hüquq normaları pozuntuları düzgün qərardadın qəbul edilməməsi ilə nəticələndiyind ən, bu, qərardadın ləğvi üçün əsasdır. Belə ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət vermişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ərizənin baxılmamış saxlanılması haqqında qərardaddan verilmiş şikayəti apellyasiya şikayəti kimi qəbul edib, yanlışlıq da buradan qaynaqlanıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyas iya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

14. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən apellyator tərəfindən verilmiş şikayətdə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin sıralanmaqla göstərilməmə sinə, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin sıralanmamaqla, onların aydın şəkildə izahları verilməməsinə və nəticədə apellyasiya şikayətinin MPM-ə 2 saylı Əlavəsinə uğun tərtib edilməməsinə istinad etmişdir.

18. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir.

19. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardaddan verilmiş şikayətdə iddiaçı iddia ərizəsinin pretenziya qaydalarına əməl edilməməsi əsası ilə baxılmamış saxlanması barədə birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslarla razılaşmamasını konkret dəlillərlə və prosessual hüquq normalarına istinad etməklə göstərmiş, üstəlik, vahid məhkəmə təcrübəsinin pozulmasını da qeyd etmişdir. (bax: 5-ci bənd)

20. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün sayarkən istinad etdiyi halları Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinin tələbləri baxımından əsaslandırmamış, ümumi ifadələrlə yetərlənmişdir.

21. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.

22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli məqsədilə sonrakı prosessual hərəkətlərin edilməsi üçün həm in məhkəməyə qaytarılmalıdır.

23. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6017/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar