Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4219/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X6rşı, iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia barədə iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X6rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə ilk iddiası və “Ucar rayon Mərkəzi Xəstəxanası” X7 İddiaçı qarşı işgüzar nüfuzun müdafiəsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-807/2023 nömrəli, 13 iyul 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1989-cu ildən Ucar Rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləyib. 2. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli, 445 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
3. Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022-ci il tarixli qərarı ilə, iddiaçının vaksini vətəndaşa vurmadan atması barədə məlumat və ona əlavə edilmiş materiallar, iddiaçının cavabdehin işçilərinin ondan 1000 manat rüşvət istəmələri barədə şikayəti, habelə Mehriban Misirovanın vaksin olunduqdan sonra səhhətində kəskin pisləşmə yaranması ilə bağlı şikayəti əsasında toplanmış 63-C-21 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) “Ucar Rayon Mərkəzi Xəstəxanası” X6rşı (bundan sonra – cavabdeh) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021-ci il tarixli, 445 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması, onun xəstəxanada əvvəlki vəzifəsinə bərpa olunması, 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mənəvi ziyana görə cavabdehin bank hesabından 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, heç vaxt işi ilə əlaqədar qaydaları pozmamış, işlədiyi müddətdə heç vaxt rəhbərlik tərəfindən heç bir xəbərdarlıq belə almamışdır. 2021-ci ildən, yəni yanvar ayından vaksinator şöbəsinə kömək etmək üçün rəhbərlik tərəfindən yönəldilmişdir. 3 ay ərzində Ucar rayonu və onun kəndlərində vaksin vurulma kompaniyasında işləmişdir. Vaksin vurularkən çox vaxt vətəndaşların səhhətində olan xəst əliklərlə əlaqədar problemlərlə rastlaşıblar. Belə hallar onu bir tibb bacısı kimi narahat etmiş və qorxutmuşdur. Çünki o, Ucar rayonunda yaşayıb, əhalinin çox hissəsini tanıyıb. Vaksin vurularkən insanlar hər hansı xəstəlikləri barədə bəzən məlumat verməyib, yaxud xəstəlikləri barədə heç özləri belə məlumatsız olublar. 14 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində növbəti vaksin vurulması zamanı X2 vaksin vurmuş və o, özünü pis hiss etmiş, ona ilkin yardım göstərilmiş və özünə gəlmişdir. Sonra M.Misirova ilə gələn X3 da vaksin vurmuş və “Covid” pasportunu imzalayıb kompüter qeydiyyatından keçirib və onları yola salmışdır. Növbəsi başa çatdıqdan bir neçə saat sonra baş tibb qardaşı Lətifov İmran onu öz otağına çağırmış, ona dolu şprisi göstərərək Mehriban Misirovaya vaksin vurmadığı b arədə irad bildirmişdir. Buna etiraz etsə də yalan vədlərlə onu aldadaraq ondan Mehriban Misirovaya guya iynə vurmadığı barədə izahat almışlar. Lakin sonradan bu izahat baş həkimə təqdim edilmiş, nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Əmək kitabçasını isə yalnız 25 may 2021-ci il tarixində ala bilmişdir. Əslində heç bir qəsdə, səhlənkarlığa, etinasızlığa yol verməmiş, hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının ahəngi pozulmamışdır. Qeyd olunan izahatı Lətifov İmranın diktə etdiyi sözlərlə yazılmışdır. Rəhbərlik və Həmkarlar ittifaqı təşkilatı məsələni araşdırmadan onu qanunsuz işdən azad etmək barədə qərar vermişdir. Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilən əsas vəzifələrini həmşə yerinə yetirmiş, heç kimə, cəmiyyətə ya dövlətə zərər yetirməmiş, iş funksiyasını, vəzifəsini 32 ildir ki, məsuliyyətlə yerinə yetirmişdir. Mübahisələndirilən əmrlə xəstəxanada 32 illik iş fəaliyyətinə xələl gətirilmiş, şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna güclü zərbə vurmuşdur. Belə ki, Xəstəxana rəhbərliyi tərəfindən qanunsuz və əsassız olaraq əmək müqaviləsinə xitam verilmiş və onun barəsində cinayət işi qaldırmaq üçün Ucar Rayon Prokurorluğuna müraciət etmişdir. Ucar Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin rədd edilməsi barədə qərar çıxarmışdır. Ona vurulan mənəvi ziyanı 20.000 manat qiymətləndirir.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək cavabdehin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq iddiaçıdan 10.000 manat məbləğində pulun alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ucar rayon Prokurorluğuna müraciət edərək, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 baş tibb qardaşı İmran Lətifovun və hüquqşünası Pakizə Ələsgərovanın ondan işdə qalması müqabilində baş həkimə vermək üçün 1000 manat rüşvət istəmələrini bildirmişdir. İddiaçının bildirdikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
8. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İmran Lətifovun və Pakizə Ələsgərovanın 1000 manat tələbi barədə prokurorluğa ərizə versəydi, həmin gün prokurorluqdan pul alıb onlara verər və beləliklə 1000 manat tələbi təsdiq olunardı. Lakin birinci dəfə xəstəxananın adına və nüfuzuna xələl gəlməsin deyə İmrana inanıb onun diktəsi ilə “izaha t” yazmışdır. İmran Lətifova və Pakizə Ələsgərovaya 1000 manat vermədiyi üçün, onlar yalan, saxta akt və izahat barədə baş həkim Zeynal Bayramlını aldatmış, barəsində saxta yolla tərtib etdikləri sənədləri 21 may 2021-ci il tarixdə Ucar Rayon Prokurorluğuna göndərmişlər.
9. Cavabdeh ilkin iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı özü iddia ərizəsində əmək kitabçasını xx.xx.2021-ci il tarixdə aldığını etiraf etmiş, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
10. İşə baxılarkən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin iddiaya etiraz edərək bildirmişdir ki, M.Misirovaya vurulmalı olan vaksin vurulmamış şəkildə 2 qramlıq şprisd ə ucunda iynə qapaqsız şəkildə tibbi tullantı qutusunda baxış zamanı aşkar edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş M.Misirovanın izahatından məlum olduğu kimi, o da etiraf etmişdir ki, iddiaçı vaksin iynəsi vurmadan onun qolundan çıxarmışdır və xahiş etmişdir ki, iddiaçı cəzalandırılmasın. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı vəzifə öhdəliklərini pozması ilə bərabər, hətta bu hərəkətləri ilə Agentliyin simasında dövlətin dünya üzərində yayılmış “COVİD-19” yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında ifadə olunan qanuni mənafelərinə qəsdən maddi və mənəvi zərər vurmuşdur.
11. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(063)-32/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Hilal Xəlilov) ilk iddia qismən təmin olunmuş, cavabdehin iddiaçının işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 öz vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işinin başlamasının rədd edilməsi barədə qərarla iddiaçının “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 baş tibb qardaşı İmran Lətifov və qeyrilərinin işdən çıxarılmaması müqabilində ondan 1000 manat rüşvət istəmələri və sair barədə göstərmiş olduğu xüsusatlar; habelə iddiaçının 14 aprel 2021-ci il tarixdə, saat 11:35 radələrində X2 vurulmalı olan vaksini vətəndaşa vurmadan tibbi tullantı qabına atması barədə cavabdehdən daxil olmuş məlumatda göstərilən xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır.
13. X1 adına tərtib edilmiş məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyində isə qeyd olunmuşdur ki, M.Misirovaya vaksin inyeksiyasının vurulmasından öncə anamnezinə əsasən onda olan xəstəliklər müvafiq müayinələr keçir ilməklə hansı mərhələdə olduğu müəyyən edildikdən sonra vaksinin vurulub-vurulmamasına dair qərar verilməli olduğu halda, vaksinin icra edilməsinə göstəriş verən həkim tərəfindən buna əməl edilməsə də, qeyd olunanlar M.Misirovanın sağlamlığına mühüm zərər vurmamışdır.
14. Göründüyü kimi iddiaçının əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, buna görə də işdən azad edilməsinin hüquqi əsası yoxdur. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Buna görə də, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməlidir. Həmçinin, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edildiyindən, o əvvəlki vəzifəsinə bərpa edilməli və onun məcburi i şburaxmaya görə əmək haqqı tələbi də təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 29 iyun 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiası və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə poçt vasitəsi ilə məhkəməyə göndərdiyi növbəti iddia ərizəsi 12 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da müəyyən olunur ki, iddia müddəti buraxılmamışdır.
16. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iddiaçı hüququnun pozulması nəticəsində 20.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə təzminatın 20.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddət ində təqdim etməmişdir.
17. Həmçinin cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyə bilən məlumatı geniş kütlə arasında yayması cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması, habelə bunun nəticəsində cavabdehin işgüzar nüfuzuna zərər vurulması məhkəmə iclasında sübuta yetirilməmişdir.
18. Ona görə də ilkin iddianın mənəvi zərər hissəsi və qarşılıqlı iddia təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Əmək Məcəlləsinin 70, 292, 294, 296, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 4.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edi lməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 nömrəli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin mənəvi ziyanın təmin edilməməsi hissəsində təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin lə ğv edilməsi barədə sənədlərin cavabdeh tərəfindən prokurorluğa göndərilməsi onun rayonda olan qohumlar, tanışlar arasında, 32 il işlədiyi kollektivdə şərəf və ləyaqətinin alçaldılmasına, sarsıntı, iztirab keçirərək səhhətinin pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, işləmədiyinə görə banka olan kredit borcunu ödəyə bilməmiş və bu barədə şifahi şəkildə birinci instansiya məhkəməsinə bildirmişdir. Həbs olunmaq qorxusu altında çəkdiyi stress, iztirab, əzablar hər hansı sübutla təsdiq oluna bilməz.
22. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı öz ü iddia ərizəsində qeyd etdiyi kimi, işdən çıxarılması barədə əmrin imzalandığı gün, yəni 19 may 2021-ci il tarixində artıq onun əmrdən xəbəri olmuşdur. Beləliklə, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün 19 may 2021-ci il tarixidir, bu işin mübahisəsiz halıdır. İş materiallarından isə məlum olur ki, iddia ən yaxşı halda 17 iyul 2022-ci il tarixdə (iddia ərizəsinin imzalanma tarixi) irəli sürülüb. Bu isə onu deməyə əsas verir ki, 1 aylıq iddia müddəti ötürülmüşdür. İstintaq orqanının cinayət işi üzrə qəbul edilmiş qərarları mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. İddiaçı qeyd edilən izahatı onunla qərəzli münasibətdə olan baş tibb qardaşı İmran Lətifovun təkidi ilə yazdığını bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin məhkəmə Mehriban Misirovanın izahatına qiymət ve rməmişdir. Məhkəmə nəzərə almamışdır ki, rüşvət istəmək barədə məlumatlar rüşvət istəməsi iddia olunan şəxs haqqında cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslar arasında mənfi rəy yaradır. Belə böhtan xarakterli məlumatların prokurorluğun, məhkəmənin, xüsusən xəstəxananın əməkdaşları xəbər tutmuşlar ki, bu da həmin məlumatların geniş kütlə arasında yayılması hesab oluna bilər. Xəstəxana hüquqi şəxsdir, hüquqi şəxsin işçilərinə atılmış böhtan xarakterli məlumatların onun işgüzar nüfuzuna ziyan vurması şübhəsizdir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(107)-1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, M.Misirovaya “COVİD-19” virusuna qarşı vaksin vurulması xüsusi biliyə malik olan ekspertin Ucar rayon Prokurorluğuna 63-C-21 nömrəli material üzrə təqdim etdiyi 737/KEŞ saylı rəyi ilə təsdiq olunur. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçı əmək funksiyalarını və (və ya) əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir, “COVİD-19” virusuna qarşı vaksin M.Misirovaya vurulmuşdur. Bunun əksini iddia edən mötəbər sübutları cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi əsassızdı r. Müzakirə olunan hissədə iddiaçının iddiası və həmin tələbdən irəli gələn digər tələblər (əmək kitabçasındakı qeydin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi) əsaslıdır. Həmin hissələrdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməsi, yəni M.Misirovaya vaksin vurulması məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda, cinayət təqibi orqanının qəbul etdiyi qərarın məhkəmələr üçün preyudisial xarakter daşımaması barədə cavabdehin dəlili tərəflər arasındakı mübahisənin həllində əhəmiyyət kəsb etmir.
27. Apellyasiya instansiya məhkəməsi iddiaçı tər əfindən ilk iddianın irəli sürülməsi üçün iddia müddətinin ötürülməsi barədə dəlili ilə bağlı bildirmişdir ki, həmin dəlil də əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, iddiaçı əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almışdır. Belə olan halda, iddiaçıya münasibətdə iddia müddətinin axımının başlandığı tarix - xx.xx.2021-ci il, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə müddətin bitdiyi tarix xx.xx.2021-ci ildir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə, iddia ər izəsi bir neçə dəfə iddiaçının özünə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanları ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır.
28. Məhkəmə ilkin iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, hazırkı halda iddiaçı ona dəymiş mənəvi zərər nəticəsində onun mənəvi sarsıntılara, iztirab keçirməsinə səbəb olub-olmamasını əsaslandıra bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddiaçının müraciəti əsasında dövlət orq anı tərəfindən aparılmış araşdırma nəticəsində müraciətdə göstərilənlərin öz təsdiqini tapmaması cavabdehin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilməməlidir. Çünki iddiaçının müvafiq dövlət orqanına müraciət etməsinin məqsədinin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarının realizə edilməsi deyil, qəsdən cavabdehə zərər vurması, yəni hüquqdan sui-istifadə etməsi iş materialları ilə təsdiq edilmir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 83.2, 292.1, 294.1, 296.3, 300.1-ci, Mülki Məcəllənin 21.1, 23.1, 23.2, 23.4-cü, MPM-in 14.2, 77.1, 217, 384.0.1-ci, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 5.3, 7.1, 12.10-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, G.Abdulovanın iddiasının təmin edilməməsi, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X5rşılıqlı iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini, iddianın ”mənəvi ziyan” hissəsində tam təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1181/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseynov sədrlik edən, məruzəçi, Z.Babayev və Ə.Nurməmmdov) İddiaçı kassasiya şikayəti təmin olunmamış, cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1131/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən – ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrində dəyişdirilmədən saxlanılması qərara a lınmışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə işçinin məhkəməyə müraciət etməsi üçün onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aylıq qısaldılmış iddia müddəti müəyyən etmişdir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Baxılan iş üzrə iddiaçının işdən azad olunduqdan sonra əmək kitabçasını 25 may 2021-ci il tarixdə aldığı işin mübahisəsiz halıdır. Hazırkı iddia ərizəsi iddi açı tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış və birinci instansiya məhkəməsinə həmin tarixdə daxil olmuş, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. İşə baxılarkən cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərzə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
36. Məhkəmələr iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi barədə qənaətə gəlmiş və bu mövqeyi onunla əsaslandırmışlar ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə, yəni bir aylıq müddətə riayət etməklə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə, iddia ərizəsi bir neçə dəfə iddiaçının özün ə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanları ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən müraciət etmişdir. Məhkəmələr qeyd olunanlara əsasən hesab etmişlər ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır.
37. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
38. Maddənin məzmunundan göründüyü kimi istənilən iddianın deyil, məhz “müəyyənləşdirilmiş qaydada” iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir. İddia ərizəsinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə t ənzimlənir. Məhkəmə verilmiş iddianın həmin qanunvericiliyin tələblərinə uyğun irəli sürülməmiş (tərtib olunmamış) və bu əsasla qeyri-mümkün hesab edilmiş iddia ərizəsi iddia müddətinin axımını kəsən hal kimi qəbul edilə bilməz.
39. Baxılan iş üzrə iddiaçı tərəfindən iddia müddəti çərçivəsində verilmiş iddia ərizəsi məhz prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə məhkəmə tərəfindən geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonrakı iddia ərizələri də eyni əsasla geri qaytarılmış, nəhayət müəyyənləşdirilmiş qaydada iddia məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim olunmuşdur.
40. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə uy ğun verilməmiş və bu əsasla geri qaytarılmış iddianı həmin maddənin mənasında müəyyənləşdirilmiş qaydada verilmiş iddia kimi qiymətləndirmişdir.
41. Bununla yanaşı, birinci və apellyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə istinad etməsə də, ilkin iddianın təmin olunmuş hissəsini, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022ci il tarixli qərarında müəyyən edilmiş hallara istinadla əsaslandırmışlar.
42. Qeyd olunmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qən aət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bununla yanaşı, istinad olunan halların preyudisial əhəmiyyətə malik olmaması həmin sənədlərin sübutlardan biri kimi tərəflərin iş üzrə verdiyi izahat və digər sübutlarla birlikdə məcmu şəkildə qiymətləndirilməsinə mane olmur.
43. Lakin hazırkı işə baxılarkən işdə iştirak edən şəxslər tərəfindən Ucar Rayon Prokurorluğunun 28 yanvar 2022-ci il tarixli qərarının qəbul olunmasına əsas olmuş hər hansı sənədlər (sübutlar) təqdim edilməmiş, rədd materiallarının tələb olunması barədə vəsatət qaldırılmamış, məhkəmə yalnız qeyd olunan qərar əsasında işin hallarını müəyyən etmiş və iş üzrə müəyyən nəticələrə gəlmişdir.
44. Baxılan işin digər mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının işdən azad edilməsinə əsas olmuş had isənin baş verdiyi gün iddiaçı tərəfindən yazılmış izahatda onun vaksini pasiyentə vurmadan təhlükəsizlik qutusuna tulladığı, əməlindən çox peşman olduğu qeyd edilmişdir. İddiaçı sonradan həmin izahatı aldadılaraq və tibb qardaşının diktəsi ilə yazdığını (imzaladığını) bildirmişdir.
45. Lakin birinci və apellyasiya instansiyası məhkəməsi surəti iş materiallarına əlavə edilmiş həmin izahata və onun yazılma şəraiti ilə bağlı iddiaçının dəlillərinə qiymət verməmişdir.
46. Halbuki MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1 və 88-ci maddələri).
47. Bu baxımdan əgər məhkəmə işdə iştirak edən şəxslərin təqdim etdikləri sübutları qəbul edərək iş materiallarına əlavə edibsə, həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir. Eyni zamanda MPM-in 76.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin məhkəmədən kənar verdikləri yazılı izahatlar da yazılı sübut növlərindən bir i kimi çıxış edir. Əgər tərəflərdən biri qarşı tərəfin istinad etdiyi məzmunda izahat verdiyini, belə izahatı imzaladığını mübahisələndirmirsə və ya bu hal mötəbər sübutlarla təsdiq olunursa, həmin izahatın onun iradəsini ifadə etmədiyi barədə ağlabatan dəlillər irəli sürmək və ya sübutlar təqdim etmək vəzifəsi müvafiq tərəfin üzərinə düşür. d). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
48. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-807/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) cavabdeh “Ucar rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli 2(063)-32/2022 saylı qətnaməsi ilk iddianın tə min edilmiş hissəsində ləğv edilərək həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia ərizəsi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 İddiaçı işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 üzərinə qoyulması, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 öz iş vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi hissəsində də təmin edilməmişdir.
49. Apellyasiya instansiyası məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilk iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsasla ndırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
50. İddiaçının işdən azad olunduqdan sonra əmək kitabçasını 25 may 2021-ci il tarixdə aldığı işin mübahisəsiz halıdır. Hazırkı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə imzalanmış və birinci instansiya məhkəməsinə həmin tarixdə daxil olmuş, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilməmişdir. İşə baxılarkən cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
51. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldü kdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
52. Maddənin məzmunundan göründüyü kimi istənilən iddianın deyil, məhz “müəyyənləşdirilmiş qaydada” iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir. İddia ərizəsinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə verilmiş iddianın həmin qanunvericiliyin tələblərinə uyğun irəli sürülməmiş (tərtib olunmamış) və bu əsasla qeyri-mümkün hesab edilmiş iddia ərizəsi iddia müddətinin axımını kəsən hal kimi qəbul edilə bilməz. Baxılan iş üzrə iddiaçı tərəfindən iddia müddəti çərçivəsində verilmiş iddia ərizəsi məhz prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə məhkəmə tərəfindən geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonrakı iddia ərizələri də eyni əsasla geri qaytarılmış, nəhayət müəyyənləşdirilmiş qaydada iddia məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim olunmuşdur. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir.
53. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. İddiaçı G.Abdulova kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
57. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
58. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
59. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
60. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ü zrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
61. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
62. Maddə 296 (1). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
63. Maddə 296 (2). Bu maddənin birinci hissə sində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
64. Maddə 296 (3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
65. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi ə mək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
66. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddia sı üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Belə ki, məhkəmələr tərəfindən müəyyən olun an işin hallarına görə iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmiş, əmək kitabçası ona xx.xx.2021-ci ildə verilmişdir.
76. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi barədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.
77. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
78. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
79. İddiaçı onunla əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almış, lakin hazırki iddia ərizəsini xx.xx.2021-ci il tarixdə vermişdir. Yəni iddiaçı iddia vermə müddətini ötürmüşdür.
80. Kassatorun iddia müddətinin üzürlü səbəblərdən buraxılması barədə dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir münasibət bildirməməsi barədə dəlilləri əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi iddiaçının müddəti üzürlü səbəbdən buraxıldığı barədə dəlillərinə qiymət verərək bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı iddia müddətinin ötürüldüyünü bilmiş, lakin bununla bağlı iddia müddətinin ötürülməsinin üzrlü sayılmasını xahiş etməmiş və bu barədə məhkəməyə müvafiq ərizə və ya vəsatətlə müraciət etməmişdir. Bunun əksini təsdiq edən sübutlar iş materiallarında yoxdur. İddiaçının yalnız birinci instansiya məhkəməsindəki icraat zamanı belə bir müraciəti olduğu, məhkəmə tərəfindən nəzərə alınmadığı və ya münasibət bildirilmədiyi təqdirdə, bu dəlil apellyasiya icraatının müzakirə predmeti ola bilərdi.
81. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır.
82. Kassator həmçinin bildirmişdir ki, iddia ərizəsinin 17 iyul tarixdə deyil, 17 iyun 2021-ci il tarixdə poçtla məhkəməyə göndərmişdir və bu barədə poçt qəbzini kassasiya şikayətinə əlavə edir.
83. Kassatorun bu dəlili əsasszıdır. Belə ki, hazırda baxılan iddia ərizəsindən görünür ki, iddia ərizəsindı tərtib olunma tarixi xx.xx.2021-ci il yazılmışdır. İddia ərizəsinin göndərildiyi zərfdə poçta daxil olma tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Bu halda iddiaçının hazırda baxılan iddia ərizəsini 17 iyun 2021-ci il tarixdə verdiyinə dair dəlilləri qəbul edilə bilməz.
84. Xüsusilə də iddiaçının birinci iddia ərizəsinin məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olması nəzərə alınarsa, iddiaçının kassasiya şikayətinə əlavə etdiyi xx.xx.2021-ci il tarixə aid poçt qəbzinin xx.xx.2021-ci ildə daxil olmuş iddia ərizəsinə aid old uğu barədə nəticəyə gəlmək mümkün deyildir.
85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
86. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəli lləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
87. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-807/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.