Məhkəmə qərarları › İş №2(102)-4221/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4221/2020

25.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4221/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh vəkili X3, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(103)2505/2020 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin kas asiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(103)2505/2020 saylı qərardadı ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. Üçüncü şəxs qərardaddan kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “ödənilmiş orta aylıq əmək haqqının beş misli miqdarında müavinətin ödənilməyən hissəsinin tutulması” barədə iddiası təmin edilərək, cavabdeh təşkilatdan 3.585,22 manat məbləğində müavinətin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, cavabdeh təşkilatdan 3.585,22 manat məbləğində müavinətin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən kasasiya şikayəti vermişdir. Eyni zamanda işdən görünür ki, cavabdeh təşkilatın apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsasl ılığı tam yoxlanıldıqdan sonra 20 noyabr 2019-cu il tarixdə üçüncü şəxs də qətnamədən apelyasiya şikayəti vermiş və Bakı şəhəri, Səbail rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən prosessual normaların tələblərini pozmuşdur. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXS LƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh vəkili Hafiz Məmmədov, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Bayram Məhərrəmov və vəkili Ruslan Mustafayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərin i hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya nı qeyri-mümkün hesab edərkən, cavabdeh təşkilatın apelyasiya şikayətinə əsasən qətnamənin əsaslılığının tam yoxlanılmasına və prosessual qanunvericiliyə görə həmin qətnamənin yenidən yoxlanılması üçün prosessual əsasların olmamas ına istinad edib və hüquqi mövqeyini MPM-nin 402, 403-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, cavabdeh təşkilatın apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsin in mənasına görə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi prosessual qanunvercilikdə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilib. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun h ansı hissədə mübahisələndirilməsindən, apelyasiya şikayətinin qətnamənin ləğvinə yönəlibyönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, apelyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsinə yönəlməsi; ikincisi, mübahisənin predmetinin bölünən olması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olunması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apelyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apelyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Apelyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə- birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiya nın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Burada apelyasiya nın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apelyasiya nın mümkünlüyü üçün əsasların olmaması dedikdə- işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı bir dəfə cavabdeh təşkilatın apelyasiya şikayətinə əsasən tam yoxlanıldığından və hazırda həmin qətnamədən cavabdeh təşkilat tərəfindən kasasiya şi kayəti verildiyindən, üçüncü şəxsin artıq yoxlanılmış qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi üçüncü şəxsin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmış qətnamədən verilmiş apelyasiya şikayətinə yenidən baxılması üçün əsas ola bilməz. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alaraq kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kasasiya şikayət inin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(103)-2505/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar