Məhkəmə qərarları › İş №2(102)-4222/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4222/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4222/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 XXXoğlu və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 XXXoğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-7072/2019, hakim F.H.Qasımov) İddi açı ASC-nin Cavabdeh1 XXXoğlu və X1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 7084,82 ABŞ dolları məbləğində əsas, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 7184,82 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi və tutmanın Cavabdeh1 məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə edilmiş pul vəsaiti hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, avtomobilin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi i lə (iş № 2(103)-997/2020, hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh1 XXXoğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 XXXoğlu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən illik faiz dərəcəsi 17 % olmaqla, 60 ay müddətinə 21000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 XXXoğluna məxsus avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bankla X2 arasında zaminlik müqaviləsi b ağlanmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Abdullayevə Laləzər Səlimxan qızından kredit müqaviləsi üzrə 7084,82 ABŞ dolları əsas, 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 9084,82 ABŞ dolları məbləğində məbləğdə borcun, dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, həmin pul kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instan siya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun borclu və zamindən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və mi qdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, kreditor kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit razılaşmaları üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmiş, nəticədəxx xxxx 2019-cu il tarixə banka 7084,82 ABŞ dolları əsas, 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 9084,82 ABŞ dolları məbləğində borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb olunan cərimənin məbləğini 100 ABŞ dolları müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun düzgün hesablanmadığını göstərsə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə dəlillərini əsaslandıran heç bir sübuttəqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya i nstansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar