Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4223/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: zaminliyə xitam verilməsi, iddianın yolverilənliyi (mümkünlüyü), iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2800/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – borcalan) arasında bağlanmış 04.06.2013-cü il tarixli, 101-28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən Bank borcalana 36 ay müddətinə illik 17% ödəmək şərti 3.416.000 manat kredit vermişdir. Borcalanın Bank qarşısında öhdəliyinin icrası məqsədilə Bank ilə X7 arasında 30.05.2013-cü il tarixdə, Bank ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 04.06.2013-cü tarixdə zaminlik müqavilələri bağlanmışdır. X1, iddiaçıya və borcalana qarşı “kredit müqaviləsi üzrə borcun t utulması, tutmanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 nömrəli iş üzrə 12.06.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər (borcalan) "xxxx" MMC-dən, (zamin) X4 və (zamin) İddiaçı müştərək qaydada 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.631.615 manat əsas, 649.657,57 manat faiz, 50.000 manat cərimə olmaqla, cəmi 3.331.272,57 manat borcun tutularaq Banka ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6527/2019 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 12.12.2019-cu il tarixli qətnaməsi ilə X5 Banka qarşı iddiası təmin edilmiş, həmin tərəflər arasında bağlanmış 30.05.2013-cü il tarixli, 101-HFS-28432/2 saylı zaminlik müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla aralarında bağlanmış 04.06.2013-cü il tarixli, 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinin 1.2ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik Bankla borcalan arasında bağlanmış 04.06.2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən, borcalan götürdüyü 3.416.000 manat kreditin hesaba daxil oldu ğu gündən etibarən 36 ay müddətinə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsində göstərilir ki, kredit xətti 01.07.2016-cı il tarixə qədər açılır. İddiaçının təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 01.07.2016-cı il tarixdən etibarən 1 il ərzində Bank tərəfindən zaminə qarşı heç bir iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməsi üçün əsas yaranmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Bankın nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, Bank zaminlərə və borcalana qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.04.2016-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 12.05.2016-cı il tarixli qərardadı ilə İddiaçı mülki işin baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Məhkəmənin 11.10.2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmin işə 2019-cu ilə kimi baxılmış və iş üzrə qətnamə qəbul olunmuşdur. Beləliklə, Bank kredit və zaminlik müqaviləsinin müddətinin 01.07.2016-cı il tarixdə bitməsinədək, yəni 15.04.2016-cı il tarixdə borcalana və zaminlərə qarşı tələb irəli sürmüşdür və zamin İddiaçı bundan məlumatı olmaqla, həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət də vermişdir. Hesab edir ki, iddiaçı ilə Bank arasında bağlanmış 04.06.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, iddia rədd edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-833/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Bank tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsinin müddətinin 01.07.2016-cı il tarixdə bitməsinə kimi, yəni 15.04.2016-cı il tarixdə borcalana və zaminlərə qarşı tələb irəli sürmüşdür və zamin İddiaçı bundan məlumatı olmaqla, həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət də vermişdir. Məhkəmə hesab etmişdir ki, zaminlik müqaviləsinin müddəti bitənədək Bank borcalana və zaminlərə qarşı tələb irəli sürdüyünə görə, zamin İddiaçı ilə Bank arasında bağlanmış 04.06.2013- cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 470.1, 477.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq kredit xətti müqaviləsi üzrə kredit xətti 01.07.2016-cı il tarixinə qədər açılmışdır. Beləliklə, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 01.07.2016-cı il tarixdən etibarən 1 il ərzində cavabdeh tərəfindən ona qarşı heç bir iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməsi üçün əsas yaranmışdır. Qətnamədə işin faktiki halları düzgün göstərilməmişdir. Belə ki, qətnamədən belə bəlli olur ki, guya əsas borc tələbi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(001)-131/2019 nömrəli qətnaməsi cavabdehin 15.04.2016-cı il tarixli iddia ərizəsi əsasında qəbul edilmişdir, yəni həmin işə birinci instansiya məhkəməsində 3 il ərzində baxılmışdır. Halbuki, istinad olunan qətnamə cavabdehin 14.07.2017-ci il tarixli iddia ərizəsi əsasında qəbul olunmuşdur. Həmin iddia ərizəsi irəli sürülərkən isə artıq zaminə qarşı iddia irəli sürmək üçün müddət ötürülmüşdür. Qeyd olunan fakt Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş 12.12.2019cu il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Həmin qətnamə ilə eyni borcla bağlı zaminlik müqaviləsinin tarixi, tələbin irəli sürülmə müddəti və sair kimi bütün detalları onunla tamamilə üst-üstə düşən di gər zaminin zaminlik müqaviləsinə xitam verilmişdir. Xitam verilərkən əsas iş üzrə iddia ərizəsinin 14.07.2017-ci il tarixində verilmiş olmasına və buna görə də, zaminə qarşı iddia irəli sürmək üçün müddətin ötürülmüş olmasına istinad olunmuşdur. Hazırda isə cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinin tələbi pozulmaqla özünün də iştirak etmiş olduğu iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş fakt mübahisələndirilmiş və nəticədə eyni bir fakt məhkəmələrin iki fərqli qətnaməsində iki fərqli formada öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2800/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tar ixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə münasibətdə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Mülki Məcəllənin 477.0.4-cü, MPM-in 82.3-cü maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, MPM-in 217-ci maddəsinə zidd olaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsində qeyd olunmuşdur ki, kassasiya şikayətin in dəlillərinin hüquqi əsası yoxdur, məhkəmənin qətnaməsi tamamilə qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgündür. Kassatorun istinad etdiyi digər iş hazırkı iş üçün preyudisial xarakter daşımır. Belə ki, həmin işdə tərəflər X2 olmuşdur. İddiaçının zaminlik müqaviləsi həmin işdə mübahisə predmeti olmamış və o, tərəf qismində işə cəlb edilməmişdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehin vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 470.1. və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MPM Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə... Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Maddə 387.2. Şikayətin dəlillərində n asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddia nın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir....İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 nömrəli iş üzrə 12.06.2019-cu il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, cavabdehlər (borcalan) "xxxx" MMC-dən, (zamin) X4 və (zamin) İddiaçı müştərək qaydada 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.631.615 manat əsas, 649.657,57 manat faiz, 50.000 manat cərimə olmaqla, cəmi 3.331.272,57 manat borcun tutularaq Banka ödənilməsi qət edilmişdir. Həmin iş üzrə Bank İddiaçı qarşı iddia tələbini aralarında 04.06.2013-cü tarixdə bağlanmış zaminlik müqaviləsi ilə əsaslandırmışdır. Hazırkı iş üzrə isə iddiaçı həmin müqaviləyə müddət keçdiyinə görə xitam verilməsini xahiş edir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit və zaminlik müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Həmin işin məhkəmənin icraatında olması ilə əlaqədar olaraq hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını, həmin iş üzrə iddianın əsası isə hazırkı iş üzrə Bankın etirazının əsasını təşkil e tmişdir. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblər ə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsasını təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc və ya zaminlik müqaviləsinin bağlanıb-bağlanmadığını, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilib-verilmədiyini müəyyən etmək vəzifəsi daşıyır. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi, öhdəliklərə xitam verilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın predmeti iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli s ürməsi prosessual qənaət prinsipinə zidd olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır. Eyni zamanda əgər həmin işə müqavilə tərəfi olan cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən baxılmışdırsa həmin şəxsin qeyd olunan əsasla qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüququ yaranır. MPM-in 387.2.2-ci maddəsinə əsasən belə halın mövcud olması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-in prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edən mühüm institutlarından biri də əlaqəli işlərin bir icraatda birləşdirilməsidir. Belə ki, MPM-in 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraa tında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iş ə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan prosessual hüquq normalarının tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2800/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4223/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4223/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver