Məhkəmə qərarları › İş №2(102)-4225/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4225/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4225/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkili X3, Cavabdeh1 vəkili X2 iştirakı ilə, İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-24/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhə ri, Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 2 (005)578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “X14 Azərbaycan” QSC-nin iddiası qismən təmin edilərək cavabdehlər (borclu) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “X14 Azərbaycan” QSC-nin xeyrinə 398033,38 ABŞ əsas kredit borcu, 17389,36 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 415722,74 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə, 11 manat cavabdehlərə göndərilmiş bildiriş (pretenziya) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınması barədə elektron müraciətə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 kvadrat metr, əsas sahəsi 1753,9 kvadrat metr, köməkçi sahəsi 841,2 kvadrat metr olan, Göygöl rayonu, Gəncə-Qazax yolunun 8-ci km-də yerləşən qeyriyaşayış (mebel mağazası) binasına və Cavabdeh1 məxsus olan 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 kvadrat metr olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Cavabdeh2 məxsus olan 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 kvadrat metr, əsas sahəsi 1753,9 kvadrat metr, köməkçi sahəsi 841,2 kvadrat metr olan, Göygöl ray onu, Gəncə-Qazax yolunun 8-ci km-də yerləşən qeyri-yaşayış (mebel mağazası) binasının açıq hərracda ilkin satış qiymətinin 600000 manat, Cavabdeh1 məxsus olan 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 kvadrat metr olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinin açıq hərracda ilkin satış qiymətinin 650000 manat müəyyən edilməsi, qeyri-yaşayış (mebel mağazası) binası və əmlak kompleksinin satılması və ondan əldə ediləcək vəsaitin iddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, qeyri-yaşayış ( mebel mağazası) binası və əmlak kompleksi hərracdan satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oranı tərk etmələri, iddia tələbinin qalan hissədə təmin olunmaası qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)5198/017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh “X14 Azərbaycan” QSC-yə qarşı 20604/01 nömrəli, xx xxxxxx 2015-cı il tarixli Cavabdeh2 ilə “X14 Azərbaycan” QSC arasında bağlanmış kredit xəttinin açılması barədə kredit müqaviləsinin və onlara dair bağlanmış xx xxxx 2015-ci il tarixdə 1 saylı və xx xxxxx 2015-ci il tarixdə bağlanmış 2 saylı sazişlərin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, həmin öhdəliklərə Cavabdeh1 aid hissədə xitam verilməsi, müqavilələrin Cavabdeh1 aid hissədə ləğv edilməsi, 20604/01 nömrəli, xx xxxxxx 2015-cı il tarixli Cavabdeh1 və “X14 Azərbaycan” QSC arasında bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik müqaviləsinə və zaminlik üzrə öhdəliklərə xitam verilməsi, 20604/01 nömrəli, xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsi üzrə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksinin üzərindən ipoteka yüklülüyünün götürülməsi, Azərbaycan Respublikası DƏDRX-in Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX № ******* saylı çıxarışın ləğv edilməsi, pozulmuş hüququn bərpası üçün sərf edilmiş 30 manat dövlət rüsumu, 11,50 manat (etibarnamə), hüquqi xidmətdən istifadə edilməsinə dair ödənilmiş 30 manat, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməsinə sərf edilmiş 34,50 manat və iddiaçıya dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdeh “X14 Azərbaycan” QSC-dən tutularaq ona verilməsi barədə iddia tələbləti rədd edilmişdir. Hər iki qətnamədən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Cahangir Yusifov, İlham Əhmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəri manov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X14 Azərbaycan” QSC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən əlavə olaraq müştərək qaydada dövlət büdcəsinə 290 manat ekspertiza xərcinin tutulması müəyyən edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbləri: İddiaçı “X14 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 398033,38 ABŞ dolları əsas kredit borcunun, 17389,36 dolları əsas məbləğə hesablanmış faiz borcunun, 1414,96 dollar hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 419837,70 dollar məbləğində borcun və cavabdehlərə göndərilmiş pretenziya və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş 11 manat poçt xərcləri, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınması barədə elektron müraciətə görə çəkilmiş 30 manat xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə banka olan borcun cavabdehlərdən alınması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 kvadrat metr, əsas sahəsi 1753,9 kvadrat metr, köməkçi sahəsi 841,2 kvadrat metr olan, Göygöl rayonu, Gəncə-Qaxaz yolunun 5-ci km-də yerləşən qeyri-yaşayış (mebel mağazası) binasına və Cavabdeh1 məxsus olan 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 kvadrat metr olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razıla şdırılmış Cavabdeh2 məxsus olan əmlaka görə 600000 manat və Cavabdeh1 məxsus olan əmlaka görə 650000 manat müəyyən edilməklə açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklann satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə həmin sahələrin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və «X14 QSC-yə qarşı «zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Cavabdeh2 “X14 Azərbaycan” QSC ilə xx xxxxxx 2015-ci 11 tarixində bağladığı 14/01 nömrəli kredit müqaviləsinə əsasən 600000 Azərbaycan manatı məbləğində kreditlə bağlı Borcalanın (Cavabdeh2) Borcverən (“xxxx” QSC) qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək tam birgə məsuliyyət daşımağı öz üzərinə götürməsi barədə zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin mühüm şərtlərindən biri kredit məbləğinin 600000 Azərbaycan manatı olması idi. Həmin müqaviləyə əsasən Borclunun Borcverəndən 600000 Azərbaycan manatı məbləğində kredit götürməsi, onun faizlərlə ödənilməsi müəyyən edilmişdir. Həmin öhdəliklərin icrasının təmin etmək üsulu kimi iddiaçıya məxsus və şəxsi mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi saəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksi ipoteka müqaviləsinə əsasən “xxxx” QSC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh2 mütəmadi olaraq ödəniş etmiş və kreditin bir hissəsini banka geri qaytarmışdır. Lakin iqtisadi böhran sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərdiyindən ödənişlərdə problemlər yaranmış, ödənişlərin vaxtlı-vaxtında ödənilməsi mümkün olmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-578/2017 saylı qətnaməsinə əsasən zamin olması nəzərə alınaraq ipoteka ilə yüklü edilmiş əmlakının satışa çıxarılması və borclu ilə birlikdə banka 415722,74 ABŞ dolları məbləğində pul ödəməsi qət edilimişdir. Hazırki məzənnəyə əsasən qeyd edilən məbləğ ortalama 706728,68 manat təşkil edir. Qeyd edilən qətnamə iddiaçının hüququnun pozulması ilə qəbul olunmuş və mövcud qanunvericiliyin tələblərinə ziddir. İddiaçı xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, iddiaçı borclu Cavabdeh2 “X14 Azərbaycan” QSC qarşısında 600000 Azərbaycan manatı məbləğində aldığı kreditin ödənilməsinə dair zamin olmuş, müqavilənin digər şərtlərindən xəbəri olmamış, lakin bank iddiaçıdan ona məlum olmayan səbəblərə görə bir müddət ödəniş edilməsinə baxmayaraq, 415722,74 ABŞ dolları məbləğində pul ödəməsini tələb etmişdir. Qeyd edilənlər iddiaçının zamin qismində öz üzərinə götürdüyü 600000 Azərbaycan manatının ödənilməsi öhdəliyinə nə kimi aidiyyəti olması məlum deyil. Zaminlik müqaviləsində kreditin məbləği manatla qeyd edildiyi halda Bankın zamindən ABŞ dolları ilə ödəniş olunmasını tələb etməsi əsassızdır. Zam inlik müqaviləsində mühüm şərt hesab edilən konkret rəqəm 600000 manat göstərilmişdir. Sonradan məlum olduğu kimi, iddiaçının xəbəri olmadan borclu və borcverən arasında yeni müqavilələr bağlanmışdır. Nəticədə müqavilə şərtlərinin dəyişdirilməsi nəinki iddiaçının məsuliyyətinin artmasına və əlverişsiz nəticəyə, hətta mülkiyyətindən məhrum olmaq kimi təhlükənin yaranmasına səbəb olmuşdur. Belə ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən sonra iddiaçıya məlum olub ki, bank ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il və xx xxxxx 2015-ci il tarixlərində yuxarıda qeyd edilmiş kredit müqaviləsinə əsasən iki əlavə saziş bağlanmış, hər bir sazişlərin məbləğləri müvafiq olaraq 300000 ABŞ və 270000 ABŞ dolları təşkil etmiş, geriyə ödəniş müddətləri isə müvafiq olaraq 36 ay (xx xx xx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərinə qədər) müəyyən edilmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasan bank iddiaçıdan 415722,74 ABŞ dolları, yəni bu günə olan məzənnə ilə 706728,68 manat tələb edir və əsası isə qeyd edilmiş zaminlik müqaviləsidir. xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin təminatına dair eyni tarixli ipoteka müqaviləsi bağlanaraq, iddiaçıya məxsus və şəxsi mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 2 ha torpaq sahəsidə yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksini ipoteka müqaviləsinə əsasən “X14 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. İpoteka Hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən İpoteka müqaviləsinə xitam verilməlidir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəlikl ərin icrasını təmin etmək məqsədilə bağlanır. Göstərilənlərə əsasən xx xxxxxx 2015-ci il tarixli Cavabdeh1 ilə “X14 Azərbaycan” QSC arasında yaranmış Zaminlik müqaviləsinə və xx xxxxxx 2015-ci il tarixli 20604/01 nömrəli İpoteka müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus və şəxsi mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksinin üzərindən ipoteka yüklülüyünün götürülməsi, habelə pozulmuş hüququn bərpası üçün sərf edilmiş 30 manat dövlət rüsumu, 11,50 manat (etibarnamə), hüquqi xidmətdən istifadə edilməsinə görə ödənilmiş 1000 manatın cavabdeh “X14 Azərbaycan” QSC-dən tutularaq iddiaçıya pcənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nü mayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 cavabdeh qismində iddia ərizəsindən çıxarılması, 20604/01 nömrəli, xx xxxxxx 2015-cı il tarixli Cavabdeh2 ilə “X14 Azərbaycan” QSC arasında bağlanmış kredit xəttinin açılması barədə kredit müqaviləsinin və onlara dair bağlanmış xx xxxx 2015-ci il tarixili və xx xxxxx 2015-ci il tarixli sazişlərin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, həmin öhdəliklərə Cavabdeh1 aid hissədə xitam verilməsi, müqavilələrin Cavabdeh1 aid hissədə ləğv edilməsi, 20604/01 nömrəli, xx xxxxxx 2015-cı il tarixli Cavabdeh1 də “X14 Azərbaycan” QSC arasında bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik müqaviləsinə və zaminlik üzrə öhdəliklərə xitam verilməsi, 20604/01 nömrəli, xx xxxxxx 2015-ci il tarix li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsi üzrə yüklü edilmiş Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksinin üzərindən “X14 Azərbaycan” QSC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünün götürülməsi, Azərbaycan Respublikası DƏDRX-in Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Çıxarışın ləğv edilməsi, pozulmuş hüququn bərpası üçün sərf edilmiş 30 manat dövlət rüsumu, 11,50 manat (etibarnamə), hüquqi xidmətdən istifadə edilməsinə dair ödənilmiş 11 manat, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməsinə sərf edilmiş 34,50 manat və iddiaçıya dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdeh “X14 Azərbaycan” QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə bankın tələb etdiyi 4414,96 ABŞ dolları cərimə məbləğini azaldaraq 300 ABŞ dolları məbləğində təmin etmişdir. İddiada göstərilən cərimə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablandığından məhkəmə həmin cərimə məbləğini azaltmaqda haqlı olmamışdır. Məhkəmə eyni zamanda ip oteka ilə yüklü edilmiş əmlaklara cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Bu tələbin təmin edilməməsi ilə qətnamənin icrasında gələcəkdə problemlərin olması ehtimal olunur. Məhkəmə iddia tələblərinin qeyd edilən hissələrdə rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdeh1 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin satış qiymətlərini müəyyən edərkən birinci instansiya məhkəməsi «X14” QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 20604/01 saylı, xx xxxxxx 2015-ci il tar ixli sonrakı ipoteka müqavilələrində qeyd edilmiş qiymətləri əsas götürmüşdür. Halbuki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən mütləq surətdə bu məsələnin həllini müstəqil ekspertə tapşırmalı, ekspert rəyini əsas götürməli idi. Bu məsələyə dair apelyasiya instansiyası məhkəməsində şifahi vəsatət vermiş, məhkəmənin vəsatətə baxmadığını görüb yazılı şəkildə dəftərxana vasitəsi ilə vəsatət vermiş və əmlakların müstəqil ekspert tərəfindən qiymətləndirilməsini xahiş etmişdir. Lakin məhkəmə ipoteka predmetlərinin hazırki bazar dəyərini müəyyən etməyərək 2015-ci ildə ipoteka müqaviləsində qeyd edilən qiyməti əsas götürməklə düzgün olmayan nəticəyə gəlmişdir. (2-ci iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi hissəsində); Qətnamədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Məhkəmə ilk öncə qeyd etsə də ki, zaminlik müqaviləsi əsas öhdəlik olan 600000 manata dair bağlanmışdır, sonradan həmin məbləğin necə və hansı şəraitdə 415722 ABŞ dollarına çevrilməsinə, zamindən həmin məbləğin tələb olunmasına heç bir münasibət bildirməmişdir. “Kredit xəttinin ayrılması” anlayışı nə “Banklar haqqında” Qanunda, nə də ki, Mülki Məcəllədə yoxdur, bu fərdi qaydada tərəflər arasında bağlanmış qanuna zidd olmayan müqavilədir, belə olan halda tərəflər müqavilənin şərtlərini müəyyən etməkdə haqlıdırlar. Tərəflər, zamin, borclu və Bank bu şərtləri müəyyən edərək manat kreditin verilməsini müəyyən ediblər, həmçinin kreditin limitini heç bir halda 600000 manat limitinin aşmamasını müqavilədə (1.3-cü bəndində) birbaşa qeyd etmişdirlər. Zamin qeyd edilmiş müqaviləni imzalamış və özün ə məxsus əmlakı ipoteka ilə yüklü etmişdir. Qeyd edilən müqavilədən sonra zamin borclunun bank ilə hər hansı bir müqavilə bağlamasından xəbəri olmamışdır. Əlavə sazişlərin imzalanması müqavilədə qeyd edilsə də, onların müqavilənin mühüm şərtlərindən kənara çıxması mümkün olmamalı idi. Məhkəmə sazişlərin müqavilənin tərkib hissəsi olmasını qeyd etsə də, sazişlərə əsasən kredit götürüldüyünü və həmin sazişdən iddiaçının xəbəri olmamasına qiymət verməmişdir. Kredit xəttinin açılması barədə kredit predmeti kimi qeyd edilmişdir, lakin sazişlər ABŞ dolları ilə bağlandığından müqavilənin predmetini dəyişmiş olur, o zaman nə zaminlik müqaviləsinin, nə də ki ipoteka müqaviləsinin qüvvəyə minməsi mümkün deyil. Zamin və ipoteka qoyan öz üzərinə 600000 manatın təminatını götürmüşlər. Daha dəqiq bir tərəf (bank) 600000 manatın verilməsini digər tərəf (borclu) isə həmin məbləğin faizlərlə birlikdə qaytarılmasını öz üzərinə götürmüş, zamin və ipoteka qoyan isə qeyd edilmiş məbləğin təminatına zamin duraraq öz əmlakını ipoteka ilə yüklü etmişdir. Zaminlik və ipoteka müqavilələrinin qüvvəyə minməsi Bank tərəfindən kredit alana 600000 manatın verilməsi və borclu tərəfindən həmin məbləği qəbul edilməsi zamanı baş verir. Lakin bütün qeyd edilənləri araşdıran zaman təsdiq edilmişdir ki, borclu tərəfindən bankdan müqavilənin predmeti olan 600000 manat məbləğində kredit götürülməmişdir, belə olan halda zaminlik və ipoteka müqavilələri də qüvvəyə minməmişdir.Beləliklə məhkəmə, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu və digər normativ-hüquqi aktları tətbiq etməmişdi r. Tərəflərin izahatları: İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kasasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kasasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasın ı mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandı rıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 qarşı təmin olunması və Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə ləğv edilməli, həmin hissələrdə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müə yyən edilmiş hallarından görünür ki, «X14» QSC ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə 20604/01 saylı kredit xətti müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh2 48 ay müddətinə 600000 manat məbləğində kredit xətti ayrılmışdır. Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, kredit xətti üzrə borcalana kreditlər 48 ay müddətinə kredit sazişləri və digər formalarda verilə bilər. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin müddəti, məbləği, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və s. şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Kredit xətti üzrə verilən kreditlər borcalanın tələbi ilə Mərkəz Bankın rəsmi məzənnəsi ilə ABŞ dolları şəklində verilə bilər. «X14» QSC, Cavabdeh2 və Cavabdeh1 asında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Bank qarşısında 20604/01 saylı kredit müqaviləsi üzrə “Borcalan”ın 600000 manat məbləğində aldığı kreditlə bağlı “Borcverən” qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək “Zamin” “Borcalan”la tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür. «X14” QSC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 20604/01 saylı, xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, “X14” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 20604/01 saylı kredit müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan kredit sazişləri ilə öhdəliklərin təminatı kimi ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kə ndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksi və Cavabdeh2 mülkiyyətində olan Cavabdeh2 məxsus olan 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 kvadrat metr, əsas sahəsi 1753,9 kvadrat metr, köməkçi sahəsi 841,2 kvadrat metr olan, Göygöl rayonu, Gəncə-Qazax yolunun 8-ci km-də yerləşən qeyri-yaşayış sahəsi (mebel mağazası) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyəri xx.xx.2015-ci l tarixli qiymətləndirmə rəyinə əsasən 650000 manat, Cavabdeh2 mülkiyyətində olan mebel mağazasının dəyəri 600000 manat təşkil etmişdir. Sonrakı ipoteka müqavilələrinin və ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. «X14» QSC ilə Cavabdeh2 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış 20604/01 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə dair 01 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh2 illik 13,5% olmaqla, xx.xx.2018-ci il tarixədək 300000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin ABŞ dolları ilə verilməsi barədə Cavabdeh2 ərizəsi iş materiallarına əlavə edilmişdir. Tərəflər arasında xx.xx.2016-ci il tarixdə 01 saylı kredit sazişi üzrə 1 saylı razılaşma imzalanmış, həmin sazişin şərti dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsi 8,25 faiz müəyyən edilmiş, digər şərtlər dəyişməmişdir. Həmin razılaşma əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, borcalanın xx.xx.2016-ci il tarixə 01 saylı kredit sazişi üzrə 218358,45 ABŞ dolları əsas borc qalığı olmuş, həmin məbləğin xx.xx.2018-ci il tarixədək qaytarılması, cəmi 23303,68 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. «X14» QSC ilə Cavabdeh2 arasında xx xxxxx 2015-ci il tarixdə bağlanmış 20604/01 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə dair 02 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh2 illik 11,01% olmaqla, xx.xx.2018-ci il tarixədək 270000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin ABŞ dolları ilə verilməsi barədə Cavabdeh2 ərizəsi iş materiallarına əlavə edilmişdir. Tərəflər arasında xx.xx.2016-ci il tarixdə 02 saylı kredit sazişi üzrə 1 saylı razılaşma imzalanmış, həmin sazişin şərti dəyişdirilərək kreditdən istifadəyə görə illik faiz dərəcəsi 8,25 faiz müəyyən edilmiş, digər şərtlər dəyişməmişdir. Həmin razılaşma əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, borcalanın xx.xx.2016-ci il tarixə 02 saylı kredit sazişi üzrə 204735,10 ABŞ dolları əsas borc qalığı olmuş, həmin məbləğin xx.xx.2018-ci il tarixədək qaytarılması, cəmi 22735,60 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 hər iki kredit sazişi üzrə ödənişləri 2016-cı ilin may ayından sonra həyata keçirmədiyindən bank xx.xx.2016-cı il tarixdə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi mülki işin materiallarında olan sübutlara və mübahisənin həlli ilə bağlı maddi hüquq norması kimi Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 433.1, 442, 448, 465.2, 319.1, 421.1, 421.2, 414.1-ci maddələrinə, “İpotek a haqqında” Qanunun 39.3.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad edərək iddianı əsas borc və faiz borcu hissəsində tam təmin etmiş, cərimə borcu hissəsində Azərbaycan Respublikası MM-nin 467-ci maddəsini tətbiq edərək qismən 300 ABŞ dolları hissəsində təmin etmiş, iddiaçının tələbi ipoteka predmeti olan qeyri-yaşayış sahələri üzərində cavabdehlərin istifadə hüququna xitam verilməsi hissəsində təmin olunmamışdır. Hazırda həmin iş üzrə iddiaçı bankın apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən görünür ki, cərimə borcunun 300 ABŞ dollarına azaldılması hissədə və cavabdehlərin istifadə hüququna xitam verilməsi hissədə iddia tələbinin rədd edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, bu hisədə apelyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticə qanuni və əsaslıdır. İş üzrə maddi hüquq normaları düzgün tədbiq edilmiş, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə səbəb olacaq prosessual hüquq normalarının pozulması baş verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi bu hissələrdə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 krediti ABŞ dolları valyutası ilə götürdüyü və kredit verildikdən sonra ABŞ dollarının məzənnəsinin manata nisbətdə əsaslı dərəcədə artdığı məhkəmə tərəfindən nəzərə alınaraq iddiaçı tərəfindən cavabdehlərdən tələb edilən 4414,96 ABŞ dolları cərimə məbləğinin azaldılması qanuni və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İpoteka predmetinə məhkəmə qaydasında t utma yönəldildikdə əmlak hərracda satılmadan ipoteka predmeti olan əmlaklara istifadə hüququna malik şəxslərin bu hüquqlarına xitam verilməsi üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsi tərəfindən iddia düzgün olaraq həmin hissədə təmin edilməmişdir. İddiaçı bank kasasiya şikayətində cərimə borcunun azaldılmasının və ipoteka predmeti olan əmlaklara istifadə hüququna malik şəxslərin bu hüquqlarına xitam verilməsinin rədd edilməsinin qanunsuz olmasını qeyd etmiş, lakin qeyd edilən hissələrdə maddi və ya prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın kasasiya şikayəti əsassızdır, təmin edilməməlidir. Cavabdeh1 verdiyi kasasiya şikayətindən görünür ki, cavabdeh apelyasiy a instansiyası məhkəməsinin qətnaməsini Nərimanov Rayon Məhkəməsində baxılmış iddia tələbi üzrə ipoteka predmetinin ilkin satış qiyməti, borcun ondan tutulması və onun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissədə mübahisələndirmiş, kasasiya şikayətinin digər dəlilləri isə Cavabdeh1 iddiası üzrə Nəsimi Rayon Məhkəməsində baxılmış iş üzrə onun iddia tələbini rədd edilməsi hissəsi ilə bağlıdır. Nərimanov Rayon Məhkəməsində baxılmış iddia tələbi üzrə digər hissələr (tutulan borcun məbləği) mübahisələndirilmədiyindən həmin hissələr kasasiya baxışının həddlərini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddia tələbinin rədd edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə bu hissədə düzgün nəticəyə gəlmiş, maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə tərəflər «X14» QSC və Cavabdeh2 olduğundan həmin müqavilə yalnız müqavilə tərəfləri üçün hüquq və vəzifələr yaradır. Cavabdeh1 «X14» QSC qarşısında öhdəlikləri xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi əsasında yarandığından iddiaçının xx xxxxxx 2015-cı il tarixli kredit xəttinin açılması barədə kredit müqaviləsi və ona dair bağlanmış xx xxxx 2015-ci il tarixli 1 saylı və xx xxxxx 2015-ci il tarixli 2 saylı sazişlərin Cavabdeh1 hissəsində etibarsız hesab edilməsinə dair iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə tərəfindən düzgün ol araq təmin edilməmişdir. Müqavilənin etibarsız hesab edilməsi əsasları Mülki Məcəllənin 337-349-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı Cavabdeh1 xx xxxxxx 2015-cı il tarixli zaminlik və ipoteka müqaviləsinin MM-nin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlər kimi etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Tələbin əsası kimi ona istinad edilmişdir ki, bank ilə bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. İmzaladığı zaminlik və ipoteka müqaviləsinin məzmunu barəsindəki səhvləri kredit xətti müqaviləsi üzrə sonradan bağlanmış kredit sazişlərinin məzmunu ilə (kredit xətti manatla açıldığı halda sazişlərə əsasən kreditin borcalana ABŞ dolları valyutası ilə verilməsi ilə) əlaqədardır. Apelyasiya instansiyası məhkəməsi iddi açının bu mülahizələrini əsassız hesab edərək qeyd etmişdir ki, «X14» QSC və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsində kredit xətti üzrə verilən kreditlərin borcalanın tələbi ilə Mərkəz Bankının rəsmi məzənnəsi ilə ABŞ dolları şəklində verilməsi ehtimalı nəzərdə tutulduğundan xx xxxxxx 2015-ci il tarixli zaminlik və ipoteka müqaviləsini imzalayarkən Cavabdeh1 borcalan Cavabdeh2 kreditin ABŞ dolları valyutası ilə verilməsi ehtimalı olduğunu əvvəlcədən bildiyindən əqdin məzmunu barədə yanılmanın baş verdiyi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsindənəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqaviləl ərində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesa b edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, hazırkı halda mübahisələndirilən zaminlik və ipoteka müqaviləsində kredit öhdəliyi üzrə bütün zəruri şərtlər qeyd edilməsə də, kredit sazişlərində həmin şərtlər qeyd edilmiş və xx.xx.2016-ci il tarixdə 01 saylı kredit sazişi üzrə 1 saylı razılaşma və 02 saylı kredit sazişi üzrə 1 saylı razılaşma zamin və ipoteka qoyan olaraq Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin razılaşmalar imzalanarkən kredit müqaviləsi üzrə faiz dərəcəsi artmamış, əksinə 13,5 faizdən 8,25 faizə endirilmişdir. Belə olan halda zamin və ipoteka qoyan Cavabdeh1 məsuliyyətinin artmadığı, əslində azaldığı müəyyən olunur. Buna baxmayaraq həmin razılaşmalar barədə Cavabdeh1 xəbərdar e dilmiş, razılaşmaları imzalamaqla Cavabdeh1 kredit sazişləri üzrə öhdəliyin məzmunu barədə məlumatlı olduğunu, hər iki saziş üzrə öhdəliyin icrasına təminat verdiyinə dair iradə ifadəsi olduğunu 10,03.2016-cı il tarixdə təsdiq etmişdir. Belə olan halda zaminlik və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, zaminliyə xitam verilməsi və ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir. İddiaçı Cavabdeh1 iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin rədd edilməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə həmin hissədə də kasasiya qaydasında yoxlanılmadı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzə rində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksi olan predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə maddi hüquq normalarını düzgün tədbiq etməmiş, qətnamənin bu hissədə ləğvinə səbəb olacaq prosessual pozuntuya yol verilmişdir. Belə ki, işdən göründüyü kimi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 məxsus olan 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 kvadrat metr olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, kompleksin açıq hərracda ilkin satış qiymətinin 650000 manat müəyyən olunması qət edilmişdir. Məhkəmə həmin əmlakın ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında 2015-ci ildə bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti ilkin satış qiyməti müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən müəyyən edilir ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh1 nümayəndəsi vasitəsi ilə məhkəməyə yazılı vəsatət təqdim etmiş və ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil mütəxəssis vasitəsilə müəyyən edilməsini xahiş etmişdir. (Mülki iş İİİ cild, vər. 197). Lakin apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmasına baxmayraraq müstəqil qiymətləndirici cəlb etməmiş, ipoteka pre dmetinin açıq hərracdan ilkin satış qiymətini müəyyən etməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası «X14» QSC-nin iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə münasibətdə digər Cavabdeh2la eyni həcmdə təmin edilməsi hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab etmir. Belə ki, işdən göründüyü kimi, Bank ilə Cavabdeh2 arasında kredit xətti müqaviləsi xx xxxxxx 2015-ci il tarixdə, tərəflər arasında zaminlik və sonrakı ipoteka müqavilələri xx xxxxxx 2015-ci il tarixdə, bank ilə Cavabdeh2 arasında kredit müqaviləsinə dair 01 saylı kredit sazişi xx xxxx 2015-ci il tarixdə, 02 saylı kredit sazişi xx xxxxx 2015-ci il tarixdə, sonrakı kredit razılaşmaları isə xx.xx.2016-ci il tarixdə bağlan mışdır. Bank ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi, xx xxxx 2015-ci il və xx xxxxx 2015-ci il tarixli kredit sazişləri bağlanılarkən digər cavabdeh Arzu Davudovun iştirakı olmamış, həmin müqavilələrdə kreditin veriliməsi üçün kredit xətti müqaviləsindəki şərtlərdən fərqli şərtlərdən (kreditin faizi) məlumatı olmamış, bu vəziyyət xx.xx.2016-ci il tarixdə bağlanmış kreditr razılaşmalarına kimi davam etmişdir. İddiaçı bankın iddia tələbini təmin edən birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməmiş, xx xxxx 2015-ci il və xx xxxxx 2015-ci il tarixlərdən xx xxxx 2016-cı il tarixə kimi cavabdeh Arzu Davudovun həm zamin, həm də ipoteka qoyan kimi məsuliyyəti müəyyən edilməmiş, xx xxxx 2016-cı il tarixli razılaşmalarda Arzu Davudovun iştirakı xx xxxx 2015-ci il və xx xxxxx 2015-ci il tarixli müqavilələrdə iştrakı, yaxud həmin müqavilələlrin bəyənilməsi olub-olmamasına hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə g əldiyi nəticə iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması və Cavabdeh1 məxsus ipoteka predmetinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. İddiaçı “X14 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-24/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması və Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0.42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 kvadrat metr olan 1 mərtəbəli ticarət kompleksi olan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar