Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4226/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3271/2023 nömrəli, 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil 26 sentyabr 1977-ci il tarixli orderə əsasən, iddiaçının atası X4 və ailə üzvləri - arvadı X5 və övladları X11 və X8 verilmişdir. X9 xx.xx.2008-ci il tarixdə, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-355/2021 sayıl xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçı X7 Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh iki övladı 21 iyun 2004-cü il təvəllüdlü X15 və 26 mart 2006-cı il təvəllüdlü X18 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh X8 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5262/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)355/2021 saylı iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X7 Cavabdeh qarşı «18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X15 və X18 ilə birgə həmin mənzildən çıxarılmaları»na dair iddiası təmin edilməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-5698/2018 saylı qətnaməsinin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanmış, 417 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan 21 iyun 2004-cü il təvəllüdlü X10 və 26 mart 2006-cı il təvəllüdlü X13 anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-726/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10086/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6142/2021 nömrəli qərarı ilə ilkin iddia tələbi üzrə iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-5262/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış X/165 №-li, 22 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, 22 noyabr 2018-ci il tarixində, 28 iyul 2008ci il tarixdə vəfat etmiş X2, qızı - İddiaçı ərizəsi ilə vərəsəlik işi açılmışdır, sənədlərə müvafiq olaraq X2 vərəsəsi qızı - İddiaçıdır. 7. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə barədə hesabatın surətindən görünür ki, ünvan 4 ünvanındakı 9 mərtəbəli “Leninqrad” layihəli binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46 nömrəli mənzilin 27 oktyabr 2022-ci il tarixinə bazar dəyəri 90.000 manat, aylıq icarə dəyəri 300 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmə sində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat kompensasiya ödənilməklə, ünvan 2 ünvanında yerləşən evə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 yeganə vərəsəsidir. Azərbaycan SSR İcra Komitəsi tərəfindən xx.xx.1977-ci il tarixli, 168845 saylı order X4 verilərək, həmin orderdə arvadı X5, övladları X11 və X8 Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 46.73 kv.m. olan 1a saylı evin 46 saylı mənzilində yaşamaq hüququ verilmişdir, X9 vəfat etdikdən sonra mənzil üzərində hüquqları vərəsəlik yolu ilə ona keçmişdir. O, mənzili özəlləşdi rmək niyyətində olsa da, cavabdeh həmin mənzilə istifadə hüququnun olduğunu iddia edərək birbaşa və dolayı yollarla mənzilin özəlləşdirilməsinə mane olmuşdur. Onun qardaşı X12 cavabdeh ilə 23 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahdan 21 iyun 2004-cü il təvəllüdlü X15 və 26 mart 2006-cı il təvəllüdlü X18 adlı iki övladları vardır, daha sonra ailə münasibətləri korlandığından Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)5698/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, cavabdeh X8 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4424/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh ünvan 2 ünv anında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10086/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur, AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-726/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır, eyni zamanda, İ.G.Abiyev vəfat etdikdən sonra, sonuncunun vərəsəsi o, anası X1 və X7 razılığı ilə mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ə müraciət etsə də, həmin vaxt cavabdehin iddiası üzrə Xətai Rayon Məhkəməsində 2(011)-4424/2018 saylı mülki işə baxılarkən əmlak üzərinə həbs qoyulduğundan Reyest r Xidməti özəlləşdirməni rəsmiləşdirə bilməmişdir, o, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, mənzil 46 ünvanında yerləşən mənzili özəlləşdirmək niyyətində olsa da, cavabdeh birbaşa və dolayı yollarla bu prosesə mane olmağa çalışmış, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur, o, bununla bağlı, cavabdehin qardaşının keçmiş həyat yoldaşı olduğunu və onun iki övladının olduğunu nəzərə alaraq, cavabdehə bazar qiymətinə uyğun məbəğdə kompensasiya ödənilməklə onun mənzildən çıxmasını dəfələrlə bildirsə də, sonuncu bundan imtina etmiş və nəticədə mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olmuşdur, cavabdeh mübahisəli mənzildən yalnız istifadə etmək hüququna malik olduğundan, onun adı orderdə göstərilmədiyindən, onun ailə üzvü olmadığından və onunla heç bir ailə münasibəti olmadığ ından, mənzili özəlləşdirmək hüququ mənzillə bağlı kirayə müqaviləsi bağlanmış şəxsin yeganə vərəsəsi olan, mənzillə bağlı orderdə adı göstərilmiş ona məxsusdur, xx.xx.2022-cil tarixli müraciətə əsasən, "xxxx" MMC-nin ekspertləri tərəfindən sözügedən mənzilin bazar və aylıq kirayə dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir, verilmiş 2584/SQ saylı arayışa əsasən mənzilin bazar dəyəri 90.000 manat, aylıq kirayə dəyəri 300 manat təşkil edir ki, buna əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə ekvivalent bir mənzilin 3 illik kirayə dəyəri 10.800 manat hesablanmalıdır, hal-hazırda cavabdehə 15.000 manat kompensasiya verməyi təklif edirlər, onun atasına order verilib, onun qanuni vərəsəsi isə özüdür, o da vərəsə kimi hüququndan istifadə edir, o, özü orada yaşa mır, evlənib gəlin köçmüşdür, başqa evdə yaşayır, ev vətəndaşlardan heç kimindir, 1993-cü ildən mənzil fondu haqqında qanun var, order var, ev mirasa aiddir.
10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilə 2003-cü ildən gəlin köçmüşdür, ora gələndə o artıq gəlin köçmüşdü, orada yaşamırdı, onu baldızı kimi tanıyır, lakin o vaxtdan onu o evdə görməmişdir, qeyd edilən mülk özəl deyil, onların onu oradan çıxarmağa haqqı çatmır, iddiaçının qardaşı ilə 2018-ci ildə boşanmışdırlar, eyni mənzillə bağlı keçmiş yoldaşı da onu məhkəməyə vermiş, iş Ali Məhkəməyə qədər getmişdir, mənzildən çıxarılmamışdır, hazırda da eyni işdir, sadəcə bu dəfə baldızı onu məhkəməyə vermişdir, 2018-ci ildən o evdə qeydiyyatdadır, yaşamağa başqa yeri yoxdur, uşaqları ilə birlikdə orada yaşayır, u şaqlarına ev verməlidir, həmin evdə hazırda özü, uşaqları və keçmiş həyat yoldaşı, yəni iddiaçının qardaşı yaşayır, kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə isə razı deyildir, orada onun hüququ vardır, yaşayır. Həmçinin qeyd edilmişdir ki, hazırkı eyni predmetlə bağlı iddiaçının qardaşı tərəfindən də tələblə məhkəməyə müraciət olunmuşdur, onun cavabdehə qarşı “18000 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə və Cavabdeh övladları X15 və X18 ilə birgə həmin mənzildən çıxarılmaları”na dair iddiası təmin edilməmişdir, hazırki iş də eyni işdir, sadəcə yoldaşı öz hüquqlarından vərəsə kimi bacısının xeyrinə imtina etmiş, bacısı isə eyni tələblə məhkəməyə müraciət etmişdir, hazırda evdə o və uşaqları faktiki olaraq yaşayırlar.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 09 fevral 2023-cü il tarixli, 2(011)-490/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, onun qətnamə əsasında həmin mənzilə istifadə hüququ tanınaraq köçürülmüş Cavabdeh istifadə hüququna AR MM-nin 228-ci maddəsi əsası ilə kompensasiya verilməklə xitam verilməsi barədə hazırki iddiası da məhkəmə tərəfindən təmin oluna bilməz. Digər tərəfdən məhkəmə q eyd etmişdir ki, hazırda mübahisəli mənzil təyinatı üzrə sosial kirayə müqaviləsi əsasında istifadə olunduğundan, cavabdehin də həmin mənzilə istifadə hüququ tanındığından və orada pasport qeydiyyatında olmaqla faktiki yaşadığından, mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” istisna olunmur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 152.3, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçiləri onlara məxsus mənzil dən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu barədə məhkəmə qaydasında xitam tələbi irəli sürə bilərlər. Geniş yayılmış məhkəmə təcrübəsində göründüyü kimi, yaşayış sahəsi ilə təmin olunma ilə bağlı ədalətli kompensasiya verildikdə bu növ iddialar məhkəmələr tərəfindən təmin olunur. Cavabdehin mənzil ilə bağlı yalnız yaşamaq hüququ mövcuddur və bu hüququn realizəsinin davamı üçün iddiaçı ədalətli kompensasiyanı təklif edir. Məhkəmənin mənzil hüququnu mülkiyyət hüququndan üstün tutduğu mövqe qəbuledilməzdir. Aralarındakı bütün ailə münasibətlərinə son verilmiş şəxslərin bir evdə yaşamağa davam etməsi absurd və məntiqsiz haldır. Bu həmin şəxslərin sonrakı şəxsi və ailə həyatına birbaşa və qanunsuz müdaxilədir, bu səbəbdən də məhkəmə təcrübəsində kompensasiya ilə isti fadə hüququna xitam institutu məhkəmə təcrübəsi vasitəsilə formalaşdırılmışdır. Bu institut fərqli niyyətlərlə hüquqlardan sui-istifadə edən şəxslərə qarşı mülkiyyətçiləri qorumaqdır. Göründüyü kimi qanunvericiliyin və məhkəmə təcrübəsinin formalaşdırdığı hər iki meyar tam şəkildə ödənilməkdədir və məhkəmə ədalətsiz olaraq işin bu hallarına düzgün qiymət verməmişdir. Məhkəmə onun mülkiyyət hüququnun olmaması səbəbindən iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmənin mülkiyyət hüququna dar çərçivədən yanaşması qanunvericiliyə və mövcud məhkəmə təcrübəsinə ziddir. Belə ki, istifadə hüququna xitam verilməsi ilə bağlı iddiada göstərilən mənzil üzərində onun mülkiyyət hüququna tam, qanuni və əsaslı hüququ və gözləntisi mövcuddur. Belə ki, mənzillə bağlı 26 sentyabr 1977-ci il tarixli orde r sənədi təqdim olunmuşdur. Həmin orderlə onun atası X3, anası X1, özünün və qardaşı X7 adları qeyd olunmaqla həmin mənzildən istifadə hüququ verilmişdir. Orderin verildiyi tarixdə qüvvədə olan sovet qanunvericiliyi xüsusi mülkiyyət hüququnu tanımadığından mənzil üzərində yalnız istifadə hüquqları təqdim olunurdu. Mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bu hüququn qeydə alınmasını istisna edən hər hansı bir hal mövcud deyil və daşınmaz əmlakın dövlət reyestri xidməti nöqteyi-nəzərindən onun qeyd edilən mənzil üzərində gözlənilən mülkiyyət hüququ var. Ümumiyyətlə müstəqilliyin əldə olunmasından əvvəl vətəndaşlara verilmiş əmlaklar üzərində onların "hüquqları" mülkiyyət hüququ ilə eyni statusda qorunur və təfsir olunur. Vətəndaşların iradəsi ndən asılı olmayan obyektiv səbəblərdən sənəd üzərində "istifadə hüququ" göstərilən mənzillər artıq yerli qanunvericilikdə, məhkəmə təcrübəsində və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında dəfələrlə mülkiyyət hüququ ilə eyniləşdirilmişdir. Belə ki, müstəqilliyin ilk illərində qəbul olunmuş "Mənzil fondunun özəlləşdirilməsi" Qanunu ilə dövlət vətəndaşlara maneəsiz və əvəzsiz şəkildə, müddət məhdudiyyəti qoyulmadan onların istifadəsinə verilmiş mənzilləri özəlləşdirmək hüququ vermişdir. Order əsasında mənzilini özəlləşdirmək istəyən şəxs üçün heç məhdudiyyət və ya maneə mövcud deyildir, order yalnız bu keçid dövründə müvəqqəti sənəd xarakteri daşıyır. Göstərilən səbəblərdən order əsasında mənzilə sahiblik edən və müxtəlif səbəblərdən özəlləşdirməni həyata keçirməmiş şəxslərə mülkiyyə tçidən fərqli münasibət göstərilməsi hüquqi müəyyənlik, qanunçuluq və ədalət prinsipinə tamamilə ziddir. Onun yalnız istifadə hüququnun mövcudluğunun qanuni gözlənti hüququnu istisna etməsi ilə bağlı məhkəmənin mövqeyi ümumiyyətlə qanunvericiliyə ziddir. Digər tərəfdən məhkəmənin mülkiyyət hüququ ilə münasibətdə mənzil hüququna üstünlük verməsi və eyni səviyyədə qorunma tələb etməsi ilə heç bir halda razılaşmaq mümkün deyildir. Əvvəlki bənddə göstərilən əsaslarla mənzil hüququnu tam itirmiş şəxsə onun mülkiyyət hüququnu pozmaqla təminat verilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla ədalətsiz yanaşmadır. Mənzil hüququ başqalarının mülkiyyət hüququnu pozmaqla təmin oluna bilməz. X9 xx.xx.2008-ci il tarixdə, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış X/165 №-li22 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, 22 noyabr 2018-ci il tarixində, 28 iyul 2008-ci il tarixdə vəfat etmiş X6 qızı – İddiaçı ərizəsi ilə vərəsəlik işi açılmışdır, sənədlərə müvafiq olaraq X2 vərəsəsi qızı – İddiaçıdır (iddiaçı). İş materiallarında olan "Elektron Məhkəmə" informasiya sistemindən çıxarışdan görünür kı, İddiaçı adına mülkiyyətində olan daşınmaz əmlak qeydə alınmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3271/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Anar İbrahimov və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri saymışdır ki, məhkəmə iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli mənzilin statusu müəyyənləşdirmiş və həmin statusa uyğun olaraq mübahisəyə müvafiq hüquq normasını tətbiq etməklə hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının iddianın qanuni əsası kimi istinad etdiyi maddədə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi yalnız xüsusi mülkiyyətdə olan mənzillərə münasibətdə, mülkiyyətçinin tələbinə əsasən nəzərdə tutulmuşdur. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından istinad etdiyi normanın tələbinə müvafiq olaraq iddianın təmin edilməsi üçün də əsaslar mövcud deyildir.
18. Apellyasiya şikayətində qeyd olunan dəlillərlə əlaqədar is ə məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçıya mübahisəli mənzil ilə bağlı vərəsəlik qaydasında keçən hüquqların toplusu (miras aktivi) atasının öldüyü məqamadək dövlət fonduna aid mənzilə dair malik olduğu hüquqlardan (həmin mənzildən istifadə hüququ olan şəxslərlə birlikdə orada yaşamaq, mənzildə faktiki yaşayan, yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə mənzili özəlləşdirmək hüquqları) ibarətdir. O, isə mübahisəli mənzilin mülkiyyətçisi olmamış, mənzil onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Hazırda da tərəflərin arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb ola biləcək hər hansı yeni halın mövcudluğu müəyyən edilmir.
19. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və t ətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mənzil hüququnu mülkiyyət hüququndan üstün tutduğu mövqe qəbuledilməzdir. Aralarındakı bütün ailə münasibətlərinə son verilmiş şəxslərin bir evdə yaşamağa davam etməsi absurd və məntiqsiz haldır. Bu həmin şəxslərin sonrakı şəxsi və ailə həyatına birbaşa və qanunsuz müdaxilədir, bu səbəbdən də məhkəmə təcrübəsində kompensasiya ilə istifadə hüququna xitam institutu məhkəmə təcrübəsi vasitəsilə formalaşdırılmışdır. Bu institut məqsədi fərqli niyyətlərlə hüquqlardan sui-istifadə edən şəxslərə qarşı mülkiyyətçiləri qorumaqdadır. Göründüyü kimi qanunvericiliyin və məhkəməyə təcrübəsinin formalaşdırdığı hər iki meyar tam şəkildə ödənilməkdədir və məhkəmə ədalətsiz olaraq işin bu hallarına düzgün qiymət verməmişdir.
22. Mənzil hüququnun sosial hüquq olaraq var olması, iddiaçının mülkiyyət hüququna qeyri-mütənasib şəkildə müdaxilə etməsi demək deyildir. İddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibəti mövcud deyildir. Nə orderin verildiyi tarixdə, nə də ki, hazırda iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibəti mövcud deyildir, həmçinin cavabdehin adı orderdə göstərilməmişdir.
23. Apellyasiya məhkəməsi iddia tələbini təmin edilməməsi üçün əsas- kimi iddia tələbinin qanuni əsasının olmadığını göstərmişdir. Kassator məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddia tələbinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərildiyi kimi Mülk Məcəllənin 228-ci maddəsi təşkil edir. Maddə mülkiyyətçilərə ədalətli kompensasiya verməklə üçüncü şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hüququnu tanıyır. Məhkəmənin mövqeyinə əsasən maddənin tələbinə uyğun olaraq iddiaçı “mülkiyyətçi” olmaq şərtini ödəmir. İddiaçı Nigar Abdullayevə daşınmaz əmlakın reyestrindən çıxarışı malik olmasa da o mülkiyyətçi ilə eyni hüquqi statusa malikdir. Bu hal qanunvericiliyin tələblərindən və mövcud məhkəmə təcrübəsindən irəli gəlir. İlk növbədə qeyd olunmalıdır ki, yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququna tam, qanuni və əsaslı hüququ və gözləntisi mövcuddur. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından- mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Digər tərəfdən, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə tərəfindən mülkiyyət hüququ dar çərçivədə təfsir olunaraq iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmələr qanun müddəalarının birbaşa şərhi ilə məhdudlaşmamalı, eyni zamanda hüququn ümumi prinsiplərinə uyğun olaraq ədalətli şərhini təmin etməlidirlər.
24. Apellyasiya instasniyası məhkəməsi öz qərarında işin faktiki halları düzgün qiymətləndirməmiş, o cümlədən maddi hüquq normalarının tətbiqində pozuntulara yol verərək qanuni və əsaslı qətnamə qəbul etməmişdir.
25. Məhkəmənin qeyd olunan qərarının 50-ci bəndində göstərilmişdir ki, “mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, apellyasiya baxışı zamanı iddiaçıya 1987-ci il tarixli order əsasında verilmiş həmin yaşayış sahəsinin kooperativ mənzil fonduna aid olduğu və iddiaçının həmin mənzilin dəyərini ödədiyi müəyyən edildiyi üçün apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə iddiaçının gözlənilən mülkiyyət hüququnun mövcud ol duğu barədə qanuni qənaətə gəlmişdir.” Göründüyü kimi məhkəmə məhkəmə təcrübəsində orderə sahib şəxslər üçün qanuni gözlənti hüququ məhkəmə qərarlarında öz əksini tapır. Apellyasiya instansiyası məhkəmə vahid məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydası nda təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün mübahisəli mənzilin statusu müəyyənləşdirmiş və həmin statusa uyğun olaraq mübahisəyə müvafiq hüquq normasını tətbiq etməklə hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının iddianın qanuni əsası kimi istinad etdiyi maddədə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi yalnız xüsusi mülkiyyətdə olan mənzillərə münasibətdə, mülkiyyətçinin tələbinə əsasən nəzərdə tutulmuşdur. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından istinad etdiyi normanın tələbinə müvafiq olaraq iddianın təmin edilməsi üçün də əsaslar mövcud deyildir.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin ol unmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(103)3271/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.