Məhkəmə qərarları › İş №2(102)-4227/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4227/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4227/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3881/2023 nömrəli iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh X7 (bundan sonra mətndə cavabdeh) ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) nümayəndəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyəri 20542 manat iddiaçı tərəfindən ödənmiş və müqavilə üzrə dəyər tam ödənildiyi üçün mənzil iddiaçıya təhvil vermək öhdəliyi Cavabdeh öz üzərinə götürmüşdür.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmlak dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

3. Bakı Apellyasiy a Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur.

4. Ali Məhkəmənin 2(02)-9074/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 5. 04 aprel 2021-ci il tarixli a ktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İcra hərəkətləri həyata keçirilən zaman tərəflərindən Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır.

6. Cavabdeh direktoru Nümayəndə2 icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 40 nömrəli məktubundan görünür ki, 20 6 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, “Azərtikinti-ATF2 MMC-yə verilmişdir. “Azərtikinti-ATF2 MMC də həmin mənzili X2 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə Cavabdeh MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Cavabdeh MKM kömək məqsədilə həmin ərazidə bina tikərkən iddiaçıya bir ədəd 2 otaqlı mənzil verməyə söz vermişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 24 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir.

9. Məhkəmənin qərardadına əsasən “X6 Mərkəzi” MMC tərəfindən iş üzrə Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyərinin və aylıq kirayə haqqının müəyyən edilməsi həyata keçirilmişdir, verilmiş 06 yanvar 2023-cü il tarixli 007-121/2022 nömrəli hesabat aktı ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyəri 86210 manat, aylıq kirayə haqqı 565 manat təşkil edir.

10. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən iş üzrə Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyərinin və aylıq kirayə haqqının müəyyən edilməsi həyata keçirilmişdir, verilmiş 18 iyul 2022-ci il tarixli KC/O 10-20/22 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin 18 i yul 2022-ci il tarixə olan bazar dəyəri 110000 manat, aylıq kirayə haqqı 400-450 manat təşkil edir.

11. Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinin 18 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır.

12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(011)785/2022 nömrəli qərarının surətindən görünür ki, hüquqi şəxs Cavabdeh MKM-nin direktoru Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qərardan məlum olur ki, iş materi allarına əlavə olunmuş fotoşəkillərdən və tərəflərin izahatlarından aydındır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsində qeyd olunan ünvanın yaxınlığında tikintisi başa çatdırılmış yaşayış binası olmadığından iddiaçının yeni mənzillə təmin edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi və öhdəliyini icra etmədiyi üçün 20.542 (iyirmi min beş yüz qırx iki) manat ödənilmiş əsas məbləğin, 80000 (səksən min) manat real zərərin, 50400 (əlli mi n dörd yüz manat) əldən çıxmış faydanın, 5000 (beş min) manat mənəvi zərərin, 452 (dörd yüz əlli iki) manat dövlət rüsumu, o cümlədən iddiaçı tərəfindən çəkilmiş xərclər olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər gös təricilərinə uyğun başqa bir mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-9074/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi iddiaçıya münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəsi minmiş qətnaməsi icra olunmamışdır. Dəfələrlə bununla bağlı icra şöbəsinə müraciət edilib. Cavabdeh direktoru Nümayəndə2 icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 40 nömrəli məktubunda bildirir ki, 206 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMC-də həmin mənzili X2 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə cava bdehə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Onlar kömək məqsədilə həmin ərazidə bina tikərkən iddiaçıya bir ədəd 2 otaqlı mənzil verməyə söz verir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin hüquqi şəxs Cavabdeh MKM-nin direktoru Nümayəndə2 barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsində qeyd olunan ünvanın yaxınlığında tikintisi başa çatdırılmış yaşay ış binası olmadığından İddiaçı yeni mənzillə təmin edilməsi mümkün olmamışdır. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsi icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qeyd edir ki, hazırda iddiaçı illərdir rayonda qohumların evində qalmaq məcburiyyətindədir. Bu müddət ərzində öz evi olmadan ailəsi ilə birlikdə başqa şəxslərin evində yaşadığı və keçirdiyi mənəvi əziyyətlər bir yana, cavabdehin təqsiri üzündən 7 il məhkəmələrə get-gəllər, xərclər çəkib və bu səbəbdən də mənəvi maddi zərərə məruz qalmışdır. İndi həmin ərazidə həmin kvadratda evin qiyməti 100000 (yüz min) manatdan artıqdır. İndi iddiaçını evlə təmin edə bilməyən cavabdeh həmin evin real bazar qiymətini iddiaçıya ödəməlidir. Müqavilə öhdəliyi üzrə 20542 (iyirmi min beş yüz qırx iki) manat ödənilmiş əsas məbləğin və 80000 (səksən min) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Sözü gedən ərazidə 82.5 kvadrat metr 2 otaqlı mənzilin real alğı-satqısını edə bilməsi üçün 2008-ci ildə ödədiyi məbləğlə real bazar qiyməti arasındakı fərq iddiaçının cavabdehin hərəkətləri nəticəsində çəkdiyi zərərdir. Eyni zamanda illərdir məhkəmələrdə iştirak və hüquqlarının müdafiəçi üçün xərclər çəkmişdir. 7 il ərzində 5000 (beş min) manat xərci çıxmışdır. Bu stress və əsəb səbəbindən hazırda yataq xəstəsinə çevrilən iddiaçının mənəvi ziyana görə tələbi 5000 (beş min) manatdır. Göründüyü kimi, Cavabdeh MKM xx.xx.2008-ci il tar ixli müqavilə üzrə öhdəliyini icra etməmiş və təhvil verilməli olan mənzili bu günədək iddiaçıya verməmişdir. Hətta öz məktubunda, tikintiyə icazə alınmış bina tikiləndə mənzilin veriləcəyini bildirməklə təqsirli olduqlarını və iddiaçıya məxsus əmlakın təhvil verilməməsini ehtiraf etməkdədirlər. Əgər həmin dövrdə sözügedən ərazidə mənzilin dəyəri 20542 manat idisə, bugün sözügedən ərazidə həmin sahəyə məxsus mənzilin təxmini dəyəri 100000 manatdan artıqdır. Buna görə də cavabdehin iddiaçıya vurulmuş 80000 (səksən min) manat real zərəri ödəməldir. Habelə cavabdeh ona məxsus mənzili vaxtında vermiş olsa idi, o, 12 il ərzində həmin mənzili kirayə verməklə 50400 (əlli min dörd yüz) manat fayda qazanmış olardı.

15. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək iş üz rə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına görə “iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinin surəti ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı "əmlak dəyərinin tələb edilməsi"-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə öhdəliyini icra etmədiyi üçün 20542 manat ödənilmiş əsas məbləğin və 80000 manat real zərərin, 50400 əldən çıxmış faydanın, 10000 manat çəkdiyi xərclər, o cümlədən 50000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mə hkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Cavabdeh üzərinə MKM tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi qoymuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlamışdır. Beləliklə hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5371/2017 nömrəli 16 iyun 2017ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən 28 mart 2018-ci il tarixdə icra icraatına başlanılmışdır. Göründüyü kimi həmin icra icraatına xitam verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində göstərilən hallar mövcud deyil və icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməmişdir. Eyni zamanda xx.xx.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir”. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsini mübahisələndirməmiş, qətnamədən qanunla müəyy ən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş, Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia ərizəsindən görünür ki, o, məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış mübahisə barədə mahiyyət etibarı ilə eyni olan ərizə ilə, sadəcə tələbin adında "əmlak dəyərinin tələb edilməsi" ifadəsini "müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” ifadəsi ilə əvəz etmiş və törəmə tələblər olan “mənəvi zərərin” məbləğini 50000 (əlli min) manatı azaldaraq 5000 (beş min) manat, “çəkilmiş xərclər” məbləğini 10000 (on min) manatı azaldaraq 5000 (beş min) manat kimi qeyd edərək təkrarən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizənin əsasını təşkil edən faktiki hallar isə dəyişməmişdir. Belə ola halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Beləliklə məhkəmə xx.xx.2022-ci il tarixli qərardadında 2(103)-5371/2017 nömrəli, 16 iyun 2017-ci il tarixli icra vərəqəsi üzrə icra icraatına xitam verilməməsini, habelə “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində gösrərilən halların mövcüd olmamasını, icra sənədi üzrə icraata xitam verilməsi barədə i cra məmuru tərəfindən qərar qəbul edilməməsini, xx.xx.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin hal-hazırda qüvvədə olmasını, ləğv və ya etibarsız hesab edilməməsini əsas tutaraq İddiaçı Cavabdehnə qarşı "müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina etmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmışdır. Həmin qərardaddan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, (hansı ki, həmin şikayət iş materialları arasında yoxdur) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə idd iaçının şikayəti təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli, eyni nömrəli qərardadı ləğv edilmişdir. Ona görə ki, iş materiallarında olan Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun 18 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, icrası mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)5371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, eyni nömrəli, xx.xx.2022ci il tarixli qərardadda göstərilən, iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin və ona əlavə edilm iş sənədlərin geri qaytarılması üçün əsas olmuş əsaslar aradan qalxmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərardadda göstərilən bütün əsaslar xx.xx.2022-ci il tarixli qərardadın qəbulu zamanı da mövcud olmuş, yalnız Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun 18 aprel 2021-ci il tarixli icrası mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərarının surəti əlavə edilmişdir. Hansı ki, bu qərar icra üzrə icraata xitam verilməsi barədə yox, icra sənədinin məhkəməyə qaytarılması barədədir. Deməli məhkəmə eyni nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əvvəlki xx.xx.2022-ci il tarixli qərardadında qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinə istinadən göstərilən hüquqi əsasları (Beləliklə hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)5371/2017 nömrəli 16 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən 28 mart 2018ci il tarixdə icra icraatına başlanılmışdır. Göründüyü kimi həmin icra icraatına xitam verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində gösrərilən hallar mövcüd deyil və icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməmişdir. Eyni zamanda xx.xx.20 08-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir) nəzərə almamış, bununla da özlüyündə bir-biri ilə ziddiyyət təşkil edən, qanuni qüvvədə olan məhkəmə aktına zidd və AR MPM-nin 153.2.2 və 153.5ci maddələrinin tələblərinə cavab verməyən nəticəyə gəlmişdir. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, işdə olan tərəflər, predmet və əsaslar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi üzrə olan tərəflər, predmet və əsaslardır. Hazırkı iş üzrə iddia ərizəsində əvvəlki iddia ərizəsinə əlavə edilmiş – iddiaçı ilə Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi tələbi üzrə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarm alı idi. Hazırki iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən gürünür ki, iddaçı AR Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə riayət etməmiş, ləğv etməyi tələb etdiyi xx.xx.2008-ci il tarixli müqaviləni ləğv etmək barədə Cavabdeh MKM-nə təklif verməmiş, sonuncunun imtinasını almadan və qanunda nəzərdə tutulmuş müvafiq müddəti gözləmədən tələb irəli sürmüşdür. Yuxarıda göstərilənlərə əsasən iddia tələbini etiraf etmirlər. Ona görə ki, digər əsaslarla yanaşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi mövcuddur. Bundan başqa maddi, mənəvi zərər və əldən çıxmış fayda ilə bağlı iş materilları arasında mötəbər sübutlar mövcud deyildir. Hazırki iş üzrə iddia ərizəsi və məhkəmə iclası barədə məlumat cavabde hin rəsmi hüquqi ünvanına göndərilibsə də, cavabdeh həmin ünvanda mövcud olmadığından və ümumiyyətlə, bu ünvan cavabdehə tam yad olduğundan uzun müddət iddia tələbindən məlumatsız olmuş, daha sonra 18 yanvar 2023-cü ildə məhkəməyə yazılı müraciət edilmiş, bundan sonra cavabdehin direktorunun telefon nömrəsinə məhkəmə iclasının 08 fevral 2023-cü il tarixinə təyin edilməsi barədə sms-bildiriş göndərilmiş, direktor həmin gün keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş və ona iddia ərizəsinin surəti təqdim edilməsini bildirmişdir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim Ü.B.Yusifova) 2(007)-96/2023 saylı iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 fevral 2008-ci i l tarixli müqavilə ləğv edilməsi, cavabdehdən 20.542 manat əsas, 65.668 manat real zərər, 4.000 manat mənəvi zərər, 150 manat vəkilə ödənilmiş xərc məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 452 manat dövlət rüsumu alınaraq, iddiaçıya ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə cavabdehin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsi fikrinə münasibət bildirməyi zəruri hesab edib. Belə ki, birincisi cavabdehin qeyd etdiyi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “əmlak dəyərin in tələb edilməsi” tələbi yalnız rəqəmlərin dəyişilməsindən ibarət deyil. Həmin iddia tələbindən fərqli olaraq hazırki tələbdə iddiaçı Cavabdeh ilə arasında bağlanmış 17 fevral 2008-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmişdir.

18. İkincisi göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoy ulmuşdur. Lakin iş materiallarına da əlavə edilmiş 04 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İcra hərəkətləri həyata keçirilən zaman tərəflərindən Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır. Həmçinin Bakı Şəhəri Xətai Rayon İcra şöbəs inin 18 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5371/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır. Bu da şəraitin dəyişməsi və qanuni qüvvəyə minmiş qətnamənin icra oluna bilməməsi deməkdir. 18 aprel 2021-ci il tarixli qərardan və 04 aprel 2021-ci il tarixli aktdan görünür ki, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi icra oluna bilmir və formal olaraq kağız üzərində qalır. Məhkəmə iclasında da müəyyən olundu ki, cavabdehin həmin ərazidə bina tikməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı olsa da 15 il keçməsinə baxmayaraq MKM maddi vəsaiti olmadığından bina tikmək iqtidarında deyildir. Bu səbəbdən iddiaçı müqavilənin ləğv edilm əsi və ödənilmiş pulların geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

19. Məhkəmə iddia tələbinin 80.000 manat real zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edib ki, “X6 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyəri 86210 manat, aylıq kirayə haqqı 565 manat müəyyən edilmişdir. İddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 65.668 manat pul tutulmalıdır. Beləki, iddiaçı tərəfindən ödənilmiş mənzilin tam dəyəri 20542 manat təşkil edir.(20542+65668=86210)

20. Məhkəmə iddia tələbinin 5000 manat mənəvi zərərin ca vabdehdən tutulması hissəsinə münasibətdə qeyd edib ki, iddiaçı həqiqətən xəstədir. O, bunu məhkəməyə təqdim etdiyi müayinə sənədləri ilə sübut edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdehdən 4000 manat pul tutulub iddiaçıya verilməlidir.

21. Məhkəmə iddia tələbinin çəkilmiş xərclərin tələb edilməsi hissəsi ilə bağlı qeyd ediib ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün 150 manat ödənilməsini təsdiq edən qəbzlər təqdim edilmişdir, belə olan halda, iddianın həmin hissədə də qismən təmin edilməsi üçün əsaslar vardır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 442, 752.1, 759.1, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırm ışdır.

5. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir və birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilsini xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) V.N.Sadıqov, M.Ə.Rüstəmli) 19 iyul 2023-ci il tarixli, 2(103)-3881/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmişdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, cavabdeh isə müqavilə şərtlərinə əməl etməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə həmin mənzilin əvəzi olaraq cavabdeh tərəfindən inşa edilməklə həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, lakin başqa bina tikilmədiyindən və bu əsasla qətnamənin icrası mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə ki, icra hərəkətləri həyata keçirilən zaman icra məmuru tərəfindən cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çat dırılan yaşayış binası aşkar olunmamışdır. Kollegiyanın qənaətinə görə yaranmış vəziyyətdə iddiaçının müqavilənin ləğv edilməsi və ödənilmiş pulların (zərərin əvəzinin) geri qaytarılmasını tələb etmək hüququ vardır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

26. Apellyasiya şikayətinin əsas dəlili əvvəllər eyni tələblər üzrə məhkəmə qətnaməsi çıxarıldığına görə hazırkı işin icraatına xitam verilməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edib ki, hazırkı tələb üzrə icraata xitam verilməsi üçün qanunla müəyyən edilmiş prosessual əsaslar mövcud deyildir. Belə ki, apellyatorun istinad etdiyi əvvəlki məhkəmə mübahisəsi üzrə tələb müqavilə öhdəliklərinin yerinə yetirilməsi və əmlak dəyərinin tələb edilməsi ilə bağlı olmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi ilə iddia mənzil tələbi ilə bağlı icra işinin olması əsası ilə rədd edilmişdir. Həmin işdə zərərin ödənilməsi tələbi müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi çərçivəsində tələb olunurdu və həmin vaxt icra sənədi üzrə icraat davam edirdi və icra sənədi məhkəməyə geri qaytarılmamışdı. Hazırkı işdə isə iddia icra sənədi məhkəməyə qaytarıldıqdan sonra başqa əsaslarla qaldırılmış, həmin iddia tələbindən fərqli olaraq hazırki tələbdə iddiaçı müqavilənin ləğv edilməsini və müqavilədən imtina nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsini tələb edir. Göründüyü kimi, hazırkı iddia yeni əsasla qaldırılmışdır və bu baxımdan işin icraatına xitam verilməsi üçün əsas yoxdur.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mül ki Məcəlləsi 386.1., 421.2. 442, 752.1.,759.1., 759.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul eydiyi qətnaməsinin 24-31-ci bəndlərindəki nəticəyə gəlmək üçün əsassız və qanunsuz olaraq AR MM-nin 386.1, 421.2, 442, 752.1, 759.1 və 759.2-ci maddələrini tətbiq etmişdir. Hansı ki, bu maddi hüquq normaları hazırkı mübahisəni nizamlayacaq normalar deyil, başqa sözlə işin halları və işdə olan sübutlar qeyd e dilən hüquq normalarının dispozisiyası ilə uzlaşmır və yaxud bu mübahisə həmin maddi hüquq normalarının təsiri altına düşmür. Apellyasiya instansiyası məhkəməsi heç bir halda AR Mülki Məcəlləsinin qeyd edilən maddələrini tətbiq edə bilməzdi ona görə ki, apellyasiya şikayətində işin halları, habelə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən dəlillərinin işin hallarına uyğun gəlməməsini və hazırkı mübahisənin Mülki Məcəllənin hansı maddi hüquq normalarının dispozisiyası ilə uzlaşdığını ətraflı şəkildə qeyd etmişdir. Ancaq təəsüf ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərdikləri dəlillərə və pozulmuş maddi hüquq normalarına hər hansı bir qiymət verməmiş, “üzə çıxmayan bir sosial şəbəkə ünsürürün” xahişinə əsasən mübahisəni guya ədalətli həll etmişdir. Məhkəmə kolleg iyası qətnamənin 27-ci bəndində hesab etmişdir ki, yaranmış vəziyyətdə iddiaçının müqavilənin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılmasını tələb etmək hüququ vardır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bəs qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi və ondan doğan tələb necə olacaq? Axı həmin qətnamənin icrası ilə bağlı iş üzrə icraata xitam verilməmişdir və qanunla həmin tələb 30 illik müddətində qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə tərəfindən törədilmiş kobud qanun pozuntusuna, yəni AR MM-nin 423.1 və 423.2-ci maddələrinin tələblərini nəzərə almamasına heç bir qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsində əvvəlki iddia ərizəsinə əlavə edilmiş – iddiaçı ilə Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi tələbi üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunsuz olaraq geri qaytarmamışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən gürünür ki, iddaçı AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbinə riayət etməmiş, ləğv etməyi tələb etdiyi xx.xx.2008-ci il tarixli müqaviləni ləğv etmək barədə verməmiş, cavabdeh sonuncunun Cavabdeh imtinasını almadan təklif və qanunda nəzərdə tutulmuş müvafiq müddəti gözləmədən tələb irəli sürmüşdür. “Azərbaycan Respublikası Mülki AR KM Plenumunun qərarına görə Azərbaycan Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 əsasən, Respublikası şəraitin Mülki əhəmiyyətli Məcəlləsinin dərəcədə 422-ci maddəsinə dəyişməsi və 44 7-ci halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinin əlaqəli maddələrinə uyğun olaraq tərəf müqavilənin şəkildə şərh edilməsinə dair” məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddaçı cavabdehlə bağladığı xx.xx.2008-ci tarixli müqaviləni ləğv etmək barədə qaydaya uyğun hərəkət etməmiş, müqavilənin ləğvi barədə təklif verməmiş, sonuncunun imtinasını almadan və qanunda nəzərdə tutulmuş müvafiq müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin nəinki halına AR MM-nin 423.2 maddəsinin, habelə AR KM Plenumunun adı çəkilən qərarının tələblərinə cavab vermir. İddiaçının tələbi üzrə apelly asiya və kassasiya instansiyası məhkəmə aktları ilə cavabdehin üzərinə qoyulan - iddiaçıya mənzil təhvil vermə vəzifəsi hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4 cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad edilən icra sənədinin məhkəməyə qaytarılması “İcra haqqında” qanunun sadalanan maddələri ilə nizamlanmalıdır. Bu isə o deməkdir ki, başqa bir işlə bağlı icra sənədinin məhkəməyə qaytarılması tələbkara həmin icra sənədindən irəli gələn tələblə bağlı yeni iddia irəli sürmək imkanı vermir. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və “İcra haqqında” qanunun qeyd edilən maddələrini tətbiq etməmiş, nəticədə maddi hüquq normasının tələbi pozulmuşdur. Bundan başqa məhkəmə “müqavilənin ləğvi tələbini” də təmin edə bilməzdi ona görə ki, iddiaçı müqavilənin ləğvi barədə Mülki Məcəllənin müvafiq maddəsinin tələblərinə riayət etməmişdir. Məhkəmənin sözügedən nəticəsi həm də ona görə qanunsuz və əsassızdır ki, iddiaçının hazırkı iddia tələbində hər hansı bir yeni əsas olmamışdır, habelə icra vərəqəsinin məhkəməyə qaytarılması icra üzrə icraata xitam verilməsi demək deyildir və həmin icra işi yenidən təzələnə və icra oluna bilər. İddia tələbi üzrə “real və mənəvi” zərərin hüquqi əsası və məbləği ilə bağlı iş materilları arasında mötəbər sübutlar mövcud olmasa da, məhkəmə işdə olan “sübutları” obyektiv, qəzərsiz, tam və hərtərəfli qiymətləndirməmişdir.

23. Kassat or şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 423.2, 442, 551.2.4, 752.1, 759.1 və 759.2-ci maddələinə, İcra haqqında” AR qanununun 23.1, 23.1.1 - 1.5, 23.2, 23.3, 23.4, 23.5 və 23.7-ci maddələrinə, AR Mülki-Prosessual Məcəlləsinin 88, 152.1, 152.1.6,153.2,153.2.2, 220.4, 372.7-ci maddələrinə, AR Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-3621/2021 saylı qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podrat çıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

30. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələb üzrə icraata xitam verilməsi üçün qanunla müəyyən edilmiş prosessual əsaslar mövcud deyildir. Belə ki, apellyatorun istinad etdiyi əvvəlki məhkəmə mübahisəsi üzrə tələb müqavilə öhdəliklərinin yerinə yetirilməsi və əmlak d əyərinin tələb edilməsi ilə bağlı olmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi ilə iddia mənzil tələbi ilə bağlı icra işinin olması əsası ilə rədd edilmişdir. Həmin işdə zərərin ödənilməsi tələbi müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi çərçivəsində tələb olunurdu və həmin vaxt icra sənədi üzrə icraat davam edirdi və icra sənədi məhkəməyə geri qaytarılmamışdı. Hazırkı işdə isə iddia icra sənədi məhkəməyə qaytarıldıqdan sonra başqa əsaslarla qaldırılmış, həmin iddia tələbindən fərqli olaraq hazırki tələbdə iddiaçı müqavilənin ləğv edilməsini və müqavilədən imtina nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsini tələb edir. Göründüyü kimi, hazırkı iddia yeni əsasla qaldırılmışdır və bu baxımdan işin icraatına xitam verilməsi üçün əsas yoxdur.

31. Ko llegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir..

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)- 3881/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar