Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4228/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1999-2007 və 2007-2008-ci illərdə ödənilməmiş məzuniyyət günləri üzrə ona verilməli olan kompensasiyanı almadığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xnin məsul vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin konkret əlamətlərinin mövcudluğu nəzərə alınaraq AR-nın MPM-nin 265.4-cü maddəsinin tələbi əsasında xüsusi qərardad çıxarılması, 1999-2007-ci və 2007-2008-ci illəri əhatə edən dövrdə iddiaçının bank hesabına ödənilmiş nağd pul vəsaitlərinə uyğun olaraq ödənilməmiş məzuniyyət günləri üzrə iddiaçıya ödənilməli olan kompensasiya haqlarının az qeyd olunmasının səbəblərinin müəyyən edilərək hesablanmış m əbləğlərin ödənilib və ya ödənilməməsi faktlarının mövcudluğu yoxlanılması və qeyd olunan illər ərzində iddiaçının qanuni mənafeyinə vurulmuş təxminən 25 000 manat məbləğində maddi ziyanın cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, x üzrə verilmiş 12 may 2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edildikdən sonra universitetin mühasibatlığı tərəfindən 03 may 2019-cu il tarixli Ol-Tt/679 saylı müşayiət məktubuna əlavə edilərək haqq-hesab sənədləri aidiyyatı üzrə təqdim edilmişdir. Təqdim olunmuş haqq-hesab sənədləri ilə tanışlıq nəticəsində məlum olmuşdur ki, 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə (12 ay) iddiaçının bir aylıq əmək haqqı 48-94 manat olar aq hesablanmış, 2008-iyul-2009 iyun ayları ərzində isə bu məbləğ 115-253 manat olaraq müəyyən edilmişdir. xnin mühasibatlığı tərəfindən tərtib edilmiş haqqhesab sənədlərində qeyd olunan məlumatları Azərbaycan Beynəlxalq Bankının Yasamal filialının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan məlumatlarla müqayisələndirdikdə məlum olmuşdur ki, 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə x tərəfindən iddiaçının bank hesabına hər ay 183-213 manat, 2008 iyul – 2009 iyun aylarını əhatə edən dövrdə isə 310-520 MANAT əmək haqqı ödənilmişdir. Əldə olunmuş rəsmi məlumatlar əsasında müəyyən edilmişdir ki, ödənilməmiş məzuniyyət günləri ilə bağlı iddiaçıya kompensasiya haqlarının ödənilməsi məqsədilə xnin mühasibatlığı tərəfindən hesablamalar aparılarkən qeyd olunan müvafiq dövrləri əhatə edə n hər ay üzrə iddiaçının əmək haqqının məbləği qəsdən az göstərilmiş və bununla da ödənilməli olan kompensasiya haqqının məbləği azaldılmışdır. Aşkar edilmiş faktlarla bağlı xnə 15 may 2019-cu il tarixli müraciət ünvanlanmış, lakin bu müraciətin cavablandırılması təmin olunmamışdır. Bundan əlavə iddiaçıya qarşı münasibətdə maliyyə saxtakarlığına yol verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 29 mart 2019-cu ildə ünvanlanmış müraciət araşdırılması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Həmçinin bu və digər hüquq və qanun pozuntuları ilə bağlı ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış müraciətlər əsasında hər hansı bir araşdırma aparılmadan tərtib edilmiş cavab məktublarında məsul v əzifəli şəxslər iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bununla iddiaçının pozulmuş hüquqlarının inzibati qaydada müdafiəsi təmin edilməmiş və işəgötürən tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Əlavə olunmuş rəsmi sənədlərdə qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, iddiaçının bank hesabına 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə hər ay 183-213 manat (minimum-maksimum) əmək haqqı ödənilmiş olsa da, ödənilməmiş məzuniyyət günləri ilə bağlı kompensasiya haqlarının hesablanması zamanı xnin “baş mühasibi” Firuzə Babayeva qəsdən bu məbləği haqq-hesab sənədlərində 48-94 manat qeyd etməklə iddiaçıya ödənilməli olan kompensasiya haqqının məbləğini azaltmışdır. Eyni üsul və vasitədən istifadə etməklə “baş mühasib” Firuzə Babayeva 2008 iyul-2009 iyun aylarını əhatə edən dövr üçün hər ay apardığı hesablamalarda iddiaçının əmək haqqı 115-253 manat olaraq qeyd etmiş olsa da Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”da göstərilən məlumatlarda bu məbləğ 310- 520 manat arasında dəyişmişdir. Konkret faktlarla sübut olunur ki, xnin mühasibatlığı 1999-2007 və 2007-2008-ci illər ərzində ödənilməmiş məzuniyyət günləri ilə bağlı iddiaçıya ödənilməli olan kompensasiya haqlarının məbləğini azaltmaq məqsədi ilə iddiaçının aylıq əmək haqqının məbləğini haqq-hesab sənədlərində qəsdən az qeyd etmiş, bununla iddiaçının bir günlük əmək haqqının məbləğinin az müəyyən edilməsinə nail olmuş və müəyyən etdiyi məbləği ödənilməli olan məzuniyyət günlərinin təqvim günü üzrə hesablamaqla kompensasiya haqqının məbləğini müəyyən etmiş, nətic ədə isə iddiaçının müvafiq dövrlər üzrə aylıq əmək haqlarının məbləğinin azaldılması yolu ilə aparılmış hesablamalarla iddiaçıya maddi ziyan vurulmuşdur. Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan rəsmi məlumatlarla və hər ay işəgötürən tərəfindən iddiaçının bank hesabına ödənilmiş məbləğlərlə sübut olunur ki, Xnin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədlərində göstərilən məlumatlar tamamilə saxtakarlıqdan ibarət olmuşdur. Bundan əlavə Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan məlumatlardan həmçinin o da məlum olmuşdur ki, iddiaçıya kompensasiya haqlarının ödənilməsinə dair xnin mühasibatlığı tərəfindən haqq-hesab sənədləri tərtib olunsa da hesablanmış məbləğlər iddiaçının bank hesabına ödənilməmi şdir. Aşkar edilmiş bütün faktlarla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə müvafiq olaraq xnə ünvanlanmış 15 may 2019-cu il tarixli müraciət cavablandırılmamış və iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi təmin olunmamışdır. xnin fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmiləri isə iddiaçını qanunla müəyyən edilmiş hüquqlarının inzibati qaydada müdafiəsini təmin etmək əvəzinə mübahisənin mülki məhkəmə icraatı qaydasında həllinə üstünlük vermişlər. Bununla əlaqədar olaraq iş üzrə mövcud olan konkret faktlar əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 196-cı maddəsinin tələblərinə uyğun şəkildə iddiaçıya dəymiş ziyanın məbləği məhkəmə qaydasında müəyyən edilməli və cavabdeh inzibati orqanlar tə rəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İşin faktiki halları ilə bağlı qeyd olunan məlumatlardan da göründüyü kimi xnin dörd məsul vəzifəli şəxslərinin imzaları ilə təsdiq edilmiş 03 may 2019-cu il tarixli Ol-Tt/679 saylı müşayiət məktubuna əlavə edilərək təqdim olunmuş haqq-hesab sənədləri ilə tanışlıq nəticəsində aşkar edilmişdir ki, iddiaçıya ödənilməli olan kompensasiya haqlarının məbləğinin azaldılması məqsədi ilə xnin mühasibatlığı iddiaçının müvafiq dövrlər üçün aylıq əmək haqqının məbləğini qəsdən az qeyd edərək hesablamalar aparmış, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Qeyd olunan 03 may 2019-cu il tarixli Ol-Tt/679 saylı rəsmi məktub isə 13 may 2019-cu il tarixdə iddiaçının hüquqi ünvanına daxil olmaqla rəsmi qeydiyyata alınmış və aidiyyəti üzrə t əqdim olunmuşdur. Rəsmi sənədlərlə sübut olunur ki, iddiaçının hüququnun pozulduğunun aşkar edildiyi gün 13 may 2019-cu il tarixidir və bu iddia ərizəsinin məhkəməyə təqdim olunması ilə qanunla müəyyən edilmiş iddia müddətinə tam riayət olunmuşdur. Bundan əlavə qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə müvafiq olaraq işçi, ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl işəgötürənə ərizə ilə müraciət etməlidir. 13 may 2019-cu il tarixdə iddiaçının hüququnun pozulması faktları aşkar edildikdən sonra hazırki mübahisə üzrə xnə 15 may 2019-cu il tarixli müraciət ünvanlanaraq iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi xahiş olunmuşdur. Lakin x tərəfindən 15 may 2019-cu il tarixli müraciətin cavablandırılması təmin olunmamış və iddiaçıya vurulmuş maddi ziyan ödənilməmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasına zəmin yaranmış və qanunla müəyyən edilmiş bütün tələblərə iddiaçı tərəfindən tam olaraq riayət olunmuşdur.
4. Cavabdeh xnin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, x tərəfindən 2006-2007-ci ildə ödənilən kompensasiyaların səhv hesablanması iddiası tam əsassızdır. İddiaçının kompensasiya yazdığı müddətdə dövlətdən maliyyələşən əmək haqqı 4894 manat arası olmuşdur. Eyni zamanda ona universitetin xüsusi vəsaitindən bütün universitetin əməkdaşları kimi hər ay 148 manat yardım ödənilmişdir. Həmin yardım ona məzuniyyətdə olduğu dövrlərdə də, kompensasiya aldığı dövrlərdə də ödənilmişdir. Maliyyə Nazirliyinin “İstifadə olunmamış məzuniyyətə görə kompensasiyaların ödənilməsi” haqqında 17 avqust 2007-ci il tarixli məktubunda da qeyd edilir ki, yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilir. Bunun əsasında BDU-nun bütün əməkdaşlarına kompensasiyalar ödənilərkən orta aylıq hesablamalara yalnız dövlət tərəfindən təsdiq olunmuş əmək haqqından hesablanır. İddiaçı ərizə ilə müraciət edərək, 1999-2006-cı illərın hesabına məzuniyyət günlərini kompensasiya kimi ödənilməsini xahiş etmişdir. Onun kompensasiya ödənilərkən əmək haqqısı 48-94 manat arası olmuşdur. O, onu da hesablanmışdır və müvafiq vəsait banka köçürülmüşdür. Bu illər ərzində iddiaçı bir dəfə də olsun məsələnin aydınlaşdırılması üçün müraciət etməmişdir.
5. Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 01 oktyabr 2020-ci il tarixli, 2(004)-3196/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan 20.07.2007-ci il tarixli AR Respublikasının sabiq baş naziri Artur Rasi-zadəyə ünvanlanmış məktubda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı əlavə tələb olunan vəsaitlər 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmadığı üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 1867 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını etmək mə qsədilə cari ilin dövlət büdcəsində büdcə təşkilatlarının saxlanması xərcləri dairəsində «Əmək haqqı» köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərin qənaəti hesabına (həmin köməkçi bölmədə vəsaitlər çatışmadığı təqdirdə isə digər xərc maddələri hesabına müvafiq qaydada dəyişiklik edilməklə) müvafiq araşdırmalar və hesablamalar aparılmaqla, həmin təşkilatlar tərəfindən müvafiq kompensasiya ödənişlərinin həyata keçirilməsi təklif edilmişdir. Bütün bunlar onu sübut edir ki, həmin dövr üçün iddiaçıya ödənilmiş məzuniyyət pulu yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarına uyğun olaraq maddi yardım şəklində büdcədənkənar vəsait nəzərə alınmamaqla dövlət büdcəsindən ödənilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 08 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini və ona qarşı münasibətdə kobud və ciddi hüquq və qanun pozuntusuna yol vermiş təqsirkar-vəzifəli şəxslər barəsində məhkəmənin xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə mübahisənin mahiyyəti ilə bağlı hər iki məhkəmə instansiyasının qəbul etdiyi qətnamələrin təsviri hissəsində cavabdehin nümayəndələrinin ifadələrinə istinadən qeyd olunan müddəalardan kifayət qədər aydın olur ki, 2006 iyul-2007 iyun tarixlərini əhatə edən dövrdə iddiaçının aylıq əmək haqqının məbləğinin 4894 AZN, 2008 iyul-2009 iyun tarixləri ərzində isə 115- 253 AZN olaraq hesablanması faktı təkzib olunmamış, cavabdehin nümayəndələri hesablanmış məbləğin doğruluğunu təsdiq edərək bu məbləğlərin haqq-hesab sənədlərində az göstərilməsinin səbəbini həmin məbləğlərin tərkibinə aylıq əlavələrin və mükafatların daxil edilməməsi ilə izah etməyə çalışmış və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il ta rixli 137 nömrəli Qərarına əsaslanmışdır. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” olan Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarına əlavə edilmiş siyahıdan görünür ki, birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər nəzərə alınmayan ödənişlərdir. Qərara əlavə edilmiş siyahıda qeyd olunan bu müddəalardan göründüyü kimi yalnız birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri nəzərə alınmayan ödəniş hesab edilmişdir. xnin mühasibatlığı tərəfindən tərtib edil miş rəsmi sənədlərdə qeyd olunan məlumatlardan və cavabdehin nümayəndələrinin ifadələrindən aydın şəkildə görünür ki, 2006 iyul-2007 iyun tarixlərini əhatə edən dövrdə 48-94 AZN-nin əvəzinə iddiaçının hesabına 183-213 AZN məbləğində hər ay əmək haqqının ödənilməsi, 2008 iyul-2009 iyun tarixlərini əhatə edən dövr üçün isə 115-253 AZN AZN-nin əvəzinə 310-520 AZN məbləğində aylıq əmək haqqının ödənilməsi faktlarının mövcudluğu ilə birmənalı şəkildə sübut olunur ki, hətta cavabdehin nümayəndələrinin iddia etdiyi kimi iddiaçının əmək haqqına əlavələr edilməklə bu məbləğlər hesabına ödənilmişdirsə, ödənişlərin təsnifatı sübut edir ki, bu ödənişlər birdəfəlik xarakter daşımamış, mübahisələndirilən dövrdə hər ay iddiaçının hesabına ödənilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kab inetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahının özündə də qeyd olunur ki, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr nəzərə alınan ödənişlər siyahısına daxildir. Burada mübahisənin ədalətli həllini təmin etmək məqsədilə məhkəmə instansiyaları ilk növbədə 2006 iyul-2007 iyun və 2008 iyul-2009 iyun tarixlərini əhatə edən dövrlərdə iddiaçının aylıq əmək haqqına edilmiş əlavələrin birdəfəlik və ya daimi xarakterli olmasını müəyyən etməli idi. İş üzrə mövcud olan konkret faktlar (mühasibatlığın haqq-hesab sənədləri, Azərbaycan Beynəlxalq Bankının məlumatları, cavabdehin nümayəndələrinin ifadələri və s.) sübut edir ki, qeyd olunan dövrlərdə iddiaçının əmək haqqına edilmiş əlavələr birdəfəlik xarakter daşımamış, bu əlavələr daimi olaraq hər a y iddiaçının əmək haqqının tərkibinə daxil edilməklə bank hesabına ödənilmişdir. Bu faktın mövcudluğunun özü birmənalı şəkildə təsdiq edir ki, 2006 iyul-2007 iyun və 2008 iyul-2009 iyun tarixlərini əhatə edən dövrlərdə iddiaçının aylıq əmək haqqına daxil edilmiş əlavələr daimi xarakter daşımışdır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahının müddəaları əsasında kompensasiyaların ödənilməsi zamanı bu əlavələr mütləq qaydada iddiaçının əmək haqqının tərkibinə daxil edilməklə hesablamalar aparılmalı idi. Lakin işin faktiki hallarından görünür ki, xnin mühasibatlığı apardığı hesablamalar zamanı qeyd olunan dövrlərdə iddiaçının əmək haqqının tərkibinə aldığı əlavələri daxil etməmiş, bununla bağlı Azərbayc an Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahıya istinad olunmuş, istinad olunan bu siyahının müddəalarına görə kompensasiyanın ödənilməsinə dair hesablamalar aparılarkən hər ay əmək haqqına edilmiş əlavələr nəzərə alınan ödənişlər kateqoriyasına aid olmuş, buna baxmayaraq səhv hesablamalar aparılaraq maliyyə saxtakarlığına yol verilmişdir. Hətta cavabdehin nümayəndələrinin irəli sürdükləri “iddiaları" mübahisələndirilsə belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 3cü hissəsinin tələbindən görünür ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Bu Məcəllənin 177-ci maddəsinin 4-cü hissəsinin tələbində isə qanunverici orqan xüsusilə qeyd edir ki, orta əmək haqqı müə yyən edilərkən bu Məcəllənin 157ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. İstinad olunan bu maddi hüquq normalarının tələbləri əsasında işin faktiki hallarını qiymətləndirdikdə kifayət qədər aydın şəkildə görünür ki, xnin mühasibatlığı iddiaçının orta aylıq əmək haqqının məbləğini müəyyən etmək məqsədilə hesablamalar apararkən qeyd-şərtsiz iddiaçının tarif maaşına hər ay edilmiş əlavələri hesabatlara əlavə etməli idi. Digər tərəfdən xnin mühasibatlığı 2006 iyul-2007 iyun və 2008 iyul-2009 iyun tarixlərini əhatə edən dövr üzrə iddiaçının aylıq əmək haqqını müəyyən edərkən ilk növbədə işəgötürənlə iddiaçının arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçının bir aylıq əmək haqqının məbləğini müəyyən etməli idi. Belə ki, Azərbaycan Respublikas ının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin tələbindən məlum olduğu kimi əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmuyudur. Bununla bağlı xnin təqdim etdiyi 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsində qeyd olunan məlumatlar əsasında müəyyən edilir ki, tədris hissəsinin müdiri kimi iddiaçının aylıq tarif (vəzifə) maaşı 947 AZN (doqquz yüz qırx yeddi manat) olaraq müəyyən edilmişdir. Burada xüsusilə nəzərə alınmalıdır ki, qeyd olunan bu məbləğin tərkibinə hər ay iddiaçıya ödənilmiş əlavə və mükafatlar daxil edilməmişdir. 10 yanv ar 2000-ci il tarixli bu əmək müqaviləsinin əsaslılığı, həqiqiliyi və qanuniliyi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilmiş və Yasamal rayon Məhkəməsinin hakimi Günay Axundovanın qəbul etdiyi 31 avqust 2020-ci il tarixli qətnamə ilə bu əmək müqaviləsi qanuni hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbində analoji hala uyğun olaraq qanunverici orqan xüsusilə qeyd edir ki, əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilməlidir. Əgər istinad olunan bu maddi hüquq normasının tələbi əsasında mübahisənin mahiyyətinə qanuni hüquqi qiymət verilsə, o zaman xnin mühasibatlığı hər iki vəzifəmin icrası ilə bağlı iddiaçının orta aylıq əmək haqqının məbləğini məhz əmək müqavilələrinin əsasında müəyyən etd ikdən sonra hesablamalar aparmalı idi. Lakin iddiaçının bir aylıq əmək haqqının məbləğini əmək müqaviləsi əsasında müəyyən etməli olan xnin mühasibatlığı mənşəyi bilinməyən iddialarla iddiaçının aylıq əmək haqqının məbləğini 2006 iyul-2007 iyun ayları üçün tərtib edilmiş haqq-hesab sənədlərində 48-94 AZN, 2008 iyul-2009 iyun ayları ərzində isə 115-253 AZN olaraq qeyd etmişdir. Bu halda əgər qanun əsasında əmək haqqının məbləği əmək müqaviləsi ilə müəyyən edilməlidirsə, o zaman xnin mühasibatlığı iddiaçının əmək haqqının məbləğini hansı əsaslar üzrə müəyyən etmişdir?! Burada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq məhz həmin dövrlərdə iddiaçının əmək haqqının məbləğinin 48-94 AZN və 115-253 AZN olmasını sübut etmək və zifəsi bilavasitə xnin üzərinə düşür. Buna baxmayaraq cavabdehin nümayəndələri tərəfindən bu faktın mövcudluğunu təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmə instansiyaları isə bu sübutların əldə olunmasından məqsədyönlü şəkildə yayınmışlar. Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Hesabdan çıxarışlarda qeyd olunan rəsmi məlumatlar əsasında isə mübahisələndirilən dövrlərdə xnin mühasibatlığı tərəfindən iddiaçının bank hesabına 183-213 AZN və 310-520 AZN məbləğlərdə əmək haqları ödənilmişdir. Məhz rəsmi sənədlər əsasında yaranmış bu kəskin ziddiyyətlərə görə 2006 iyul-2007 iyun və 2008 iyul-2009 iyun tarixləri ərzində iddiaçının orta aylıq əmək haqqlarının məbləğlərinin 48-94 və 115-253 AZN olması bilavasitə x tərəfindən sübut edilməli haldır. Lakin mübahisənin mahiyyəti il ə bağlı hər iki məhkəmə instansiyasının qəbul etdiyi qətnamələrdə aydın şəkildə görünür ki, işin həqiqi halları məhkəmə instansiyaları tərəfindən müəyyən olunmamış, istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində istinad olunmuş maddi, prosessual və konstitusion hüquq normalarının tələbləri baxımından işin konkret halları qanuni əsaslar üzrə qiymətləndirilməmiş və hər iki məhkəmə instansiyası yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahının müddəalarına əsaslanaraq qənaətə gəlmişlər. Buna baxmayaraq qeyd olunduğu kimi həmin siyahı üzrə də kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr nəzərə alınan ödənişlərə daxildir və xnin mühasibatlığı hesablamaları bu meyarlar əsasında aparmağa borc lu idi. Hətta məhkəmə instansiyalarının mövqeyindən məsələyə yanaşılsa, belə nəticə yaranır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahının müddəaları ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140; 156; 157; 158 və 177-ci maddələrinin tələbləri əsasında kəskin ziddiyyət vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsində isə birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına zidd olmamalıdır. Bununla əlaqədar olaraq şikayətin "Hüquqi məsələlər bölməsində istinad edilən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü ma ddəsinin 2-ci hissəsinin tələbində qanunverici orqan xüsusilə qeyd edir ki, məhkəmə işə baxarkən normativ hüquqi aktlar əsasında ziddiyyət aşkar edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların təsnifatını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsindən görünür ki, Azərbaycan Respublikasının Qanunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından daha üstün hüquqi qüvvəyə malikdir. Məhz bu səbəbdən də mülki prosessual qanunvericiliyin tələblərində birmənalı şəkildə qeyd olunur ki, normativ hüquqi aktlar arasında ziddiyyət mövcud olduğu halda ən yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt tətb iq edilməklə mübahisənin həlli təmin olunmalıdır. Lakin mövcud mübahisə ilə bağlı hər iki məhkəmə instansiyasının qənaətindən görünür ki, mübahisənin həllində maddi hüquq normalarının tələbləri rəhbər tutulmamış, bunun əvəzində ziddiyyətlərdən ibarət olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına və sabiq baş nazir Artur Rasi-zadənin “dərkənarı”na əsassız istinadlar edilmiş, sübut kimi qəbul olunan bu “sənədlərin” həqiqiliyi, əsaslılığı və mötəbərliyi müəyyən edilməmiş, nəticədə isə mübahisənin mahiyyəti ilə əlaqədar əsassız, ədalətsiz və qanunsuz qətnamələr qəbul edilmişdir. Burada diqqət çəkən məqamlardan biri də odur ki, hər iki məhkəmə instansiyasının işə baxan hakimləri istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarın hüquqi qüvvəsini müəyyən etmədən bu Qərarın müddəalarını əsas götürmüşlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinin tələbindən məlum olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. İstinad olunan bu konstitusion hüquq norması tələb edir ki, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli Qərarının hüquqi qüvvəsini müəyyən etmək məqsədilə hər iki məhkəmə instansiyası ilk növbədə bu Qərarın kütləvi informasiya vasitələrində dərc olunub olunmadığını yoxlamalı idilər. Lakin iş üzrə mövcud olan faktiki hallardan görünür ki, işə baxan hakimlər t ərəfindən belə bir yoxlama aparılmamış, nəticədə isə istinad olunan normativ hüquqi aktın qanuni qüvvəsi müəyyən olunmamışdır. Daha bir xüsusi məqamlardan biri də odur ki, məhkəmə instansiyalarının əsaslandığı bu Qərara əlavə edilmiş siyahının müddəalarına görə daimi əlavələr orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxil edilmişdir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsinin 1- ci hissəsinin tələbində də qanunverici orqan xüsusilə qeyd edir ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən, əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə al ınmalıdır. Göründüyü kimi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarına əlavə edilmiş siyahının müddəaları, istərsə də istinad olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsinin tələbi əsasında müəyyən edilir ki, orta əmək haqqının hesablanması zamanı birdəfəlik ödənişlər istisna edilməklə daimi əlavələr birmənalı şəkildə nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbində isə qanunverici orqan birmənalı olaraq qeyd edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhz istinad olunan bu prosessual hüquq normasının tələbi əsasında tam sübuta yetirilir ki, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya haqqının ödənilməsi məqsədilə orta əmək haqqının məbləği müəyyən edilərkən bilavasitə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139; 154; 157; 177 və digər maddələrinin tələbləri rəhbər tutulmaqla iddiaçının aylıq əmək haqqının tərkibinə tarif (vəzifə) maaşı, daimi əlavələr və mükafatlar daxil edilməli idi. Lakin işin faktiki hallarından aydın şəkildə görünür ki, xnin mühasibatlığı bu maddi hüquq normalarının tələblərini kobudcasına pozmaqla icra etməmiş və kompensasiyanın ödənilməsi ilə bağlı orta əmək haqqının məbləğini müəyyən edərkən əmək müqaviləsinin şərtlərini, əmək haqqına edilən daimi əlavələri və mükafatları nəzərə almamışdır. Bununla xnin mühasibatlığı tərəfindən kobud və ciddi maliyyə saxtakarlığına yol verilmiş, nə ticədə isə iddiaçının qanunla müəyyən edilmiş hüquqları kobudcasına pozulmuşdur. İddiaçının qanuni mənafeyinin müdafiəsi ilə bağlı məhkəmə instansiyalarına ünvanlanmış şikayətlərdə qeyd olunan konkret faktlara isə məhkəmə aktlarında münasibət bildirilməmiş, iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuş əsaslarla qiymətləndirilməmiş, nəticədə isə mübahisənin ədalətli həllinə nail olmaq mümkün olmamışdır. Bu səbəbdən mülki mübahisənin mahiyyəti ilə bağlı hər iki məhkəmə instansiyasının qəbul etdiyi qətnamələrin əsaslılığı və qanuniliyi kassasiya qaydasında yoxlanılmalı, apellyasiya instansiyası məhkəməsinin əsassız, ədalətsiz və qanunsuz qətnaməsi ləğv edilməli və işin konkret hallarına uyğun olaraq istinad olunan maddi, prosessual və konstitusion hüquq normalarının tələbləri əsasında kassasiya instansiyası məhkəməsinin əsaslı, ədalətli və qanuni qərarı qəbul edilməklə iddia tələbləri təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün h esab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
14. Maddə 110, hissə
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
15. Maddə 144, hissə
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
16. Maddə 154, hissə
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gü ndəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur
17. Maddə 156, hissə
1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən ap ellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
24. Əmək haqqı üzrə arayışdan görünür ki, x tərəfindən İddiaçı 2006 və 2007-ci illər ərzində cəmi 2647 manat manat məbləğində pul ödənilmişdir. 25. 13.07.2017-ci il tarixli İddiaçı tərəfindən BDU-nun rektoru A.Məhərrəmova ünvanlnamış ərizədən görünür ki, o, işinin çox və gərgin olduğu üçün məzuniyyətə çıxa bilmədiyini və istifadə etmədiyi 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006-cı illərin hesabına məzuniyyət günlərinin ko mpensasiya kimi ödənilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarında olan məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısında görünür ki, birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla); işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqlar ın yerinə yetirilməsinə görə ödəmələr; əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər; ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr - nəzərə alınmayan ödənişlərdir.
27. Azərbaycan Respublikasının baş nazirinə ünvanlanmış 20.07.2007-ci il tarixli məktubda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı əlavə tələb olunan vəsaitlər 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmadığı ü çün “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2006-cı il 27 dekabr tarixli 1867 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını etmək məqsədilə cari ilin dövlət büdcəsində büdcə təşkilatlarının saxlanması xərcləri dairəsində «Əmək haqqı» köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərin qənaəti hesabına (həmin köməkçi bölmədə vəsaitlər çatışmadığı təqdirdə isə digər xərc maddələri hesabına müvafiq qaydada dəyişiklik edilməklə) müvafiq araşdırmalar və hesablamalar aparılmaqla, həmin təşkilatlar tərəfindən müvafiq kompensasiya ödənişlərinin həyata keçirilməsi təklif edilmişdir.
28. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət orqanlarının, büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə ünvanlanmış işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənişləri haqqında məktubdan görünür ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənişləri ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20.07.2007ci il tarixli 06/02-77-827 nömrəli məktubunun və həmin məktubla bağlı AR Baş nazirinin 24.07.2007-ci il tarixli 17/3227-14 saylı dərkənarının surətləri icra edilməsi göndərilmişdir.
29. Məhkəmələr belə hesab etmişlər ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, x “Hüquqi şəxs” olmaqla, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Təhsil Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfind ən təsdiq olunmuş ”Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən Dövlət Ali Təhsil müəssisələri haqqında ”Əsasnaməyə və təhsil sahəsində mövcud olan bütün normativ hüquqi aktlara əsasən hazırlanmış Nizamnaməyə uyğun olaraq fəaliyyət göstərir. x həmçinin Azərbaycan Respublikası Qanunlarına zidd olmayan müstəqil qərarlar qəbul etmək hüduduna malik olmaqla təhsil prosesi, elm, maliyyə-təsərrüfat və digər sahələrdə fəaliyyətin həyata keçirilməsində müstəqildir. Cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi BDU-nun əməkdaşlarının əmək haqları Azərbaycan Respublikası Qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, işçilərə ödənilən əmək haqları 2 istiqamətdə aparılır: vahid Tarif cədvəli ilə əsas əmək haqqı dövlət büdcəsindən, əmək haqqının qalan hissəsi isə aylıq əlavə maddi ya rdım şəklində büdcədənkənar vəsait hesabına. İş materiallarına əlavə olunmuş Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarında olan məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısında görünür ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər - nəzərə alınmayan ödənişlərdəndir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının baş nazirinə ünvanlanmış 20.07.2007-ci il tarixli məktubda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı əlavə tələb olunan vəsaitlər 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmadığı üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 1867 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını etmək məqsədilə cari ilin dövlət büdcəsində büdcə təşkilatlarının saxlanması xərcləri dairəsində «Əmək haqqı» köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərin qənaəti hesabına (həmin köməkçi bölmədə vəsaitlər çatışmadığı təqdirdə isə digər xərc maddələri hesabına müvafiq qaydada dəyişiklik edilməklə) müvafiq araşdırmalar və hesablamalar aparılmaqla, həmin təşkilatlar tərəfindən müvafiq kompensasiya ödənişlərinin həyata keçirilməsi təklif edilmişdir. Bütün bunlar onu sübut edir ki, həmin dövr üçün iddiaçıya ödənilmiş məzuniyyət pulu yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarına uyğun olaraq maddi yardım şəklində büdcədənkənar vəsait nəzərə alınmamaqla dövlət büdcəsindən ödənilmişdir.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayə tinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.