Məhkəmə qərarları › İş №2(102)-4228/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4228/2023

14.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4228/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Zamir oğlunun cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 19 may 2023-cü il tarixli, 2(104)-883/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbi üzrə xx.xx.2007-ci il tarixli 23/5 nömrəli əmrə əsasən İddiaçı - GDU-nin tarix fakültəsini bitirmiş xx.xx.2007-ci il tarixdən ixtisası üzrə Sabirkənd tam orta məktəbinə müəllim təyin edilmişdir.

2. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə İddiaçıməktəbin təlim tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. 3. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Şəmkir rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli, 351-C-21 nömrəli materialına əsasən Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı “X3 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozaraq 26 noyabr 2021-ci il tarixdə, saat 11:20-də məktəbin 8-ci sinif şagirdləri - X4, X5, X7, X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdlərin, məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cavabdeh və məktəbin tarix müəllimi X2 yanında şillə ilə üz nahiyələrindən vurması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməsi, barəsində intizam məsuliyyəti tətbiq edilməsi üçün Şəmkir rayon təhsil şöbəsinə təqdimatla müraciət edilməsi üçün Şəmkir rayon prokuroru qarşısında məsələ qaldırılması, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbində tarix müəllimi kimi işə çıxmadan adına yazılmış xeyli miqdarda, yəni 14.963,08 manat məbləğində əməkhaqqını mənimsəməsi xüsusatı üzrə barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktə binə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə verilmiş 34 saylı əmrin ləğv olunmasını, onun əvvəlki vəzifəsinə bərpa olunmasını, qətnamə icra olunan vaxta kimi vəzifə maaşının ödənilməsini, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayından cavabdeh məktəbdə müəllim işləyir. 2014-cü ilin sentyabr ayının 15-dən cavabdeh məktəbdə dərs deməklə, eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul olunmuşdur. 2014-cü ilin sentyabr ayının 15-dən 2022-ci ilin sentyabr ayının 1-nə kimi həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verm əmişdir. Şəmkir rayon S. Rüstəmov adına Sabirkənd tam orta məktəbinin 02 sentyabr 2022-ci il tarixli 34 nömrəli əmri ilə tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. (əmrdə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad olunması göstərilsə də, əmr xx.xx.2022-ci il tarixində imzalanıb). Barəsində verilmiş əmrdə göstərilir ki, “İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməsinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbeh aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilsin. Əsas: Qazax- Tovuz Regional Təhsil İdarəsinin Şəmkir sektorunun xx.xx.2022-ci il tarixli araşdırmas ı.” Cavabdeh tərəfindən verilmiş 01 (02) sentyabr 2022-ci il tarixli 34 saylı əmirlə razı deyil. Əvvəla ona görə ki, o işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişsə, bəs nə üçün onun izahatı alınmayıb? Onun vəzifədən azad olunması məktəb kollektivində, həmkarlar təşkilatında müzakirə olunmayıb? Onların bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Əmrdən aydın olur ki, o qayda pozuntusuna yol vermişdir. Tabeliyində olan təhsil alanlara fiziki zor tətbiq etmişdir. Dəfələrlə işində nöqsanlara yol verib, intizam tənbehi almışdır. Bu barədə əmrə heç bir sənəd əlavə olunmayıb. Onun barəsində tətbiq olunmuş intizam tənbehi nədən ibarət olub? Olubsa nə üçün onun izahatları alınmayıb? Nə üçün ona xəbərdarlıq o lunmayıb? Hesab edir ki, cavabdeh müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdə nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi, cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu ciddi şəkildə cəzalandırmışdır. Mübahisə predmeti olan əmri ədalətsiz və qanunsuz hesab edir.

6. Şəmkir Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 19 dekabr 2022-ci il tarixli, 2(076)-3367/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktorunun xx.xx.2022-ci il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsi Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, məhkəmə xərci olaraq 50 (əlli) manat mediasiya xərcinin cavabdeh Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbindən tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Söhrab Rüstəmov adına Sabirkənd tam orta məktəbinə tarix müəllimi işinə qəbul edilmiş, 2014-cü ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilərək icra etmiş, həmin məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.20 22-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasını, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ona ödənilməsini xahiş etmiş, cavabdeh məhkəmə sorğularına cavab verməməklə məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı əsassız olaraq vəzifədən azad edildiyini göstərərək iddianı müdafiə etmiş, cavabdeh təşkilatın rəhbəri isə iddianın əsassız olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

8. Məhkəmə iclasında iddiaçı tərəfin izahatından və təqdim edilmiş sübutlarda, İddiaçı S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavi ni vəzifəsində işlədiyi dövrdə vəzifəsindən irəli gələn öhdəliklərini icra etməməsi və onun qeyd edilən vəzifədən azad edilməsinə əsas olmuş halların nədən ibarət olması, hansı sənədlərlə müəyyən edilməsi, direktor müavini vəzifəsindən irəli gələn hansı tələbləri pozması və hansı nöqsanlara yol verməsi, S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktor müavini vəzifəsində işlədiyi dövrdə yol verdiyi pozuntular və bu pozuntular nəticəsində onun barəsində qəbul edilmiş intizam tənbehləri, onun üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməməsinin və yarıtmaz fəaliyyətinin nədən ibarət olması, həmkar təşkilatının iclasının keçirilməsi, hansı məsələlərin müzakirə edilməsi və iclas protokolu, həmkarlar təşkilatının qəbul etdiyi qərarın təsdiqlənmiş surəti; bundan əlavə İddiaçı qey d edilən hallar barədə məlumatlandırılması və barəsində qəbul edilmiş qərarların ona təqdim və ya elan edilməsi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin və azad edilməsinə dair əmrlərin təsdiqlənmiş surətlərini, həmçinin onu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edərkən cavabdehin Əmək qanunvericliyində istinad etdiyi əsası müəyyən etmək mümkün olmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasında Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktor əvəzi Cavabdeh İddiaçı barəsində tərtib etdiyi xasiyyətnaməni məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən xasiyyətnamədə göstərilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etməsi onun diqqətinə çatdırılmış, lakin buna baxmayaraq direktor əvəzi Cavabdeh növbəti məh kəmə iclaslarında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmiş və heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçı məhkəmə iclasında barəsində xasiyyətnamənin tərtib edilməsindən və orada yazılanlardan xəbərinin olmamasını, xasiyyətnamədə yazılanlar barədə ona əvvəllər məlumat verilməməsini bildirmişdir.

10. Məhkəmə Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrin məhkəməyə təqdim edilmiş sadə kserosurətinə münasibət bildirərək qeyd etmişdir ki, həmin əmrdə “İddiaçı-məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməsi, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənb ehi alması” əsasının əmrdə göstərilməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, həmin əmrin mətnində olan ifadələrdən isə müəyyən olunur ki, əvvəllər ehtimal edilən intizam tənbehi almış nöqsana görə təkrar tənbeh edilərək yəni bir gün əvvəldən xx.xx.2022-ci il tarixdən işdən azad etməklə, həmkarlar təşkilatının qəbul etdiyi qərara istinad edilmədən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan hər hansı biri göstərilməməklə vəzifədən azad edilmə barədə əmr qəbul edilmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir.

11. Bundan əlavə məhkəmə Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin Həmkarlar Təşkilatının sədri Məlahət Əhmədovanın məktəbin direktoru olm uş G.Rüstəmovanın müraciətinə cavab məktubunun kserosurəti ilə bağlı bildirmişdir ki, həmkarlar təşkilatı İddiaçı xəbərdar etməmiş, heç bir araşdırma, dinləmə aparmadan, direktorun qərarına etiraz etmədiklərini bildirməklə kifayətlənərək və həmkarların gəldiyi nəticəni əsaslandırmayaraq dərhal belə bir cavabın verilməsi ilə həmkarlar təşkilatının və əmək qanunvericiliyinin ruhuna zidd davranış sərgiləmişdir.

12. Məhkəmə hesab etmişdir ki, işəgötürən, yəni cavabdeh Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktoru Əmək Məcəlləsinin 68 və 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını diqqətə almadan, həmin Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə di rektor müavini vəzifəsindən azad etmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddənin 1-2 bəndlərinə, 70, 71, 76, 80, 83, 84, 186, 300-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün aydınlaşdırmamışdır. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qar şı fiziki zor tətbiq etməsinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Lakin, məhkəmənin sözügedən qətnaməsinə əsasən onun əvvəlki işinə bərpa edilməsi qət edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-883/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(076)-3367/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edi lməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası mövqeyi ilə bağlı qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

18. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Söhrab Rüstəmov adına Sabirkənd tam orta məktəbinə tarix müəllimi işinə qəbul edilmiş, 2014-cü ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilə rək icra etmişdir. İddiaçı işlədiyi müddətdə, yəni xx.xx.2021-ci il tarixdə həmin məktəbin 8 a sinfində təhsil alan X4, X5, X7 və X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdləri şillə ilə üz nahiyələrindən vurmuşdur. Buna görə də Şəmkir rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərarı əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-240/2022 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmış və sonuncu tərəfindən həmin cərimə məbləği ödənilmişdir. İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində olduğu müddətdə m üəssisədaxili intizam qaydalarına əməl etməmişdir. Belə ki, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işə müəyyən edilmiş vaxtda gəlməmiş, üzərinə düşən öhdəlikləri tam icra etməmiş və buna görə barəsində göstəril ən tarixlərdə aktlar tərtib olunmuşdur. Həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktorun fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında arayışdan görünür ki, baxış zamanı məktəbdə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı eyni zamanda şikayətçi vəzifə funksiyalarını icra etmir, sadalanan nöqsanları nəzərə alaraq məktəb direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini haqqında tədbir görülməsi xahiş edilmişdir. Göstərilən əsaslara görə Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmr ilə, İddiaçı-məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliy ində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbehi aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir.

19. İddiaçı tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi onun işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi almasıdır. Göstərilən hallar isə cavabdeh tərəfindən apellyasiya baxışında kollegiyaya təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. 20. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli Şəmkir rayon prokurorluğunun 351-C-21 nömrəli materialından görünür ki, Şəmkir ray on Sabirkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı “X3 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozaraq 26 noyabr 2021-ci il tarixdə, saat 11:20-də məktəbin 8 a sinif şagirdləri - X4, X5, X7, X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdlərin, məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cavabdeh və məktəbin tarix müəllimi X2 yanında şillə ilə üz nahiyələrindən şillə ilə vurması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməli, barəsində intizam məsuliyyəti tətbiq edilməsi üçün Şəmkir rayon təhsil şöbəsinə təqdimatla müraciət edilməsi üçün Şəmkir rayon prokuroru qarşısında məsələ qaldırılması, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Şəmkir rayon Sabirkənd kənd tam orta məkt əbində tarix müəllimi kimi işə çıxmadan adına yazılmış xeyli miqdarda, yəni 14.963,08 manat məbləğində əməkhaqqını mənimsəməsi xüsusatı üzrə barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

21. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 240/2022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi, 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır.

22. İddiaçı Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini işləyən zaman xx.xx.2021-ci il tarixdə həmin məktəbin məktəbin 8 a sinfində təhsil alan X4, X5, X7 və X1 ot ağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdləri şillə ilə üz nahiyələrindən vurmuş və bununla da “X3 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozduğu üçün məhkəmə qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Lakin, iddiaçı tərəfindən həmin qərar apellyasiya qaydasında mübahisələndirilməmiş və sonuncu tərəfindən cərimə məbləği ödənilmişdir.

23. İddiaçı Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edərkən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş etik davranış qaydalarına əməl etməyək məktəbdə təhsil alan şagirdlərə qarşı zor tətbiq edərək, “X3 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti kobud surət pozmuşdur.

24. Həmçinin, iddiaçı məhkəmə kollegiyasının iclasında şagirdlərə qarşı zor tətbiq etmədiyini bildirsə də, sonuncu tərəfindən məhkəmə qərarının mübahisələndirilmədən inzibati tənbehin qəbul edilməsi və qeyd etdiyi hallarla göstərdiyi xüsusatlar təkzib olunmuşdur.

25. İddiaçı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edən vaxt vəzifə funksiyalarını icra etməmiş, əmək intizamına riayət etməmiş, üzrsüz səbəbdən işdən yayınmış və bu barədə də işəgötürənə məlumat verməmişdir.

26. Belə ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-c i il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan və həmin məktəbdə işləyən müəllim tərəfindən verilmiş izahatlarından görünür ki, Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini işləyən İddiaçı onun adına tarifləşmiş dərs saatından imtina edər ək dərsə girmir, işə vaxtı-vaxtında gəlmir, vəzifə öhdəliyində olan işləri yerinə yetirmir.

27. Həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktorun fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında arayışdan görünür ki, baxış zamanı məktəbdə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı eyni zamanda şikayətçi vəzifə funksiyalarını icra etmir, sadalanan nöqsanları nəzərə alaraq məktəb direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini haqqında tədbir görülməsi xahiş edilmişdir.

28. İddiaçı tərəfindən üzrlü səbəbdən işə gəlməməsi və vəzifə öhdəliklərini tam yerinə yetirməsini bildirsə də, əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmiş və irəli sürülən dəlillər təsdiqini tapmamışdır. Göstərdiyi xüsusatlar isə yalnız iddiaçının subyektiv mülahizəsi ilə təsdiq olunur.

29. Məhkəmə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72, 80, 186, 187, 294, 296, 300-cü maddəsinə, “Ümumi təhsil haqqında” Qanunun 1.0.34., 23.1., 28.1.-ci maddəsinə, “X3 Qaydaları haqqında” Qanunun 2, 3, 4 və 6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 82, 88, 106, 119, 217, 385, 386, 388 və 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh iddiaçının işdən azad olunmasına dair ə mrdə heç bir hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin mənasına görə..... işə götürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə bir razılıq alınmayıb, iddiaçıya heç bir xəbərdarlıq olunmayıb və onun izahatı alınmayıb. Ümumiyyətlə iddiaçı heç bir qayda pozuntusuna yol verməmişdir. Əmrdə heç bir qanun normasına istinad edilməmiş, heç bir qanunun normalarının tələblərinə məhkəmə tərəfindən əməl edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir sübut araşdırılmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə dəfələrlə dəvət edilsə də iştirak etməkdən qərəzli şəkildə yayınmış, məhkəmədə izah at verərkən iddia tələbinin rədd olunması üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi

33. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

34. Maddə 71.Hissə

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində iş in, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

35. Maddə

71. Hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

36. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, hab elə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı a y ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.

37. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

38. Maddə

186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

39. Maddə

186. Hissə

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

40. Maddə

186. Hissə

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində gö stərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

41. Maddə

187. Hissə

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

42. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik ha llarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tutduğu təlim-tərbiyə işləri üzrə direktor müavin i vəzifəsindən azad edilməsi onun işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsil alanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi almasıdır. Göstərilən hallar isə cavabdeh tərəfindən apellyasiya baxışında kollegiyaya təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır.

54. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məh kəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəti cə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-883/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar