Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-423/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(046)-19/2019 nömrəli qətnaməsi ilə (hakim Zəfə r Quliyev) iddia qismən təmin edilmiş, 16 aprel 2014-cü il tarixli 26R000005109 saylı kredit razılaşmasına əsasən əsas borca görə 24311 (iyirmi dörd min üç yüz on bir) ABŞ dolları 82 (səksən iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan müştərək qaydada tutulub iddiaçı x1-yə ödənilməsi, 16 aprel 2014-cüil tarixli 26R000005109 saylı kredit razılaşmasına əsasən 5848 (beş min səkkiz yüz qırx səkkiz) ABŞ dolları 15 (on beş) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 6848 (altı min səkkiz yüz qırx səkkiz) ABŞ dolları 15 (on beş) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbayc an Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan və x5ndan müştərək qaydada tutulub iddiaçı x1-yə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdehlər x2na, x4na, x3na, x9na, x8na və x5na məxsus Göyçay rayonu, Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərizində Göyçay rayonu, Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən cəmi 31159 (otuz bir min bir yüz əlli doqquz) ABŞ dolları 97 (doxsan yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının iddiaçı x1-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatının iddiaçı x1-yə aid edilməsi, 20 (iyirmi) manatının müştərək qaydada cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan müştərək qaydada tutulub iddiaçı x1-yə ödənilməsi, iş üzrə ipoteka pr edmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan müştərək qaydada tutularaq iddiaçı x1-yə ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin 10 (on) manatının iddiaçı x1-dən, 40 (qırx) manatı cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, qalan hissədə iddianın təmi n olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-2337/2019 saylı mülki iş) hazırki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(046)-19/2019 nömrəli qətnaməsi qismən-cavabdehlər x7na və x6na aid iddianın təmin olunmuş hissəsində və ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx” QSC-nin cavabdehlər x2, x3, x4, x5, x6, x7, x8, x9, x10, x11, Əhmədov Günel İmaməddin qızı və x13 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmentinə y önəldilməsi tələbinə dair iddiası cavabdehlər x7na və x6na hissədə rədd edilmiş, ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3, x4, x5, x6, x7, x8, x9, x10, x11, x12 və x13 qarşı iddia qaldıraraq, cavabdehlər x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan müştərək qaydada iddiaçı x1-nin xeyrinə 24311 ABŞ dolları 82 sent əsas, 6791 ABŞ dolları 10 sent faiz və 25138 ABŞ dolları 56 sent cərimə borcu olmaqla, cəmi 56241 ABŞ dolları 48 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 mana t dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Göyçay rayonu Hünkütlü kəndində xüsusi mülkiyyət hüququ üzrə x2na, x4na, x3na, x9na, x8na və x5na məxsus olan 0.35 ha torpaq sahəsinə və üzrərində xüsusi mülkiyyət hüququ üzrə x2na məxsus 1 mərtəbəli, 3 otaqlı, 63.2 kv.m ümumi və 63.2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 56241 ABŞ dolları 48 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əldə olunan vəsait hesabına x1-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun ta m ödənilməsinə kifayət etmədikdə qalan borcun x2ndan, x4ndan, x3ndan, x9ndan, x8ndan, x11ndan, x7ndan, x6ndan və x5ndan ümumi qaydada tutulması, 05.04.2014- cü il tarixli 655 saylı arayış üzrə Göyçay rayonu Hünkütlü kəndində xüsusi mülkiyyət hüququ üzrə x2na, x4na, x3na, x9na, x8na və x5na məxsus olan 0.35 ha torpaq sahəsinə və üzrərində xüsusi mülkiyyət hüququ üzrə x2na məxsus olan 1 mərtəbəli, 3 otaqlı, 63.2 kv.m ümumi və 63.2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra x2nun, x4nun, x3nun, x9nun, x8nun, x13, x12, x10nın və x5nın həmin fərdi-yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması və x1-yə təhvil verilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1-nin Göyçay filialı ilə cavabdeh x2 arasında bağlanmış 19 aprel 2013-cü il tarixli 26L000001202 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdeh x2na 60 aymüddətə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. (1.1 və 1.2-ci bəndlər). x1-nin Göyçay filialı il ə cavabdeh x2 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 08 aprel 2014-cü il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 132 ay müəyyən edilmişdir (08.04.2014-cü il tarixli saziş). x1-nin Göyçay filialı ilə cavabdeh x2 arasında bağlanmış 16 aprel 2014-cü il tarixli 26R000005109 saylı kredit razılaşmasına əsasən bank tərəfindən x2na aylıq 2 % hesablanmaqla 48 aylıq müddətə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). x6, x7, x11, x4, x5, x3, x8 x9 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər (19 aprel 2013-cü il tarixli və 08 aprel 2014- cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). x1-nin Göyçay filialı ilə x6, x7, x11 arasında zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilmədi barədə sazişlər bağlanmışdır (08 aprel 2014-cü il tarixli sazişlər). x11, x4, x5, x3, x8 x9 16 aprel 2014-cü il tarixli kredit razılaşmasına dair ödəniş planı ilə tanış olmuşlar və razılığını bildirmişlər (16.04.2014-cü il tarixli ödəniş planı). x1-nin Göyçay filialı ilə x2, x4, x3, x9, x8 və x5 arasında bağlanmış 08 aprel 2014-cü il tarixli 26M000000524 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyanlar x2, x4, x3, x9, x8 və x5 mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyurlar (müqavilənin 1.1ci bəndi). İpotekanın predmeti Göyçay rayonunun Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 h a torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətdə olan 63.2 kv.m yaşayış, 63.2 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir (2.1-ci bənd). İpoteka predmetinin qiyməti 16472 manat 40 qəpik məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən x2, x4, x3, x9, x8 və x5na məxsus Göyçay rayonu, Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi x1-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 16.04.2014). x1 Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 27.07.2016-cı il tarixli ərizə ünvanlayaraq Göyçay rayonu, Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 21.07.2016-cı il tarixdə ipoteka qoyanlar x2, x4, x3, x9, x8 və x5na göndərilmiş və 23.07.2016-cı il tarixdə bildirişlər alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmeti olan x2, x4, x3, x9, x8 və x5na məxsus Göyçay rayonu, Hünkütlü kəndində xüsusi mülkiyyətdə olan 0.35 ha t orpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 02.08.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh x2nun 16 aprel 2014-cüil tarixli 26R000005109 saylı kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 24311 ABŞ dolları 82 sent əsas, 6791 ABŞ dolları 10 sent faiz borcu və 25138 ABŞ dolları 56 sent cərimə borcu olmaqla, cəmi 56241 ABŞ dolları 48 sent borcu yaranmışdır (24.08.2016-cı il tarixli maliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin 25.07.2017-cı il tarixli 7998 nömrəli rəyinə əsasən x2nun 08 avqust 2016-cı il tarixinə banka olan borcu əsas borc 25162 ABŞ dolları 60 sent, faiz borcu 5848 ABŞ dolları 15 sent, cəmi borcu 31010 ABŞ dolları 75 sent təşkil edir. x14 tərəfindən verilmiş 17.01.2018-ci il tarixli rəyə əsasən Göyçay rayonu, Hünkütlü kəndində mülkiyyətdə olan 0.35 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63,2 kv.m ümumi, 63,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin 17.01.2018-ci il tarixinə bazar qiyməti 35.000 manat təşkil edir. x15 tərəfindən verilmiş 25.01.2019-cu il tarixli rəyə əsasən Göyçay rayonu, Hünkütlü kəndində yerləşən 0.35 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 25.01.2019-cu il tarixinə bazar qiyməti 25.000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun aşağıda göstərilən maddələrinə və “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən g irov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik mü qaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 500-cü maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmə k hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zamin in razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. MM-nin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri v ə digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 40000 ABŞ dolları məbləğində 60 ay müddətinə, bu Müqavilə çərçivəsində kredit razılaşmaları bağlanılmaqla kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinə əsasən zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürm üşlər. x1 ilə x2 arasında bağlanmış 16 aprel 2014-cü il tarixli kredit razılaşmasına əsasən borcverənə 48 ay müddətinə aylıq 2 faiz ödəmək 30000 ABŞ dolları məbləğdə krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 08.08.2016-cı il tarixli maliyyə arayışına əsasən kredit razılaşması üzrə 24311 ABŞ dolları 82 sent əsas, 6791 ABŞ dolları 10 sent faiz, 25138 ABŞ dolları 56 sent cərimə olmaqla, cəmi 56241 ABŞ dolları 48 sent borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vard ır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi ncavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini iddianın faiz borcu tələbinə dair hissə də mötəbər hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borc məbləğinə münasibətdə 1000 ABŞ dolları məbləğində cərimə daha ədalətlidir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehborc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış 19 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə əsasən digər cavabdeh – zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırki mübahisənin hüquq i və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-nin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliy inə əsasən əmələ gəlir. Lakin bu zaman cavabdeh-zaminlərin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar əsas kredit müqaviləsində dəqiq göstərilməlidir. Tərəflər arasında bağlanmış 19 aprel 2013cü il tarixli, 08 aprel 2014-cü il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit müqavilələrində bunlar barədə cavabdeh-zaminlər x11, x4, x5, x3, x8 x9nun razılığı alınsa da, cavabdehzaminlər x6 və x7nun razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda cavabdeh-zaminlər x6 və x7 yalnız əsas borca görə cavabdeh-borc alanla eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən ed ilmişdir ki, “x1-nin Göyçay filialı ilə cavabdeh x2 arasında bağlanmış 19 aprel 2013-cü il tarixli 26L000001202 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehx2na 60 aymüddətə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Borclunun öhdəliyinin təminatı məqsədi ilə, x6, x7, x11, x4, x5, x3, x8 və x9 ilə 19 aprel 2013-cü il tarixli və 08 aprel 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. x1 ilə x2 arasında bağlanmış 16 aprel 2014-cü il tarixli kredit razılaşmasına əsasən borcverənə 48 ay müddətinə aylıq 2 faiz ödəmək 30000 ABŞ dolları məbləğdə krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 19 aprel 2013-cü il tarixli, 08 aprel 2014-cü il tarixli zaminlik müqavilələrində isə faiz dərəcəsi və cərimə faizinə dair müddəalar göstərilməmiş, bağlanan kredit müqavilələrində bunlar barədə cavabdeh-zaminlər x11, x4, x5, x3, x8 x9nun razılığı alınsa da, cavabdehzaminlər x6 və x7nun razılığı alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-c i maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mü hüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu i lə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi kredit xətt müqaviləsi üzrə zamin olan cavabdehlər x7nun və x6nun kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatları olmadığından və razılıqları alınmadığından, verilən kreditin faiz dərəcəsinin onlarla razılaşdırılmadığından, bütün bu halların onlar üçün əlverişsiz nəticələrə səbəb olmasını, yuxarıda göstərilən qanun normalarının və qərarların tələbləri baxımından nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər x7na və x6na münasibətdə zaminli yə xitam verilməli olduğundan iddia tələbi onlara aid hissədə təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi ilə bağlı qənaəti ilə də razılaşmamışdır. Belə ki, iş materiallarından görünür ki, 08 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Göyçay rayonu, Hünkütlü kəndində mülkiyyətdə olan 0.35 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63,2 kv.m ümumi, 63,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin və torpaq sahəsinin həmin vaxtki dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 16472 manat müəyyən edilmişdir. x14 tərəfindən verilmiş 17.01.2018-ci il tarixli rəydə ipoteka p redmeti olan həmin fərdi yaşayış evinin 17.01.2018- ci il tarixinə bazar qiymətinin 35.000 manat təşkil etdiyi göstərilmişdir. Daha sonra dəvət edilmiş qiymətləndirici x15 verdiyi 25 yanvar 2019-cu il tarixli rəy ilə ipoteka predmeti olan Göyçay rayonu, Hünkütlü kəndində yerləşən 0.35 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 25.01.2019-cu il tarixinə bazar qiyməti 25.000 manat müəyyən edilmişdir. Cavabdeh həmin fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətinin 95000 manat olduğunu iddia edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mövcud olan 3 qiymət vardır ki, həmin qiymətlərdən ipoteka predmetinin qiymətinə daha uyğun gələni x14 tərəfindən müəyyən edilmiş 35000 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehlər x7na və x6na aid hissədə də təmin etməklə, eyni zamanda ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 25.000 (iyirmi beş m in) manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və həmin hissədə qətnamə faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız, mahiyyəti üzrə isə düzgün olmadığından, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh x2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(046)-19/2019 nömrəli qətnaməsi qismən-cavabdehlər x7na və x6na aid iddianın təmin olunmuş hissəsində və ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiymətinin 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv e dilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia cavabdehlər x7na və x6na hissədə rədd edilməli, ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-423/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-423/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver