Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-423/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5918/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsi nin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla,hərracın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3484/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, xx.xx.2019-cu il 2(102)-7027/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan son ra – iddiaçı) üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri və protokolların etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-45/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Rəna Qafarova) mülki iş üzrə icraata xitam verilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və ləğv prosesində olan Cavabdeh4 ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipote kaya xitam verilməsinə dair iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3484/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə kollegiya hesab etmişdir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ona məlumat verilmədən keçirilməsi barədə arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üşün əsas mövcud deyil.
8. Məhkəm ə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və ləğv prosesində olan Cavabdeh4 ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının təkrarən mübahisələndirdiyi hərrac nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən iddiaya həmin hissədə baxıla bilməz. İddiaçı Bakı şəhə ri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə yanaşı, həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsini xahiş edir. İddia tələbinin bu hissəsi bilavasitə əsas tələbdən, yəni hərracın yekunların üzrə protokolun və əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığının təsdiq olunacağı halı ilə bağlı yaranan törəmə tələbdir. Ona görə də, əsas tələb üzrə qəbul ediləcək qərar iddianın bu hissəsinə də şamil olun malıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
10. Birinci instansiya məhkəməsinin 2(009)-45/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim R.Qafarova) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5918/2023 nömrəli iş üzrə 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilməd ən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərrac nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə o lan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən iddiaya həmin hissədə baxıla bilməz.
13. Əgər iddiaçının şikayətində qeyd etdiyi kimi iddia ərizəsi onun tərəfindən imzalanmamış, nümayəndə kimi heç kəsə etibarnamə verilməmiş və heç bir vəkillə müqavilə bağlanmamışdırsa, qeyd olunan xüsusatlar işə əvvəllər baxılarkən məlum olmayan hallardır və bu hallar mülki prosessual qanunvericiliyə əsasən yeni açılmış hallar hesab olunur və yalnız həmin icraat çərçivəsində mübahisələndirilə bilər. Həmin icraatda isə iddiaçı tərəfindən müraciət olunmuşdur və bu barədə də qərar mövcuddur.
14. Belə olan halda kollegiya hesab edir ki, qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayətini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərardad tam əsassızdır, çünki hazırki iş üzrə mübahisə eyni tərəflər arası və eyni predmet üzrə olsa da iddia tələbin in əsasları tam fərqlidir. Belə ki, 1-ci instansiya Məhkəməsinə sənədləri və sübutları təqdim edərək qeyd edilmişdir ki, kasator həm hərrac keçirilən zaman, həmdə xx.xx.2018-ci il tarixdə Səbail rayon Məhkəməsinə onun adından saxta imzalanmış iddia ərizəsi verilən zaman Almanya Federativ Respublikasında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışla təsdiq olunur) olmuşdur və belə olan halda, yəni kassator Almaniyada olduğu halda ona hərracın keçirilməsi barədə nə məlumatlar, nə də ki bildirişlər verilməyib və onun bu hərracın keçirilməsindən və onun nəticəsindən heç bir xəbəri olmayıb. Şikayətçinin Almaniyada yaşaması səbəbindən Hərracın keçirilməsində və nəticəsindən məlumatlı olmadığını, Almaniyada yaşadığından ona bildirişlərin verilməməsi əsası 2(009)-1615 /2018 saylı mülki iş üzrə iddia ərizəsində göstərilməmişdir və bu əsası sübüt edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən kassator hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbinə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apelly asiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də iş üzrə icraata MPM-in 261.0.2-ci madəsinə əsasən icraata xitam verilmişdir.
25. Kollegiya bildirir ki apellyasiya məhkəməsi tərəfindən iddiaçı nın şikayətindəki dəlillər araşdırılmış və onlara onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətdə göstərilən halların araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və iddiaçının dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5918/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.